Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-147/2022 03.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə edilməmiş suya görə əsassız hesablanmış 4104 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 700 kv.m. olan qeyri-yaşayış sahəsi ‘‘YENİ YASAMAL” MTK arasında bağlanmış “Yaşayış binasında mənzil tikintisi haqında” 18.07.2008-ci il tarixli Müqaviləyə əsasən ona məxsusdur. Adı çəkilən əmlaka dair onunla "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsi arasında 10.07.2017-ci il tarixli "Su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” Müqavilə imzalanmış və müvafiq su sayğacı quraşdırılmışdır. Adı çəkilən qeyri-yaşayış sahəsi açıq sahə olaraq market kimi fəaliyyət göstərmiş və orada daimi bir sanuzel otağı mövcud olmuşdur. Market 14 aydır bağlı olduğundan və fəaliyyət göstərmədiyindən qeyri-yaşayış sahəsi də bağlı olmuşdur. Bu yaxınlarda həmin sahədə təmir işləri aparmağa başlamış və sayğac koda düşdüyündən, cavabdehin əməkdaşlarını sahəyə dəvət edərək sayğaca baxış keçirilməsini, sayğaçı koddan çıxarılmasını xahiş etmişdir. Cavabdeh ASC-nin Yasamal rayon Su Kanal İdarəsinin əməkdaşları tərəfindən sahəyə baxış keçirildiyi zaman, sahədə söküntü və yenidənqurma işləri aparılırdı. Cavabdehin əməkdaşları qeyri-yaşayıs sahəsinə bitişik diametri 20 mm olan su xəttinin aşkar edildiyini bildirərək, həmin xəttə baxış keçirilən zaman bu xəttin ona aid olmamasını, xəttin işlək olmamasını və bina inşa olunduğu zaman binanın işçiləri tərəfindən quraşdırıla biləcəyini onlara bildirsələr də, cavabdehin əməkdaşları onun dediklərinə əhəmiyyət verməmişlər. Cavabdehin əməkdaşları heç bir söz bildirmədən sahədən uzaqlaşmışlar. Sonradan ona məlum olmuşdur ki, cavabdehin əməkdaşları tərəfindən 24.06.2021- ci il tarixli akt tərtib edilmiş və bunun əsasında ona əsassız olaraq 2052 m3 su və 2052 m3 çirkab suyun istifadəsi kimi göstərərək ümumilikdə 4.104 manat məbləğində əsassız pul vəsaiti hesablanmış və həmin vəsaitin ödənilməsinə dair 30.06.2021-ci il tarixli faktura verilmişdir. Qeyd edir ki, o, bir fiziki şəxs kimi daim istifadə etdiyi suyun, enerjinin dəyərini ödəmiş və heç bir zaman qanunsuz istifadələrə yol verməmişdir. Bununla bağlı şifahi qaydada cavabdehin əməkdaşlarına müraciət edərək araşdırmanın aparılmasını istəsə də, ondan əsassız olaraq hesablanmış borcun ödənilməsini tələb etmişlər. İddiaçı sonradan iddia ərizəsinə dəqiqləşmə verərək - Cavabdeh ASC-nin 24 iyun 2021-ci il tarixli 600570 nömrəli aktının ləğv edilməsini və həmin akta müvafiq olaraq əsasız hesablanmış 4104 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, sözügedən əmlakı icarəyə vermişdir və kommunal xərclərin icarəyə götürən tərəfindən ödənilməsi müqavilədə qeyd edilmişdir. Təmir işləri aparılarkən metlağın altında sözgedən xətt aşkar olunmuşdur. Cavabdehin əməkdaşlarını “obyekt”ə o özü dəvət etmişdir, əgər niyyəti kənar xətdən istinfadə etmək olsa idi, cavabdehin əməkdaşlarını dəvət etməzdi. Sözügedən kənar xətt ümumiyyətlə suya aidiyyəti olmayan bir yerdə aşkar olunmuş və ümumi su təttinə qoşulmamış, boş xətt olmuşdur. Sahənin su xətti sayğacdan keçərək zirzəmidə yerləşən çənə daxil olur və oradan da, istifadə olunur. Ümumiyyətlə orda sadəcə bir mətbəx və bir sanitaq qovşağı mövcuddur. Həmin obyekt hamam və ya sauna kimi fəaliyyət göstərməmişdir ki, hansısa kənar xəttə ehtiyac duyulsun. İstifadə olunan suyun həcmi çox cuzi olmuş və son bir il, il yarımda da, ümumiyyətlə fəaliyyət göstərməmişdir. Bu səbəbdən də, sayğac koda düşmüş və məhz onlar cavabdeh quruma müraciət edərək, cavabdehin əməkdaşlarını oraya dəvət etmişlər. Onu da qeyd edir ki, təqdim edilmiş video görüntülərdəki qapının üzərindən daxil olan xətt içəridə yerləşən sayğaca qoşulan xəttdir. Onlar buna aiddə çəkilmiş video görüntünü məhkəməyə təqdim etmişlər. Ümumiyyətlə o binada uzun illərdir ki, problemlər mövcud olmuş və oraya köçüb yaşayan sakinlər tərəfindən müvəqqəti xətlər çəkilmiş, sonradan o xəttlər ləğv edilsə də, çəkilmiş borular sökülmədən qalmışdır. Bina tam təhvil verilmədiyindən sözü gedən problemlər hazırki gündə də mövcuddur. Bu səbəbdən də, yəni mərkəzləşdirilmiş şaxtadan su xəttləri verilmədiyindən onlara gələn və sayağaca qoşulan su xəttidə o şəkildə çəkilmişdir. Lakin onların obyektində sayğacdan kənar qoşulma mövcud olmamış, döşəmə sökülərkən altından çıxan su borusunun da hər hansısa bir su xəttinə qoşulmamış, ümumiyyətlə bu texniki cəhətdən də qoşulması qeyri-mümkündür. Həmin yerdə hər hansısa bir sudan da istifadə edilmir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsin xahiş edir. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi Lalə Seyidəliyeva iddia tələbini etiraf etmədi və iddiaya etirazını onunla əsaslandırdı ki, 24.06.2021-ci il tarixdə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən sözügedə ünvana baxış keçirilərkən, obyektdə su sayğacından kənar d-20 mm-lik qeyri-qanuni xətt aşkar olunmuş, xətt kəsilib ləğv olunmuş və bu barədə akt tərtib edilmişdir. İddiaçı həmin vaxt aktı imza etməkdən imtina etmişdir. Aşkar edilən xətt birbaşa ana xəttə bağlanmışdır. Həmin qeyri-yaşayış sahəsində təmir işləri gedirdi və bu xəttən istinfadə edilirdi. İddiaçı ilə həmin sahəni icarəyə götürən şəxs arasında imzalanmış müqavilənin müddəti bir ildir və bu müddət keçmişdir. Qeyriyaşayış sahəsində yoxlama təmir-tikinti işləri ilə bağlı problem olduqda araşdırılmışdır. Cavabdehin nümayəndəsi əlavə olaraq iş üzrə keçirilmiş məhkəmə-mühəndis-texniki ekspertizasının 27.12.2021-ci il tarixli, 10/6424 nömrəli rəyi ilə razı olmadığını bildirərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MTK-nın Yaşayış binasında mənzil tikintisi haqqında 18.07.2008-ci il tarixli Müqavilədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş "xxxx" MTK-nın tikilməkdə olan binasının 1-ci mərtəbəsində yerləşəm qeyri-yaşayış sahəsindən (market) 700 kv.m alıcıya verməyi, alıcı isə həmin qeyri-yaşayış sahəsinin qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş pay haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərlə bağlanan” 10.07.2017-ci il tarixli, 37265388 nömrəli müqavilədən görünür ki, həmin müqavilə Cavabdeh ASC ilə istehlakçı İddiaçı arasında içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar hüquq və öhdəliklərin müəyyən olunmasına dair bağlanmışdır. İşdə olan Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 01.09.2019-cu il tarixli müqavilədən görünür ki, “icarəyə verən” İddiaçı ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsini “icarəçi” "xxxx" MMC-yə icarəyə verir. Bu müqavilə 01.09.2019-cu il tarixindən 1 il müddətinə qüvvədədir. İşdə olan, Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən tərtib edilmiş 24.06.2021-ci il tarixli “Akt”dan görünür ki, ünvan 2 ünvanında 24.06.2021-ci il tarixdə su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və obyektə su sayğacından kənar d-20 mm-lik qeyri-qanuni xətt aşkar olunmuş, foto və videosu qeydə alınmış və bundan sonra qanunsuz xətt kəsilərək ləğv olunmuşdur. “Abonent haqqında məlumat”dan görünür ki, fiziki şəxs İddiaçı yekun sərfiyat üzrə 4104,00 manat qalıq borc hesablanmışdır. İş materiallarında olan, 01.01.2020-30.07.2021-ci il tarixli Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsi üzrə X1 görünür ki, ünvan 2 ünvanı üzrə abonent İddiaçı hər ay üzrə müvafiq məbləğlərdə olmaqla, cəmi 200 manat məbləğində su təchizatı ilə bağlı ödənişləri tam icra etmişdir. İşdə olan 02.08.2021-ci il tarixli Aktdan görünür ki, akta imza edənlər: X7, X4, X6, İskəndərov Sənan Vəkil oğlu təsdiq edirlər ki, ünvan 2 ünvanda "xxxx" MTK tərəfindən inşa olunan yüksəkmərtəbəli yaşayış binasının 1-ci qeyri-yaşayış sahəsində yerləşən İddiaçı məxsus sahə 15 may 2020-ci idən fəaliyyətini dayandırmışdır və bu günə qədər də fəaliyyət göstərmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Su Məcəlləsinin 98-ci maddəsinə görə, sudan istifadə haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən istehlakçı - su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxsdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinə görə, bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qanunvericiliyin göstərilən normalarını işin faktiki hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddiaçıya hesablanmış borcun əks olunduğu akt Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edildiyi üçün həmin sənəddə göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin mübahisəli aktda iddiaçıya məxsus ünvanda kənar xəttinin vasitəsi ilə sudan istifadə olunması qeyd olunsa da, buna dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş akt və sözügedən qeyri-yaşayış sahəsində cavabdehin əməkdaşları tərəfindən aşkar edilmiş “əlavə xətt” ilə bağlı fotoşəkil və videonun əks olunduğu diskə baxış keçirərək onları mötəbər sübut qismində qiymətləndirməmişdir. Belə ki, həmin foto və video çəkilişlərə əsasən, “su sayğacından kənar d-20 mm-lik qeyri-qanuni xətt”in hansı xəttə birləşdirilməsini müəyyən etmək, qeyriyaşayış sahəsində bil il müddətində sözügedən “kənar xətt”dən istifadə olunması, iddiaçıya hesablanan cərimə məbləğinni həmin borcunun diametrinə uyğun hesablanması ilə bağlı cavabdehin dəlillərinin həqiqiliyini müəyyən etmək olmur. Bununla yanaşı, mübahisəli aktı tərtib edənlər bilavasitə Cavabdeh ASC-nin əməkdaşları olduqları, iddiaçı və ya kənar şəxslər tərəfindən imzalanmadığı və iddiaçının akta imza etməkdən imtina etməsinə dair qeyd mübahisələndirilən aktın etibarlılığını şübhə altına qoyur. Məhkəmə göstərilənlərə aydınlıq gətirilməsi məqsədilə 05.08.2021-ci il tarixli qərardadı ilə məhkəmə-mühəndis texniki ekspertizası təyin edərək ekspert qarşısında aşağıdakı sualları qoymuşdur: 1) ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 700 kv.m olan qeyri-yaşayış sahəsinin döşəməsinin altında yerləşən su boruları sayğacdan kənar ana xəttə qoşulmuşdurmu? 2) ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 700 kv.m olan qeyri-yaşayış sahəsinin döşəməsinin altında yerləşən su boruları sayğacdan kənar ana xəttə qoşulması müəyyən edildiyi təqdirdə, həmin boruların qeyri-yaşayış sahəsində sudan istifadə edilən su nöqtələrinə çıxışı vardırmı və bu texniki cəhətdən mümkündürmü? Məhkəmə Ekspertiza Mərkəzinin 27.12.2021-ci il tarixli 10/6424 nömrəli məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə birinci və ikinci suallar üzrə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi ev 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsini su ilə təmin edən su xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri-leqal müdaxilə halları (əlavə qoşulmalar) müəyyən edilməmişdir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. - 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ekspertiza rəylərinə digər sübutlarla yanaşı qiymət verərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da və ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, hazırki rəy iddianın əsaslı olmamasının təsdiqi kimi qəbul edilə və qiymətləndirilə bilər. Göründüyü kimi, cavabdeh qeyri-qanuni xəttin istifadə edilməsi ilə bağlı halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.2ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Əksinə iddiaçının mövqeyinin əsaslılığı işdəki digər sübutlarla qarşılıqlı qiymətləndirilən ekspertiza rəyi ilə öz təsdiqini tapmışdır. Eyni zamanda qeyd edilməlidir ki, Cavabdeh ASC-nin əməkdaşları qeyri-yaşayış sahəsinə məhz iddiaçının öz xahişi ilə gələrək baxış keçirmişdirlər. Bu fakt özlüyündə iddiaçının “kənar xətt”dən istifadə edərək, qeyri-qanuni müdaxilə etməməsini təsdiq edən hal kimi qiymətləndirilə bilər. Əks halda, iddiaçı özü belə bir təşəbbüs göstərməz və ya qeyri-leqal xəttin istifadəsinə son qoyardı. Mülki Prosessual Məcəllənin 77.1, 77.2, 88-ci maddələrinə və Mülki Məcəllənin 5.3cü maddəsinə istinad edərək məhkəmə hesab edir ki, Cavabdeh ASC-nin 24 iyun 2021-ci il tarixli 600570 nömrəli aktı etibarsız, həmin akta əsasən iddiaçının cavabdeh qarşısında əlavə öhdəliyin yaranması əsassız hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia üzrə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya 4104 manat məbləğində borcun əsassız hesablandığı tam təsdiq olunduğundan, həmin vəsait silinməli, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə məsrəfi olan 102 (bir yüz iki) manat ekspertiza xərci Cavabdeh ASC-dən tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 700 kv.m olan qeyri-yaşayış sahəsinə dair 24.06.2021-ci il tarixdə 600570 nömrə ilə tərtib edilmiş akt ləğv edilsin və həmin akta əsasən hesablanmış 4104 (dörd min yüz dörd) manat borc məbləği əsassız olduğundan silinsin. İş üzrə məhkəmə məsrəfi olan 102 (bir yüz iki) manat ekspertiza xərci Cavabdeh ASC-dən tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-147/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-147/2022
03.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver