Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1439/2023 07.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi maraqlı şəxs qismində Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü Rəsulzadə Məryəm Tahir qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qızı Rəsulzadə Məryəm Tahir qızı xx.xx.2016-cı il tarixdə anadan olmuşdur. O anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkir. Rəsulzadə X3 rayonu 13 saylı poliklinikada qeydiyyatdadır. Qızı yataq xəstəsidir və onun himayəsində yaşayır. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda qeyd olunan məzmunda izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185 maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 154686 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Rəsulzadə Məryəm Tahir qızı xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2, anası Ərizəçidır. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli TSEK-də müayinə cavabından müəyyən olunur ki, xx.xx.2016-cı il təvəllüdlü Rəsulzadə Məryəm Tahir qızı sağlamlıq imkanı məhdud olan uşaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”in xx.xx.2023-cü il tarixli, 1151 saylı Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının rəyindən müəyyən olunur ki, xx.xx.2016-cı il təvəllüdlü Rəsulzadə Məryəm Tahir qızında “uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik” aşkar olunmuş, Rəsulzadə Məryəm Tahir qızı öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Rəsulzadə Məryəm Tahir qızını öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Beləliklə, məhkəmə hesab edir ki, Rəsulzadə Məryəm Tahir qızının psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş Rəsulzadə Məryəm Tahir qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-1439/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1439/2023
07.06.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver