Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6049/2025 12.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4719/2014 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı "müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi barədə iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, M. Xiyabani küçəsində yerləşmiş tikilməkdə olan binanın 2-ci girişində, 14-cü mərtəbəsində, ümumi sahəsi 130.5 kv.m olan, 3 otaqlı, 223 saylı mənzilin cavabdeh "xxxx" MTK tərəfindən ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 iyul 2014-cü il tarixli, 2(004)- 4719/2014 nömrəli qətnaməsi ilə, iddia ərizəsi təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, M. Xiyabani küçəsində yerləşmiş tikilməkdə olan binanın 2-ci girişində, 14-cü mərtəbəsində, ümumi sahəsi 130.5 kv.m olan, 3 otaqlı, 223 saylı mənzil Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4719/14 nömrəli, 25 iyul 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2579/15 saylı, xx.xx.2015-ci il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 dekabr 2014-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 iyul 2014-cü il tarixli, 2(004)- 4719/2014 nömrəli qətnaməsi icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4719/14 nömrəli, 25 iyul 2014-cü il tarixli qətnaməsinin hansı qaydada icra olunması ilə izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4719/2014 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 iyul 2014-cü il tarixli, 2(004)-4719/2014 nömrəli qətnaməsinə izah verilməsinə dair İddiaçı ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4719/2014 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək, müvafiq qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən görünür ki, ərizəçi İddiaçı pozulmuş mülkiyyət hüququ məhkəmələr tərəfindən bərpa edilmişdir. Lakin, həmin qətnamə bu günki günədək icra olunmamışdır. Qəbul olunmuş qərardad isə mülkiyyətçinin mülkiyyət hüququnun pozulmasına səbəb olur. İş materiallarına əlavə edilmiş alqı-satqı müqaviləsindən görünür ki, ərizəçi mübahisə edilən mənzili şəxsi vəsaiti hesabına əldə etmişdir. Məhz, buna görə də məhkəmə tərəfindən onun pozulmuş mülkiyyət hüquqları bərpa edilmişdir. Sözü gedən qərardad bu hüququn pozulması səbəb olmuşdur. Ərizəyə əlavə edilən qətnamələrdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2 (004)-4719/14 nömrəli, 25 iyul 2014-cü il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən tikilməkdə olan binanın 2-ci girişində, 14-cümərtəbəsində, ümumi sahəsi 130.5 kv.m olan, 3 otaqlı, 223 saylı mənzilin Cavabdeh MTK tərəfindən X1 təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4719/14 nömrəli, 25 iyul 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2579/15nömrəli, 25 iyun 2015-ci il tarixli qərarı ilə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin baxılması zamanı bu qətnamələrin mövcud olmasına və onun icra olunmamasına əhəmiyyət verilməmiş, sadəcə məhkəmə qeyd etmişdir ki, qətnamənin məzmunundakı hüquqi terminlərdə anlaşılmazlıq mövcud deyil və qrammatik cəhətdən bütün cümlələrin mənası aydındır. Həmçinin, ərizəyə əlavə edilən digər qətnamələrdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-245/2018 nömrəli, 05 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) iddia təmin edilmiş, Həmçinin, ərizəyə əlavə edilən digər qətnamələrdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-245/2018 nömrəli, 05 iyun 2018-ci il tarixli qətnaməsi ilə(hakim A.Məmmədov) iddia təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən binanın 2-ci girişində, 14-cü mərtəbəsində, ümumi sahəsi 130.5 kv.m olan, 3 otaqlı, 223 saylı mənzilin Cavabdeh MTK tərəfindən Nəsirov İlhamXəlil oğluna təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9153/2018 nömrəli 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə(sədrlik edən və məruzəçi A.İmzanov, hakimlər E.Nəbiyev və R.Qurbanov) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 1577/2019 nömrəli, 14 mart 2019-cu iltarixli qərarı ilə(sərdlik edən və məruzəçi M.Əhmədova, hakimlər Ə.Rüstəmov və Ə.Nurməmmədov) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9153/2018 nömrəli 29 avqust 2018-ci il qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Aydın formada görünür ki, mübahisə edilən mənzilin digər şəxsə təhvil verilməsi ilə bağlı məhkəmə qətnamələri mövcuddur. Belə olan halda, sual olunur: Bir mənzil 2 fərqli şəxsə necə təhvil verilməlidir? Məhz, buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin hansı qaydada icra olunmasına dair izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Lakin, sözü gedən qərardadla ərizə təmin edilməmişdir. Məhkəmə qərardad qəbul edərkən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4719/2014 saylı, 25 iyul 2014-cü il tarixli qətnaməsində anlaşılmaz hər hansı məqamın olmadığını, məhkəmə aktında məhkəmənin mülki iş üzrə gəldiyi nəticənin tam aydın və dəqiq göstərildiyini, qəbul olunmuş qətnamədə anlaşılmayan, həmçinin izaha ehtiyacı olan hər hansı bir hal mövcud olmadığı qənaətinə gəlmişdir. Halbuki, həmin qətnamənin hansı qaydada izah olunmasını məhkəmədən xahiş etmişdir. Lakin, məhkəmə qeyd etdiyi kimi, ərizəni təmin etməyərək, qətnamənin izah olunmasına zərurət görmədiyini bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(004)-4719/2014 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4719/2014 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Həmin Məcəllənin 230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Kollegiya şikayətə münasibətdə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə qətnamənin izah edilməsində məqsəd qətnamədə olan qeyri-müəyyən məsələlərin aradan qaldırılmasıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 iyul 2014-cü il tarixli, 2(004)-4719/2014 nömrəli qətnaməsi məzmunundakı hüquqi terminlərdə anlaşılmazlıq mövcud deyil və qrammatik cəhətdən bütün cümlələrin mənası aydındır. Sözügedən qətnamənin mətnindən görünür ki, iddia ərizəsi təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, M. Xiyabani küçəsində yerləşmiş tikilməkdə olan binanın 2-ci girişində, 14- cü mərtəbəsində, ümumi sahəsi 130.5 kv.m olan, 3 otaqlı, 223 saylı mənzil Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-245/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş çoxmərtəbəli yaşayış binasının 2-ci girişində, 14-cü mərtəbəsində, ümumi sahəsi 130,5 kv.metr olan, 3 otaqlı 223 saylı mənzil Cavabdeh MTK tərəfindən iddiaçı X6 təhvil verilməsi ilə bağlı irəli gələn öhdəliyin icrasının həyata keçirilməsi Cavabdeh MTK-ya həvalə edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iddiaçıya verilməsi qət edilən mənzilin digər məhkəmə qətnaməsi ilə başqa şəxsə - X6 təhvil verilməsi qət edilmiş, icra məmuru tərəfindən mənzilə baxış keçirilərkən məlum olmuşdur ki, mənzildə hal-hazırda X5 ailəsi ilə birlikdə yaşayır. O, xx.xx.2021-ci il tarixdə X8 ilə (X9 əvəzinə) alqı-satqı müqaviləsi bağlamışdır. Kollegiya qeyd edir ki, iddiaçı əslində qətnamənin məzmununun aydınlaşdırılması üçün deyil, qətnamənin icrası zamanı yaranan çətinliklərlə bağlı müraciət edib. Hazırda iş üzrə qətnamənin icrasında yaranan çətinliklər (mənzilin digər qətnamə ilə başqa şəxsə verilməsi barədə məhkəmə aktları və mənzildə üçüncü şəxsin yaşaması) qətnamənin izahı yolu ilə deyil, digər prosessual vasitələrlə həll edilməlidir. Həmçinin birinci instansiya məhkəməsinin qərardadı ilə iddiaçıya izah edilmişdir ki, o, mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə, yaxud icra üsulunun dəyişdirilməsi barədə ərizə ilə icra icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Belə ki, qətnamənin icrasına mane olan yeni faktiki və hüquqi hallar (xüsusilə də mənzildə yaşayan üçüncü şəxslə bağlı yaranan mübahisələr) qətnamənin izahı yolu ilə deyil, ya icra məmurunun hərəkətlərindən şikayət, ya icra üsulunun və qaydasının dəyişdirilməsi, ya da yeni iddia tələbi qaldırılması yolu ilə həll olunmalıdır. İddiaçının ərizəsi, əslində, qətnamənin icrasını təmin edəcək yeni bir mexanizmin və ya qətnamənin icrasına mane olan halların aradan qaldırılmasını tələb etməyə yönəldilmişdir. Məhkəmə qətnaməni izah edərək icra ilə bağlı çətinlikləri aradan qaldırmaqla faktiki olaraq qətnamənin məzmununu dəyişmiş və ya onun təsir dairəsini genişləndirmiş olardı ki, bu da qanuna ziddir. Beləliklə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4719/2014 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r а r а а l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4719/2014 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6049/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6049/2025
12.11.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver