Məhkəmə qərarları › İş №2(004)-1493/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1493/2021

17.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1493/2021 17.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədirliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə cavabdehin nümayəndəsinin mülki işlərin birləşdirilməsi barədə vəsatətinə Bakı şəhəri Yasamal rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə aralarında bağlanmış xx xxxx 2010-cu il tarixli, 08L000003398 saylı “Kredit Xətti Müqaviləsi”nin, həmçinin onun əsasında tərtib edilmiş xx xxxx 2014-cü il tarixli, 08K000000025 saylı kredit razılaşmasının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi vəsatət ilə məhkəməyə müraciət edərək Lənkəran rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh QSC-nin cavabdehlər İddiaçı, X5, X2 və X3 qarşı 08K000000025 saylı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair 2(049)-04/2021 saylı mülki işin olduğunu, hazırki mülki işlə həmin işin bir-biri ilə əlaqəli olduğundan birgə baxılmalı olduğunu bildirərək mülki işlərin birləşdirilməsi üçün hazırki işin Lənkəran rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı və iddiaçının nümayəndəsi Lənkəran Rayon Məhkəməsinin icraatında olan mülki işin icraatının dayandırıldığını bildirmiş və bu səbəbdən vəsatətin rədd edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə tərəflərin fikirlərini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, hazırki iş ilə Lənkəran rayon Məhkəməsinin icraatında olan iş eyni kredit müqaviləsi ilə əlaqədar olduğundan ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün həmin işlərə bir icraatda baxılmalı, Lənkəran rayon məhkəməsinin icraatında olan 2(049)-04/2021 saylı mülki iş ilkin məhkəmənin icraatına daxil olduğundan hazırki iş həmin işə birləşdirilərək bir icraatda baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 395-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ : Cavabdehin nümayəndəsinin vəsatəti təmin edilsin. İddiaçı Cavabdeh QSC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(004)-1493/2021 saylı mülki iş Lənkəran rayon məhkəməsinin icraatına ilkin olaraq daxil olmuş iddiaçı Cavabdeh QSC-nin cavabdehlər İddiaçı, X5, X2 və X3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(049)-04/2021 saylı mülki işə birləşdirilməsi üçün Lənkəran rayon Məhkəməsinə göndərilsin. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar