Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1467/2023 18.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızıın katibliyi, İddiaçı Azərbaycan Respublikasının Mənzil X3 nümayəndəsi Nümayəndə1, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə4, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Beynəlxalq Bankı ASC-nin nümayəndəsi Nümayəndə2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Mənzil X3 Cavabdeh qarşı (Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu, Azərbaycan Beynəlxalq Bankı ASC, Bakı şəhəri 12 saylı Notariat Ofisi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın mülkiyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi Cavabdeh qarşı (Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu, Azərbaycan Beynəlxalq Bankı ASC, Bakı şəhəri 12 saylı Notariat Ofisi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın mülkiyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə Azərbaycan Respublikasının Mənzil X3 tabeliyində olan "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 00134İK-YAS/2022 saylı “Güzəştli mənzilin alqısatqı və ipoteka müqaviləsi”nin etibarsız hesab edilməsi və Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak obyektinin "xxxx" MMC-nin mülkiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 13.01,2022-ci il tarixdə “Güzəştli mənzil sisteminin operatoru olan, Azərbaycan Respublikasının tabeliyində Azərbaycan Respublikasının Mənzil X3 tabeliyində olan "xxxx" MMC-yə müraciət edərək “Azərbaycan Respublikasının Mənzil X3 sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq mənzilləri güzəştlə əldə etmək hüququna sahib olmaq üçün tələb olunan sənədləri təqdim etməklə, elektron kabinetin verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə **********0855xxxxxxx qeydiyyat nömrəli güzəştli mənzil seçimində iştirak etmək üçün elektron kabinet verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil X3 sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na (bundan sonra - Qayda) əsasən Agentliyinin növbəti layihəsi olan X2 ikinci mərhələsinin (Bakı şəhəri, Yasamal rayonu Xarici dairəvi yolu “6” ünvanında yerləşən) X2 ikinci mərhələsinin 4 saylı binası üzrə 64, 5 saylı binası üzrə 53, 6 saylı binası üzrə 44, 9 saylı binası üzrə 44, 10 saylı binası üzrə 64, 11 saylı binası üzrə 54, 12 saylı binası üzrə 44, 14 saylı binası üzrə 21, 17 saylı binası üzrə 44, 18 saylı binası üzrə 44, 19 saylı binası üzrə 41, 20 saylı binası üzrə 8, 21 saylı binası üzrə 44, 22 saylı binası üzrə 39, 23 saylı binası üzrə 39, 24 saylı binası üzrə 24, 25 saylı binası üzrə 72 və 26 saylı binası üzrə 72 mənzilin, ümumilikdə 815 mənzilin satışı prosesinə xx.xx.2022-ci il tarixində saat 11:00-da başlanılmış və xx.xx.2022-ci il tarixinədək davam etdirilərək “Güzəştli mənzil” sistemi üzərindən mənzillərin elektron seçimi qısa müddətdə uğurla başa çatmışdır. Göstərilən tarixdə Cavabdeh “Güzəştli mənzil” sistemindən elektron qaydada istifadə edərək Bakı şəhəri, ünvan 1 saylı əmlak obyektini könüllü olaraq seçmişdir. xx.xx.2021 xx.xx.2021-ci il tarixlərində sözügedən kompleksin 4 saylı binası üzrə 64, 5 saylı binası üzrə 53, 6 saylı binası üzrə 44, 9 saylı binası üzrə 44, 10 saylı binası üzrə 64, 11 saylı binası üzrə 54, 12 saylı binası üzrə 44, 14 saylı binası üzrə 21, 17 saylı binası üzrə 44, 18 saylı binası üzrə 44, 19 saylı binası üzrə 41,20 saylı binası üzrə 8, 21 saylı binası üzrə 44, 22 saylı binası üzrə 39, 23 saylı binası üzrə 39, 24 saylı binası üzrə 24, 25 saylı binası üzrə 72 və 26 saylı binası üzrə 72 mənzilin, ümumilikdə 815 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilmişdir. Seçim prosesi “Güzəştli mənzil” sisteminin əlaqəli fəaliyyətini təmin etmək məqsədi ilə Mənzil X3 inzibati binasında xüsusi karantin rejimi qaydalarına uyğun olaraq yaradılmış operativ qərargahda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinin, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “X4 Mərkəzi”nin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzİnTelecom” MMC-nin, KİV və QHT nümayəndələrinin iştirakı ilə müşahidə edilmişdir. Eyni zamanda, aidiyyəti qurumların məsul şəxslərindən ibarət xüsusi işçi qrup təşkilata və “108” Çağrı Mərkəzinə daxil olan vətəndaş müraciətlərinin operativ cavablandırılmasını təmin etmişdir. Qeyd olunan tarixlərdə X2 ikinci mərhələsi üzrə satışa çıxarılan 815 mənzili seçən vətəndaşlardan hamısı ilə mənzil rəsmiləşdirilməsi aparılmış, rəsmiləşdirilmiş mənzillərin 212-si öz vəsaiti (o cümlədən 14-ü banklardan cəlb edilmiş kredit) hesabına, 603-ü isə güzəştli ipoteka krediti hesabına əldə edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli 1418 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”yə uyğun olaraq satışa çıxarılan müvafiq tarixlərdə 815 mənzilin seçimi “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilmişdir.Cavabdeh mənzili gənc ailənin üzvü kimi (ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs kateqoriyası) əldə etmişdir. Lakin mənzili əldə etdikdən sonra onun təhrif olunmuş məlumat təqdim etdiyi bəlli olmuşdur. Belə ki, Cavabdeh mənzili seçərkən azyaşlı uşağı Aylin İslamlının onun himayəsində olması barədə məlumat təqdim etmiş və tələb olunan sənədi (doğum haqqında şəhadətnaməni) elektron sistemə daxil etmişdir. Şəxsə elektron kabinet verilmiş, onunla xx.xx.2022-ci il tarixdə Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Borclunu maliyyələşdirən agent bank "xxxx" ASC rəsmiləşdirmədən sonra azyaşlı qızın müraciətedənin himayəsində olmadığı barədə müraciət ünvanlamış və bunu təsdiq edən Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-2394/2021 nömrəli qətnaməsini təqdim etmişdir. Belə olan halda Cavabdeh mənzil seçimi etmək hüququ olmamışdır. Lakin bu hal onunla Agentliyin tabeliyində olan "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 00134İK-YAS/2022 saylı Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsi bağlandıqdan sonra aşkara çıxarılmışdır. Buna görə də hesab edirlər ki, alqı-satqıya dair müvafiq müqavilə etibarsız hesab edilməlidir. Eyni zamanda, Cavabdeh əldə etdiyi mənzili təhrifetmə hallarına yol verərək seçməsi göstərilən tarixlərdə mənzillərə sahib olmaq iddiasında olan elektron kabinet sahiblərinin qanunla qorunan mənafelərinin təmin olunmamasına və iddiaçı olaraq təşkilatın real alıcıları itirərək əldən çıxmış fayda ilə üzləşmək təhlükəsi qarşısında qalmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.2.1-ci yarımbəndinə uyğun olaraq ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs qismində müraciət etmiş Cavabdeh gənc ailənin üzvü olması üçün əsaslardan biri kimi övladının onun himayəsində olmadığı anlaşılır. Qaydanın 9.3-cü bəndinə əsasən, mənzilin əldə edilməsinə dair alqı-satqı müqaviləsi notariat qaydasında təsdiqləndikdən sonra mənzili əldə edən şəxsin bu Qaydanın 5.3.3-cü yarımbəndinə (müraciətedənin bu Qaydanın 2.1-ci bəndində müəyyən edilmiş şəxslər kateqoriyasına aid olması barədə məlumat müraciətdə göstərilməli məlumatdır) uyğun olaraq göstərdiyi, bu Qaydanın 2.1-ci bəndində (Mənzilləri güzəştlə əldə etmək hüququ Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.2-ci bəndində nəzərdə tutulmuş şəxslərə məxsusdur) müəyyən edilmiş şəxslər kateqoriyasına aid olması barədə məlumatlarda təhrifetmə halları məhkəmə tərəfindən müəyyən olunduqda, Agentlik (iddiaçı) alqı-satqı müqaviləsinin etibarsızlığını məhkəmə qaydasında mübahisələndirir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikasının Mənzil X3 nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, cavabdehin nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, cavabdeh tərəfindən uşağın onun himayəsində olması barədə sənəd qismində uşağın doğum haqqında şəhadətnaməsi təqdim edilmişdir. Uşağın doğum haqqında şəhadətnaməsinin təqdim edilməsi uşağın onun himayəsində olması kimi qəbul edilmiş, elektron kabinet də həmin əsasla verilmişdir. Prosesin gedişində məhkəmə qətnaməsinə əsasən uşağın ananın himayəsində olması faktı müəyyən edilmişdir. Təkmilləşdirilmə işləri aparılaraq sistem üzərində sənədlərin daha geniş siyahası təqdim edilmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə4 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, “Azərbaycan Respublikasının Mənzil X3 sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.5-ci bəndinə əsasən, həm elektron kabinet verilməsi, həm də elektron kabinet verilməsindən imtina edilməsi barədə qərar qəbul edilir. Elektron kabinet verilməsindən imtina edilməsi halında cavabdehin imtina barədə qərarı mübahisələndirmək hüququ yaranır. Həmin bildiriş (qərar) hamiyyət tədbiri kimi görüldüyü üçün, onun qüvvədə olduğu alqı-satqı və ipoteka müqavilələrinin etibarsızlığı mübahisə predmeti ola bilməz. Həmin müqavilələr məhz elektron kabinetin verilməsi və cavabdehin seçim mərhələsində qalib olmasının nəticəsi olaraq bağlanmışdır. Hazırki iddia tələbində isə elektron kabinetin verilməsi üçün əsasların olmaması mübahisələndirilir, müqavilənin etibarsızlığın əlamətini əks etdirən hər hansı tərkib hissəsinə toxunulmur. Başqa sözlə desək, nə qədər ki, hazırda etibarlılığı mübahisələndirilən alqı-satqı və ipoteka müqavilələrinin bağlanmasına əsas olmuş inzibati icraat qaydasında qəbul olunan qərar mövcuddur, hazırki iddia tələbinin etibarsızlığına dair hər hansı əsas yoxdur. İddiaçının ərizədə göstərdiyi dəlillər müqavilələrin deyil, elektron kabinetin verilməsinin qanuniliyinə münasibətdədir. Digər tərəfdən, tərəflər arasında münasibətlərin kökü inzibati münasibətlərdir. Çünki, Mənzil İnşaatı Dövlət Agentliyi adından göründüyü kimi inzibati orqandır və səlahiyyətlərinin prezidentin fərmanı ilə təsdiq edilməsi və dövlət adından bu sahədə bir funksiyanı həyata keçirməsi ona inzibati akt qəbul etməyə səlahiyyət verir. Elektron kabinetin verilməsi barədə qərar inzibati akt olduğundan, onun sonradan qanunsuz olsa belə şəxs üçün əlverişli nəticə yaradırsa onun hüquqi nəticələrini aradan qaldırmır. Bu da “İnzibati icraat haqqında” qanunun 67.5-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən əgər orqanın səhvi nəticəsində maraqlı şəxsə ziyan gəlirsə bu ona cavabdeh deyildir. Bundan başqa, cavabdeh tərəfindən məlumatların təhrif edilməsindən ümumiyytlə söhbət gedə bilməz. Cavabdeh müraciət etdiyi vaxt üçün həm MİDA-nın saytında, həm də X7 şəxsin elekton kabinetinə göndərdiyi sənədlərin siyahısında tələb edilən sənədləri təqdim etdmişdir. Sonradan, xx.xx.2022-ci il tarixdə Güzəştli mənzil əldə etmək hüququ olan vətəndaşların nəzərinə başlıqlı məlumat yerləşdirilmişdir və mövcud kateqoriyaların yeni redakiyada verilməsi və bəzi sənədlərin yenisi ilə əvəz edilməsi barədə məlumat verilmişdir. Bu da onu göstərir ki, inzibati orqan olan MİDA öz səhvini düzəldərək, məlumatları daha təkmilləşdirilmiş formada əks etdirmişdir. Cavabdehin müraciət etdiyi vaxt uşağın himayədə olmasını təsdiq edən sənəd təqdim edilməli olan sənədlərin siyahasında olmadığından onun hərəkətlərində nöqsan yoxdur. Əsas hissə qüvvədə olduğundan müqavilən etibarsızlığından ümumuiyytlə söhbət gedə bilməz. Hesab edir ki, iddia tələbi əsasız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, hansı sənədlər tələb edilmişsə həmin sənədləri təqdim etmişdir. Təqdim edilmiş sənədlər MİDA tərəfindən yoxlanılmış və ona gənc ailə statusu verilmişdir. Uşağın anasının himayəsində olmasını gizlətməmişdir. Çünki, məhkəmə qətnaməsinə əsasən müəyyənləşdirildiyindən, bu halı gizlədə də bilməzdi. Uşağının ananın himayəsində olmasını bilirdi. O, uşaq üçün aliment ödəyir. Bank da bunu görmüşdür. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Beynəlxalq Bankı ASC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, bankla bağlanmış ipoteka müaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı əsas görmür. Lakin, iddianın alqısatqı müqaviləsinin etibarsızlığı və digər hissələrdə təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında Kredit Zəmanət Fondunun nümayəndəsi Nümayəndə3 iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(004)-2394/2021 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə X8 arasında 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə 2498 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması və birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X6 anası X5 yanında qalması qət edilmişdir. İş materiallarında olan Cavabdeh məxsus elektron kabinetdən çıxarışdan görünür ki, ən azı 3 il dövlət qulluğundan qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq keçən şəxs- güzəşt kateqoriyası üzrə xx.xx.2022-ci il tarixdə **********0855xxxxxxx qeydiyyat nömrəli güzəştli mənzil seçimində iştirak etmək üçün elektron kabinet verilmişdir. Elektron kabinetdə şəxsiyyət vəsiqəsi məlumatları, həmçinin Cavabdeh ailə statusunun subay olması göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 00134İK-YAS/2022 nömrəli “Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsi”nə əsasən MİDA” MMC, Cavabdeh və Azərbaycan Beynəlxalq Bankı ASC arasında ünvan 5 ünvanında yerləşən 3 nömrəli mənzilin alqı-satqı və ipotekaya qoyulmasına dair qarışıq müqavilə bağlanmışdır. İş materiallarından görünür ki, ən azı 3 il dövlət qulluğundan qulluq edən şəxs tərəfindən təqdim edilməli olan sənədlər siyahasında müraciətedən evli olmadıqda – uşağının və ya uşaqlarından birinin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti göstərilmişdir. İş materiallarında olan mida.gov.az internet saytından əldə edilmiş çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixli güzəştli mənzil əldə etmək istəyən vətəndaşların nəzərinə başlıqlı məlumatda qeyd edilmişdir: “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1886 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişikliyə əsasən, güzəştli ipoteka kreditini almaq və Azərbaycan Respublikasının Mənzil X3 sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların mövcud kateqoriyaları yeni redaksiyada verilmişdir. Müvafiq dəyişikliklə, gənc ailə (Gənc ailə - yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyndir) üzvü olan “Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları)” adlı mövcud kateqoriya “şəhidin övladları”, “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı, övladları)” adlı mövcud kateqoriya “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının övladları" və “Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı, övladları)” adlı mövcud kateqoriya “Azərbaycanın Milli Qəhrəmanının övladları” ilə əvəz edilmişdir. Bununla yanaşı, “Yaşından və ailə vəziyyətindən asılı olmayaraq digər şəxslər” siyahısına “şəhid ailəsinin üzvü (əri/arvadı)”, “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı)” və “Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı)” adlı kateqoriyaları əlavə edilmişdir. Ölkə başçısının bu Fərmanını icra etmək məqsədilə ötən müddət ərzində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Güzəştli mənzil” elektron sistemində zəruri dəyişiklik və təkmilləşdirmə işi aparılmış, həmin kateqoriyalara aid olan vətəndaşlar tərəfindən təqdim edilməli sənədlər müəyyənləşdirilmişdir. Sənədlərin siyahısı ilə www.mida.gov.az və www.mida.gov.az/mmc/ internet saytlarının ana səhifəsində yerləşən “Güzəştli mənzili kim ala bilər” bölməsində tanış olmaq mümkündür.” www.mida.gov.az və www.mida.gov.az/mmc/ internet saytlarının ana səhifəsində yerləşən “Güzəştli mənzili kim ala bilər” bölməsində ən azı 3 il dövlət qulluğundan qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq keçən şəxs tərəfindən təqdim edilməli olan sənədlər siyahasında müraciətedən evli olmadıqda – uşağının və ya uşaqlarından birinin valideynin himayəsində olmasını təsdiq edən rəsmi sənədin (mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi; məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi; müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş rəsmi sənəd) notarial qaydada təsdiq olunmuş surəti; himayəsində olan uşağının və ya uşaqlarından birinin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti göstərilmişdir. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasının 3.2.1-ci maddəsinin 4-cü yarımbəndinə əsasən gənc ailənin üzvü olan ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər. “Gənclər haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.3-cü maddəsinə əsasən, gənc ailə - yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyndir. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil X3 sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydasının 2.1-ci bəndinə əsasən, mənzilləri güzəştlə əldə etmək hüququ Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın (bundan sonra – ipoteka kreditinin verilməsi Qaydası) 3.2ci bəndində nəzərdə tutulmuş şəxslərə məxsusdur. Həmin qaydanın 5.5 bəndinə əsasən, müraciətlər real vaxt rejimində “Güzəştli mənzil” elektron sistemində qeydiyyata alınır və onlara həmin sistem vasitəsilə qeydiyyat sıra nömrəsi verilir. Müraciətə onun qeydiyyata alındığı gündən 5 (beş) iş günü ərzində baxılır. Əlavə araşdırmanın aparılması tələb olunduğu hallarda, müraciət edən şəxsə bu barədə məlumat verilməklə, həmin müddət 10 (on) iş günü artırıla bilər. Müraciət etmiş şəxsin bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan kateqoriyaya aid olması müəyyən edildikdə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin şəxsin sistemdə qeydiyyata alınaraq, müraciətin qeydiyyataalınma nömrəsinə uyğun olaraq ona elektron kabinet verilməsi barədə qərar, həmin kateqoriyaya aid olmadığı müəyyən edildikdə isə elektron kabinet verilməsindən imtina barədə əsaslandırılmış qərar qəbul edir. Həmin qaydanın 9.3-cü bəndinə əsasən, mənzilin əldə edilməsinə dair alqı-satqı müqaviləsi notariat qaydasında təsdiqləndikdən sonra mənzili əldə edən şəxsin bu Qaydanın 5.3.3-cü yarımbəndinə uyğun olaraq göstərdiyi, bu Qaydanın 2.1-ci bəndində müəyyən edilmiş şəxslər kateqoriyasına aid olması barədə məlumatlarda təhrifetmə halları məhkəmə tərəfindən müəyyən olunduqda, Agentlik alqı-satqı müqaviləsinin etibarsızlığını məhkəmə qaydasında mübahisələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 339.2-ci maddəsinin tələblərinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən müəyyən olunur ki, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin maddələrin məzmunundan göründüyü kimi “aldatma” dedikdə əqd üzrə mühüm əhəmiyyət kəsb edən faktlar və hallar barədə tərəfin digər tərəfə qəsdən yanlış məlumat verilməsi anlaşılır. Bu əsasla əqdin mübahisələndirilməsi yalnız şəxsin məhz əqd bağlanması məqsədilə aldadıldığı, həmçinin aldatma nəticəsində bağlanmış əqdin onun aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda mümkündür. Məhkəmə hesab edir ki, hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtləri müəyyən edilmir. Belə ki, iddiaçı cavabdeh tərəfindən təhrif edilmiş məlumatların təqdim edilməsini iddia edərək, onunla bağlanmış müqavilənin etibarsız hesab edilməsini tələb edir. Lakin iş materialları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən gənc ailənin üzvü olan ən azı 3 il dövlət qulluğundan qulluq edən şəxs kateqoriyasında güzəştli ipoteka kreditindən istifadə etməklə mənzil əldə edilməsi üçün təqdim edilməli olan sənədlər siyahasında göstərilən sənədlər əlavə edilməklə elektron qaydada müraciət edilmiş, müraciət real vaxt rejimində “Güzəştli mənzil” elektron sistemində qeydiyyata alınaraq baxılmışdır. Onun həmin kateqoriyaya aid olması müəyyən edilmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin şəxsin sistemdə qeydiyyata alınaraq, ona elektron kabinet verilməsi barədə qərar qəbul etmişdir. Cavabdeh tərəfindən təqdim edilməli olan sənədlər siyahasında göstərilən sənədlər əlavə edilmiş, həmçinin subay olması barədə məlumat və uşağın doğum haqqında şəhadətnaməsi təqdim edilmişdir. Cavabdehin müraciət etdiyi vaxt təqdim edilməli olan sənədlər siyahasında uşağın himayədə olmasını təsdiq edən sənədin təqdim edilməli olması göstərilməmişdir. Məhkəmə qeyd edir ki, uşağın doğum haqqında şəhadətnaməsinin təqdim edilməsi isə uşağın valideynin yanında qalmasını təsdiq edən sənəd deyildir. Uşağın valideynin himayəsində olmasını təsdiq edən rəsmi sənəd mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi; məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi; müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş rəsmi sənəd ola bilər ki, sonradan Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Güzəştli mənzil” elektron sistemində zəruri dəyişiklik və təkmilləşdirmə işi aparılaraq, həmin kateqoriyalara aid olan vətəndaşlar tərəfindən təqdim edilməli sənədlər siyahısında doğum haqqında şəhadətnamədən əlavə olaraq, həmin sənədlər də əlavə edilmişdir. Cavabdeh tərəfindən də müraciət etdiyi vaxt üçün tələb edilən sənədlər təqdim edilmiş, valideynin himayəsində olmasını təsdiq edən rəsmi sənəd tələb edilmədiyindən təqdim edilməmiş, onun müraciətinə müəyyən edilmiş qaydada baxılmış və hər hansı uyğunsuzluq müəyyən edilmədiyindən elektron kabinet verilməsi barədə qərar qəbul edimişdir. Onun tərəfindən təhrif edilmiş məlumat təqdim edilməmişdir. Bu halda müraciətedənin təqdim etməsi tələb edilən sənədlər siyahısında göstərilməmiş sənədin təqdim edillməməsinə görə cavabdeh məsuliyyət daşıya bilməz. Ona görə də, onunla bağlanmış alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas mövcud deyildir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, daşınmaz əmlakın mülkiyyətə qaytarılması hissəsində də əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının Mənzil X3 Cavabdeh qarşı (Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu, Azərbaycan Beynəlxalq Bankı ASC, Bakı şəhəri 12 saylı Notariat Ofisi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın mülkiyyətə qaytarılması” barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikasının Mənzil X3 Cavabdeh qarşı (Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu, Azərbaycan Beynəlxalq Bankı ASC, Bakı şəhəri 12 saylı Notariat Ofisi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın mülkiyyətə qaytarılması” tələbi barədə iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-1467/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1467/2023
18.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver