Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1508/2023 18.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı xx.xx.2007-ci il təvəllüdlü X10 qanuni nümayəndəsi (anası) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı xx.xx.2007-ci il təvəllüdlü X10 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMMC-yə qarşı “miras əmlakda payın müəyyən edilməsi, həmin paya münasibətdə hüquqların qeydə alınmasına dair protokoldan çıxarışın verilməsi və mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2007-ci il təvəllüdlü X10 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMMC-yə qarşı “miras əmlakda payın müəyyən edilməsi, həmin paya münasibətdə hüquqların qeydə alınmasına dair protokoldan çıxarışın verilməsi və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 miras qalmış "xxxx" MTK tərəfindən inşa edilmiş və dəyəri X15 tərəfindən kooperativə tam ödənilmiş Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 84 nömrəli evin ümümi sahəsi 140 kv.metr olan 3 otaqlı 118 nömrəli mənzilinin 2/4 (dörddə iki) hissəsinə qanun üzrə ikinci növbə vərəsəsi xx.xx.2007-ci il təvəllüdlü X11 payının müəyyən edilməsi və həmin paya uyğun olaraq X11 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ümumi yığıncağın protokolundan çıxarış verilməsinin "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə həvalə edilməsi, X10 Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 84 nömrəli evin ümümi sahəsi 140 kv.metr olan 3 otaqlı 118 nömrəli mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, X25 xx.xx.2007-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası MPM-in 49.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Məhkəmə hesab edir ki, X25 yetkinlik yaşına çatmadığı üçün onun hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün məhkəməyə iddia vermək səlahiyyəti qanuni nümayəndəsi - anası olan İddiaçı məxsus olmuşdur. İddiaçı bu hüquqdan istifadlə etməklə, X10 adından qanuni nümayəndə kimi məhkəmədə iddia qaldırmışdır. İddiaçı xx.xx.2007-ci il təvəllüdlü X10 qanuni nümayəndəsi (anası) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Bakı şəhəri 29 saylı Dövlət Notariat Ofisin xüsusi notariusu X28 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-256, 2V-257, 2V-258 və 2V-259 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri ilə xx.xx.2007-ci il təvəllüdlü X25 xx.xx.2022-ci il tarixdə vəfat etmiş əmisi xx.xx.1963-cü il təvəllüdlü X5 miras qalmış əmlakların, o cümlədən - Bakı şəhəri Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi 10 nömrəli evin ümumi sahəsi 41,37 kv.m olan 17 nömrəli mənzilinin; "xxxx" ASC-nin Nərimanov filialında mərhum X7 adına 20612L********** saylı əmanət (depozit) hesabında olan 3.500 manat əmanətin və xx.xx.2021-ci il tarixə ******************** nömrəli hesabın qalığı 0,37 ABŞ dolları və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə banka təqdim edildiyi tarixə göstərilən hesabdakı əmanətə hesablanmış əlavə faizlər miqdarında pul vəsaitlərinin; “Mercedes E220” minik markalı, 1993-cü il buraxılışlı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomaşının; “VAZ 21065” minik markalı, 1990-cı il buraxılışlı, ** EP *** dövlət qeydiyyat nişanlı avtomaşının 2/4 (dörddə iki) hissəsinə qanun üzrə vərəsə kimi pay hüququ tanınmışdır. Həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri təqdim edərək, miras qalmış Bakı şəhəri Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi 10 nömrəli evin ümumi sahəsi 41,37 kv.m olan 17 nömrəli mənzilinin, avtomobillərin 2/4 hissəsinə dair xx.xx.2007-ci il təvəllüdlü X10 adına müvafiq olaraq çıxarış və şəhadətnamələr alınmışdır. Həmçinin bankda olan pul vəsaitlərinin 2/4 hissəsi xx.xx.2007-ci il təvəllüdlü X25 tərəfindən əldə edilmişdir. Lakin mirasqoyan X7 qeyd edilən əmlaklardan başqa sağlığında mülkiyyətində daha bir mənzili olmuş, axırıncının həmin mənzilə dair hüquqları dövlət reyestrində qeydə alınmadığından, notarius tərəfindən vərəsələrə həmin əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında vərəsəlik şəhadətnaməsi mümkün olmamışdır. "xxxx" MTK-nın xx.xx.2019-cu il tarixli ümümi yığıncağının 06 saylı protokolundan çıxarışdan və xx.xx.2019-cu il tarixli 182 saylı maliyyə arayışından görünür ki, X2nun mülkiyyətində Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 84 saylı kooperativ binanın 6-cı girişində 11-ci mərtəbəsində ümümi sahəsi 140 kv.m olan 3 otaqlı 118 saylı mənzili olmuşdur. Hazırda “Zərdabi’’ MTK ləğv edilmiş və binanın idarəçiliyi "Yasamal 6” MMMC-yə verilmişdir. "xxxx" MMMC-nin Bakı şəhəri 29 saylı Notariat ofisinin sorğusuna cavab olaraq verdiyi xx.xx.2022-ci il tarixli arayışdan məlum olur ki, Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 84 nömrəli evin ümümi sahəsi 140 kv.metr olan 3 otaqlı 118 nömrəli mənzili Kooperativ üzvlərinin ümümi yığıncağının xx.xx.2019-cu il tarixli 06 saylı protokoluna əsasən X9 məxsusdur. Hal-hazırda həmin mənzilin yerləşdiyi binanın idarəçiliyini həyata keçirən "xxxx" MMC-yə heç bir borcu yoxdur. X2 tərəfindən sağlığında dəyəri tam ödənilmiş Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 84 nömrəli evin ümümi sahəsi 140 kv.metr olan 3 otaqlı 118 nömrəli mənzilinə dair mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmasa da, həmin mənzil mirasqoyanın mülkiyyəti olmuş və miras kütləsinə daxil olan əmlaklardan biri sayılır. Hesab edir ki, Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 84 nömrəli evin ümümi sahəsi 140 kv.metr olan 3 otaqlı 118 nömrəli mənzilinin 2/4 hissədə payına X10 hüququ müəyyən edilməlidir. Eyni zamanda, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vərəsə xx.xx.2007-ci il təvəllüdlü X17 mərhum X6 miras qalmış Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 84 nömrəli evin ümümi sahəsi 140 kv.metr olan 3 otaqlı 118 nömrəli mənzilinə buraxmırlar. Cavabdehlərin bu hərəkətləri mənzilin 2/4 hissəsinin pay sahibi kimi X10 həmin miras mənzilə olan sərəncam, sahiblik və istifadə hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Çünki, vərəsə mirasın bir hissəsini qəbul etdikdə, miras əmlakı tam qəbul etmiş sayılır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMMC-yə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2023-cü il tarixdə elektron kabineti vasitəsilə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Cavabdeh1 tərəfindən Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərək, hazırkı iş üzrə iddiaçı X18 verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin ləğv edilməsi və vərəsəlik paylarının yenidən müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Hesab edir ki, həmin mülki iş üzrə yekun qərar qanuni qüvvəsini aldığı vaxta qədər Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə icraat dayandırılmalıdır. Çünki, qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr ləğv edildiyi təqdirdə iddiaçı B.Hacıyevin hazırkı iddianı qaldırmağa subyektiv hüquqa malik olmayacaq. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Təqdim edilmiş iddia ərizəsinin elektron surətini ərizəsinə əlavə edir. Xahiş edir ki, ərizəsini nəzərə alaraq məhkəmənin icraatında olan mülki işin icraatının dayandırılması barədə qərardad qəbul edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1508/2023 nömrəli qərardadı ilə iddiaçı xx.xx.2007-ci il təvəllüdlü X10 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMMC-yə qarşı “miras əmlakda payın müəyyən edilməsi, həmin paya münasibətdə hüquqların qeydə alınmasına dair protokoldan çıxarışın verilməsi və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə icraatın dayandırılmasına dair Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş ərizə rədd edilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMMC-nin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Belə ki, işdə olan rəsmi sənədlərdən müəyyən edilir ki, xx.xx.1963-cü il təvəllüdlü X19 xx.xx.2022-ci il tarixdə ölmüşdür (xx.xx.2022-ci il tarixli AZ-İİ № 242844 nömrəli ölüm haqqında şəhadətnamə). X19 vəsiyyətnamə qoymamışdır və ölümündən sonra sağ olan qanun üzrə birinci növbə vərəsələri olmamışdır. X3 xx.xx.1998-ci ildə, anası X12 xx.xx.2013-cü ildə vəfat etmişdir. X19 nikahda olmamış və uşağı olmamışdır. İkinci növbə vərəsələrdən mirasqoyan X7 qardaşı X26 xx.xx.2016-cı ildə və bacısı X27 xx.xx.2017-ci ildə vəfat etmişdir. Vərəsəliyə mirasqoyanın qardaşı X13 uşağı xx.xx.2007-ci il təvəllüdlü X25, bacısı X14 uşaqları Cavabdeh1 və Cavabdeh2 çağırılmışlar. X7 xx.xx.2022-ci il tarixdə öldüyü anda mülkiyyətində olan - Bakı şəhəri Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi 10 nömrəli evin ümumi sahəsi 41,37 kv.m olan 17 nömrəli mənzili; "xxxx" ASC-nin Nərimanov filialında mərhum X7 adına 20612L********** saylı əmanət (depozit) hesabında olan 3.500 manat və xx.xx.2021-ci il tarixə ******************** nömrəli hesabın qalığı 0,37 ABŞ dolları pul vəsaiti; “Mercedes E220” minik markalı, 1993-cü il buraxılışlı, ** XD *** dövlət qeydiyyat nişanlı və “VAZ 21065” minik markalı, 1990-cı il buraxılışlı, ** EP *** dövlət qeydiyyat nişanlı avtomaşınları, o cümlədən "xxxx" MTK-nın xx.xx.2019-cu il tarixli ümümi yığıncağının 06 saylı protokolundan çıxarışa və xx.xx.2019-cu il tarixli 182 saylı maliyyə arayışına əsasən tam dəyərini ödədiyi Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 84 saylı kooperativ binanın 6-cı girişində 11-ci mərtəbəsində ümümi sahəsi 140 kv.m olan 3 otaqlı 118 saylı mənzili miras qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Miras qoyan X19 vəsiyyətnamə qoymamışdır. Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Mülki Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Mülki Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mülki Məcəllənin 1289-cu maddəsinə əsasən hər bir miras şəriki digər miras şəriklərinin müvafiq payları almasını təmin etməyə borcludur. İddiaçı xx.xx.2007-ci il təvəllüdlü X10 qanuni nümayəndəsi (anası) İddiaçı mirası qəbul etmək üçün ərizə ilə Bakı şəhəri 29 saylı Dövlət Notariat Ofisin xüsusi notariusu X23 müraciət etmişdir. Bakı şəhəri 29 saylı Dövlət Notariat Ofisin xüsusi notariusu X28 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-256, 2V-257, 2V-258 və 2V-259 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri ilə xx.xx.2007-ci il təvəllüdlü X25 qanun üzrə ikinci növbə vərəsə kimi - xx.xx.2022-ci il tarixdə vəfat etmiş əmisi xx.xx.1963-cü il təvəllüdlü X5 miras qalmış əmlakların, o cümlədən - Bakı şəhəri Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi 10 nömrəli evin ümumi sahəsi 41,37 kv.m olan 17 nömrəli mənzilinin; "xxxx" ASC-nin Nərimanov filialında mərhum X7 adına 20612L********** saylı əmanət (depozit) hesabında olan 3.500 manat əmanətin və xx.xx.2021-ci il tarixə ******************** nömrəli hesabın qalığı 0,37 ABŞ dolları və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə banka təqdim edildiyi tarixə göstərilən hesabdakı əmanətə hesablanmış əlavə faizlər miqdarında pul vəsaitlərinin; “Mercedes E220” minik markalı, 1993-cü il buraxılışlı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomaşının; “VAZ 21065” minik markalı, 1990-cı il buraxılışlı, ** EP *** dövlət qeydiyyat nişanlı avtomaşının 2/4 (dörddə iki) hissəsinə qanun üzrə vərəsə kimi pay hüququ tanınmışdır. Cavabdeh1 mirasda payı mirasın ¼ hissəsi və Cavabdeh2 mirasda payı mirasın ¼ hissəsi açıq saxlanılmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni təqdim edərək, miras qalmış Bakı şəhəri Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi 10 nömrəli evin ümumi sahəsi 41,37 kv.m olan 17 nömrəli mənzilinin 2/4 hissəsinə dair xx.xx.2007-ci il təvəllüdlü X10 adına xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. Lakin mirasqoyan X7 qeyd edilən əmlaklardan başqa sağlığında mülkiyyətində daha bir mənzili olmuş, axırıncının həmin mənzilə dair hüquqları dövlət reyestrində qeydə alınmadığından, notarius tərəfindən vərəsələrə həmin əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında vərəsəlik şəhadətnaməsi mümkün olmamışdır. Belə ki, "xxxx" MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli 06 saylı protokolundan çıxarışdan görünür ki, X1 üzv qəbul olunmaqla MTK-nın Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 84 ünvanda yerləşən kooperatriv binasının 6-cı girişinin 11-ci mərtəbəsindəki ümumi sahəsi 140,2 kv.m, yaşayış sahəsi 78,26 kv.m olan 3 otaqlı 118 saylı mənzilinin payçısı təsdiq edilmişdir. Ailə tərkibi 1 nəfər. "xxxx" MTK-nın İdarə Heyətinin sədri Yusifov Eyvaz tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti-84 ünvanında yerləşən yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Həmin binanın 6-cı girişinin 11-ci mərtəbəsindəki ümumi sahəsi 140,2 kv.m, yaşayış sahəsi 78,26 kv.m olan 3 otaqlı 118 saylı mənzili X9 verilmişdir, mənzilin dəyəri onun tərəfindən kooperativə tam ödənilmişdir və kooperativə heç bir borcu yoxdur. Hazırda “Zərdabi’’ MTK ləğv edilmiş və binanın idarəçiliyi "Yasamal 6” MMMC-yə verilmişdir. "xxxx" MMMC-nin Bakı şəhəri 29 saylı Notariat ofisinin sorğusuna cavab olaraq verdiyi xx.xx.2022ci il tarixli arayışdan məlum olur ki, Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 84 nömrəli evin ümümi sahəsi 140 kv.metr olan 3 otaqlı 118 nömrəli mənzili Kooperativ üzvlərinin ümümi yığıncağının xx.xx.2019-cu il tarixli 06 saylı protokoluna əsasən X9 məxsusdur. Hal-hazırda həmin mənzilin yerləşdiyi binanın idarəçiliyini həyata keçirən "xxxx" MMC-yə heç bir borcu yoxdur. Bakı şəhəri 29 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci ildə vəfat etmiş X5 miras qalmış əmlaka dair Azərbaycan Respublikasının vətəndaşları olan - X25, Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 29 saylı notariat ofisinə müraciət edərək, xx.xx.2022-ci tərəflərindən vərəsəlik işi açılmışdır (V-58/2022) və vərəsə kimi tanınmışlar:
1. 21 noyabr 2022-ci il tarixdə Bakı şəhəri 29 saylı notariat ofisində 2V-256; 2V-257; 2V-258 və 2V- 259 reyestr nömrəsi ilə vərəsə - X18 Bakı şəhəri Nəsimi rayonu Hüseybala Əliyev küçəsi ev 10 mənzilə 17-yə dair 2/4 hissədə paya qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələr verilmişdir. 2. 14 dekabr 2022-ci il tarixdə Bakı şəhəri 29 saylı notariat ofisində 2V-279; 2V-280; 2V- 281 və 2V-282 reyestr nömrəsi ilə vərəsələr - Cavabdeh1 və Cavabdeh2 hər birinə 1/4 hissədə paya qanun üzrə əsəlik hüququ haqqında Şəhadətnamələr verilmişdir. Vəfat etmiş X7 istifadəsində olmuş Bakı şəhəri Yasamal rayonu Həsən bəy ünvan ünvanda inşa edilmiş yaşayış binasında yerləşən 118 saylı mənzilin hüquq müəyyənedici sənəd (çıxarış) olmadığı üçün vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Hazırda iddiaçı miras qoyan əmisi X4 miras qalmış - "xxxx" MTK tərəfindən inşa edilmiş və dəyəri X15 tərəfindən kooperativə tam ödənilmiş Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 84 nömrəli evin ümümi sahəsi 140 kv.metr olan 3 otaqlı 118 nömrəli mənzilindəki payının müəyyən edilməsini və həmin mənzilə köçürülməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” Təlimatın 94-cü bəndinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və sair daxil edilir. Göründüyü kimi, miras əmlakın tərkibi qanunvericiliklə konkret şəkildə tənzimlənməmiş, əsas meyar miras qoyanın öldüyü məqamadək həmin əmlaka malik olması götürülmüşdür. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 84 nömrəli evin ümümi sahəsi 140 kv.metr olan 3 otaqlı 118 nömrəli mənzili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, mənzilin dəyəri kooperativə tamamilə ödənildiyinə görə miras kütləsinə daxil olan əmlak hesab edilir. Miras qoyanın vərəsələri olacaq qardaşı Bəhruz Hacıyev və bacısı Sevda Hacıyeva miras açıldığı xx.xx.2022-ci ildə sağ olmadığına görə, Bəhruz Hacıyevin və Sevda Hacıyevanın uşaqları onlara çatası miras payını bərabər olaraq alırlar. Yəni, iddiaçı xx.xx.2007-ci il təvəllüdlü X25 ölmüş valideyni X20 çatası 2/4 payı tamamilə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə ölmüş anaları X21 çatası 2/4 payı bərabər olmaqla, hər birinə ¼ hissə (1/2x2=1/4) olmaqla qəbul etmişlər. Bundan əlavə, miras qoyanın digər əmlaklarının vərəsələri arasında bölünməsi də onu göstərir ki, mülki qanunvericilikdə nəzərdə tutulmuş vərəsəlik hüquqlarının məhdudlaşdırılması əsasları hazırki işdə mövcud deyildir. X9 məxsus Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 84 saylı kooperativ binanın 6-cı girişində 11-ci mərtəbəsində ümümi sahəsi 140 kv.m olan 3 otaqlı 118 saylı mənzili də miras qoyanın digər əmlakları kimi qanun üzrə ikinci növbə vərəsələrinin miras paylarına uyğun olaraq bölüşdürülməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 miras qalmış "xxxx" MTK tərəfindən inşa edilmiş və dəyəri X15 tərəfindən kooperativə tam ödənilmiş Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 84 nömrəli evin ümümi sahəsi 140 kv.metr olan 3 otaqlı 118 nömrəli mənzilinin 2/4 (dörddə iki) hissəsinə qanun üzrə ikinci növbə vərəsəsi xx.xx.2007-ci il təvəllüdlü X11, 1/4 (dörddə bir) hissəsinə qanun üzrə ikinci növbə vərəsəsi Cavabdeh2, 1/4 (dörddə bir) hissəsinə qanun üzrə ikinci növbə vərəsəsi Cavabdeh1 payı müəyyən edilməlidir, həmin paylara uyğun olaraq X11, Cavabdeh2 və Cavabdeh1 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ümumi yığıncağın protokolundan çıxarış verilməsi "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə həvalə edilməlidir. X25 Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 84 nömrəli evin ümümi sahəsi 140 kv.metr olan 3 otaqlı 118 nömrəli mənzilinə köçürülməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ:
İddia təmin edilsin. xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 miras qalmış "xxxx" MTK tərəfindən inşa edilmiş və dəyəri X15 tərəfindən kooperativə tam ödənilmiş Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 84 nömrəli evin ümümi sahəsi 140 kv.metr olan 3 otaqlı 118 nömrəli mənzilinin 2/4 (dörddə iki) hissəsinə qanun üzrə ikinci növbə vərəsəsi xx.xx.2007-ci il təvəllüdlü X11, 1/4 (dörddə bir) hissəsinə qanun üzrə ikinci növbə vərəsəsi Cavabdeh2, 1/4 (dörddə bir) hissəsinə qanun üzrə ikinci növbə vərəsəsi Cavabdeh1 payı müəyyən edilsin və həmin paylara uyğun olaraq X11, Cavabdeh2 və Cavabdeh1 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ümumi yığıncağın protokolundan çıxarış verilməsi "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə həvalə edilsin. X25 Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 84 nömrəli evin ümümi sahəsi 140 kv.metr olan 3 otaqlı 118 nömrəli mənzilinə köçürülsün. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Vahid Hacıyev