Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5503/2022 21.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Əli-zadə Rafael Kamal oğlunun cavabdehlər X5, X2 və “X9” MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracların və onun yekununa dair protokolların etibarsız hesab edilməsi, müqavilələrin ləğv edilməsi, girov əşyaların (yaxud dəyərinin) geri qaytarılması və vurulmuş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı Əli-zadə Rafael Kamal oğlunun cavabdehlər X5, X2 və “X9” MMC-yə qarşı keçirilmiş hərracların və onun yekununa dai r protokolların etibarsız hesab olunması, müqavilələrin ləğv edilməsi, girov kimi qoyulmuş qızıl-zinət əşyalarının (yaxud dəyərinin) geri qaytarılması və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1127/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh Zamanova Xanım Teyyub qızı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Əli-zadə Rafael Kamal oğlu ilə cavabdeh X6 arasında 25 oktyabr 2018-ci il tarixli 9140385, ******* və ******* saylı girov biletləri ilə rəsmiləşdirilməklə əşyanın lombardda girovu haqqında müqavilələr bağlanılmış, ******* saylı girov bileti əsasında 5000 manat, ****** * saylı girov bileti əsasında 5000 manat və ******* saylı girov bileti əsasında isə 4000 manat məbləğində kreditlər verilmiş və müqavilələrin müddəti 2 ay müəyyən edilmişdir. Ümumilikdə hər üç girov bileti üzrə 14000 manat kredit götürmüşdür.
2. Müqavilələrin təminatı kimi ******* saylı girov bileti üzrə 1 cüt sırğa, 1 qolbaq, 1 kolye, 2 saat-qolbaqla, 1 sep-kolye, ******* saylı girov bileti üzrə 3 üzük, 3 cüt sırğa, 2 kulon, 1 qolbaq və 1 sep, ******* saylı girov bileti üzrə isə 1 üzük, 3 cüt sırğa və 2 sep girov qoyulmuşdur.
3. İddiaçı Əli-zadə Rafael Kamal oğlu xx.xx.2018-ci il tarixli müqavilələr üzrə cavabdeh Xanım Zamanovaya cəmi 12000 manat faiz borcu ödəmişdir. İddiaçının sonuncu ödənişi xx.xx.2020-ci il tarixdə olmuşdur.
4. Cavabdeh X1 adından iddiaçıya bildiriş təqdim edilərək ca vabdeh X6 ilə bağlanmış müqavilələrə istinad edilməklə 18024 manat yaranmış borcun ödənilməyəcəyi təqdirdə kredit təminatı kimi girov qoyulmuş qızıl-zinət əşyalarının açıq hərrac vasitəsi ilə satılacağı göstərilmişdir.
5. Hərrac keçirilərək qızıl-zinət əşyaları ümumilikdə 6425 manata satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı Əli-zadə Rafael Kamal oğlu cavabdehlər X5, X2 və “X9” MMC-yə qarşı əvvəlcə iddia ərizəsi, sonra isə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 ilə onun arasında bağlanmış 25 oktyabr 2018-ci il tarixli ******* saylı, 25 oktyabr 2018-ci il tarixli, ******* saylı və 25 oktyabr 2018-ci il tarixli ******* saylı girov biletləri ilə rəsmiləşdirilmiş əşyanın lombardda girovu barədə müqavilələ rin təminatı kimi girov qoyulmuş və iddiaçıya məxsus ******* saylı girov bileti üzrə 1 cüt sırğa, 1 qolbaq, 1 kolye, 2 saat-qolbaqla, 1 sep-kolye, ******* saylı girov bileti üzrə 3 üzük, 3 cüt sırğa, 2 kulon, 1 qolbaq və 1 sep, ******* saylı girov bileti üzrə 1 üzük, 3 cüt sırğa və 2 sepin açıq hərracda satılmasına dair keçirilən hərracların və hərracların nəticəsi olaraq “X9” MMC-nin tərtib etdiyi 14 aprel 2021-ci il tarixli yekun protokolların etibarsız hesab edilməsi, həmin protokolların hüquqi nəticələrinin ləğv edilməsi, əşyanın lombardda girovu haqqında müqavilələrin ləğv edilməsi, eləcə də müqavilələrin təminatı kimi girov qoyulmuş ümumi dəyəri 80000 manat olan ******* saylı girov bileti üzrə 1 cüt sırğa, 1 qolbaq,1 kolye, 2 saatqolbaqla, 1 sep-kolye, ******* saylı girov bileti üzrə 3 üzük, 3 cüt sırğa, 2 kulon, 1 qolbaq və 1 sep, ******* saylı girov bileti üzrə isə 1 üzük, 3 cüt sırğa və 2 sepin iddiaçıya qaytarılması, qızılların qaytarılması mümkün olmadıqda isə qızılların dəyəri olan 80000 manatın, eləcə də iddiaçıya vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 5000 manat pulun, həmçinin dövlət rüsumu kimi ödədiyi 30 manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması, eyni zamanda, cavabdehlər X6, X4 və “X9” MMC-nin müvafiq vəzifəli şəxslərinin əməllərində Azərbaycan Respublikası CM-nin 306 və 178-ci madddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olduğuna görə onların bu əməllərinə lazımi hüquqi qiymət verilərək cinayət işinin başlanmasından ötrü prokurora xəbər verilməsinə dair xüsusi qərardad çıxarılm asını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh Elçin İbrahimovun hərracın keçirilməsini sifariş vermək hüququ yoxdur və məhz bu səbəbdən hərracın keçirilməsi qanunsuz hesab olunmalıdır. Həmçinin, bağlanmış girov müqavilələrinin müddətinin 2 ay müəyyən edilmiş və müqavilə müddətinin 2 ayın sonunda bitmişdir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7426/2021 nömrəli, 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.N.Həsənova) iddia tələbi rədd edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı Əli-zadə Rafael Kamal oğlu və cavabdeh X6 arasında girov müqaviləsi əsasında yaranmış hüquq münasibətləri mövcud olmuşdur. İddiaçının girov müqaviləsi ilə tənzimlənən lombard qarşısınd a öhdəliklərini yerinə yetirməməsi nəticəsində 18024 manat borcu yaranmışdır. Nəticədə cavabdeh Xanım Zamanova Mülki Məcəllənin 302.7-ci maddəsi ilə tənzimlənən qaydaya əsaslanıb müqavilə şərtlərinin icra edilməməsi nəticəsində girov əmlakların hərrac vasitəsi ilə satılmasının təşkil edilməsi qənaətinə gəlmişdir. Girovların hərrac vasitəsi ilə satışını təşkil etmək üçün 05 mart 2021-ci il tarixdə 04 iyun 2020-ci il tarixli etibarnaməyə əsasən (həmin etibarnamə Bakı şəhəri 52 saylı notariat ofisində 7E-3925 nömrəsi ilə təsdiq edilmişdir) Elçin İbrahimov tərəfindən (Xanım Zamanovanın səlahiyyətli nümayəndəsi olaraq) hərraca sifariş verilmiş və 14 aprel 2021-ci il tarixdə girovlar açıq hərrac vasitəsilə satılaraq girov qoyan Rafael Əli-zadənin götürdüyü əsas kredit məbləğinin və həmin kreditl ər üzrə faiz hesabı ilə yaranmış borcunun ödənilməsinə yönəlmişdir.
10. Məhkəmə iddiaçının qeyd etdiyi dəlilə qiymət verərək hesab etmişdir ki, Elçin İbrahimov ona verilmiş etibarnamə əsasında Xanım Zamanovanı təmsil etmişdir. Odur ki, onun etibarnamə əsasında hərrac sifariş verməsi qanuna zidd sayıla bilməz.
11. Məhkəmə cavabdeh X6 ilə iddiaçı Əli-zadə Rafael Kamal oğlu arasında bağlanmış 25 oktyabr 2018-ci il tarixli ******* saylı, 25 oktyabr 2018-ci il tarixli, ******* saylı və 25 oktyabr 2018-ci il tarixli ******* saylı girov biletləri ilə rəsmiləşdirilmiş əşyanın lombardda girovu haqqında müqavilələrin ləğv edilməsi tələbinə qiymət verərək hesab etmişdir ki, 05 mart 2021-ci il tarixdə kredit məbləğinin təminatı kimi lombarda qoyulmuş girovların açıq hərracdan satılmasına dair sifariş verildiyi andan ƏİX 9140385, ƏİX ******* və ƏİX ******* saylı girov biletləri (girov müqaviləsi) artıq ləğv edilmişdir. Odur ki, girov müqavilələri artıq ləğv edildiyindən iddia tələbi qeyd edilən hissədə təmin edilə bilməz.
12. Məhkəmə həmçinin hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrin müddəti 2 ay müəyyən edilsə də, iddiaçı tərəfin özünün məhkəməyə təqdim etdiyi qəbzlərdən görünür ki, 2 aylıq müddətin bitməsinə baxmayaraq sonrakı tarixlərdə də iddiaçı ödənişlər etməklə və cavabdeh də ödənişləri qəbul etməklə müqavilə münasibətlərini davamını nümayiş etdirmişlər.
13. Məhkəmə onu da müəyyən etmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada icra etmədiyinə görə ona məxsus əmlaklar hərrac vasitəsi ilə satılmışdır. Həmçinin iddiaçı tərəf cavabde hlərin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar məhkəməyə sübutlar təqdim edə bilməmişdir.
14. Məhkəmə iddia tələbinin xüsusi qərardadın çıxarılması ilə bağlı hissəsinə qiymət verərək hesab etmişdir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, xüsusi qərardad işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia üzrə iddiaçının iddia ərizəsində xüsusi qərardad çıxarıl masını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz.
15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 269.1, 295, 302.1, 302.2, 302.7, 302.8 və 385.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin sübutları düzgün qiymətləndirilməməsi əsassız qətnamənin çıxarılmasına səbəb olmuşdur. İş materiallarında 18024 manat borcunun yarandığını təsdiq edən hər hansı sübut mövcud olmamış, hərrac keçirilməsi barədə sifariş verilərkən ona məxsus qı zılların satılmalı olduğunu təsdiq edən müvafiq sənədlər “X9” MMC-yə təqdim edilməmişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2022-ci il 16 fevral tarixli, 2(103)-1127/2022 nömrəli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 may 2022-ci il tarixli, 9/1813 nömrəli rəyi ilə qızıl-zinət əşyalarının hazırkı orta bazar qiyməti ilə ümumi dəyərinin təxminən 34753 manat təşkil etdiyi müəyyən olunmuşdur.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2022-ci il 16 iyun tarixli, 2(103)-1127/2022 nömrəli qətnaməsi ilə (hakimlər – A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və E.C.Kazımov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – qızılların dəyə rinin ödənilməsi tələbinin rədd olunması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddianın qismən təmin edilməsi, cavabdeh X3 (on doqquz min yetmiş üç) manat pulun alınıb iddiaçı Əli-zadə Rafael Kamal oğluna verilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
20. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə iddiaçıya dəymiş zərərin məhz cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizlikləri nəticəsində vurulması, habelə iddiaçıya dəymiş zərərlə cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizlikləri arasında səbəbli əlaqənin olması, bir sözlə iddiaçıya dəymiş zərərə görə bilavasitə cavabdehin təqsirli olması işə əlavə edilmiş mötəbər yazılı sübutlarla təsdiq olunur.
21. Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə mübahisəli qızıl-zinət əşyalarının satılmaması və özgəninkiləşdirilməməsi məqsədilə həmin əşyaların üzərinə həbs qoyulmuşdur. Buna baxmayaraq, qızıllar hərraca çıxarılaraq bundan bir gün sonra, yəni xx.xx.2021-ci ildə qızıllar həqiqi dəyərindən dəfələrlə aşağı qiymətə satılmış və nəticədə iddiaçıya zərər vurulmasına səbəb olmuşdur. Belə ki, qızılların həqiqi dəyəri və satış qiyməti düzgün müəyyən edilmiş olsaydı, onlar daha baha qiymətə satılar, iddiaçının borcu ödənilər və hətta qalıq məbləğ iddiaçıya qaytarıla bilərdi. Yaxud hərrac keçirilməsəydi, iddiaçı nəticə etibarilə borcunu özü ödəyib qızıllarını geri qaytarmaq imkanı əldə etmiş olardı. Lakin qızılların hərracda satışının təşkili nəticəsində iddiaçı bu imkandan da məhrum olmuşdur.
22. Bu baxımdan məhkəmə k ollegiyası belə qənaətə gəlmişdir ki, qızılların ekspert rəyi ilə müəyyən olunmuş dəyərini təşkil edən 34753 manatdan iddiaçının cavabdehə borclu olduğu 15680 (14000+1680) manat çıxılmaqla qalan məbləğ, yəni 19073 manat cavabdeh Xanım Zamanovadan tutularaq iddiaçıya ödənilməlidir.
23. Məhkəmə kollegiyası digər cavabdeh Elçin İbrahimova aid hissədə tələbi əsaslı saymamışdır. Belə ki, mübahisələndirilən girov müqavilələri iddiaçı ilə cavabdeh Xanım Zamanova arasında bağlanmışdır. Elçin İbrahimov isə yalnız etibarnamə əsasında Xanım Zamanovanı təmsil etmiş, öz adından deyil, sonuncunun adından hərəkət etmiş, onun tapşırıqlarını yerinə yetirmişdir.
24. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 269.1, 295 və 421.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə ə saslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh X7 (Vəkil2 Məcid oğlu) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi cavabdehdən hansı əşyalara dair pulun tutularaq iddiaçıya qaytarılmalı olmasını tam müəyyən etməyib. Hansı əyarlı qızıl əşyalarının hansı qiymətdə olmalarını konkret göstərməyib. Məhkəmə qətnaməsinin nəticəvi hissəsi ilə əsaslandırıcı hissəsi ziddiyyət və uyğunsuzluq təşkil edir. İş materiallarında olan hərrac protokolundan görünür ki, qızıl-zinət əşyaları ümumilikdə 6425 manat qiymət təşkil etm əklə satılıb. İddianın predmetini və əsasını “keçirilmiş hərracın və onun yekununa dair protokolların etibarsız hesab edilməsi, müqavilələrin ləğv edilməsi, girov kimi qoyulmuş qızıl-zinət əşyalarının (yaxud dəyərinin) geri qaytarılması və vurulmuş zərərin ödənilməsi” olduğu halda, digər qeyd edilən məsələlərə münasibət bildirməyib. Girov biletləri ilə ekspert qiymətləri arasında olan uyğunsuzluğu müəyyən etməyib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
29. Maddə
295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icraetmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
30. Maddə 302.1. Şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar – lombardlar həyata keçirə bilərlər.
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətietməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkə tdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
38. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
39. Qanun un tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbləri tam rədd olunmuş, işə apellyasiya instansiyası məhkəməsində iddiaçının apellyasiya şikayətinə əsasən baxılmışdır. Cavabdeh Zamanova Xanım Teyyub qızı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsin in qətnaməsini iddianın təmin olunması hissədə hissədə mübahisələndirmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərinə əsasən araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Kollegiya qeyd edir ki, sübutları araşdırmaq və qiymətlən dirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
43. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız qızılların dəyərinin ödənilməsi tələbinin rədd olunması hissədə ləğv etmiş və həmin hissədə yeni qətnamə çıxarmaqla iddianın cavabdeh X3 19073 manat pulun alınıb iddiaçıya verilməsi hissədə təmin etmişdir ki, bu da iddia tələbinin dəymiş zərərin ödənilməsi hissəsini özündə ehtiva edir, məhkəmə düzgün olaraq həmin zərərəin cavabdehin qanunsuz hərəkətləri, yəni üzərində həbs qoyulmuş əmlakın dəyərindən dəfələrlə aşağı qiymətə hərracda satlımasının təşkil etməsi ilə əlaqələndirmişdir. Bu baxımdan da apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təsviri-əsaslandırıcı hissəsi ilə nəticə hissəsi arasında ziddiyyət yoxdur.
44. Məhkəmənin iddia tələbinin birinci instansiya məhkəməsi tərəfindən rədd olunması hissədə dəyişdirmədən saxlaması qənaəti də mülki prosessual qanunvericiliyin tələblərinə uyğundur.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosess ual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
46. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Zamanova Xanım Teyyub qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1127/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qətnaməsi iddianın təmin olunması hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.