Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1380/2024 12.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azəriqaz İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azəriqaz İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azəriqaz İB-nin xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında saylı ******* aktı əsasında cavabdeh Azəriqaz İB tərəfindən qanunsuz olaraq İddiaçı hesablanmış abonent saldosunda göstərilən 770,81 (yeddi yüz yetmiş manat səksən bir qəpik) manat məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarına Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktı əlavə edilmişdir. Akta əsasən müəyyən edilir ki, sözügedən sayğac xx.xx.2023-cü il tarixdə quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş çıxarışın surətinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanı İddiaçı mülkiyyətindədir. İş materiallarına Azəriqaz İB-nin istehlakçı X3 ünvanladığı müvafiq xəbərdarlıq bildirişi əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* №-li Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, istehlakçı İddiaçı məxsus yaşayış sahəsində olan 1602AZ**********7 nömrəli sayğacın çıxış plastmas borusu deşilib, sayğac minimal sərfiyatda xəta ilə işləyir, hesablama mexanizmi minimal sərfiyyatla keçən qazın həcmini qeyd etmir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 6480 m³-dur. Sözügedən həcm 6x12x90 düsturu ilə hesablanıb. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-7959/Q001 nömrəli akta əsasən müəyyən edilir ki, 1602AZ**********7 nömrəli sayğac istismara yararsızdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli abonentin saldosuna əsasən müəyyən edilir ki, abonentin borcu mövcud olmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Mübahisənin qanuni əsası qismində iddiaçı və cavabdeh arasında Qazın alqısatqısına dair müqavilə təşkil edir. Deməli, mübahisənin qanuni əsası müqavilə (öhdəlik) münasibətləridir. Məhkəmə nəzərə alır ki, istehlakçı qismində müqavilə X4 ilə bağlanmışdır. Lakin, daşınmaz əmlakın mülkiyyətçisi hazırki mülki iş üzrə İddiaçıdır. Odur ki, mübahisə İddiaçı maraqlarına toxunur və onun iddia tələbi üzrə subyektiv hüququ mövcuddur. Deməli, mübahisəyə mahiyyəti üzrə baxmalıyıq. Nəzərə almaq lazımdır ki, istehlakçı İddiaçı məxsus yaşayış sahəsində olan 1602AZ**********7 nömrəli sayğacın çıxış plastmas borusu deşilməklə hesablanma mexanizmi minimum sərfiyyatda qeyd etməməsinin əsassız olaraq istehlakçının təqsiri üzündən baş verməsi qənaətinə gəlinmişdir. Bir müddət sonra istehlakçı İddiaçı və ya müqavilə tərəfi X1 müayinəsində iştirakını təmin etmədən əsassız olaraq sayğaca müdaxilə edilməsi qənaətinə gəlinmişdir. Sayğaca müdaxilə edilmişsə belə, müdaxilə edən şəxsin şəxsiyyəti, məsuliyyəti və təqsirinin əsası və həddləri müəyyən edilməlidir. Sayğac təhvil alınan zaman müdaxilə barədə akt tərtib edilmədən bir müddət sonra bu barədə müvafiq qənaətə gəlinməsi qanuni hesab edilə bilməz. Nəzərə almaq lazımdır ki, hazırki iddia tələbi üzrə mülki hüquq münasibətinin subyektlərinin məsuliyyətinin əsasları müqavilə şərtləri ilə müəyyənləşdirilir. Hüquqi məsuliyyətin şərtləri və həddləri müəyyən və əsaslı olaraq müəyyənləşdirilməlidir. Qanunvericiliyə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Belə olduğu halda, məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən iddiaçının təqsiri müəyyən edilmədiyindən, həmçinin zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanılmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan cavabdeh dəyişdirilmiş qaz sayğacının qüsurlarına görə hesablanmış qaz itkisinin dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edilə bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunun 13-cü maddəsinin 8ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İş materiallarına əsasən müəyyən edilir ki, cərimə üzrə saldonun hesablanma meyarı günlük 24 saatlıq əmsal üzrə götürülür ki, bu da əsaslı və ağlabatan deyildir. Nəzərə almaq lazımdır ki, mülki iş üzrə sübutemə yükü publik münasibətlər üzrə hakimiyyət səlahiyyətlərini həyata keçirən Cavabdeh İB-nin üzərindədir. Məhkəmə cavabdeh orqana izah edir ki, Cavabdeh İB dövlət orqanı olaraq publik səlahiyyətlərindən istifadə etməklə sayğaca hər hansı müdaxilə, kənar xəttin çəkilməsi müəyyən edilmişdirsə, həmin xüsusatı aşkara çıxarmaq və təqsirkar şəxs(lər) barədə tədbir görülməsi müvafiq hərəkətləri etmək öhdəliyi ilə mükəlləfdir. Həmin fəaliyyətin (nəzarət mexanizmi) operativ və effektiv təşkil-təmin olunması Cavabdeh İB-nin vəzifəsidir. İstehlakçının təqsirini müəyyən etmədən maliyyə sanksiyalarının tətbiq edilməsi isə əsassız olmaqla yolverilməzdir. Sayğacdan kənar xəttin mövcudluğu aşkar olunursa, bu barədə müvafiq şəxslərin iştirakı ilə akt tərtib edilməli, həmin akta istehlakçı daxil edilməli, istehlakçı müvafiq aktla tanış olmalı və qüsurlar barədə məlumatlandırılmalıdır. Bundan sonra isə, qüsurun baş vermə səbəbi və müvafiq məsuliyyət tədbirləri tətbiq edilməlidir. Cinayət təqibini zəruri edən ilkin şübhələr müəyyən edildikdə səlahiyyətli qurum Cavabdeh İB tərəfindən prokurorluq orqanlarına müraciət edilməlidir. Vətəndaşı əsası və mənbəyi müəyyən olmayan həddən artıq məsuliyyətlə yükləmək yolverilməzdir. Beləliklə, məhkəmə işdəki sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, cavabdeh Azəriqaz İB-nin xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı aktı qanunsuz hesab edilməli və cavabdeh Azəriqaz İB tərəfindən qanunsuz olaraq İddiaçı mənzilinə (abonent kodu: **********00390) hesablanmış abonent saldosunda göstərilən 770,81 (yeddi yüz yetmiş manat səksən bir qəpik) manat borc məbləği qanunsuz hesab edilməklə silinməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdeh Azəriqaz İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Azəriqaz İB-nin xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı aktı qanunsuz hesab edilsin və İddiaçı mənzilinə (abonent kodu: **********00390) hesablanmış abonent saldosunda göstərilən 770,81 (yeddi yüz yetmiş manat səksən bir qəpik) manat borc məbləğinin silinməsi vəzifəsi cavabdeh Azəriqaz İB-nə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-1380/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1380/2024
12.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver