Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1507/2023 11.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “podrat müqaviləsinin ləğv edilməsi, pulun qaytarılması, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “podrat müqaviləsinin ləğv edilməsi, pulun qaytarılması, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Bakı şəhəri 43 saylı notariat ofisində bağlanmış 24 iyul 2020-ci il tarixli 3M-1312 reyestr nömrəli podrat müqaviləsinin ləğv edilməsini, müqavilə üzrə ödədiyi 17.600 manat pulun, vurulmuş maddi ziyanın əvəzi olaraq (2 il 6 ay ərzində kirayədə yaşamağa məcbur olmuş və hər ay kirayə haqqı olaraq 350 manat pul vermiş, ümumilikdə 10.500 manat kirayə haqqı) 10.500 manat pulun, mənəvi zərərin əvəzi olaraq 1.500 manat və ödədiyi 179 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh “Lalafo.az” saytında ev tikintisi ilə bağlı verdiyi elanda göstərilən 055 826 80 59 nömrəli mobil telefona zəng etmiş və Cavabdeh ilə danışmışdır. Onlar görüşmüşlər və ev tikintisi ilə bağlı razılığa gəlmişlər. Razılığa gəldikdən sonra aralarında podrat müqaviləsi bağlamışlar. Cavabdeh ilə onun arasında Bakı şəhəri 43 saylı notariat ofisində bağlanmış 24 iyul 2020-ci il tarixli 3M-1312 reyestr nömrəli podrat müqaviləsinə əsasən Cavabdeh Abşeron rayonu Mehdiabad qəsəbəsi Təzə Məhəllə ünvanda yerləşən torpaq sahəsi üzərində öz materiallarından istifadə etməklə tikinti sahəsi 70 kv.m təşkil edən, 5,80 metr hündürlüyü, beş daş kürsü, 2,80 metr tavan hündürlüyü olan 3 otaqlı, bir mərtəbəli fərdi yaşayış evini 4 ay müddətində tikərək ona təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtinə uyğun olaraq o, evin tikintisi üçün Cavabdeh 40.000 manat pul ödəməli idi. Razılaşmaya əsasən o, xx.xx.2020-ci il tarixdə müqavilə bağlanan zaman ilkin ödəniş kimi cavabdehə 10.000 manat pul vermişdir, qalan 30.000 manatı isə 60 ay müddətində hər ay 500 manat olmaqla cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə bağlanandan təxminən 10 gün sonra tikintiyə başlamışdır. O, tikinti getdiyi müddətdə Cavabdeh hissə-hissə olmaqla əlavə 7.660 manat pul vermişdir. Bu barədə Cavabdeh ona sadə yazılı formada qəbz tərtib edərək vermiş və həmin yazıda ondan 10.000 manat və 7.660 manat pul aldığını etiraf etmişdir. Bundan başqa Cavabdeh razılığı ilə 10.000 manat və 7.660 manat pul aldığını etiraf etməsinə dair audio-video yazı aparmışdır. Həmin audio-video yazını məhkəməyə təqdim edir. Cavabdeh aralarında olan razılaşmaya əsasən 4 ay müddətində evi tikib ona təhvil verməmişdir. Müxtəlif bəhanələrlə tikintini başa çatdırmaq istəmir, həmçinin evin tikildiyi torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədi təqdim etmir. Hazırda evin hörgü işləri və dam örtüyünün qoyulması başa çatsa da, heç bir təmir işi görülməyib. Evin tikildiyi torpaq sahəsinin Cavabdeh və ya digər şəxsə məxsus olması ona məlum deyildir. Bu səbəbdən o, Cavabdeh evin ona təhvil verilməsini tələb edə bilmir. Cavabdeh təqsiri üzündə o, 30 aydan artıqdır ki, kirayədə yaşamaqda davam edir və hər ay 350 manat kirayə haqqı ödəyir. Hazırkı vaxta kimi kirayə haqqı ödədiyinə görə ona 10.500 manat maddi zərər dəymişdir. Kirayədə qalmasına dair ev sahibi ilə yazılı müqavilə bağlamamış və kirayə pulunu rəsmi qaydada ödəməmişdir. Buna dair yazılı sübutları məhkəməyə təqdim edə bilmir. O, müqavilə ilə müəyyən edilmiş öhdəliyini icra etmiş, 17.660 manat vəsaiti cavabdehə ödəmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, fərdi yaşayış evini tikib ona təhvil verməmişdir. O, cavabdehə müqavilənin ləğvi və pulu qaytarması ilə bağlı təklif göndərmiş, lakin cavabdeh təklifə münasibət bildirməmişdir. Həmçinin bu müddət ərzində cavabdehin təqsiri üzündən stress keçirmiş, mənəvi iztirab çəkmişdir, mənəvi zərərə məruz qalmışdır. Fərdi ev əldə etməyindən məhrum olmağı, maddi zərərə məruz qalmağı onun şüuruna mənfi psixoloji təsir etmiş, nəticədə sağlamlığı pozulmuşdur. Halbuki, normal qaydada o, başqa bir yerdə torpaq sahəsi alıb ev tikə bilərdi və bu onun uzun müddət evsiz qalmasına səbəb olmazdı. Cavabdehin ona vurduğu mənəvi zərərin əvəzini 1.500 manat dəyərləndirir. Ona görə də, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məlum olan ünvan 2 ünvana, ünvan 3i prospekti ev 72 mənzil 35 ünvana məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin bildirişləri cavabdehə təqdim etmək mümkün olmamışdır. Bu barədə müvafiq qeyd yazılmaqla poçt tərəfindən bildirişlər məhkəməyə qaytarılmışdır. Həmçinin Cavabdeh məxsus olan 055 826 80 59, 055 862 21 19 və 070 *** ** ** nömrəli mobil nömrələrə “AZEMİS” vasitəsilə SMS bildirişi göndərilmişdir, lakin “status gözlənilir”, “çatdırılmayıb” qeydləri yazılmaqla, SMS bildirişləri çatdırmaq mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı və Cavabdeh ilə onun arasında Bakı şəhəri 43 saylı notariat ofisində bağlanmış 24 iyul 2020-ci il tarixli 3M-1312 reyestr nömrəli podrat müqaviləsinə əsasən Cavabdeh Abşeron rayonu Mehdiabad qəsəbəsi Təzə Məhəllə ünvanda yerləşən torpaq sahəsi üzərində öz materiallarından istifadə etməklə tikinti sahəsi 70 kv.m təşkil edən, 5,80 metr hündürlüyü, beş daş kürsü, 2,80 metr tavan hündürlüyü olan 3 otaqlı, bir mərtəbəli fərdi yaşayış evini 1 ay müddətində xx.xx.2020-ci il tarixədək tikərək yaşayış üçün hazır etməklə İddiaçı təhvil verməyi, İddiaçı isə evi təhvil almağı öhdəsinə götürmüşdür. Müqavilə şərtinə uyğun olaraq İddiaçı evin tikintisi üçün muzd da daxil olmaqla Cavabdeh ümumi 40.000 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Razılaşmaya əsasən İddiaçı xx.xx.2020-ci il tarixdə müqavilə bağlanan zaman ilkin ödəniş kimi Cavabdeh 10.000 manat pul vermişdir, qalan 30.000 manatı isə 60 ay müddətində hər ay 500 manat olmaqla Cavabdeh ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına görə “Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.” İddiaçının bildirdiyinə görə cavabdeh müqavilə bağlandan təxminən 10 gün sonra evin tikintisinə başlamışdır. İddiaçı evin tikintisinin aparıldığı müddətdə Cavabdeh 10.000 manat ilkin ödənişdən əlavə hissə-hissə olmaqla əlavə 7.660 manat pul vermişdir. Bu barədə Cavabdeh sadə yazılı formada qəbz tərtib edərək İddiaçı vermişdir. Cavabdeh özünə məxsus olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətinin arxa tərəfində yazdığı mətndə İddiaçı sənəd üzrə (müqavilə) 10.000 manat və sənəddən əlavə 7.660 manat pul aldığını göstərmişdir. Cavabdeh 10.000 manat və 7.660 manat pul aldığını etiraf etməsinə dair aparılmış audio-video yazı İddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında həmin audio-video yazıya baxılmış və audio-video yazıda Cavabdeh sənəd üzrə (müqavilə) 10.000 manat və sənəddən əlavə 7.660 manat pulu İddiaçı aldığını etiraf etmişdir. Cavabdeh podrat müqaviləsi üzrə İddiaçı ümumilikdə 17.660 manat pul almışdır. Lakin hazırkı vaxta kimi Abşeron rayonu Mehdiabad qəsəbəsi Təzə Məhəllə ünvanda yerləşən torpaq sahəsi üzərində öz materiallarından istifadə etməklə tikinti sahəsi 70 kv.m təşkil edən, 5,80 metr hündürlüyü, beş daş kürsü, 2,80 metr tavan hündürlüyü olan 3 otaqlı, bir mərtəbəli fərdi yaşayış evini tikərək yaşayış üçün hazır vəziyyətdə İddiaçı təhvil verməmişdir. Evin tikintisinin aparıldığı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilməmiş və podrat müqaviləsində də həmin sənədlərə istinad edilməmişdir. Hazırda cavabdeh inşa etdiyi evi yaşayış üçün hazır vəziyyətdə iddiaçıya verməkdən imtina etdiyinə və evin və yerləşdiyi torpaq sahəsinin sənədlərini iddiaçıya təqdim etməkdən yayındığına (hərəkətsizliyinə) görə iddiaçının görülən işə marağı qalmamışdır. İddiaçı müqavilənin ləğv edilməsini və ödədiyi vəsaitin qaytarılmasını cavabdehdən tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Mülki Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 441.3-cü maddəsinə əsasən əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Mülki Məcəllənin 441.4-cü maddəsinə əsasən əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. İddiaçı Cavabdeh təqsiri üzündən 30 aydan artıqdır ki, kirayədə yaşamaqda davam etdiyi və hər ay 350 manat kirayə haqqı ödədiyini qeyd etsə də, 30 x 350 = 10.500 manat kirayə haqqı ödədiyini təsdiq edən sübutları və kirayə müqaviləsini məhkəməyə təqdim edə bilməmiş, yəni ona 10.500 manat maddi zərər dəydiyini sübuta yetirə bilməmişdir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər vurulmuşdur, iddiaçı mənəvi sarsıntı, iztirab keçirmiş, şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat tutulmasını ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.... Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarının 8-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı və Cavabdeh arasında Bakı şəhəri 43 saylı notariat ofisində bağlanmış 24 iyul 2020-ci il tarixli podrat müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə İddiaçı ödədiyi 17.600 manat pul, vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat və ödənilmiş 179 manat dövlət rüsumu olmaqla, cəmi 18.279 manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. İddia tələbi qalan, yəni maddi zərərin əvəzi olaraq 10.500 manat, mənəvi zərərin əvəzi olaraq 1.000 manat pul tutulması hissəsində rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə 17.660 manat pul ödəsə də, iddia tələbində 17.600 manat pulun qaytarılmasını tələb etdiyinə görə məhkəmə iddianı tələbi həcmində təmin edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X2rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı və Cavabdeh arasında Bakı şəhəri 43 saylı notariat ofisində bağlanmış 24 iyul 2020-ci il tarixli 3M-1312 reyestr nömrəli podrat müqaviləsi ləğv edilsin. Bakı şəhəri 43 saylı notariat ofisində bağlanmış 24 iyul 2020-ci il tarixli 3M-1312 reyestr nömrəli podrat müqaviləsi üzrə İddiaçı ödədiyi 17.600 manat pul, vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat və ödənilmiş 179 manat dövlət rüsumu olmaqla, cəmi 18.279 (on səkkiz min iki yüz yetmiş doqquz) manat pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-1507/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1507/2023
11.04.2023 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver