Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-140/2022 21.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçılar Hüseynova (Əliyeva) Hökümə Gülbala qızının, İddiaçı3 və İddiaçı4, onların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X5, X9, X17 iştirakları ilə, İddiaçılar İddiaçı1, Hüseynova (Əliyeva) Hökümə Gülbala qızı, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı “çıxarışın hissəvi etibarsız sayılması, vərəsəlik şəhadətnaməsinin hissəvi, miras payı bağışlama müqaviləsinin tam ləğv olunaraq miras əmlakın vərəsələr arasında bölünməsi tələbinə dair” və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X5, X9, X17 və X18 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin notariusu X6 qarşı “müqavilənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, çıxarışın ləğv edilməsi tələbinə dair” iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, Hüseynova (Əliyeva) Hökümə Gülbala qızı, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı “çıxarışın hissəvi etibarsız sayılması, vərəsəlik şəhadətnaməsinin hissəvi, miras payı bağışlama müqaviləsinin tam ləğv olunaraq miras əmlakın vərəsələr arasında bölünməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X3 Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə X14 arasında Bakı şəhəri,Sabunçu rayonu,Vişnyovka qəsəbəsində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsinin istifadəyə verilməsinə dair bağlanmış 31 avqust 2005-ci il tarixli 99 saylı müqavilənin etibarsız sayılması, Bakı şəhəri,Sabunçu rayonu,Vişnyovka qəsəbəsində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsinin xx.xx.2015-ci il tarixdə X4 adına dövlət reyestrində qeydiyyata alınmasına dair Çıxarışın hissəvi etibarsız sayılması və həmin bağ sahəsinə dair 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunun notariusu X15 tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin hissəvi, miras payı bağışlama müqaviləsinin isə tam ləğv olunaraq göstərilən bağ sahəsinin 12.03 2015-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə olan Çıxarışın ləğv olunması və miras əmlakın vərəsələr arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia tələbini onunla əsaslandırmışdırlar ki, mərhum ataları X21 ilə Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi arasında bağlanmış icarə müqaviləsi əsasında Bakı şəhəri Sabunçu rayonu Vişnyovka qəsəbəsində yerləşən 1337 saylı bağ sahəsi 0.25 hektar sahəsi olan 1 otaqdan ibarət 12,9 kv. metr yaşayış mənzili və 7,5 kv. metr mətbəxi ilə birlikdə icarəyə verilmişdir. Ataları 1976-cı ildə vəfat etmişdir. Bundan sonra bağ sahəsi anaları X37 ilə Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi arasında bağlanmış xx.xx.1988-ci il tarixli 99 saylı icarə müqaviləsi əsasında 10 il müddətinə ona və müqavilədə göstərilən ailə üzvlərinə icarəyə verilmişdir. X2 xx.xx.2005ci ildə vəfat etmişdir. Qeyd olunan bağ sahəsinin hazırki hüquqi statusu barədə dəqiq məlumatları olmamışdır. Ona görə də mərhum anaları vəfat etdikdən sonra bağ sahəsinin kimin adına sənədləşdirilməsi və hazırkı hüquqi statusu barədə ətraflı arayış verilməklə bu barədə olan müvafiq sənədlərin surətlərinin təsdiq olunmuş formada göndərilməsi üçün Bakı şəhəri 17 saylı vəkil bürosu vasitəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə vəkil sorğusu göndərilmiş, sorğuya verilmiş xx.xx.2021-ci il tarixli **********52 saylı arayışda bildirilmişdir ki,”... İdarənin arxivində mövcud olan sənədlərə əsasən Bakı şəhəri,Sabunçu rayonu,Vişnyovka qəsəbəsində yerləşən,0,25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsi üzərindəki tikililərlə xx.xx.1988-ci il tarixli, 99 nömrəli müqavilə əsasında X22 icarəsinə verilmişdir. İcarədarın vəfatından sonra ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri əsasında sözügedən bağ sahəsi X4 adına keçirilmiş və xx.xx.2005-ci il tarixli, 99 saylı müqavilə ilə rəsmiləşdirilmişdir. Daha sonra həmin müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 0,25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsi xx.xx.2015ci il tarixdə X4 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzinin notariat kontorunun notariusu X15 tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və miras payın bağışlama müqaviləsi əsasında sözügedən bağ sahəsi xx.xx.2015-ci il tarixdə Cavabdeh1 adma daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır,hazırda mülkiyyətindədir. Sorğunuzla əlaqədar olaraq bildiririk ki,sənəd surətləri müvafiq məhkəmə qərarına əsasən verilə bilər.” Qeyd olunan bağ sahəsi mərhum valideynləri tərəfindən icarəyə götürülmüş, bütün uşaqlıq və gənclik çağlarını bağ mövsümü həmin bağ sahəsində keçmişdir. Düzdür, onlarla yanaşı mərhum qardaşları Əliyev Novruzəlinin özü və ailə üzvləri də həmin bağ sahəsində dincəlmişdir. Bağ sahəsinin abadlaşdırılmasında, ətrafının hasara alınmasında, kol-kosdan təmizlənməsində, əkilibbecərilməsində mərhum valideynləri ilə bərabər qeyd olunan müqavilədə adları göstərilən şəxslər birgə iştirak etmişlər. Zeynəb Əliyevanın vəfatından sonra da həmin bağ sahəsini qanuni vərəsə olaraq miras əmlak kimi faktiki olaraq qəbul etmişlər. Mərhum Novruzəli onlara bildirmişdir ki,bağ sahəsi ilə bağlı yeni icarə müqaviləsi bağlamaq lazımdır. Ona inanıb icarə müqaviləsinin onun adına bağlanmasına razılıq vermişlər. Lakin bağ sahəsinin onun öz adına özəlləşdirməsini və sonra da həmin bağ sahəsini bağışlama müqaviləsi əsasında oğlu Cavabdeh1 bağışlamasını və Ziyanın da həmin bağ sahəsini dövlət reyestrində qeydiyyata aldırmaqla mülkiyyətinə keçirməsini bilməmişlər. Cavabdehlərin qanunsuz hərəkətlərindən vəkil sorğusuna verilmiş arayışla tanış olduqdan sonra xəbərdar olmuşlar. Cavabdehlər qeyd olunanlar barədə onlara heç bir məlumat verməmiş, bununla da qanunla qorunan hüquqları pozulmuşdur. Qeyd olunan bağ sahəsinin Novruz Əliyevin adına özəlləşdirilməsinə icazə verməmişlər. Bağ sahələrinin özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanı qəbul edildikdən sonra qanuni vərəsələr öz aralarında danışıb razılığa gəlmişdir ki, bağ sahəsi Zeynəb Əliyevanın vərəsələri arasında bərabər olaraq, yəni hər birinə 0.08 hektar ölçüdə olmaqla üç yerə bölünsün. Sonra da həmin hissə qeyd olunan şəxslərin adına sənədləşdirilsin. Bu razılıqdan sonra həmin bağ sahəsinin ətrafına mişar daşından hasar çəkdirmişlər. Cavabdeh1 həmin bağ sahəsinin üçdə bir hissəsini, təxminən 0.08 hektarını bu razılıqdan sonra onların xəbəri olmadan əkdirmişdir. Onlara aid olan qalan hissə isə əvvəlki kimi əkilməmiş qalmışdır. Yasamal rayon VVADQ şöbəsindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-1 № 171458 saylı ölüm haqqında şəhadətnamədə göstərilir ki X37 xx.xx.2005-ci ildə ölmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin vermiş olduğu xx.xx.2021-ci il tarixli **********52 saylı arayışda isə bildirilir ki,”... İdarənin arxivində mövcud olan sənədlərə əsasən Bakı şəhəri,Sabunçu rayonu,Vişnyovka qəsəbəsində yerləşən,0,25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsi üzərindəki tikililərlə xx.xx.1988-ci il tarixli,99 nömrəli müqavilə əsasında X22 icarəsinə verilmişdir. İcarədarın vəfatından sonra ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri əsasında sözügedən bağ sahəsi X4 adına keçirilmiş və xx.xx.2005-ci il tarixli, 99 saylı müqavilə ilə rəsmiləşdirilmişdir.” Buradan belə aydın olur ki, anaları hələ sağ olarkən həmin bağ sahəsi icarə müqaviləsi ilə Novruzəli Əliyevin adına keçirilmişdir. Bu da Novruzəli Əliyevin adına bağlanmış icarə müqaviləsinin doğruluğuna şübhə yaradır. Eyni zamanda, Bakı şəhəri,Yasamal rayonu,22 saylı Mənzil Kommunal İstismar Sahəsinin Bakı şəhəri, 17 saylı Vəkil bürosunun vəkil sorğusuna əsasən vermiş olduğu xx.xx.2021-ci il tarixli 11 saylı arayışdan aydın olur ki, Cavabdeh1 öz ailə üzvləri ilə ünvan 1 ünvanda yerləşən evdə qeydiyyatda olmaqla orada yaşayır. Bakı şəhəri,Yasamal rayonu,İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS-nin xx.xx.2021-ci il tarixli arayışdan aydın olur ki, ünvan 3 ünvanının keçmiş adı ünvan 4ublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə uyğun olaraq valideynləri vəfat etdikdən sonra onlara məxsus olan bütün mirası, o cümlədən də qeyd olunan bağ sahəsini qəbul etmişlər. Belə ki, anaları vəfat etdikdən sonra da İddiaçı1 atası Gülbala Əliyevə məxsus olan evdə qeydiyyatda olmaqla orada yaşamışdır. Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.Buradan aydın olur ki, qanuni vərəsə olaraq anaları tərəfindən icarəyə götürülmüş bağ sahəsini - yəni mirası faktiki olaraq qəbul etmişlər. X41 məxsus olmuş ünvan 5 ünvanında yerləşən evə qanuni vərəsə kimi İddiaçı1 notariat kontorundan vərəsəlik şəhadətnaməsi almış və sonra da İddiaçı1 qeyd olunan evə öz adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Çıxarış almışdır. İddiaçı1 hələ analarının sağlığında bağ sahəsində öz vəsaiti hesabına su quyusu qazdırmışdır. Mərhum analarının vəfatından sonra bağ sahəsini miras əmlak kimi faktiki olaraq qəbul edib ondan istifadə etmələrini, ora gedib-gəlmələrini, bağ sahəsini abadlaşdırmalarını və mühafizə etmələrini qeyd olunan bağ sahəsində qonşuları olan X32 və X23 təsdiq edə bilərlər. Göstərilənlərdən aydın olur ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən qeyd olunan bağ sahəsi ilə bağlı Cavabdeh1 adına vərəsəlik şəhadətnaməsi verilərkən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən müvafiq orqanlar və maraqlı şəxslər tərəfindən mərhum Zeynəb Əliyevanın qanuni vərəsələri kimi onlara da məlumat verilməli və razılıqları alınmalı idi. Göründüyü kimi, qanuni vərəsə kim qeyd olunan bağ sahəsini miras əmlak kimi qəbul etmələrinə baxmayaraq həmin bağ sahəsindən istifadə edə bilmir, yəni qanuni vərəsə kimi bağ sahəsindən qanunsuz olaraq məhrum edilmişlər. Yaranmış zərurətlə əlaqədar olaraq vəkil sorşusu ilə Bakı şəhəri,3 saylı “ASAN” xidmət mərkəzinə müraciət edilmiş və Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən 0,25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsinin X4 adına keçməsinə səbəb olmuş sənədlərin (ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri) və həmin bağ sahəsinin xx.xx.2015-ci il tarixdə Cavabdeh1 adına keçməsinə əsas olmuş müvafiq sənədlərin (ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri) təsdiq edilmiş surətlərini təqdim edilməsi xahiş olunmuş, təqdim olunmuş sənədlərdən aydın olmuşdur ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X3 Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə X14 arasında bağlanmış xx.xx.2005-ci il tarixli 99 saylı müqavilə əsasında Bakı şəhəri Sabunçu rayonu Vişnyovka qəsəbəsində yerləşən 1337 saylı bağ sahəsi 0.25 hektar sahəsi olan 1 otaqdan ibarət 12,9 kv. metr yaşayış mənzili və 7,5 kv. metr mətbəxi ilə birlikdə Novruzəli Əliyevə istifadəyə verilmişdir. İcarə müqaviləsi ilə tanış olduqda məlum olmuşdur ki, istifadəçi ilə birlikdə bağdan istifadə edən ailə üzvlərinin - şəxslərin siyasından qəsdən onların adları çıxarılmış, yalnız öz ailə üzvlərinin- arvadı Sara Əliyevanın, oğlu Cavabdeh1 və qızı Aybəniz Əliyevanın adları daxil edilmişdir. Halbuki xx.xx.1988-ci il tarixli icarə müqaviləsində Zeynəb Əliyevanın ailə üzvləri kimi 12 nəfər: X27, X24, X10, X28, İddiaçı3, X33, X34, Hüseynova (Əliyeva)Hökümə Gülbala qızı, X14, X38, Cavabdeh1 və X11 qeyd olunmuşdur. xx.xx.2005-ci il tarixli icarə müqaviləsi bağlanarkən anaları sağ olmuşdur. Analarının və onların razılığı ilə belə bir müqaviənin bağlanması qeydi mümkün idi. Bu müqavilə onların xəbəri və razılığı olmadan bağlanmışdır. xx.xx.1988-ciİdə anaları ilə bağlanmış 99 saylı icarə müqaviləsinin 2-ci maddəsinin “a” bəndinin 2-ci hissəsində qeyd olunur ki, icarəyə verilmiş bağ sahəsi və bu sahədə tikilmiş yaşayış və köməkçi binalar şəxsi mülkiyyət hesab edilmir. Qeyd olunan bağ sahəsi mərhum Novruzəli Əliyevin icarəçi kimi bağ sahəsindən saxta istifadə müqaviləsinə əsasən əsassız və qanunsuz olaraq onun adına sənədləşdirilmişdir. Həmin bağ sahəsindən isə Novruzəli Əliyevlə yanaşı Gülbala Əliyevin və Zeynəb Əliyevanın digər ailə üzvləri də istifadə etmişlər. Ona görə də Novruz Əliyevin miras əmlakı hesab olunmadığı üçün həmin bağ sahəsinə onun ailə üzvlərinin adına vərəsəlik şəhadətnaməsi verilə bilməzdi. Göstərilən bağ sahəsi ilə bağlı Zeynəb Əliyevanın bütün qanuni vərəsələri müəyyən olunduqdan sonra həmin bağ sahəsi ilə bağlı vərəsəlik şəhadətnaməsinin kimlərə verilməsi məsələsi notarius tərəfindən həll oluna bilərdi. Lakin qanunvericiliyin bu tələblərinə əməl olunmamışdır. Məhkəmə gedişatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən X19, X25, X33 və X34 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb olunmuşdurlar. X19, X25, X33 və X34 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə qoşulmaqla, cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin notariusu X6 qarşı “müqavilənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, çıxarışın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatını Abadlaşdırma və Park X20 Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə X14 arasında Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsinin istifadəyə verilməsinə dair bağlanmış xx.xx.2005-ci il tarixli 99 saylı müqavilənin etibarsız sayılması, həmin bağ sahəsinin xx.xx.2015-ci il tarixdə X4 adına dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın hissəvi etibarsız sayılması, həmin bağ sahəsinə dair 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin notariusu X15 tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin hissəvi, miras payı bağışlama müqaviləsinin isə tam ləğv olunaraq göstərilən bağ sahəsinin xx.xx.2015-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın ləğv olunması və miras əmlakın vərəsələr arasında bölünməsi, məhkəmə xərclərinin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia tələbini onunla əsaslandırmışdırlar ki, mərhum babaları X12 icarəsində olmuş Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən,0,25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsi üzərindəki tikililərlə xx.xx.1988-ci il tarixli, 99 nömrəli müqavilə əsasında mərhum nənələri X22 icarəsinə verilmişdir. X22 ailə üzvləri kimi onların da adları həmin icarə müqaviləsində qeyd olunmuşdur. Bu yaxınlarda məlum olmuşdur ki, Zeynəb Əliyevanın vəfatından sonra ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri əsasında sözügedən bağ sahəsi X4 adına keçirilmiş və xx.xx.2005-ci il tarixli, 99 saylı müqavilə ilə rəsmiləşdirilmişdir. Daha sonra həmin müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 0,25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsi xx.xx.2015-ci il tarixdə X4 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzinin notariat kontorunun notariusu X15 tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və miras payın bağışlama müqaviləsi əsasında sözügedən bağ sahəsi xx.xx.2015-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edənə kimi bu göstərilənlərdən məlumatları olmamışdır. X1 qanuni vərəsələri olaraq mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər kimi maraqlarına toxunur və onların qanunla qorunan hüquqlarını pozur. Mərhum babaları X21 ilə Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi arasında bağlanmış icarə müqaviləsi əsasında Bakı şəhəri Sabunçu rayonu Vişnyovka qəsəbəsində yerləşən 1337 saylı bağ sahəsi 0.25 hektar sahəsi olan 1 otaqdan ibarət 12,9 kv. metr yaşayış mənzili və 7,5 kv. metr mətbəxi ilə birlikdə icarəyə verilmişdir. Gülbala Əliyev 1976-cı ildə vəfat etmişdir. Bundan sonra qeyd olunan bağ sahəsi nənələri X37 ilə Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi arasında bağlanmış xx.xx.1988-ci il tarixli 99 saylı icarə müqaviləsi əsasında 10 il müddətinə ona və müqavilədə göstərilən ailə üzvlərinə icarəyə verilmişdir. X2 xx.xx.2005-ci ildə vəfat etmişdir. Zeynəb Əliyeva vəfat etdikdən sonra bibiləri İddiaçı1, İddiaçı2 və qardaşları Cəbrayıl və İddiaçı4lər iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edənə kimi bizim həmin bağ sahəsinin hüquqi statusu barədə dəqiq məlumatları olmamışdır. Qeyd olunan bağ sahəsi mərhum baba və nənələri tərəfindən icarəyə götürülmüş, bütün uşaqlıqları və gəncliklərinin bağ mövsümü həmin bağ sahəsində keçmişdir. Mərhum əmiləri Əliyev Novruzəlinin özü və ailə üzvləri də həmin bağ sahəsində dincəlmişdir. Bağ sahəsinin abadlaşdırılmasında, əkilib-becərilməsində mərhum valideynləri ilə bərabər qeyd olunan müqavilədə adları göstərilən şəxslər birgə iştirak etmişlər. Mərhum nənələri Zeynəb Əliyevanın vəfatından sonra da həmin bağ sahəsini qanuni vərəsə olaraq miras əmlak kimi faktiki olaraq qəbul etmişlər. Mərhum əmiləri Novruzəli Əliyevin, onun oğlu Cavabdeh1 və əmilərinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş notariusun və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin qanunsuz hərəkətlərindən bu yaxınlarda xəbərdar olmuşlar. Mərhum əmiləri, onun oğlu Ziya və qeyd olunan notarius və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi bu qeyd olunanlar barədə onlara heç bir məlumat verməmiş, bununla da qanunla qorunan hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatını Abadlaşdırma və Park X20 Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə X14 arasında Bakı şəhəri, Sabunçu rayonu,Vişnyovka qəsəbəsində yerləşən,0,25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsinin istifadəyə verilməsinə dair bağlanmış xx.xx.2005-ci il tarixli 99 saylı müqavilənin 10-cu bəndində göstərilir ki, bağ istifadəçilərinin və onların yetkinlik yaşına çatmış ailə üzvlərinin rəsmi razılıqları ilə istifadələrindəki bağlar ailə üzvlərinin, qohumlarının və Birlik üzrə bağ növbəsinə götürülmüş kənar şəxslərin adlarına keçirilə bilər. Həmin müqavilənin 11-ci bəndində isə göstərilir ki, istifadəçi vəfat etdikdə və ya daimi yaşayış üçün respublikadan kənara köçdükdə bağın istifadə müqaviləsi onun ailə üzvləri, qohumları və Birlikdə bağ növbəsinə dayanmış kənar şəxslər ilə müvafiq razılıqlar əsasında bağlanıla bilər”. Eyni zamanda, nənələrinin icarəsində olmuş bağ sahəsinin icarəsinə verilməsinə dair olan müqavilənin dəyişdirilərək mərhum əmilərinin adına keçirilməsinə heç bir razılıq verməmiş, bununla bağlı notariat kontorunda hər hansı notariusun yanında olmamış və heç bir razılıq ərizəsi verərək ona imza etməmişlər. Belə bir əməliyyatın aparılmasından bu yaxınlara qədər məlumatları olmamışdır. Bu yaxınlarda məlum olmuşdur ki, onların adından belə bir saxta ərizələr tərtib olunaraq guya razılıq vermələrinə dair saxta imzalar edilmişdir. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən qeyd olunan bağ sahəsi ilə bağlı Cavabdeh1 adına vərəsəlik şəhadətnaməsi verilərkən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən müvafiq orqanlar və maraqlı şəxslər tərəfindən mərhum Zeynəb Əliyevanın qanuni vərəsələri kimi onlara da məlumat verilməli və razılıqları alınmalı idi. Göründüyü kimi, qanuni vərəsə kimi qeyd olunan bağ sahəsini miras əmlak kimi qəbul etmələrinə baxmayaraq həmin bağ sahəsindən istifadə edə bilmir, yəni qanuni vərəsə kimi bağ sahəsindən qanunsuz olaraq məhrum edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar Hüseynova (Əliyeva) Hökümə Gülbala qızı, İddiaçı3 və İddiaçı4 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxslər X19, X25, X33 irəli sürdükləri iddia tələbinin təmin eilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında Cavabdeh1 iddia tələblərini qəbul etməyərək, hər iki iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı1, cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin notariusu X15, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X34 məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə gəlməyən iddiaçının, cavabdehlərin (nümayəndələrinin) və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və qeyrilərininn cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “çıxarışın hissəvi etibarsız sayılması, vərəsəlik şəhadətnaməsinin hissəvi, miras payı bağışlama müqaviləsinin tam ləğv olunaraq miras əmlakın vərəsələr arasında bölünməsi tələbinə dair” iddiası təmin edilməməli, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər iddiası isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş icarəyə verən Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə X2 arasında bağlanmış xx.xx.1988-ci il tarixli 99 saylı icarə müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən,0,25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsi üzərindəki tikililərlə birlikdə icarədara icarəyə verilmişdir. Müqavilənin 10-cu bəndində icarədarın ailə üzvləri kimi X27, X24, X10, X28, İddiaçı3, X33, X34, Hüseynova (Əliyeva)Hökümə Gülbala qızı, X14, X43, Cavabdeh1 və X11 qeyd olunmuşdur. İş materiallarında olan X37 tərəfindən tərtib olunaraq Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsinin direktoruna ünvanlanmış və notariat qaydasında təsdiqlənmiş xx.xx.2005-ci il tarixli ərizədən görünür ki, ərizəçi xx.xx.1988-ci il tarixli 99 saylı icarə müqaviləsinə əsasən icarəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən,0,25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsinin yeni müqavilə ilə oğlu X4 icarəsinə verilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı3, X13, X24, İddiaçı1, X26 və X33 tərəfindən tərtib olunaraq Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsinin direktoruna ünvanlanmış və notariat qaydasında təsdiqlənmiş xx.xx.2005-ci il tarixli, Hüseynova (Əliyeva) Hökümə Gülbala qızı tərəfindən tərtib olunaraq Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsinin direktoruna ünvanlanmış və notariat qaydasında təsdiqlənmiş xx.xx.2005-ci il tarixli, İddiaçı1 tərəfindən tərtib olunaraq Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsinin direktoruna ünvanlanmış və notariat qaydasında təsdiqlənmiş xx.xx.2005-ci il tarixli razılıq ərizələrindən görünür ki, ərizəçilər anaları X22 icarəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən,0,25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsinin X4 icarəsinə verilməsinə etiraz etmədiklərini bildirmişdirlər. İş materiallarında olan icarəyə verən Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatını Abadlaşdırma və Park X20 Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə icarədar X14 arasında bağlanmış xx.xx.2005-ci il tarixli 99 saylı icarə müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsi icarədara icarəyə verilmişdir. Müqavilənin 8-ci bəndində icarədarın ailə üzvləri kimi X43, X11 və Cavabdeh1 qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X37 xx.xx.2005-ci il tarixdə, X14 isə xx.xx.2014-cü il tarixdə vəfat etmişdirlər. İş materiallarında olan xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəİik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 10 iyul 2014-cü il tarixdə vəfat etmiş X4 vərəsələri arvadı X43, qızı X11 və oğlu Cavabdeh1 miras əmlakdan hər biri bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: Daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair Dövlət reyestrindən xx.xx.2015-ci il jtarixli, ********** nömrəli elektron arayışına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DaşınmazyƏmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriyalı, **********77 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, 554 nömrəli reyestr kitabının, 52469 nömrəli vərəqində qeydiyyata alınmış, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, sahəsi 0.25 ha, kateqoriyası: yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü: bağ sahəsi, torpaq sahəsinin mülkiyyət növü: xüsusi, 1337 saylı bağ sahəsindən ibarətdir. Şəhadətnamə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun notariusu X15 tərəfindən təsdiqlənmiş və reyestrdə 2V/122 № ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli miras payın mağışlama müqaviləsinin surətindən görünür ki, X43 və X11 həmin tarixdə verilmiş qanun üzrə vərəsəİik hüququ haqqında şəhadətnamə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsində olan miras paylarını Cavabdeh1 bağışlamışdırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən vəkil sorğusuna verilmiş xx.xx.2021-ci il tarixli, **********52 saylı cavab məktubundan görünür ki, idarənin arxivində mövcud olan sənədlərə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsi üzərindəki tikililərlə xx.xx.1988-ci il tarixli, 99 nömrəli müqavilə əsasında X22 icarəsinə verilmişdir. İcarədarın vəfatından sonra ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri əsasında sözügedən bağ sahəsi X4 adına keçirilmiş və xx.xx.2005-ci il tarixli, 99 saylı müqavilə ilə rəsmiləşdirilmişdir. Daha sonra həmin müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 0.25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsi xx.xx.2015-ci il tarixdə X4 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzinin notariat kontorunun notariusu X15 tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və miras payın bağışlama müqaviləsi əsasında sözügedən bağ sahəsi xx.xx.2015-ci i! tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş materiallarında olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsinin X7 icarəyə verilməsi barədə razılıq ərizələrində olan imzaların İddiaçı3, Hüseynova (Əliyeva) Hökümə Gülbala qızı, X24, İddiaçı1, X26 və X33 tərəfindən icra olunub-olmamasının araşdırılması üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/165 saylı ekspert rəyinə əsasən: 1.1. İddiaçı3 tərəfindən Bakı şəhəri Bağlar təsərrüfatı birliyinin direktoru T.T.Allahverdiyevə ünvanlanmış “Ərizə”nin aşağı hissəsində “1.” qrafasında “İddiaçı3” yazılarının qarşısında olan imza - İddiaçı3 tərəfindən icra olunmuşdur. 1.2. İddiaçı3 tərəfindən Bakı şəhəri Bağlar təsərrüfatı birliyinin direktoru T.T.Allahverdiyevə ünvanlanmış “Ərizə”nin aşağı hissəsində “3.” qrafasında “X47 q.” yazılarının qarşısında olan imza - Səlimova (Əliyeva) Sədaqət Nüsrət qızı tərəfindən icra olunmuşdur. 1.3. İddiaçı3 tərəfindən Bakı şəhəri Bağlar təsərrüfatı birliyinin direktoru T.T.Allahverdiyevə ünvanlanmış "Ərizə”nin aşağı hissəsində “4.” qrafasında “X48 q.” yazılarının qarşısında olan imza - X25 tərəfindən icra olunmuşdur. 1.4. Ekspertizaya təqdim edilmiş, İddiaçı2 tərəfindən Bakı şəhəri Bağlar təsərrüfatı birliyinin direktoru T.T Allahverdiyevə ünvanlanmış “Ərizə”nin aşağı hissəsində “İmza: İddiaçı2 q.” yazılarının qarşısında olan imza - İddiaçı2 tərəfindən icra olunmuşdur. 1.5. İddiaçı1 tərəfindən Bakı şəhəri Bağlar təsərrüfatı birliyinin direktoru cənab T.T.Allahverdiyevə ünvanlanmış “Ərizə”nin aşağı hissəsində “3.” qrafasında “İmza: İddiaçı1 q.” yazılarının qarşısında olan imza - İddiaçı1 tərəfindən icra olunmuşdur.
2. İddiaçı3 tərəfindən Bakı şəhəri Bağlar təsərrüfatı birliyinin direktoru T.T.Allahverdiyevə ünvanlanmış “Ərizə”nin aşağı hissəsində “5.” qrafasında “X51 q.” yazılarının qarşısında olan imza -X33 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə tərəflərin vəsatəti təmin edilərək, iş materiallarında olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsinin X7 icarəyə verilməsi barədə razılıq ərizələrində olan imzaların İddiaçı3, Hüseynova (Əliyeva) Hökümə Gülbala qızı, X24, İddiaçı1, X26 və X33 tərəfindən icra olunub-olmamasının, X17 adının qarşısında olan imzanın onun əvəzinə İddiaçı3, Hüseynova (Əliyeva) Hökümə Gülbala qızı, X24 və ya X26 tərəfindən icra edilib-edilməməsinin müəyyən olunması üçün təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/849 saylı ekspert rəyinə əsasən: 1.1. İddiaçı3 tərəfindən Bakı şəhəri Bağlar təsərrüfatı birliyinin direktoru T.T.Allahverdiyevə ünvanlanmış “Ərizə ’nin aşağı hissəsində "1." qrafasında İddiaçı3 yazılarının qarşısında olan imza - İddiaçı3 tərəfindən icra olunmuşdur 1.2. İddiaçı2 tərəfindən Bakı şəhəri Bağlar təssərrüfatı birliyinin direktoru cənab T.T.Allahverdiyevə ünvanlanmış “Ərizə”nin aşağı hissəsində “İmza: İddiaçı2 q." yazılarının qarşısın¬da olan imza - Hüseynova (Əliyeva) Hökümə Gülbala qızı tərəfindən icra olunmuşdur. 1.3. İddiaçı3 tərəfindən Bakı şəhəri Bağlar təsərrüfatı birliyinin direktoru T.T.Allahverdiyevə ünvanlanmış “Ərizə"nin aşağı hissəsində “3." qrafasında “X47 q." yazılarının qarşısında olan imza - Səlimova (Əliyeva) Sədaqət Nüsrət qızı tərəfindən icra olunmuşdur 1.4. İddiaçı1 tərəfindən Bakı şəhəri Bağlar təsərrüfatı birliyinin direktoru cənab T.T.Allahverdiyevə ünvanlanmış “Ərizə nın aşağı hissəsində "İmza: İddiaçı1 q." yazılarının qarşısında olan imza - İddiaçı1 tərəfindən icra olunmuşdur. 1.5. İddiaçı3 tərəfindən Bakı şəhəri Bağlar təsərrüfatı birliyinin direktoru T.T.Allahverdiyevə ünvanlanmış “Ərizə'nin aşağı hissəsində “4." qrafasında “X48 q." yazılarının qarşısında olan imza - X25 tərəfindən icra olunmuşdur.
2. İddiaçı3 tərəfindən Bakı şəhəri Bağlar təsərrüfatı birliyinin direktoru T.T.Allahverdiyevə ünvanlanmış “Ərizə’nin aşağı hissəsində “5." qrafasında “X51 q.“ yazılarının qarşısında olan imza - X33 tərəfindən yox, İddiaçı3 tərəfindən yox, Hüseynova (Əliyeva) Hökümə Gülbala qızı tərəfindən yox, X24 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
3. İddiaçı3 tərəfindən Bakı şəhəri Bağlar təsərrüfatı birliyinin direktoru T.T.Allahverdiyevə ünvanlanmış “Ərizə”nin aşağı hissəsində “5." qrafasında “X56 q.” yazılarının qarşısında olan imzanın X25 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən şəbəblərə görə müəyyən etmək mümkün olmadı. xx.xx.2009-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Ailə üzvünün icarədar hesab edilməsi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 59.4-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Həmin Məcəllənin 63-cü maddəsinə əsasən yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin qüvvəsinin ləğvinə və ya şərtlərinin dəyişdirilməsinə səbəb ola bilməz. Həmin Məcəllənin 68.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin Məcəllənin 68.4-cü maddəsinə görə isə, vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1 və 158.1.2-ci maddələrinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyrinormativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsi üzərindəki tikililərlə xx.xx.1988-ci il tarixli, 99 nömrəli müqavilə əsasında X22 icarəsinə verilmişdir. İcarədarla birlikdə onun 12 nəfər ailə üzvünün bağdan istifadə hüququ müqavilənin 10-cu bəndində təsbit edilmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X33 istisna olmaqla, icarədarın və digər ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri əsasında sözügedən bağ sahəsi X4 adına keçirilmiş və xx.xx.2005-ci il tarixli, 99 saylı müqavilə ilə rəsmiləşdirilmişdir. Müqavilədə icarədarın ailə üzvləri kimi X43, X11 və Cavabdeh1 qeyd olunmuşdur. Daha sonra həmin müqavilə və xx.xx.2015-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 0.25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsi xx.xx.2015-ci il tarixdə X4 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzinin notariat kontorunun notariusu X15 tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və miras payın bağışlama müqaviləsi əsasında sözügedən bağ sahəsi xx.xx.2015-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. İddiaçılar İddiaçı1, Hüseynova (Əliyeva) Hökümə Gülbala qızı, İddiaçı3 və İddiaçı4, həmçinin, müstəqil tələb irəli sürən üçüncü şəxslər X19, X25 və X34 hazırki iddia tələbləri ilə məhkəməyə müraciət edərək, qeyd olunan bağ sahəsi bağlı aparılmış rəsmiləşdirmələrin- icarə müqaviləsinin, vərəsəlik hüququ haqqında şəhadətnamənin, şəhadətnamə əsasında verilmiş çıxarışın, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsini məhkəmədən xahiş etmişdirlər. İddia tələbini onunla əsaslandırmışdırlar ki, bağ sahəsinin icarə müqaviləsinin qardaşları X4 adına keçirilməsinə razılıq versələr də, onu öz mülkiyyətinə keçirməsinə razılıq verməmişlər, habelə bağ sahəsinin mərhum qardaşlarının, daha sonra onun oğlunun adına qeydiyyatdan keçməsi barədə məlumatları olmamışdır. Halbuki, məhkəmə gedişatında məlum olmuşdur ki, bağ sahəsinin X4 adına keçirilməsi müstəqil tələb irəli sürən üçüncü şəxs X33 istisna olmaqla, icarədarın və digər ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri əsasında mümkün olmuşdur. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, Hüseynova (Əliyeva) Hökümə Gülbala qızı, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı “çıxarışın hissəvi etibarsız sayılması, vərəsəlik şəhadətnaməsinin hissəvi, miras payı bağışlama müqaviləsinin tam ləğv olunaraq miras əmlakın vərəsələr arasında bölünməsi tələbinə dair” iddia tələbi təmin edilməməlidir. Bununla yanaşı, icarədarın ailə üzvü X17 bağ sahəsinin X4 adına keçirilməsinə razılığı alınmadığına görə, müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiası qismən təmin edilərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park X20 Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə X14 arasında bağlanmış Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsinin istifadəyə verilməsinə dair xx.xx.2005-ci il tarixli 99 saylı müqavilə etibarsız hesab edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsinin X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış, 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu X15 tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2015-ci il tarixli miras payı bağışlama müqaviləsi və bağ sahəsinin Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv olunmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçılar İddiaçı1, Hüseynova (Əliyeva) Hökümə Gülbala qızı, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı “çıxarışın hissəvi etibarsız sayılması, vərəsəlik şəhadətnaməsinin hissəvi, miras payı bağışlama müqaviləsinin tam ləğv olunaraq miras əmlakın vərəsələr arasında bölünməsi tələbinə dair” iddia tələbi təmin edilməsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiası qismən təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park X20 Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə X14 arasında Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsinin istifadəyə verilməsinə dair bağlanmış xx.xx.2005-ci il tarixli 99 saylı müqavilə etibarsız hesab edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 1337 saylı bağ sahəsinin X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış, 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu X15 tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2015-ci il tarixli miras payı bağışlama müqaviləsi və bağ sahəsinin Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv olunsun. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh1 alınıb müstəqil tələb irəli sürən şəxslərə verilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiası qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 264 (iki yüz altmış dörd) manat məbləğində pul Cavabdeh1 tutularaq, X8, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər.
Sədrlik edən:Ayaz Məmmədov