Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-143/2020 14.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçı, eyni zamanda cavabdeh İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, cavabdeh, eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X4, onun vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı tikiliyə giriş-çıxışa yaradılmış maneələrin aradan qaldırılması barədə iddia tələbi; iddiaçı Cavabdeh1 cavabdehlər X9, İddiaçı, Cavabdeh2, Bakı şəhəri 14 saylı Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi və müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdeh İddiaçı qarşı pul tələbi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 saylı ünvanda yerləşən 450 kv.m torpaq sahəsinin onun istifadəsində olan 225 kv.m hissəsində yerləşən tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 saylı ünvanda yerləşən 450 kv.m torpaq sahəsinin 225 kv.m hissəsi onun, digər 225 kv.m hissəsi Cavabdeh1 99 illik istifadəsindədir. Onun həmin torpaq sahəsinin 225 kv.m hissəsinə istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməklə adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, №0840924 saylı, xx xxxxx 2016-cı il tarixli çıxarış verilmişdir. Cavabdehlə qarşılıqlı razılaşmaya əsasən birgə vəsaitləri hesabına mübahisəli torpaq sahəsində layihə əsasında ofis binasını tikib sənədləşdirmək qərarına gəlmiş və bu məqsədlə o, həmin tikiliyə külli miqdarda vəsait qoymuş, cavadeh isə razılaşmanı pozaraq aralarında imzalanacaq birgə fəaliyyət haqqında müqaviləni müxtəlif bəhanələr gətirməklə imzalamaqdan yayınmış, müqaviləni imzalamaq istəmir. O, cavabdehə şifahi olaraq bir neçə dəfə müraciət etsə də, müraciəti cavabsız qaldığından, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məlumat üçün bildirir ki, cavabdeh artıq özbaşınalıq edirək əlavə torpaq sahələrini də zəbt edir. Odur ki, cavabdehin bu hərəkətləri qanunsuz hesab edilməklə, zəbt etdiyi, onun isifadəsində olan torpaq sahəsindən çıxarılmalı, orada olan tikinti cavabdehin hesabına sökülməli və əvvəlki vəziyyətinə gətirilməlidir. Məhkəmə baxışı dövründə ilk iddiaçı AzərbaycanRespublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia predmetinin dəyişdirilməsi barədə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 hərəkətlərinin qanunsuz hesab edilməsi, ünvan 5 saylı ünvanda yerləşən 450 kv.m torpaq sahəsinin icarə hüquq əsasında ona məxsus 225 kv.m hissəsində birgə inşa edilmiş tikiliyə giriş-çıxışa yaradılmış maneələrin aradan qaldırılmasının Cavabdeh1 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia predmetinin dəyişdirilməsi barədə iddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə prosesinin gedişində iddia tələbinin dəqiqləşdirilməklə iddia predmetininin dəyişdirilməsi zərurəti yaranmışdır. Belə ki, onun iddia tələbi ünvan 5 saylı ünvanda yerləşən 450 kv.m torpaq sahəsinin icarə hüququ əsasında ona məxsus 225 kv.m hissəsində inşa edilmiş tikilinin cavabdehin öz hesabına sökülməsinə yönəlmişdir. Buna səbəb cavabdehin əvvəlcədən şifahi olaraq razılaşdıqları öhdəliklərini icra etməməsi, birgə fəaliyyətlərini tənzimləyəcək müqavilənin bağlanmasından yayınması olmuşdur. Halbuki, onların ilkin razılaşmaları həmin tikilidən istifadə qaydalarını, əldə ediləcək gəlirin və xərclərin bölünməsi qaydalarını müəyyən edən müqavilə bağlanması olmuşdur. Lakin cavabdeh bundan yayınmış, əksinə istifadəsində olan torpaq sahəsi üzərində birgə inşa etdikləri tikiliyə daxil olmağına, həmin tikilinin başa çatdırılmasına və oradan istifadəsinə maneə yaratmışdır. Nəzərə alınsa ki, ünvan 5 saylı ünvanda yerləşən 450 kv.m torpaq sahəsinin bütünlükdə alınmasında, sənədləşdirilməsində, eləcə də üzərində tikilinin inşasına külli miqdarda pul xərcləmişdir, bu zaman cavabdehin qanunsuz hərəkətləri ona istifadə hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. İcarə hüququ əşyaya tam mülkiyyət hüququ olmasa da, özündə əşyadan istifadə və sahiblik imkanını ehtiva edir. Hazırda cavabdehin hərəkətləri, yəni istifadəsində olan və birgə inşa etdikləri tikiliyə qapının bağlanması, tikiliyə girişin qadağan edilməsi əşyadan istifadə və sahiblik imkanını məhdudlaşdırılır. AzərbaycanRespublikasının MülkiMəcəlləsinin 157.8, 157.4, 560.1, 560.3.1, 560.3.4-cü maddələrinə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdehlər X9, İddiaçı, Cavabdeh2, Bakı şəhəri 14 saylı Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5 saylı binanın yaxınlığında yerləşməklə ona məxsus olan 0.045 ha torpaq sahəsinin 0.0225 ha hissəsi üzərində “İcarə hüququnun alqısatqısına dair” Bakı şəhəri 14 saylı notariat kontorunda reyestrdə 3M-225 nömrə ilə qeyd edilmiş xx xxxxx 2016-cı il tarixli müqavilənin, həmin müqavilə əsasında İddiaçı adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, Seriya RX, ******* saylı Çıxarışın və xx.xx.2016-cı il tarixli bölgü sxeminın (eskizin) etibarsız hesab edilməsi və torpaq üzərində hüququnun əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 5 saylı binanın yaxınlığında yerləşən 0.045 ha (yəni 450 kv.m) torpaq sahəsi üzərində icarə hüququnu iddiası üzrə cavabdehlərdən olan X9 ilə birgə nikah dövründə əldə etmişdir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2013-cü il tarixli, 18/03-8/1937 saylı məktubu ilə yuxarıda göstərilən ünvanda tikilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin memarlıq-planlaşdırma həlli razılaşdırılmış, bundan sonra isə Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 355 saylı Sərəncamı ilə razılaşdırılmış eskiz layihəyə uyğun olaraq 450 kv.m torpaq sahəsində qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilmiş və obyektin tikintisi qanunla müəyyən edilmiş qaydada müvafiq qurumlarla razılaşdırılmışdır. Qeyri-yaşayış sahəsinin tikintisi ilə bağlı bütün hüquqi sənədləşmə və razılaşma hərəkətlərindən sonra Bakı Şəhər İcra Hakimiyyətinın Başçısı ilə aramızda bağlanmış xx xxxxx 2015-ci il tarixli, 1045 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən yuxarıda göstərilən torpaq sahəsi hər il üçün icarə haqqı 835,20 (səkkiz yüz otuz beş manat 20 qəpik) manat olmaqla 99 (doxsan doqquz) il müddətinə ona icarəyə verilmişdir. Odur ki, o torpaq üzərində hüququnu qanuna müvafiq qaydada rəsmiləşdirmiş və ona hazırki iddiası üzrə cavabdehlərdən olan ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixli, Seriya RX, ******* saylı Çıxarış verilmişdir. Qeyd edir ki, hələ torpaq sahəsinin icarəsi ilə bağlı söhbətlər gedən zaman onun adından bütün lazımi hərəkətlərin edilməsi məqsədi ilə o vaxt həyat yoldaşı olan X5 xx xxxx 2013-cü il tarixli etibarnamə vermişdir ki, o, yuxarıda göstərilənlərlə bağlı bütün sənədləşmə işlərininin aparılmasında həmin etibarnamə əsasında hərəkət etmişdir. Bildirir ki, qeyri-yaşayış sahəsinin tikintisi böyük vəsait tələb etdiyinə görə o, mülkiyyətində olan bir neçə daşınmaz əmlakı satmaq məcburiyyətində qalaraq əldə etdiyi pulları, həyat yoldaşı X9 isə özünün kommersiya fəaliyyətindən və s. əldə etdiyi gəlirlərini xərcləmiş və onlar nəticə etibarilə tikilməsi nəzərdə tutulan qeyriyaşayış sahəsini inşa etdirmiş, tamamlama işlərini başa çatdıra bilməmişlər. Bütün bunlardan sonra həyat yoldaşı X9 bir neçə imkanlı iş adamından torpaq sahəsini obyektlə birlikdə baha qiymətə satmaq təklifi aldığını və onu satacaqları təqdirdə çəkdikləri xərclərdən bir neçə dəfə artıq qazanc əldə edəcəklərini ona bildirərək, qyeir-yaşayış sahəsini satmağı təklif etmişdir. Lakin o, torpaq sahəsinə və tikintiyə görə artıq neçə ildir ki, olmazın əzab-əziyyətini çəkərək külli miqdar vəsait xərclədiyini xatırlatmış və obyekt işə salındıqdan sonra özlərinin və 4 (dörd) övladının gələcəyinin təminatı olduğunu bildirərək obyektin satılmasına razılıq verməmişdir. Buna baxmayaraq o, dəfələrlə bu söhbəti ortaya salaraq onu bu işə məcbur etmək istəmiş, lakin o hər dəfə qəti etirazını bildirmişdir. Odur ki, bu zəmində aralarında dəfələrələ söz-söhbət, inciklik və dava-dalaş olmuş, nəticədə münasibətləri tam kəskinləşmiş və günlərin birində növbəti dava-dalaşdan sonra o, evi tərk edərək qayıtmamışdır. Bu minvalla ailəsi dağılmış, onun bərpası isə mümkün olmamış və nəticə etibarilə nikahları məhkəmə qaydasında, yəni Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. 2019-cu ilin avqust ayında qeydiyyatda olmaqla yaşadığı ünvana Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5030/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərardadı daxil olmuş və həmin qəradadla tanış olduqdan sonra başa düşmüşdür ki, qanuni istifadəsində olan 450 kv.m. torpaq sahəsinin 250 kv.m. hissəsinin sahibi İddiaçıdur. Bunun hansı yolla edildiyini müəyyən etmək üçün aparılan araşdırmalardan və əldə edilən sənədlərdən ona məlum olmuşdur ki, sabiq həyat yoldaşı X9 onunla boşandıqdan sonra, xəlvəti olaraq, yəni onun razılığı olmadan vaxtilə yuxarıda göstərdiyi məqsədlə ona verdiyi xx xxxx 2013-cü il tarixli etibarnamədən sui-istifadə etməklə qanuni istifadəsində olan 0.45 ha torpaq sahəsinin 0.225 ha hissəsi 14 saylı DNK-da bağlanmış 3M-225 reyestr nömrəli xx.xx.2016-cı il tarixli icarə hüququnun alqı-satqı müqaviləsinə və xx.xx.2016-cı il tarixli 7E-16790 reyestr nömrəli 3 saylı “ASAN Xidmət” mərkəzinin təsdiq etdiyi bölgü sxeminə əsasən, 2.000 (iki min manat) manata İddiaçı (onun adından nümayəndəsi Cavabdeh2 çıxış etmişdir ki, o da iddiası üzrə cavabdehlərdəndir) satmışdır. Alqı-satqıdan sonra isə ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sonuncunun adına xx.xx.2016-cı il tarixli, Seriya RX ******* saylı, onun adına isə eyni tarixli, Seriya RX ******* saylı Çıxarış verilmişdir. Ona habelə məlum olmuşdur ki, cavabdeh X9 bütün bu işlərin görülməsi üçün onu xəbərdar etmədən və razılığını almadan maraq və mənafelərinə zidd olan digər hərəkətlər etmiş, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə onun adından torpaq üzərində icarə hüququnun bir hissəsinin alqı-satqısına razılığı barədə məktub ünvanlamış, daşınmaz əmlak Bakı şəhərinin Yasamal rayonunda yerləşdiyi halda adından çıxış edərək Sumqayıt şəhər 4 saylı Notariat ofisində torpaq sahəsinin icarə hüquqlarının satılmasına razılığı barədə ərizə rəsmiləşdirmişdir. Məsələ ilə bağlı keçmiş həyat yoldaşı olan X9 ilə danışıqlar zamanı o, aldadıldığını bildirərək bütün baş verənləri etiraf etmiş və məsələni tezliklə nizamlayacağına söz vermişdir. Qeyd edir ki, sözügedən obyektin tikintisinə yuxarıda göstərdiyi kimi, birgə nikah dövründə əldə etdikləri özlərinə məxsus daşınmaz əmlakları satmaqla və digər qaydada əldə etdikləri gəlirləri xərcləməklə 1.300.000,00 (bir milyon üç yüz min) manatadək pul xərcləmiş və ona məlum olduğuna görə həmin daşınmaz əmlakın bazar qiyməti hal-hazırda bir neçə milyon manat təşkil edir. Ona görə də hesab edir ki, həmin obyektin yerləşdiyi torpaq sahəsinin yarısı üzərində icarə hüququnun (tikintinin yarısı da həmin hissəyə düşür) cəmi 2.000 (iki min) manata alqısatqısı barədə əqd qətiyyən ağlabatan olmamaqla onun yox, yalnız tərəflərin güddüyü mənafe üçün bağlanmışdır. Bütün bu hallar ona belə bir nəticəyə gəlməyə əsas verir ki, cavabdehlər pis niyyətlə, yəni çox qiymətli olan daşınmaz əmlakın üzərində onun hüququnun bir hissəsini əlindən almaq məqsədi ilə xəlvəti, yəni onun razılığı (iradə ifadəsi) olmadan bu əqdi bağlamışlar. Birmənalı olaraq qeyd edir ki, yuxarıda göstərilən daşınmaz əmlak üzərində olan icarə hüququnun bir hissəsinin kiməsə satmaq niyyəti olmamışdır və qeyd etdiyi kimi, cavabdehlərdən olan X9 ona icarə hüquq əsasında məxsus torpağın bir hissəsi üzərində sərəncam verərək icarə hüququnun alqı-satqısına dair əqd bağlayarkən onun niyyətini yox, vaxtilə verdiyi etibarnamədən sui-istifadə etməklə yalnız öz niyyətini həyata keçirmiş, bununla da onun qanuni sahiblik hüququnu pozmuşdur. Ən başlıcası isə odur ki, o, sabiq həyat yoldaşına verdiyi xx xxxx 2013-cü il tarixli etibarnamədə icarə hüququnun alqı-satqısı barədə səlahiyyət verməmiş və məhz nikahları pozulduqdan sonra keçmiş h/yoldaşı X9 tərəfindən belə bir əqdin bağlanması onun niyyətini ifadə edə bilməzdi. Habelə qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyətinın Başçısı ilə aralarında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 1045 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən yuxarıda göstərilən torpaq sahəsinə görə hər il üçün müəyyən edilmiş 835,20 (səkkiz yüz otuz beş manat 20 qəpik) manat məbləğində icarə haqqını bütövlükdə o ödəmişdir ki, bu faktın özü də yuxarıda göstərilən alqı-satqı müqaviləsinin onun və digər tərəfin təmsilçsi tərəfindən pis niyyətlə və yalnız şəxsi mənafe zəminində bağlandığına dəlalət edir. Yuxarıda göstərilənlərə və aşağıda sadalanan maddi hüquq normalarına əsasən hesab edir ki, həyat yoldaşı X9 tərəfindən həyata keçirilərək Bakı şəhəri 14 saylı notariat kontorunda təsdiq edilmiş xx xxxxx 2016-cı il tarixli icarə hüququnun alqı-satqı müqaviləsi, həmin müqavilə əsasında ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş xx.xx.2016-cı il tarixli Seriya RX ******* saylı və onun adına verilmiş eyni tarixli Seriya RX ******* saylı Çıxarış, habelə xx.xx.2016-cı il tarixli bölgü sxemi etibarsız hesab edilməlidir. Eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X9 cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5 saylı binanın yanında yerləşən torpaq sahəsinin üzərindəki 4 mərtəbəli, qanuni şəkildə tikilmiş obyektin tikinti və inzibati xərcləri kimi 217.115 manat, şəxsi əməyi, tikintiyə rəhbərliyi və təşkilatçılığının əvəzi kimi 72.000 (yetmiş iki min) manat, dövlət rüsumu olaraq 30 (otuz) manat, cəmi 289.145 (iki yüz səksən doqquz min yüz qırx beş) manat vəsaitin cavabdeh İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3-cü şəxsin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadından görünür ki, İddiaçı Ağali oğlu Cavabdeh1 qarşı ünvan 1 saylı ünvanda yerləşən 450 kv.m. torpaq sahəsinin öz istifadəsində olan 225 kv.m. hissəsində yerləşən tikilinin sökülməsi barədə iddia qaldırmışdır. Həmin obyekt Cavabdeh1 ilə birgə nikah dövründə bilavasitə tərəfindən inşa edildiyindən və bütün tikinti və inzibati xərclər onun tərəfindən çəkildiyindən, onun sökülməsi maraqlarına toxunur və həmin mübahisə predmeti barədə aşağıdakı əsaslar üzrə iddia tələbi qaldırır. xx.xx.2015-ci ilə kimi Cavabdeh1 ilə birgə nikahda olmuş və həmin obyektin tikintisi bilavasitə iştirakı, təşkilatçılığı və rəhbərliyi ilə birgə nikah dövründə əldə edilən vəsaitlər, kommersiya qazancı və daşınmaz əmlaklarının həmin tikinti üçün satılması hesabına başa gəlmişdir. Obyektin tikintisi üçün sərf edilən əməyinə görə heç bir haqq almamış və bu iddia ərizəsi üzrə cavabdeh olan İddiaçı qardaşı, həmin obyekt üzrə onun faktiki şəriki X12 ilə dost münasibətlərində olduğuna görə əməyinin pul ilə qiymətləndirilməsini, ümumi xərcə salınmasını istəməmişdir. Lakin, indi Qafari Səyyad və qardaşı İddiaçı ona və övladlarına problem yaradaraq, obyektin bir hissəsinin sökülməsi, yəni demək olar ki, iflic vəziyyətə salınmasını istədiklərindən, çəkdiyi zəhməti, əməyi və təşkilatçılığı pul hesabı ilə tələb edir və cəmi olaraq 72000 (yetmiş iki min) manat vəsaitin ona ödənilməsini tələb edir. Belə ki, 2014-cü ildən başlayaraq, 6 il ərzində, hər ay 2000 (iki min) manat hesabı ilə, ildə 24000 (iyirmi dörd) min manat, 6 ildə 144.000 (bir yüz qırx dörd min) manat vəsaitin 50 % hissəsini cavabdehdən tutularaq məhkəmə qaydasında ona ödənilməsini istəyir. Şəxsi əməyindən başqa həmin obyektin tikintisinə 546230 (beş yüz qırx altı min iki yüz otuz) manat vəsait xərclənmişdir. Hər dəfə obyektin tikintisinə vəsait lazım olanda, Səyyada bildirmiş, o isə deyirdi ki, “dost deyilik, sən xərclə, sonra mən sənə verərəm”. O da, sonuncuya inanmışdır. Lakin sonradan çəkilən xərcin yarı hissəsinin ödəyərək, onunla bərabərləşməkdən yayınmışdır. Bu zaman aldadıldığını anlamışdır. Həmin vəsait xərclənən zaman 1 ABŞ dollarının manata olan məzənnəsi 0,78 manat idi, hazırda isə 1.70 manatdır. Əgər o da, X3 haqsız və insafsız davranan olsaydı onda obyektin tkintisinə xərclənən vəsait kimi 1.000.000 (bir milyon) manatdan çox pulun ödənilməsi barədə iddia ilə çıxış edərdi. Lakin o, xərclənən ümumi məbləğin yarı hissəsini, yəni 273115 (iki yüz yetmiş üç min yüz on beş) manatı, öz halal haqqını tələb edir. Həmin məbləğin də 56.000 (əlli altı min) manat hissəsini X6 iş yoldaşı, onunla birlikdə Sumqayıt Apellyasiya məhkəməsində işləyən Cavabdeh2 tərəfindən ona gətirilərək ödənilmişdir. Həmin məbləği çəkilən bütün xərcin yarı hissəsindən azaldanda, hazırda Səyyadın ona 217115 (iki yüz on yeddi min yüz on beş) manat borcu var. Qafari Səyyad obyekti öz qardaşı İddiaçı adına rəsmiləşdirdiyindən, o iddia ərizəsində cavabdeh kimi İddiaçı həmin məbləği tələb etmək məcburiyyətindədir. Amma bu o demək deyil ki, o etiraf edir ki, Qafari Seyran onun həmin obyekt üzrə şəriki olmuşdur. X15 Əliyevə, xanım Mehriban Əliyevaya, Məhkəmə Hüquq şurasına və digər şəxslərə ünvanlanan müraciətlərində də bildirmişdir ki, onun şəriki, əvvəllər ailəlikcə dostluq münasibətlərində olduğu X10 olmuşdur. Tələb etdiyi 217115 (iki yüz on yeddi min yüz on beş) manat tikinti və inzibati (razılaşdırmalar, rüsumlar, icazələr, müxtəlif şəxslər tərəfindın tapşırıq ilə görülən işlər və xidmətlər) xərclərin və 72000 (yetmiş iki min) manat şəxsi əməyi və təşkilatçılıq haqqının, cəmi olaraq 289115 (iki yüz səksən doqquz min yüz on beş) manat məbləğin açıqlamasını iddia ərizəsinə əlavə şəklində təqdim edir. Məhkəmənin diqqətinə çatdırır ki, o həm, İddiaçı tələbi təmin edildiyi hal üçün, həm də Cavabdeh1 iddiasının təmin edildiyi vəziyyətdə, həm də hər iki şəxsin iddialarının rədd olunduğu zaman müstəqil tələb irəli sürən üçüncü şəxs kimi obyektin tikintisinə çəkdiyi xərcin yarı hissəsini şəriki Qafari Səyyaddan, iddia tələbi üzrə isə cavabdeh kimi İddiaçı tələb edir. Hazırda İddiaçı ərizəsi əsasında onun pulları yatan obyektin üzərinə, həbs qoyulmuşdur. Bu həbs üzrə də, gələcəkdə ona dəyən zərər barədə ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcək. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı tikilinin sökülməsi barədə iddia tələbi ilə iddiaçı Cavabdeh1 cavabdehlər X9, İddiaçı, Cavabdeh2, Bakı şəhəri 14 saylı Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı, eyni zamanda cavabdeh İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 hüquqlarını təmsil etdiyi şəxsin iddiasını (iddia ərizəsinə əlavədə göstərilən tələbi) müdafiə edərək təmin edilməsini, digər iddiaların isə rədd edilməsini xahiş edərək izahatında əlavə olaraq bildirdi ki, iddiaçı uzun müddətdir ki, sahibliyində olan obyektə daxil ola bilmiş, həmin obyektə külli miqdarda vəsait xərcləsə də, məsələ həllini tapa bilmədiyi üçün, İddiaçı əsəbindən həmin tikilinin sökülməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin hal-hazırda tərəf iddia tələbinə dəqiqləşmə ilə müraciət edərək sonuncu iddia tələbinə dəqiqləşməni müdafiə edir. Belə ki, iddiaçının iddia tələbi Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 14 saylı ünvanda yerləşən 450 kv.m torpaq sahəsinin icarə hüquq əsasında iddiaçıya məxsus 225 kv.m hissəsində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsinə yönəlmişdir. Buna səbəb cavabdehin əvvəlcədən şifahi olaraq razılaşdıqları öhdəliklərini icra etməməsi, birgə fəaliyyətlərini tənzimləyəcək müqavilənin bağlanmasından yayınması olmuşdur. Halbuki onların ilkin razılaşması həmin tikilidən istifadə qaydalarını, əldə ediləcək gəlirin və xərclərin bölünməsi qaydalarını müəyyən edən müqavilə bağlanması olmuşdur. Lakin cavabdeh bundan yayınmış, əksinə istifadədə olan torpaq sahəsi üzərində birgə inşa etdikləri tikiliyə daxil olmağına, həmin tikilinin başa çatdırılmasına və oradan istifadəsinə maneə yaratmışdır. Nəzərə alınsa ki, iddiaçı, ünvan 5 saylı ünvanda yerləşən 450 kv.m torpaq sahəsinin bütünlükdə alınmasında, sənədləşdirilməsində, eləcə də üzərində tikilinin inşasına külli miqdarda pul xərcləmişdir, bu zaman cavabdehin qanunsuz hərəkətləri iddiaçıya istifadə hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxardır. Cavabdeh obyektə qapı qoymuş və iddiaçının həmin obyektə daxil olmasına mane olur. İddiaçı Cavabdeh1 iddiasına gəlincə isə mübahisələndirdiyi əqd 2016-cı ildə bağlanmış, tərəflər üzərindəki öhdəliklər (icrasının başlanıldığı gün) də məhz 2016-cı ildə yaranmışdır. Başqa sözlə, iddiaçı məhkəmə qaydasında əqdin etibarsız hesab edilməsi üçün müraciəti 2016-cı ildən yaranmışdır. İddiaçı qeyd edilən əqdin bağlanılmasından məlumatsız olduğunu bildirsə də iş materiallarından görünür ki, bu həqiqəti əks etdirmir. Ən azından iş materiallarındakı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlardan görünür ki, iddiaçı ən pis halda 2016-cı ildə mübahisələndirilmiş alqı-satqı müqaviləsinin mövcudluğundan məlumatlı olmuşdur. Bu baxımdan da, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 1 illik mübahisələndirmə müddətini ötürmüşdür. Düzdür, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsində qeyd edilmiş müddət iddia müddəti hesab edilmir, bu müddət "kəsici" müddətdir, məhkəmə tərəfindən əsas olduğu hallarda tətbiq edilir və bu barədə (müddətin tətbiq edilməsinə dair) maraqlı tərəfin ərizə verilməsinə lüzum yoxdur. Lakin hər bir halda hesab edir ki, qeyd edilən müddətin ötürülməsi məhkəmənin diqqətinə çatdırılmalı, yuxarıda qeyd edilənlər nəzərə alınmalıdır. Bundan başqa bildirir ki, iddia ərizəsində tələb konkret olmalıdır. İddiaçı Cavabdeh1 iddia ərizəsinə Cavabdeh2 cavabdeh kimi qeyd etsə də, lakin ona qarşı hər hansı tələb irəli sürməmişdir. Cavabdeh, eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X9 öz iddiasını müdafiə edərək təmin edilməsini, İddiaçı iddiasının həllini məhkəmənin mülahizəsinə buraxdığını, Cavabdeh1 iddiasını isə etiraf edərək izahatında bildirmişdir ki, əslində onun şəriki Seyranın qardaşı olan Səyyad olmuşdur. Onun da, iddiası əslində Səyyada qarşıdır. Mübahisələndirilən müqavilə də, formal olaraq Seyranın adına bağlanmışdır. Səyyadla hələ 2003-cü ildən tanış olmuş, aralarında gediş-gəliş olmuş və şərik olmuşdurlar. Mübahisəli tikilinin tikilməsində o külli miqdarda vəsait xərcləmişdir. Lakin onlar həmin yeri şərikli tikib gələcəkdə ofis kimi işlətməyi nəzərdə tutmuş, hələ həmin işə pul qoymamışdan öncə o yeri şərikli tikib işlətməyi niyyət etmişlər. Daha sonra tikintiyə başlamışlar. O, hər dəfə pul üçün Səyyada müraciət etdikdə Səyyad onu yubadaraq, demişdir ki, o, ona maşın alanda, onun başqa işlərinə köməklik göstərmiş, o da, onun yerinə pul qoymalıdır. O, da hər dəfə başqa başqa əmlaklarını sataraq həmin tikilini davam etdirrmişdir. Səyyad tikinti üçün ona bu günə kimi cəmi 56000 manat pul vermiş qalan borclarını isə əvəzləşdirmişdir. Hazırda Seyranın iddiası ona qarşı olmasa da, bildirir ki, mübahisəli obyektə giriş üçün heç bir məhdudiyyət yoxdur. Obyektin, pəncərələri yoxdur. Sadəcə yuxarı mərtəbəyə qapı qoyulmuşdur. Buna da səbəb odur ki, bir dəfə mübahisəli obyekdə 1 qadın daxil olaraq yuxarı mərtəbədən özünü atmaq istəmişdir. Ona görə də, ora qapı qoyulmuş, qapının açarı həm onda, həm də, Səyyadda olmuşdur. Açarların biri isə fəhlələrin istifadə edə bilməsi üçün onlara verilmişdir. Daha sonra orada oğurluq hadisəsi baş verdiyi üçün açarları dəyişmişlər. İndi oranın açarı heç onda belə yoxdur. Səyyad haqqa ədalətə gələrsə o, yenə də onunla şərikliyə davam etməyə hazırdır. Kəmalənin iddiasına gəldikdə isə əgər Səyyad onun pulunu ödəməyə razıdırsa o da, o zaman Kəmalənin iddiasını etiraf etməz, əgər Səyyad onunla razılığa gəlmirsə, onun pulunu ödəmirsə, o zaman o, Kəmalənin ona qarşı olan iddiasını etiraf edir. Cavabdeh, eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X4 vəkili çıxışında bildirmişdir ki, mübahisələi obyektin tikilməsini, təşkilatçılığını Əliyev Eldar təşkil edib. Əliyev Eldar həmin obyektə çəkdiyi xərcin yarısını tələb edərək, qarşı tərəfin də, orada şərikliyi, haqq halal malı olduğunu, 56000 manat pul verdiyini etiraf edir. Bu iddiaların kökündə dayanan məsələ şərikli insanların şərikliyinə davam etdirməsidir. Həmin obyekti tikib başa çatdırmaq üçün tərəflər investisiya qoyub obyekti başa çatdırmalıdırlar. Onlar Səyyad müəllimin adını hallandırmaq istəməmişdirlər. Lakin işin həqiqi tərəfi budur. Eldar və Səyyad müəllim ailəvi dost olmuş, bir yerdə həc ziyarətinə getmişlər. Şərikli obyekt tikmək fikri də, onların ağlına gəlmişdir. Səyyad müəllim Seyran müəllimi sonradan bu məsələyə qoşmuş, müqavilələri formal olaraq onun adına bağlamışdır. Əliyev Eldarın iddia tələbi əslində Səyyada qarşıdır, müqavilələr Seyranın adına bağlandığından Səyyada qarşı iddia qaldırmağa məcbur olmuşlar. Əliyev Eldar və Cavabdeh1 boşansalar da, birgə nikah dövrü əldə etdikləri əmlakları bölməmişlər. Buna səbəb odur ki, onlar illərdir əldə etdikləri əmlakları sataraq pullarını mübahisəli əmlaka qoymuşlar. Eldar və Kəmalə öz əmlaklarını artırmaq üçün bu əməliyyatları həyata keçirtmişlər. Bu əmlakın da, çıxarışını Daşınmaz Əmlakın Dövlət Reyestrindən alıb bölmək mümkün deyildir. Ailələrindəki söz söhbət də, bu məsələyə görə yaramışdır. Eldar müəlim qarşı tərəfin şərikliyini etiraf edir. Həmin əmlakın yarı hissəsinin xərcini Əliyev Eldar, digər yarsını da qarşı tərəf çəkməlidir. Lakin əmlakın bütün xərcini Əliyev Eldar çəkmişdir. Hazırda da, çəkdiyi xərcin yarısını qarşı tərəfdən tələb edir. Bu şərikli işdir. Şəriklik məsələsi həll olunmasa başqa çıxış yolu yoxdur. Bu baxımdan Əliyev Eldarın iddiası əsaslıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə Cavabdeh2 cavabdeh, eyni zamanda iddiaçı Cavabdeh1 iddiasını etiraf etməsini bildirmiş, lakin növbəti məhkəmə baxışına xəstə olduğu üçün gələ bilməməsinə dair teleqramma ilə müraciət etmişdir. Cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Kontoru, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və cavabdeh, eyni zamanda iddiaçı Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə gəlməmələrinin üzürlü səbəblərdən olmasına dair məlumatlar verməmişdirlər. Məhkəmə AzərbaycanRespublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Kontorunu, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələrinin və Cavabdeh1 eləcə də, Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh, eyni zamanda iddiaçı Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 hüquqlarını təmsil etdiyi şəxsin iddiasını müdafiə edərək təmin edilməsini, İddiaçı iddiasını rədd edilməsini xahiş etmiş, eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddiasının həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş X7 ifadəsində göstərmişdir ki, Eldar onun qonşusudur. Seyranı tanımır, onu sadəcə bir dəfə görmüşdür. Səyyadı isə 2004-cü ildən tanıyır və təxminən 2 il əvvəl Eldar ona yaxınlaşaraq bildirdi ki, Səyyadla şərikliyi olub, aralarında söz-söhbət var. Eldarın dediyinə görə şərikli tikinti işləri olub, lakin tikintini başa çatdıra bilmirlər, araları dəyib. Səyyadın Eldara borcu var, lakin Səyyad Eldara olan borcunu ödəmir. Eldar ondan Səyyadla bu barədə danışmağı xahiş etmiş və o da, Səyyadla bu barədə danışmişdir. Lakin Səyyad da, onun Eldara deyil əksinə, Eldarın ona borcu olduğunu bildirmişdir. O, məsələnin həlli üçün təşəbbüs göstərmiş, lakin Eldara işin həllinin çox çətin məsələ olduğunu bildirmişdir. Tikintinin detalları barədə məlumatı olmamış, tikintiyə aid heç bir sənəd görməmiş, ümumiyyətlə tikinti anını görməmiş, tikintini sadəcə hazır olduğu zaman görmüşdür. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş X11 ifadəsində göstərmişdir ki, Eldar əmisi oğlu, Kəmalə isə əmisi qızıdır. Seyranı tanımır, Səyyad isə dostudur. Eldarın Elmlərdə namazgahı var idi. Səyyadı oradan tanıyır. Onlar hamısı, Səyyad da daxil olmaqla 2004-2005-ci illərdə həc ziyarətində olmuş, ondan sonra Eldar və Səyyadın çox yaxın münasibətləri yaranmış, ailəvi gediş gəlişləri olmuşdur. 2016-cı ildə Eldar ona Səyyadla birgə mübahisəli obyektin tikilməsi barədə məlumat vermişdir. 2017-ci ilin aprel ayında isə Eldar ona zəng edərək Səyyadla aralarında problemlərinin olduğunu bildirmişdir. Səyyad Eldara onu nəsildə ən ədalətli insan kimi tanıdığını bildirmiş, Eldar da, ondan məsələnin həlli üçün Səyyadla danışmağı xahiş etmişdir. Daha sonra Səyyad ona zəng edərək görüşmək istədiyini bildirmiş, Səyyad, Yamil və o, üçü bir yerdə görüşmüşlər. Səyyad ona Eldarla birgə obyekt tikdirdiklərini, Eldarın ona məxsus payını vermədiyini, sənədlərə imza etmədiyini bildirmişdir. O, Eldar ilə danışdıqda isə Eldar başqa cür danışmiş, Səyyadın ona 124000 manat borcunun olduğunu bildirmişdir. Səyyadın dediyi borclar isə tikinti ilə əlaqəli deyildi. Səyyadın bildirdiyinə görə kimsə behi 2 qat qaytarmalı olmuş, Eldar isə onu qəbul etməmiş, Səyyadın sayəsində 500000 manatlıq yer 200000 manata alınmış, bütün bunları da, Eldara borc kimi hesablamışdır. Səyyadın dediyi borclar bu şəkildə idi. O, təklif etdi ki, hər ikisi borclarından keçərək yenidən işə başlasınlar. Səyyad əvvəlcə ondan fikirləşmək üçün 2 gün vaxt istəmişdır. O, Eldara Səyyada ondan icazəsiz belə bir söz dediyini bildirmiş, Eldar isə ona «madam ki ona belə bir şer dedin mən də öz növbəmdə 124000 manat borcumu keçməyə hazıram» demişdir. Daha sona isə Səyyada zəng etdikdə Səyyad razı olmadığını bildirmişdir. M.Əliyev izhatında etni zamanda tərəflərin bir-birinə borclu olmasını yalnız olnların öz dilindən eşitdiyini, tərəflərin kompramisə getməməsini, 56000 manatın Eldara verilməsində iştirak etmədiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini dinləyərək, onların izahatlarını, ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, icarə hüququ əsasında alqı-satqı müqaviləsinə dair notariat icratını tədqiq edərək, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia təmin edilməli, digər iddialar rədd olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 355 saylı sərəncamından görünür ki, BŞİH Memarlıq və şəhərsalma Baş İdarəsinin xx.xx.2013-cü il tarixli 18/03- 8/1937 saylı məktubla M.Seyidov küç. 14 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış binasının tikintisinə dair təqdim olunmuş memarlıq və planlaşdırma həlli layihəsini Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma əsaslandırılması ilə bağlı müsbət rəyinin alınması şərti razılaşdırıldığından Yasamal rayonu, M.Seyidovküç,14 saylı binanın yaxınlığında razılaşdırılmış eskiz layihəsində göstərilən 450 kv.m torpaq sahəsində Cavabdeh1 qeyri-yaşayış binasının tikintisinə icazə verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya RX, ******* saylı, xx.xx.2014-cü il tarixli “Çıxarış”ından görünür ki, ünvan 5 saylı binanın yaxınlığında, ümumi sahəsi 0,045 ha (450 kv.m.) olan torpaq sahəsi icarə hüququ əsasında Cavabdeh1 məxsusdur. Çıxarış Yasamal rayon İcra Hakimiyyətinin 355 saylı xx.xx.2013-cü il tarixli sərəncamı və DTXK Torpaq sahəsinin planı və ölçüsüna (AN 496485, xx.xx.2014) əsasən verilmişdir. - Bakı şəhər İcra Hakimiyyətinin başçısı ilə imzalanan xx xxxxx 2015-ci il tarixli, 1045 saylı müqaviləyə əsasən, ünvan 5 saylı binanın yaxınlığlında yerləşən, ümumi sahəsi 450 (dörd yüz əlli) kv.m olan torpaq sahəsi, Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 355 saylı sərəncamı ilə üzərində qeyri-yaşayış sahəsinin tikintisinə icazə verildiyindən, 99 (doxsan doqquz) il müddətinə, hər il üçün 835 (səkkiz yüz otuz beş) manat, 20 (iyirmi) qəpik icarə haqqı müqabilində Cavabdeh1 icarəyə verilmişdir. - xx xxxxx 2015-ci il tarixli, 1045 saylı müqavilənin “1.3.”-cü bəndində göstərilmişdir ki, torpaq sahəsi qeyri-yaşayış binasının tikintisi üçün verilir. “xxxxxxxx” MMC ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X1 İnstitutu arasında imzalanan xx xxxxxxxx 2015-ci il tarixli müqavilənin predmetindən görünür ki, - “Sifarişçi” həvalə edir, “İcraçı” isə ünvan 1 saylı ünvandakı binanın yanında inşa olunan, Cavabdeh1 məxsus, zirzəmili, 3 (üç) mərtəbəli (+ mansard) ofis binasının tikintisində istifadə olunacaq tikinti materiallarının və konstruktiv elementlərin, betonun naturada möhkəmlik göstəricilərinin layihəyə uyğunluğunun təyin edilməsi üçün Azərbaycan Respublikasının qüvvədə olan standartlarına uyğun olaraq yoxlama – sınaq işlərinin həyata keçirilməsini öz öhdəsinə götürmüşdür. - Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2013-cü il tarixli, 18/03-8/1937 saylı məktubuna əsasən, ünvan 5 saylı binanın yaxınlığında nəzərdə tutulan qeyri-yaşayış sahəsinin memarlıq-planlaşdırma həlli razılaşdırılmışdır. - Cavabdeh1 müraciəti ilə Bakı şəhər, Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2013cü il tarixili, 355 saylı sərəncamı ilə Yasamal rayonu, M.Seyidov küçəsi 14 saylı binanın yaxınlığında, razılaşdırılmış eskiz layihəyə uyğun şəkildə 450 kv.m. torpaq sahəsində qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Cavabdeh1 ünvanladığı xx/xx-07433 saylı, xx.xx.2013-cü il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanda qeyri-yaşayış obyektinin tikintisi üçün tərtib olunmuş layihə “Tikinti-quraşdırma işləri aparılan zaman yanğın təhlükəsizliyi Qaydaları”nın tələblərinə uyğundur. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 17084 saylı, xx.xx.2013-cü il tarixli müsbət rəyindən görünür ki, sifarişçi Cavabdeh1 ünvan 5 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış binasının işçi layihəsi razılaşdırılmışdır. - ünvan 5 saylı binanın yaxınlığında yerləşən torpaq sahəsi üzrə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN 496485 saylı, xx.xx.2014-cü il tarixli plan və ölçüsü verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya AA 065224 saylı, xx.xx.2014-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”ündən görünür ki, ünvan 5 saylı binanın yaxınlığında, ümumi sahəsi 0,045 ha (450 kv.m.) olan dövlət torpaq sahəsi Cavabdeh1 istifadəsində olmuşdur və həmin torpaq sahəsinin döngə nöqtələrinin nömrəsi, məsafəsi və koordinatları aşağıdakı kimi olmuşdur : - X-398763.28, Y-4470698.89, nöqtələr 1-2, məsafə 14.51; X-398764.05, Y-4470684.4, nöqtələr 2-3, məsafə 21.28; X-398754.99, Y- 4470665.15, nöqtələr 3-4, məsafə 6.18; X-398748.81, Y-4470664.84, nöqtələr 4-5, məsafə 33.02; X-398746.26, Y-4470697.76, nöqtələr 5-1, məsafə 17.06. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, №0840924 saylı, xx xxxxx 2016-cı il tarixli çıxarışa əsasən ünvan 1 saylı ünvanda yerləşən 450 kv.m torpaq sahəsinin 225 kv.m hissəsi İddiaçı, digər 225 kv.m hissəsi Cavabdeh1 99 illik istifadəsindədir. Çıxarış 14 saylı DNK-da bağlanmış 3M-225 reyestr nömrəli xx.xx.2016-cı il tarixli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən verilmişdir. -14 saylı DNK-da bağlanmış 3M-225 reyestr nömrəli xx.xx.2016-cı il tarixli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli 523 saylı reyestr kitabının 49422 nömrəli vərəqində qeydə alınmış, qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********69, RX- 0481971 seriyalı Çıxarışa əsasən ünvan 5 saylı binanın yaxınlığı ünvanında yerləşən 0,045 ha torpaq sahəsindən 0,0225ha torpaq sahəsinin icarə hüququnu İddiaçı istifadəsinə verir. Qalan hissəsini özünə saxladı. Müqavilədə Cavabdeh1 əvəzinə X9, İddiaçı əvəzinə Cavabdeh2 imza etmişlər. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının Cavabdeh1 ünvanlanmış xx.xx.2016-cı il tarixli Ə-200-091 saylı məktubundan görünür ki, onun Yasamal rayonu, M.Seyidov küç. 14 saylı binanın yaxınlığında yerləşən xx.xx.2015-ci il tarixli 1045 saylı «Torpaq icarə müqaviləsi» əsasında istifadəsində olan 450 kv.m torpaq sahəsi üzərində icarə hüququun 225 kv.m hissəsinin alqı-satqı yolu ilə İddiaçı adına sənədləşdirilməsinə icazə verilməsi barədə xx.xx.2016-cı il tarixli məktubuna baxılaraq AzərbaycanRespublikasının «Torpaq Bazarı haqqında» qanununun 14-cü maddəsinə uyğun olaraq Yasamal rayonu, M.Seyidov küç. 14 saylı binanın yaxınlığında yerləşən 450 kv.m torpaq sahəsinin 225 kv.m hissəsi üzərinjə icarə hüququnun alqı-satqı yolu ilə ünvan 8 ünvanında qeydiyyatda olan İddiaçı adına sənədləşdirlməsinə etiraz edilmir. - “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin “müəllif nəzarəti” kitabından görünür ki, ünvan 5 saylı binanın yanında yerləşən, Cavabdeh1 məxsus ofis binası üzrə xx.xx.2015-ci il tarixə “4-cü mərtəbə (10.90 səviyyə) monolit rigellərin örtük tavanın, lift şaxtasının, pilləkən qəfəsəsinin, sütunların armaturlanma işləri başa çatmaqda olmuşdur. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X1 İnstitutunun xx/xx- 03035 saylı, xx.xx.2017-ci il tarixli məktubu və həmin məktuba əlavə edilən “Arayış”dan görünür ki, ünvan 5 saylı binanın yanında yerləşən və Cavabdeh1 məxsus olan ofis binası layihəyə uyğun inşa edilmişdir. - Səbail rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(009)-3597/2015 saylı qətnaməsi ilə X9 ilə Cavabdeh1 arasında xx.xx.1993-cü il tarixdə Bakı Nikah evində bağlanmış və 2342 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. - Səbail rayon Qeydiyyat şöbəsinin xx.xx.2015-ci il tarixdə verdiyi AZ-İ 228723 saylı nikahın pozulması haqqında şəhadətnaməsinə əsasən X9 ilə Cavabdeh1 arasında olan nikahın ləğv edilməsi nikahın ləğv edilməsi akt qeydləri kitabında xx.xx.2015-ci ildə 196 № ilə qeyd edilmişdir. - Sumqayıt şəhəri 4 saylı notariat Ofisinin xx.xx.2019-cu il tarixli 2227 saylı məktubundan görünür ki, xx.xx.2016-cı il tarixdə vətəndaş X9 tərəfindən etibarnamə əsasında vətəndaş Cavabdeh1 adından çıxış edərək torpaq sahəsinin icarə hüquqlarının satılmasına razılıq barədə ərizə rəsmiləşdirilmişdir. - AzərbaycanRespublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 14 saylı binanın yaxınlığında yerləşən 0.0225 ha saylı torpaq sahəsini (X: 398764, 398747, 3.398746, 398763.28, Y: 4470685.41, 4470684,447097.76,4470698.89 koordinatları qeyd edilmiş **********69 reyestr nömrəli texniki pasport arxiv qovluğunda mövcuddur) Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X9 14 saylı DNK-nın 3M-225 reyestr nömrəli xx.xx.2016-cı il tarixli hüququnun alqı-satqı müqaviləsinə, xx.xx.2016-cı il tarixli 7E-16790 reyestr nömrəli 3 saylı “ASAN Xidmət” mərkəzinin təsdiq etdiyi bölgü sxeminə əsasən İddiaçı Ağəli oğluna satmışdır. - Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin təqdimetdiyi xx.xx.2020-ci il tarixli 31590 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Bakışəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 14 saylı binanın yanında yerləşən torpaq sahəsinin üzərindəki 4 mərtəbəli obyektin inşa olunması üçün aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 368244,44 manat məbləğində müəyyən olunur. Məhkəmə araşdırması zamanı tədqiq edilən sənədlər və tərəflərin izahatları ilə məlum olmuşdur ki, Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 355 saylı sərəncamı ilə Yasamal rayonu, M.Seyidovküç. 14 saylı binanın yaxınlığında razılaşdırılmış eskiz layihəsində göstərilən 450 kv.m torpaq sahəsində Cavabdeh1 qeyri-yaşayış binasının tikintisinə icazə verilmiş, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2013-cü il tarixli, 18/03-8/1937 saylı məktubu ilə yuxarıda göstərilən ünvanda tikilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin memarlıq-planlaşdırma həlli razılaşdırılmış, bundan sonra isə Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 355 saylı Sərəncamı ilə razılaşdırılmış eskiz layihəyə uyğun olaraq 450 kv.m torpaq sahəsində qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilmiş və obyektin tikintisi qanunla müəyyən edilmiş qaydada müvafiq qurumlarla razılaşdırılmışdır. Qeyri-yaşayış sahəsinin tikintisi ilə bağlı bütün hüquqi sənədləşmə və razılaşma hərəkətlərindən sonra Bakı Şəhər İcra Hakimiyyətinın Başçısı ilə aramızda bağlanmış xx xxxxx 2015-ci il tarixli, 1045 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən yuxarıda göstərilən torpaq sahəsi hər il üçün icarə haqqı 835,20 (səkkiz yüz otuz beş manat 20 qəpik) manat olmaqla 99 (doxsan doqquz) il müddətinə Cavabdeh1 icarəyə verilmişdir. Həmin vaxt Cavabdeh1 həyat yoldaşı X9 ilə birgə nikahda olmuşlar. xx.xx.2013-cü il tarixdə Cavabdeh1 həyat yoldaşı X5 50 il müddətinə notarial qaydada ƏN-İ ******* saylı etibarnamə vermiş, sonuncu da etibarnamə üzrə nümayəndə olaraq 14 saylı DNK-nın 3M- 225 reyestr nömrəli xx.xx.2016-cı il tarixli hüququnun alqı-satqı müqaviləsinə, xx.xx.2016cı il tarixli 7E-16790 reyestr nömrəli 3 saylı “ASAN Xidmət” mərkəzinin təsdiq etdiyi bölgü sxeminə əsasən İddiaçı Ağəli oğluna satmış, bunun da əsasında ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, №0840924 saylı, xx xxxxx 2016-cı il tarixli çıxarış verilmişdir. Beləliklə də, işin materiallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 14 saylı binanın yaxınlığında yerləşən sahənin 225 kv.m hissəsi İddiaçı, digər 225 kv.m hissəsi Cavabdeh1 99 illik istifadəsindədir. İddiaçı cavabdehlə qarşılıqlı razılaşmaya əsasən birgə vəsaitləri hesabına mübahisəli torpaq sahəsində layihə əsasında ofis binasını tikib sənədləşdirmək qərarına gələrək bu məqsədlə o, həmin tikiliyə külli miqdarda vəsait qoyması, Cavabdeh1 isə razılaşmanı pozaraq aralarında imzalanacaq birgə fəaliyyət haqqında müqaviləni müxtəlif bəhanələr gətirməklə imzalamaqdan yayınması, müqaviləni imzalamaq istəməməsini, bununla bağlı cavabdehə şifahi olaraq bir neçə dəfə müraciət etsə də, müraciətinin cavabsız qalmasını, cavabdehin artıq özbaşınalıq edirək əlavə torpaq sahələrini də zəbt etməsinə istinad etməklə, onun bu hərəkətlərinin qanunsuz sayılmaqla zəbt etdiyi, onun isifadəsində olan torpaq sahəsindən çıxarılmalı, orada olan tikinti cavabdehin hesabına sökülməli və əvvəlki vəziyyətinə gətirilməli olmasını iddia etsə də, məhkəmə baxışı zamanı tələbini AzərbaycanRespublikasının MPM-nin 53-cü maddəsinə uyğun olaraq dəyişərək ünvan 5 saylı ünvanda yerləşən 450 kv.m torpaq sahəsinin icarə hüquq əsasında ona məxsus 225 kv.m hissəsində birgə inşa edilmiş tikiliyə giriş-çıxışa yaradılmış maneələrin aradan qaldırılmasının Cavabdeh1 üzərinə qoyulmaqla, Cavabdeh1 hərəkətlərinin qanunsuz hesab edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 iddia tələblərinə əsasən isə o, sabiq həyat yoldaşına verdiyi xx xxxx 2013-cü il tarixli etibarnamədə icarə hüququnun alqı-satqısı barədə səlahiyyət verməmiş və məhz nikahları pozulduqdan sonra keçmiş həyat yoldaşı X9 tərəfindən qanuni istifadəsində olan 450 kv.m. torpaq sahəsinin 0.225 ha hissəsini 14 saylı DNK-da bağlanmış 3M-225 reyestr nömrəli xx.xx.2016-cı il tarixli icarə hüququnun alqı-satqı müqaviləsinə və xx.xx.2016-cı il tarixli 7E-16790 reyestr nömrəli 3 saylı “ASAN Xidmət” mərkəzinin təsdiq etdiyi bölgü sxeminə əsasən İddiaçı 2000 manata satılması kimi əqdin bağlanması onun niyyətini ifadə etmir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddia tələblərinin əsası kimi xx.xx.2015-ci ilə kimi Cavabdeh1 ilə birgə nikahda olmaqda həmin obyektin tikintisinin bilavasitə iştirakı, təşkilatçılığı və rəhbərliyi ilə birgə nikah dövründə əldə edilən vəsaitlər, kommersiya qazancı və daşınmaz əmlaklarının həmin tikinti üçün satılması hesabına başa gəlməsinə, İddiaçı tikintiyə çəkilən xərclərin yarı hissəsinin ödəyərək, onunla bərabərləşməkdən yayınmasına, ondan tələb etdiyi 217115 (iki yüz on yeddi min yüz on beş) manat tikinti və inzibati (razılaşdırmalar, rüsumlar, icazələr, müxtəlif şəxslər tərəfindın tapşırıq ilə görülən işlər və xidmətlər) xərclərin və 72000 (yetmiş iki min) manat şəxsi əməyi və təşkilatçılıq haqqının, cəmi olaraq 289115 (iki yüz səksən doqquz min yüz on beş) manat məbləğ olmasına istinad etmişdir. Məhkəmə hər üç iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Qanunvericiliyəəsasənişin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdimolunmasıiddiaçınınbirbaşavəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. İşinaraşdırılmışhallarındangörünürki, ünvan 1 saylı ünvanda yerləşən 450 kv.m torpaq sahəsindəqeyri-yaşayış sahəsinin tikintisinə icazə verilmiş və obyektin tikintisi qanunla müəyyən edilmiş qaydada müvafiq qurumlarla razılaşdırılmış, qeyri-yaşayış sahəsinin tikintisi ilə bağlı bütün hüquqi sənədləşmə və razılaşma hərəkətlərindən sonra Bakı Şəhər İcra Hakimiyyətinın Başçısı ilə aralarında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 1045 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən yuxarıda göstərilən torpaq sahəsi hər il üçün icarə haqqı 835,20 (səkkiz yüz otuz beş manat 20 qəpik) manat olmaqla 99 (doxsan doqquz) il müddətinə ona icarəyə verilmişdir. İcarə haqqının ödənilməsi məqsədilə Cavabdeh1 tərəfindən hesab açılmış və hər il üçün icarə haqqı vergi orqanının müvafiq xəzinə hesabına ödənilmişdir. Cavabdeh1 qanuni istifadəsində olan 0.45 ha torpaq sahəsinin 0.225 ha hissəsi 14 saylı DNK-da bağlanmış 3M-225 reyestr nömrəli xx.xx.2016-cı il tarixli icarə hüququnun alqı-satqı müqaviləsinə və xx.xx.2016-cı il tarixli 7E-16790 reyestr nömrəli 3 saylı “ASAN Xidmət” mərkəzinin təsdiq etdiyi bölgü sxeminə əsasən, 2.000 (iki min manat) manata İddiaçı satılarkən artıq tikinti işlərinə başlanılmışdır. Başqa sözlə, İddiaçı mübahisəli sahənin yarı payda icarə hüquqlarını əldə edənə kimi tikinti işləri başlanmış, tikinti və sənədləşmə işləri bu icarə hüququ əldə edilməsindən əvvəl artıq razılaşdırılmış, daha sonra isə İddiaçı iştirakı ilə (qoyduğu vəsait şəklində) davam etdirilsə də, tam başa çatdırılmamışdır. İddiaçı tələbinin maddi əsası kimi Azərbaycan Respublikasının MülkiMəcəlləsinin 157.8, 157.4, 560.1, 560.3.1, 560.3.4-cü maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum edilmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mükiyyətçi olmasa da, bu məcəllə və ya müqavailədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə mənsubdur. Mülki Məcəllənin 560.1-560.3-cü maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzə-rin-də həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Hüquqdan sui-is-tifadə xüsusən aşağıdakılardır: - 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; - 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; - 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Məhkəmə İddiaçı iddiası ilə bağlı hesab edirki, onun Cavabdeh1ilə qarşılıqlı razılaşmaya əsasən birgə vəsaitləri hesabına mübahisəli torpaq sahəsində layihə əsasında ofis binasını tikilməsi qərarına gəlməklə, bu məqsədlə də həmin tikiliyə müəyyən miqdarda vəsait qoyması, cavabdehinkeçmişhəyatyoldaşı, hazırkiişüzrə 3-cüşəxsX4 izahatı ilə tam təsdiq edilir. Belə ki, o izahatında şərikinin konkret olaraq ilk iddiaçının qardaşı Səyyadın olmasını, mübahisələndirilən müqavilənin formal olaraq Seyranın adına bağlanmasını göstərsə də, faktiki olaraq onların birlikdə həmin yeri şərikli tikib gələcəkdə ofis kimi işlətməyi nəzərdə tutmalarını, şərik olaraq, mübahisəli tikilinin tikilməsində özünün külli miqdarda vəsait xərcləməsi ilə yanaşı, Qafarinin də müəyyən xərclər, yəni 56000 manat vəsaiti xərcləməsini göstərmişdir. Həmçinində, 3-cüşəxsX4 izahatından aydın olur ki, aşağı mərtəbələrin pəncərələri yoxdur, yuxarı mərtəbəyə qapı qoyulub. Buna da səbəb yuxarı mərtəbəyə qalxanda qaranlıq daldalanacaq yer əmələ gəldiyi üçün narkamanlar və s. kimi şəxslər oraya daxil olmasıdır, hal hazırda isə oranın açarı onda da yoxdur. İşin materiallarından görünür ki, mübahisəli 450 kv.m torpaq saəhisinin 2225 kv.m hissəsinə İddiaçı icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan maddi hüquq normalarının məzmununa əsasən icarə hüququ əşyaya tam mülkiyyət hüququ olmasa da, özündə əşyadan istifadə və sahiblik imkanını ehtiva edir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, mübahisəli obyekt bölünməz vəziyyətdə olmaqla İddiaçı istifadəsində olan 225 kv.m hissəsində yerləşən hissəsindən tam istifadə edilməsi imkanı məhdudlaşdırılmış və cavabdeh tərəfindən torpaq sahəsi üzərində birgə inşa etdikləri tikiliyə daxil olmağına, həmin tikilinin başa çatdırılmasına və oradan istifadəsinə maneələr yaradılması halları mövcuddur. Bu həm ilk iddia üzrə cavabdehin qarşılıqlı iddia qaldırması, həm də 3-cüşəxsX4 izahatı ilə də qismən öz təsdiqini tapır. Məhkəmənin qənaətinə görə Cavabdeh1 mübahisəli tikilinin həyat yoldaşı olan 3cüşəxsX9 tərəfindən inşa edilərək İddiaçı bu işdə heç bir rolu olmamasını göstərsə də, 3cüşəxsX9 da izahatında bu faktı tam təsdiq etməyərək tikilini İddiaçı qardaşı Səyyad ilə birgə tikilməsini və sonuncunun da bu tikintiyə 56000 manat vəsait xərcləməsini təsdiq etmişdir. Məhkəmə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, №0840924 saylı, xx xxxxx 2016-cı il tarixli çıxarışa əsasən ünvan 1 saylı ünvanda yerləşən 450 kv.m torpaq sahəsinin 225 kv.m hissəsinin İddiaçı adına icarə hüququ əsasında qeydə alınmasına əsaslanaraq hesab edir ki, mübahisəli tikinti işlərinin kim tərəfindən həyata keçirilməsindən asılı olmayaraq paylı icarədar olan İddiaçı icarə hüququ əsasında ona məxsus torpağın, eləcə də onun üzərində inşa edilmiş mübahisəli tikiliyə dair hüquqlarını sərbəst qaydada həyata keçirə bilməməsi və bu maneənin də digər paylı icarəçi olan Cavabdeh1 tərəfindənyaradılması öz təsdiqini tapmışdır. Məhkəmə İddiaçı iddia tələblərinə ümumilikdə qiymət verərək hesab edir ki, Cavabdeh1ilkiddiaçıyaqarşıbuhərəkətləriqanunsuzhesabedilməkdəilk iddiaçının icarə hüququ ilə ona məxsus olan ünvan 5 saylı ünvanda yerləşən 450 kv.m torpaq sahəsinin icarə hüququ əsasında İddiaçı məxsus 225 kv.m hissəsində birgə inşa edilmiş tikiliyə girişçıxışa yaradılmış maneələrin aradan qaldırılması öhdəliyi Cavabdeh1 üzərinə qoyulmalıdır. Məhkəmə iddiaçı Cavabdeh1 iddia tələbləri ilə bağlı qeyd edir ki, qanunvericinin tələblərinə əsasən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. İddiaçı Cavabdeh1 tələbinin əsasını sabiq həyat yoldaşı X4 onunla boşandıqdan sonra, xəlvəti olaraq, yəni onun razılığı olmadan vaxtilə icarəyə götürdüyü sahədə aparılacaq tikinti ilə bağlı bütün sənədləşmə işlərininin aparılması məqsədlə ona verdiyi xx xxxx 2013-cü il tarixli etibarnamədən sui-istifadə etməklə qanuni istifadəsində olan 0.45 ha torpaq sahəsinin 0.225 ha hissəsi 14 saylı DNK-da bağlanmış 3M-225 reyestr nömrəli xx.xx.2016-cı il tarixli icarə hüququnun alqı-satqı müqaviləsinə və xx.xx.2016-cı il tarixli 7E-16790 reyestr nömrəli 3 saylı “ASAN Xidmət” mərkəzinin təsdiq etdiyi bölgü sxeminə əsasən, 2.000 (iki min manat) manata İddiaçı satmasının qanunsuzluğu təşkil edir. Belə ki, cavabdeh X9 bütün bu işlərin görülməsi üçün onu xəbərdar etmədən və razılığını almadan maraq və mənafelərinə zidd olan digər hərəkətlər etmiş, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə onun adından torpaq üzərində icarə hüququnun bir hissəsinin alqı-satqısına razılığı barədə məktub ünvanlamış, daşınmaz əmlak Bakı şəhərinin Yasamal rayonunda yerləşdiyi halda adından çıxış edərək Sumqayıt şəhər 4 saylı Notariat ofisində torpaq sahəsinin icarə hüquqlarının satılmasına razılığı barədə ərizə rəsmiləşdirmişdir. Məhkəmə hesab edir ki, torpaq sahəsinin 0.0225 ha hissəsi üzərində “İcarə hüququnun alqı-satqısına dair” Bakı şəhəri 14 saylı notariat kontorunda reyestrdə 3M-225 nömrə ilə qeyd edilmiş xx xxxxx 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün irəli sürülən dəlillər əsassızdır. Belə ki, Cavabdeh1 tələbinin əsas qayəsi olan sabiq həyat yoldaşına verdiyi xx xxxx 2013-cü il tarixli etibarnamədə icarə hüququnun alqı-satqısı barədə səlahiyyət verməməsi və məhz nikahları pozulduqdan sonra keçmiş həyat yoldaşı X9 tərəfindən belə bir əqdin bağlanması onun niyyətini ifadə edə bilməməsi kimi dəlili sözügedən etibarnamənin məzmunu ilə tam təkzib edilir. İş materiallarında olan xx.xx.2013-cü il tarixdə 50 il müddətinə notarial qaydada verilmiş ƏN-İ ******* saylı etibarnamədən görünür ki, Cavabdeh1 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdlər, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı( girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq hesab aparmağı və bir sıra digər özündə geniş səlahiyyətləri əks etdirən hərəkətləri X5 etibar etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 390.1-ci maddəsinin tələblərinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. "Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1 -ci maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, habelə ər- arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı MM-in 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir HəminMəcəllənin 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2013-cü il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. Məhkəmə Cavabdeh1 iddia tələbinin keçmiş həyat yoldaşı olan X9 ilə danışıqlar zamanı sonuncunun aldadıldığını bildirərək bütün baş verənləri etiraf etməsi ilə bağlı qeyd edir ki, X5 xx xxxx 2013-cü il tarixli, 50 il müddətinə verilmiş etibarnamənin onu verən şəxs tərəfindən ləğv edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmiş, sonuncu tərəfində də müqavilə tərəfi kimi, Cavabdeh1 mübahisələndirdiyi müqavilənin qanunsuzluğunu hazırki vaxta kimi heç bir formada mübahisələndirməmişdir. Məhkəmə Cavabdeh1 2019-cu ilin avqust ayında qeydiyyatda olmaqla yaşadığı ünvana daxil olmuş Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-5030/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərardadı ilə tanış olandan sonra qanuni istifadəsində olan 450 kv.m. torpaq sahəsinin 250 kv.m. hissəsinin sahibi İddiaçı olmasının başa düşməsinə, başqa sözlə, sabiq həyat yoldaşı X4 onunla boşandıqdan sonra, xəlvəti olaraq, yəni onun razılığı olmadan başqa məqsədlə ona verdiyi xx xxxx 2013-cü il tarixli etibarnamədən suiistifadə etməklə qanuni istifadəsində olan 0.45 ha torpaq sahəsinin 0.225 ha hissəsi 14 saylı DNK-da bağlanmış 3M-225 reyestr nömrəli xx.xx.2016-cı il tarixli icarə hüququnun alqı-satqı müqaviləsinə və xx.xx.2016-cı il tarixli 7E-16790 reyestr nömrəli 3 saylı “ASAN Xidmət” mərkəzinin təsdiq etdiyi bölgü sxeminə əsasən, 2.000 (iki min manat) manata İddiaçı satması barədə məlumatı olmasına dair dəlillərini inandırıcı saymamaqla bu izahatlara tənqidi yanaşır. İlk növbədə ona görə ki, yuxarıda göstərildiyi kimi, X5 xx xxxx 2013-cü il tarixli, 50 il müddətinə verilmiş etibarnamənin onu verən şəxs tərəfindən ləğv edilməyindən etibar edilən şəxsin Cavabdeh1 adından mübahisəli əmlakla bağlı geniş səlahiyyətləri olmuşdur. Boşanmalarına baxmayaraq tikinti işləri ilə bağlı əksəriyyət işlərin X9 tərəfindən aparılması Cavabdeh1 tərəfindən də inkar edilmir. Nikahlarının da, pozulmasına baxmayaraq mübahisəli tikinti işlərinə münasibətdə onların əlaqələrinin olması inkar olunmaz faktdır və məhz bu baxımdan da, tikinti işlərinin icarə hüququnun yarısının satılması ilə müşayiət olunan İddiaçı ilə şərikli işbirliklərinin olmasından Cavabdeh1 xəbərsiz olması inandırıcı görünmür. Məhkəmə hazırki iş üzrə Cavabdeh1 iddiası üzrə cavabdeh olan və müstəqil tələb irəli sürən üçüncü şəxs kimi cəlb edilmiş X4 izahatında Cavabdeh1 iddia etdiklərinin etiraf etməsi ilə bağlı göstərdiklərinə qiymət verərək hesab edir ki, bu etiraf şərtlər daxilində verildiyi üçün məhkəmə tərəfindən qəbul və təsdiq edilə bilməz. Belə ki, X9 məhkəməyə təqdim etdiyi ərizəsində Cavabdeh1 iddiasını qəbul etməsini göstərsə də, izahatında Cavabdeh1 iddia etdiklərini etiraf etməsi ilə bağlı bildirmişdir ki, əgər Səyyad Qafari onun pulunu ödəməyə razıdırsa o zaman o, Cavabdeh1 iddiasını etiraf etmir, əgər Səyyad Qafari onunla razılığa gəlmirsə və onun pulunu ödəmirsə, o zaman o Cavabdeh1 İddiaçı qarşı olan iddiasını etiraf edir. Əvvəla məhkəmə qeyd edir ki, Səyyal Qafari iş üzrə tərəf deyildir. İkincisi də X9 məhkəməyə təqdim etdiyi Cavabdeh1 iddiasını qəbul etməsi barədə ərizəsinin məzmunu məhkəmədə bununla bağlı verdiyi izahatı uyğun olmamaqla ziddiyyətlidir. Bundan da, əlavə, məhkəmə xüsusilə vurğulumağı zəruri sayır ki, X4 Cavabdeh1 iddiasına münasibətdə mövqeyi birmənalı olmayaraq, onu yalnız özünün qaldırdığı iddianın hüquqi taleyi maraqlandırır və bu da, onun yuxarıda qeyd edilən izahatının məzmununda açıqaşkar görünür. Belə olan halda məhkəmə X4 Cavabdeh1 iddiasına münasibətdə belə tərəddüdlü və ziddiyətli mövqeyini sübut əhəmiyyətli izahat kimi qəbul edə və sonuncunun iddiasının etirafı kimi qiymətləndirə bilməz. Məhkəmə həmçinin iddia üzrə digər cavabdeh olan Cavabdeh2 da iddiaçı Cavabdeh1 iddiasını etiraf etməsinə də münasibət bildirərək qeyd edir ki, cavabdeh bu etirafını ümumi sözlə ifadə etmiş, izahat verilməsi üçün növbəti məhkəmə iclasına dəvət edilsə də, məhkəməyə gəlməyərək bu etirafın əsaslarının nədən ibarət olmasına dair izahat verməmişdir. Başqa sözlə, o iddianı etiraf etməsinin əsasları açıqlamamışdır. Məhkəmə həmçinin hesab edir ki, iddia üzrə cavabdehin yalnız iddianı etiraf etməsinə dair fikir bildirməsi, həmin iddianın əsaslı olması anlamına gəlməsinə hüquqi əsas vermir. Düzgür, iddianın etiraf edilməsi qanunvericilikdə nəzərdə tutulsa da, bu etirafın hansı qaydada edilməsi də təsbit edilmişdir. Beləki, AzərbaycanRespublikası MPM-nin: - 52.2-cimaddəsinəəsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. - 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadani mtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Lakin cavabdeh tərəfindən məhkəməyə belə bir ərizə təqdim edilməmişdir. Həmçinin, Azərbaycan RespublikasıMPM-nin: - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 191.4-cü maddəsinə əsasən məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə və ya tərəflərin barışıq sazişini təsdiq etmədikdə bu barədə əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. - 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iddia üzrə cavabdeh olan Cavabdeh2 iddiaçı Cavabdeh1 iddiasını səbəblərini açıqlamadan, əsaslandırmadan etiraf etməsini təsdiq etməyərək hesab edir ki, onun, eləcə də, cavabdeh və eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs kimi cəlb edilmiş X4 iddianı etiraf etmələri qanuna zidd olmaqla iş üzrə mübahisələndirilən müqavilənin tərəfi olan İddiaçı hüquqlarını və qanunla qorunan mənafeyini pozur. Beləliklə də, məhkəmə hesab edir ki, tərəflər arasındakı 14 saylı DNK-da bağlanmış 3M-225 reyestr nömrəli xx.xx.2016-cı il tarixli icarə hüququnun alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada səlahiyyətli şəxslər arasında bağlandığından onun etibarsız sayılması üçün heç bir hüquqi əsas yoxdur. Məhkəmə alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı iddia tələblərinə hüquqi qiymət verməkdə davam edərək daha sonra hesab edir ki, iddiaçı Cavabdeh1 həmçinin əqdin etibarsızlığı üçün mülki qanunvericilikdə müəyyən edilmiş müddəti ötürməklə onu mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 354.1-ci maddələrinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. - 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. - 347.1- ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddət tamamilə fərqli anlayışlardır. Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni qanunun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. Həm daxili, həm də beynəlxalq qanunvericilik "şikayətin verilmə müddəti" anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı səxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə də zərurət olmadığından məhkəmə İddiaçı tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə hüquqi qiymət verilməsini məqsədəmüvafiq saymır. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh1 mübahisələndirdiyi əqd 2016-cı ildə bağlanmış, tərəflər üzərindəki öhdəliklər (icrasının başlanıldığı gün) də məhz 2016-cı ildə yaranmışdır. Başqa sözlə, iddiaçı məhkəmə qaydasında əqdin etibarsız hesab edilməsi üçün müraciəti 2016-cı ildən yaranmışdır. İddiaçı qeyd edilən əqdin bağlanılmasından məlumatsız olduğunu bildirsə də iş materiallarından görünür ki, bu həqiqəti əks etdirmir. Bu baxımdan da iddiaçı qanunvericiliklə müəyyən edilmiş 1 illik mübahisələndirmə müddətini ötürmüşdür. Göstərilənlərə əsasən məhkəmə iddiaçı Cavabdeh1 iddia tələblərinin bu əsasla da təmin edilməməsi nəticəsinə gəlir. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia tələblərinə də qiymət verərək hesab edir ki, o, İddiaçı onun qarşısında pul öhdəliyinin olması ilə bağlı irəli sürdüyü dəlillər və izahatları heç bir sübut növü ilə təsdiqini tapmamışdır. Məhkəmə həmçinin şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, şahidlər Eldar Əliyev ilə Səyyad Qafari arasında olan münasibətlərini göstərməklə mübahisəli tikili ilə əlaqədar aralarında yaranmış mübahisənin aradan qaldırılması üçün etdikləri cəhdlər barədə ifadələr vermişlər ki, bu göstərilənlərin də hazırki iş üzrə hər hansı sübut əhəmiyyətli olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). X14 Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından E.İ.Əliyeviddiatələbiiləbağlı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. X14 Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” xx xxxxxx 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməklə, Cavabdeh1 hərəkətləri qanunsuz hesab edilməli, ünvan 5 saylı ünvanda yerləşən 450 kv.m torpaq sahəsinin icarə hüququ əsasında İddiaçı məxsus 225 kv.m hissəsində birgə inşa edilmiş tikiliyə giriş-çıxışa yaradılmış maneələrin aradan qaldırılması öhdəliyi Cavabdeh1 üzərinə qoyulmalı, qalaniddialarisə rədd edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh1 hərəkətləri qanunsuz hesab edilərək, ünvan 5 saylı ünvanda yerləşən 450 kv.m torpaq sahəsinin icarə hüququ əsasında İddiaçı məxsus 225 kv.m hissəsində birgə inşa edilmiş tikiliyə giriş-çıxışa yaradılmış maneələrin aradan qaldırılması öhdəliyi Cavabdeh1 üzərinə qoyulsun. İddiaçı Cavabdeh1 cavabdehlər X9, İddiaçı, Cavabdeh2, Bakı şəhəri 14 saylı Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 5 saylı binanın yaxınlığında yerləşməklə ona məxsus olan 0.045 ha torpaq sahəsinin 0.0225 ha hissəsi üzərində “İcarə hüququnun alqı-satqısına dair” Bakı şəhəri 14 saylı notariat kontorunda reyestrdə 3M-225 nömrə ilə qeyd edilmiş xx xxxxx 2016-cı il tarixli müqavilənin, həmin müqavilə əsasında İddiaçı adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, Seriya RX, ******* saylı Çıxarışın və xx.xx.2016-cı il tarixli bölgü sxeminın (eskizin) etibarsız hesab edilməsi və torpaq üzərində hüququnun əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddiası rədd edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdeh İddiaçı qarşı ünvan 5 saylı binanın yanında yerləşən torpaq sahəsinin üzərindəki 4 mərtəbəli, qanuni şəkildə tikilmiş obyektin tikinti və inzibati xərcləri kimi 217.115 manat, şəxsi əməyi, tikintiyə rəhbərliyi və təşkilatçılığının əvəzi kimi 72.000 (yetmiş iki min) manat, dövlət rüsumu olaraq 30 (otuz) manat, cəmi 289.145 (iki yüz səksən doqquz min yüz qırx beş) manat vəsaitin cavabdeh İddiaçı tutularaq ona ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddia tələbi rədd edildiyindən iş üzrə tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu müstəqil tələb irəli sürən üçüncü şəxs X5 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-143/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-143/2020
14.10.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver