Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1393/2024 02.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi, akt əsasında hesablanmış debitor borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi, akt əsasında hesablanmış debitor borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın və Cavabdeh “itirilmiş təbii qazın dəyərinin hesablanması” komissiyasının xx.xx.2023-cü il tarixli ******* nömrəli tələbnaməsinin ləğv edilməsi, onun yaşadığı ünvan 1 ünvana xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında xx.xx.2023-cü il tarixli ******* nömrəli tələbnaməyə əsasən 6480 m3 itirilmiş qazın bərpası üçün hesablanmış borcun onun **********40356 nömrəli abunə hesabından silinməsi, onun depozit hesabına əlavə pul ödənişinin (istehlak etdiyi qaza görə ödəniş istisna olmaqla) sayğacın balansına köçürülərək kartına bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, onunla Cavabdeh arasında ünvan 1 ünvana dair qazdan istifadə edilməsi barədə müqavilə bağlanıb və sayğac quraşdırılmışdır. Sayğac daim normal vəziyyətdə işləmişdir və ödənişlər sərfiyyata uyğun ödənilmişdir. O, xx.xx.2023-cü ildə qaz sayğacında problem olduğunu görmüş və dərhal Cavabdeh İB-nin 104 qaynar xəttinə zəng edərək məlumat vermişdir. Həmin gün qaz idarəsinin əməkdaşları gəlib sayğaca baxış keçirmiş və sayğacın istismar müddətinin bitdiyini bildirmiş və sayğacı yenisi ilə əvəz etmişlər. Bununla bağlı xx.xx.2023-cü il tarixdə “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında ******* saylı akt tərtib edilmişdir. Aktda sayğacın dəyişdirilmə səbəbi kimi “köhnəlib” qeydi yazılmışdır. Bundan sonra qaza müdaxilə faktı ilə itirilmiş qaza görə ona borc hesablanmışdır. Bu hal barəsində isə karta yüklənən məbləğin 50%-nin dərhal silinməsindən sonra, 2024-cü ilin yanvar ayında məlumat almışdır. Ona sayğaca müdaxilə olunduğundan, sayğacın quraşdırılmasından 3 ay müddətinə gün ərzində 12 saat olmaqla, gündəlik sərfiyyatdan 6 m3 hesablanmaq şərti ilə 740 manat itirilmiş qaz sərfiyyatına görə borc hesablanmasına dair xx.xx.2023-cü il tarixli ******* saylı akt və xx.xx.2023-cü il tarixli tələbnamə olduğu bildirilmişdir. O, sayğaca heç bir müdaxilə etməmişdir, sayğac dəyişdirilərkən, plomblar yerində olmuş, sayğacın dəyişdirilmə səbəbi kimi köhnəldiyi göstərilmişdir. Hesab edir ki, ona yazılmış borc qanunsuz və əsassız yazıldığına görə silinməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişdir. Lakin elektron kabinet vasitəsilə ərizə göndərərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan müəyyən edilir ki, İddiaçı məxsus ünvan 2 ünvanda quraşdırılmış itron tipli G-4 markalı 1202AQ**********6 nömrəli qaz sayğacı çıxarılmışdır (göstərici 15981 m3) və zenner tipli **********096 nömrəli yeni sayğac quraşdırılmışdır (göstərici 00000). Sayğacın çıxarılma səbəbi kimi “sayğac kiplənib” qeyd edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktda göstərilmişdir ki, İddiaçı məxsus ünvan 2 ünvanda quraşdırılmış 1202AQ**********6 nömrəli qaz sayğacının çıxış plastmas borusu deşilib və hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Dəymiş ziyanın hesablanıb ödənilməsi təmin edilsin. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə göstərilir ki, Cavabdeh Qazın Satışı Departamentinin sənayə və məişət qaz sayğacların kalibrləmə laboratoriyasının xx.xx.2023-ciü il tarixli 14-2-2/3-5-6868/Q001 nömrəli aktına əsasən G4 markalı 1202AQ**********6 nömrəli sayğacın çıxış plastmas borusu deşilmişdir. Beləliklə qaz sayğacının nominal qaz sərfi 6 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə (6 x 12 x 90 = 6480 m3) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Cavabdeh abonentə məxsus olan sayğacın çıxış plastmas borusunun deşildiyini qeyd etsə də, bu halın iddiaçı tərəfindən edildiyini, eyni zamanda abonentin belə bir müdaxilə edə biləcəyini hər hansı bir mötəbər sübutla əsaslandırmamışdır. Sayğac xx.xx.2023-cü il tarixdə istifadə müddətinin bitməsi səbəbindən yenisi ilə əvəz edilmişdir. Sayğacın köhnəlməsində iddiaçının təqsiri yoxdur. Sayğacda yaranmış hər hansı bir təbii qüsura, aşınma zamanı əmələ gələn texniki nasazlığa görə sayğacdan keçən qazın mexanizm tərəfindən qeyd edilməməsinə abonent məsuliyyət daşımır. Həmçinin sayğacın dəyişdirilməsindən əvvəlki aylar və sonrakı aylar üzrə ödənişlər arasında ciddi fərqin olmaması bir daha abonentin sayğaca hər hansı bir müdaxilə etmədiyini təsdiq edir. Abonent istifadə etmədiyi 6480 m3 qaza görə hesablanmış borcun ödənilməsi üçün məsuliyyət daşımır. Çünki, istehlakçının təqsiri nəticəsində qaz sayğacına müdaxilə edilməsi sübuta yetirilməmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt və Cavabdeh “itirilmiş təbii qazın dəyərinin hesablanması” komissiyasının xx.xx.2023-cü il tarixli ******* nömrəli tələbnaməsi ləğv edilməli, İddiaçı yaşadığı Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 574-cü məhəllə ev 111,113, 99, 101,103,105,107,109 mənzil 35 (yeni qaydalarla AZ1141, ünvan 3 ünvana xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında xx.xx.2023-cü il tarixli ******* nömrəli tələbnaməyə əsasən 6480 m3 itirilmiş qazın bərpası üçün hesablanmış borc - istehlakçı İddiaçı **********40356 nömrəli abunə hesabından silinməlidir. İddiaçı depozit hesabına əlavə pul ödənişinin (istehlak etdiyi qaza görə ödəniş istisna olmaqla) onun sayğac balansına köçürülərək kartına bərpa olunması vəzifəsi Cavabdehnə tapşırılmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt və Cavabdeh “itirilmiş təbii qazın dəyərinin hesablanması” komissiyasının xx.xx.2023-cü il tarixli ******* nömrəli tələbnaməsi ləğv edilsin. İddiaçı yaşadığı Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 574-cü məhəllə ev 111,113, 99, 101,103,105,107,109 mənzil 35 (yeni qaydalarla AZ1141, ünvan 3 ünvana xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında xx.xx.2023-cü il tarixli ******* nömrəli tələbnaməyə əsasən 6480 m3 itirilmiş qazın bərpası üçün hesablanmış borc - istehlakçı İddiaçı **********40356 nömrəli abunə hesabından silinsin. İddiaçı depozit hesabına əlavə pul ödənişinin (istehlak etdiyi qaza görə ödəniş istisna olmaqla) onun sayğac balansına köçürülərək kartına bərpa olunması vəzifəsi Cavabdehnə tapşırılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-1393/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1393/2024
02.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver