Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7133/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın Cavabdeh qarşı (üçüncü şəxs qismində X1 cəlb edilməklə) “müqavilənin ləğv edilməsi, maddi və mənəvi ziyanın tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-4391/2021 saylı, 09 sentyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı MTK-nın Cavabdeh (3-cü şəxs X1) qarşı “müqavilənin ləğv edilməsi, maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə bağlanmış ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbə ümumi sahəsi 178.4 kv.m olan 78 saylı mənzilinin (yeni 84 nömrəli mənzil) izolə olunmuş 4 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair müqavilənin ləğv edilməsi, onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, dəymiş maddi ziyanın əvəzi olaraq 12000 manat, mənəvi ziyanın əvəzi olaraq 5000 manat pulun Cavabdeh tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı MTK məhkəməyə iddianı təmin etmə tədbiri barədə ərizə təqdim edərək, hazırkı mülki işə məhkəmədə mahiyyəti üzrə baxılıb qəbul edilmiş qətnamə qanuni qüvvəsini alanadək, ünvan 2 ünvanında yerləşən 84 (əvvəlki nömrəsi 78) saylı mənzilin və mənzildə yerləşən əşyaların (mebel və məişət əşyalarının) üzərinə həbsin qoyulması, həmçinin mübahisəli mənzildən üzərinə həbs qoyulacaq əmlakların mənzildən çıxarılması, eyni zamanda 3-cü şəxslərin mənzilə daxil olmasının (daimi yaşamaq üçün) qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4391/2021 nömrəli, 31 avqust 2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 84 (əvvəlki nömrəsi 78) saylı mənzilin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı MTK-nın Cavabdeh qarşı (üçüncü şəxs qismində X1 cəlb edilməklə) “müqavilənin ləğv edilməsi, maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Qətnamədən İddiaçı MTK apellyasiya şikayəti vermiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə forma və məzmuna riayət edilmədiyi üçün apellyasiya şikayətinin geri qaytarılması qərara alınmış, Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadından İddiaçı MTK şikayət vermiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-4391/2021 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12336/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-4391/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı yenidən şikayət təqdim edərək, işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-4391/2021 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(103)-2421/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Nərimanov Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(005)-4391/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı MTK kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 14 iyul 2022-ci il tarixli, 2(102)-3696/2022 nömrəli Qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(103)-2421/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxs X1 iddianın təmini tədbirinin ləğv olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4391/2021 nömrəli, 31 avqust 2021-ci il tarixli qərardadı ilə ünvan 2 ünvanında yerləşən 84 (əvvəlki nömrəsi 78) saylı mənzilin özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın ləğv edilməsi qərara alınmışdır. Qeyd edilən qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı MTK əlavə kassasiya şikayəti verərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-3696/2022 nömrəli qərarın, onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)- 2421/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsinə yenidən baxılmağa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə kassasiya Azərbaycan Respublikası Ali Məhkəməsində baxılır. Şikayət birinci instansiya məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi müvəqqəti təminat tədbirinin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. İş materialları ilə müəyyən olunur ki, müvəqqəti təminat tədbiri müəyyən olunmuş mülki iş üzrə məhkəmə aktları qanuni qüvvəsini almışdır. Şikayətin dəlilləri əsassız olduğu üçün kollegiya hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4391/2021 saylı, 09 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-7133/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7133/2022
25.10.2022 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver