Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1529/2023 22.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, Cavabdeh2 QSC BOKT-nın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 QSC BOKT-a, Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 QSC BOKT-a, Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan “Hyundai Santa FE” minik markalı, 2012-ci il buraxılışlı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin satışı üçün "xxxx" MMC tərəfindən tərtib edilmiş “ipoteka predmetinin ipotekasaxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2021-ci il tarixli 752/21 nömrəli protokolun etibarsız hesab edilməsi və hərracın nəticələrinin ləğv edilərək, avtomobilin yenidən qiymətlənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, onun mülkiyyətində olan “Hyundai Santa FE” minik markalı, 2012-ci il buraxılışlı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin 17.000 manata qiymətlənməsindən və 10.837,50 manata Cavabdeh2 QSC BOKT-a təklif olunmasından xx.xx.2023-cü ildə məlumatı olmuşdur. Avtomaşının açıq hərraca çıxarılması, hərracların keçirilməsi barədə hərracın təşkilatçısı tərəfindən ona məlumat verilməmişdir. Onun qeydiyyatda olduğu və yaşadığı ünvan ünvan 2qayıt şəhəri 4-cü mikrorayon ev 20A/29 mənzil 34 olduğu halda, Cavabdeh1 xx.xx.2021-ci il tarixli sifariş məktubunda və xx.xx.2023-cü il tarixli 972/14 saylı məktubda onun ünvanını ünvan 2qayıt şəhəri 4-cü mikrorayon ev 20A/29 mənzil 43 kimi göstərmişdir. Onun yaşadığı mənzilin ünvanı düzgün göstərilmədiyinə görə keçirilən hərraclar barədə ona bildiriş gəlməmişdir. Hərracların keçrilməsindən məlumatı olmamış və harracda iştirak edə bilməmişdir. "xxxx" MMC onu hərraca dəvət etməmiş, hüquqlarını pozmuş və əmlakının dəyər-dəyməzə satılmasına səbəb olmuşdur. Mülkiyyətində olan “X1” markalı ** DE *** qeydiyyat nişanlı avtomobil 2012-ci il buraxılışlıdır, onun bazar qiyməti təxminən 30000 manata yaxın olduğu halda 17.000 manata qiymətlənmiş, 10.837,50 manata isə ipoteka saxlayana təhvil verilmişdir. Nəticədə onun Cavabdeh2 QSC BOKT-a 30.889 ABŞ dolları qalıq borcu yaranmışdır. Hesab edir ki, avtomobilin satışı üçün "xxxx" MMC tərəfindən 05 mart 2021-ci il tarixdə keçirilmiş hərracın nəticələri və "İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair" xx.xx.2021-ci il tarixli 752/21 saylı porotokol etibarsız hesab edilməli, avtomobil yenidən qiymətləndirilməli və onun iştirakı ilə yenidən hərrac keçirilməlidir. Həmçinin onun özünun müştəri taparaq avtomobilini baha qiymət satmasına və banka olan borcunun çox hisəsini ödəməyə şərait yaradılmalıdır. O, məhkəmənin təşəbbüsü ilə yaradılmış şəraitdən istifadə edərək, Cavabdeh2 QSC BOKT-un səlahiyyətli şəxsləri ilə danışıqlar aparmışdır və onun avtomobili satmaq üçün özünün müştəri tapmasına etiraz edilməmişdir. Onun pozulmuş hüquqlarının bərpa edilməsi üçün iddianın təmin edilməsini xahiş edir. Cavabdeh2 QSC BOKT-nın nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, hərracın keçirilməsinə dair bildirişlər iddiaçının qeydiyyatda olduğu ünvan 2qayıt şəhəri 4-cü mikrorayon ev 20A/29 mənzil 34 ünvana deyil, ünvan 2qayıt şəhəri 4-cü mikrorayon ev 20A/29 mənzil 43 və ünvan 2qayıt şəhəri 4-cü mikrorayon ev 20A/29 mənzil 49 ünvanlarına göndərilmişdir. Yəni hərracın keçirilməsi barədə iddiaçıya rəsmi məlumat verilməsini təsdiq edən sənədlər mövcud deyildir. Bu səbəbdən iddianın həllini məhkəmənin mülahizəsinə buraxır. Həmçinin qeyd edir ki, iddiaçı tərəindən müştəri tapılmasına və avtomobilin baha qiymətə satılmasına etiraz etmir. Çünki, banka avtomobil lazım deyil, borcun ödənilməsi üçün avtomobilin satılması lazımdır. Cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1nə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməklə məlumat verilsə də, cavabdehlərin nümayəndələri məhkəməyə gəlməmişlər. Cavabdeh "xxxx" MMC xx.xx.2023-cü il tarixli məktubla hərracın keçirilməsinə dair sənədlərin təsdiq edilmiş surətini məhkəməyə göndərmiş və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından müəyyən edilir ki, ünvan 2qayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-5303/2017 nömrəli icra vərəqəsinə əsasən İddiaçı cəmi 37.264 ABŞ dolları və ya ödəniş gününə Mərpkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüünvan 2u tutularaq "xxxx" ASC-yə ödənilməlidir. İddiaçı mülkiyyətində olan və "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş “Hyundai Santa FE” minik markalı, 2012-ci il buraxılışlı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda satılmalı və banka olan borc ödənilməlidir. İddiaçı mülkiyyətində olan və "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş “Hyundai Santa FE” minik markalı, 2012-ci il buraxılışlı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılmasına dair ünvan 2qayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-5303/2017 nömrəli icra vərəqəsi və Cavabdeh1 xx.xx.2021-ci il tarixli 271/14 nömrəli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə hərrac keçirilmiş və “ipoteka predmetinin ipotekasaxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2021-ci il tarixli 752/21 nömrəli protokol tərtib edilməklə ilkin satış qiyməti 17.000 manat müəyyən edilmiş “Hyundai Santa FE” minik markalı, 2012-ci il buraxılışlı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobil 10.837,50 manata ipotekasaxlayan Cavabdeh2 QSC BOKT-a təklif edilmişdir. Hərracın keçirilməsinə dair sənədlərdən müəyyən edilir ki, hərracın keçirilməsinin yeri və vaxtı barədə olan bildirişlər İddiaçı rəsmi qeydiyyatda olduğu ünvan 2qayıt şəhəri 4-cü mikrorayon ev 20A/29 mənzil 34 ünvana deyil, ünvan 2qayıt şəhəri 4-cü mikrorayon ev 20A/29 mənzil 43 və ünvan 2qayıt şəhəri 4-cü mikrorayon ev 20A/29 mənzil 49 ünvanlarına göndərilmişdir. İcra vərəqəsində də İddiaçı ünvanı səhvən “ünvan 2qayıt şəhəri 4-cü mikrorayon ev 20A/29 mənzil 43” kimi göstərilmişdir. Cavabdeh1 və "xxxx" MMC özlərinin imkanlarından istifadə edərək elektron informasiya sistemindən İddiaçı ünvanını dəqiqləşdirməmiş, ona SMS bildirişi göndərməklə, hərracın keçirilməsinin vaxtı və yeri barədə əvvəlcədən məlumat verməmişlər. Yəni hərracın keçirilməsi barədə İddiaçı rəsmi məlumat verilməsini təsdiq edən sənədlər mövcud deyildir. Hərracın keçirilməsi və avtomobilin qiymətləndirilməsi aparılan zaman İddiaçı iştirakı təmin edilməmiş, hərracın keçirilməsi qaydasına əməl edilməmiş, ipoteka qoyan - borclu İddiaçı alıcı qismində iştirak etmək hüququ pozulmuşdur. İddiaçı hərracın keçirilməsindən xx.xx.2023-cü il tarixdə Cavabdeh1 xx.xx.2023-cü il tarixli məktubunu əldə etdikdən sonra məlumat almış və məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2008-ci il tarixli qərarında vurğulayır ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Yalnız “İpoteka haqqında” xx.xx.2005-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan və "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş “Hyundai Santa FE” minik markalı, 2012-ci il buraxılışlı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılmasına dair ünvan 2qayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-5303/2017 nömrəli icra vərəqəsi və Cavabdeh1 xx.xx.2021-ci il tarixli 271/14 nömrəli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş hərracın nəticələri və tərtib edilmiş “ipoteka predmetinin ipotekasaxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2021-ci il tarixli 752/21 nömrəli protokol etibarsız hesab edilməli, ünvan 2qayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)- 5303/2017 nömrəli icra vərəqəsinə əsasən İddiaçı mülkiyyətində olan və "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş “Hyundai Santa FE” minik markalı, 2012-ci il buraxılışlı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobil qanunvericiliyin tələblərinə əməl edilməklə yenidən qiymətləndirilməklə hərracdan satılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan və "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş “Hyundai Santa FE” minik markalı, 2012-ci il buraxılışlı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılmasına dair ünvan 2qayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-5303/2017 nömrəli icra vərəqəsi və Cavabdeh1 xx.xx.2021-ci il tarixli 271/14 nömrəli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş hərracın nəticələri və tərtib edilmiş “ipoteka predmetinin ipotekasaxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2021-ci il tarixli 752/21 nömrəli protokol etibarsız hesab edilsin. ünvan 2qayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-5303/2017 nömrəli icra vərəqəsinə əsasən İddiaçı mülkiyyətində olan və "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş “Hyundai Santa FE” minik markalı, 2012-ci il buraxılışlı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobil qanunvericiliyin tələblərinə əməl edilməklə yenidən qiymətləndirilməklə hərracdan satılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-1529/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1529/2023
22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver