Məhkəmə qərarları › İş №2(125)-73/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-73/2025

17.09.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-73/2025 17.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə köçürülmə və mənzildən çıxarılma» tələbi barədə iddiasına, Cavabdeh1 İddiaçı qarşı «payın naturada bölünməsi, bu mümkün olmadıqda isə əmlakın hərracda satılaraq, əldə olunmuş vəsaitin paylara mütənasib bölünməsi» tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən 39 nömrəli evin 6 nömrəli mənzilə köçürülməsi və Cavabdeh2 həmin mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 İddiaçı qarşı Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən 39 nömrəli evin 6 nömrəli mənzilin naturada bölünməsi, bu mümükün olmadıqda İddiaçı tərəfindən ona kompensasiya ödənilməklə ümumi əmlakdakı paya olan hüququnun itiriliməsi və ya əmlakın açıq hərracda satılması və əldə olunmuş vəsaitin paylara uyğun bölünməsi tələbinə dair qarşılqılı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən 39 nömrəli evin 6 nömrəli mənzilin qapalı hərracda satılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə qiymətləndirmə ekspertizasının rəyi məhkəməyə təqdim edilənədək dayandırılmış və xx.xx.2025-ci il tarixdə ekspert rəyi məhkəməyə təqdim olunmuşdur. Bundan sonra mülki iş üzrə icraat təzələnmiş və mülki işin məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Lakin tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, işdə olan sübutları araşdıraraq, hesab edir ki, tərəflər məhkəmə iclasına gəlmədiyinə görə iddia baxılmamış saxlanılmalıdır. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə mülki işin baxılmamış saxlanmasını məhkəmədən xahiş etdi. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinin tələbinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6 və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-ci maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2024; qəbzin nömrəsi: **********) dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Cavabdeh1 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2024; qəbzin nömrəsi:**********) dövlət büdcəsindən Cavabdeh1 qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddia baxılmamış saxlandığına görə İddiaçı iş üzrə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 100 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə, qiymətləndirmə ekspertizasının dəyəri qismində 300 manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətininin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə köçürülmə və mənzildən çıxarılma» tələbi barədə iddiasına, Cavabdeh1 İddiaçı qarşı «payın naturada bölünməsi, bu mümkün olmadıqda isə əmlakın hərracda satılaraq, əldə olunmuş vəsaitin paylara mütənasib bölünməsi» tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş baxılmamış saxlanılsın. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2024; qəbzin nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2024; qəbzin nömrəsi:**********) dövlət büdcəsindən Cavabdeh1 qaytarılsın. İddiaçı iş üzrə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə və qiymətləndirmə ekspertizasının dəyəri qismində 300 (üç yüz) manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətininin xeyrinə tutulsun. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra o, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar