Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1549/2023 15.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X6, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktı tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 04 avqust 1993-cü il tarixli, 1496 saylı sərəncamı ilə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 02 iyun 1988-ci il 195 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri İcra Hakimiyyəti aparatının əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş Bakı şəhəri Xəzər rayonu, Xaşa-Xuna bağlar massivi ünvanında ayrılmış “26J” saylı torpaq sahəsinə dair 139 nömrəli orderin xx xxxx 1961-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı faktı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, Ərizəçi xx xxxx 1961-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuşdur. Hazırda yuxarıda qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 04 avqust 1993-cü il tarixli, 1496 saylı sərəncamı ilə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 02 iyun 1988-ci il 195 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri Xəzər rayonu, Xaşa-Xuna bağlar massivi ünvanında ayrılmış “26J” saylı torpaq sahəsinin X7 ayrılması qərara alınmışdır. Həmin torpaq sahəsi üzrə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət edilmiş, lakin maraqlı şəxsin 07 fevral 2023-cü il tarixli məktubu ilə müraciətinin icrasından imtina edilmişdir. İmtina səbəblərindən biri kimi orderdə ata adı Adil, şəxsiyyəti təsdiq edən sənəddə isə Adilkomoviç göstərilməsi olmuşdur. Bildirmək istəyir ki, ona məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində soyadı Alahyarov, adı Elçin, ata adı isə Adilkomoviç olaraq qeyd edilmişdir. Eləcə də ərizəçiyə məxsus sənədlərdə də Ərizəçi olaraq qeyd edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, cavabdeh imtinasında yalnız ata adında səhvlik olduğunu qeyd etsə də eyni zamanda soyadda da səhvlik vardır. Belə ki, orderdə soyadı “Alahyarov” əvəzinə “Allahyarov” qeyd edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə yazılanlarla oxşar məzmunlu izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər maraqlı şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrnin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1961-ci il tarixində anadan olmuşdur. Tbilisi şəhəri Kirov rayon VVAQ şöbəsi tərəfindən verilmiş 25 iyul 1961-ci il tarixli İİ- РЭ 729075 saylı doğum haqqında şəhadətnamənin tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxx 1961-ci il tarixində Gürcüstan SSR Tbilisi şəhəri Kirov rayonunda anadan olmuş və bu barədə akt qeydləri kitabında 728 saylı akt qeydi tərtib edilmişdir. X1, anası X5. Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş 21 aprel 1992-ci il tarixli Vİ-JQ saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X2 21 aprel 1992-ci ildə nikaha daxil olmuş və bu barədə 627 saylı akt qeydi tərtib edilmilşdir. S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti tərəfindən verilmiş ЛВ 022245 saylı diplomun surətindən görünür ki, Ərizəçi 1979-cu ildə Universitetə daxil olmuş və həmin Universiteti 1984-cü ildə fizika ixtisası üzrə tam kursu bitirmişdir. Bakı şəhəri İcra Hakimiyyəti başçısı aparatının ərizəçiyə ünvanladığı 03 noyabr 2023-cü il tarixli A-445-112 saylı məktubdan görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 04 avqust 1993-cü il tarixli, 1496 saylı sərəncamı ilə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 02 iyun 1988-ci il 195 nömrəli qətnaməsinə əsasən X7 Xaşa-Xuna bağ sahəsində bağ sahəsi ayrılmışdır. Bakı şəhəri İcra Hakimiyyəti aparatının əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 139 nömrəli orderin surətindən görünür ki, X7 Bakı şəhəri İcra Hakimiyyəti başçısının 04 avqust 1993-cü il tarixli, 1496 saylı qərarına əsasən Xaşa-Xuna başğlar sahəsində 0,12 hektar torpaq sahəsi ilə 26J nömrəli bağ sahəsi ayrılmışdır. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ərizəçiyə ünvanlanmış 07 fevral 2023-cü il tarixli məktubundan görünür ki, torpaq sahəsinin sənəd üzrə ölçüsü 1200 kv.m qeyd edilsə də, faktiki 1181 kv.m təşkil edir. Həmçinin təqdim edilmiş orderdə ata adı “Adil” kimi qeyd edilsə də, şəxsiyyəti təsdiq edən sənəddə “Adilkomoviç” kimi qeyd olunmuşdur. Bu məktub daşınma zəmlakın dövlət qeydiyyatına alınmasından imtina sayılmır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 ifadəsində göstərmişdir ki, ərizəçinin bacısıdır. Qardaşına Xaşa-Xuna başğlar sahəsindən təxmini 12 sot bağ ayrılan zaman orderdə soyadı və ata adı səhv yazılmışdır. Qardaşı Gürcüstanda anadan olmuşdur. Atalarının adı sənəddə “Adilkom”du. Qardaşının soyadı Alahyarovdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 ifadəsində göstərmişdir ki, ərizəçi onun əmisi oğludu. Əmisinin adı sənədlərdə Adilkomdu, ancaq hamı Adil deyə çağırırdı. Onun adına Xaşa-Xunada torpaq olub. Həmin torpağın sənədində soyadı və atasının adı səhv yazılmışdır. Göründüyü kimi, Bakı şəhəri İcra Hakimiyyəti aparatının əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 139 nömrəli orderdə yazılmış ərizəçinin soyadı və ata adı onun şəxsiyyətini təsdiq edən sənəddə və ona aid digər sənədlərdəki ad və soyadı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçi müvafiq dövlət qurumuna sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) əmlaka dair dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanmasını xahiş etsə də, dövlət qurumu tərəfindən imtina cavabı almışdır. Orderdə Ərizəçi əvəzinə X9 mülkiyyətçi kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmin qərarın 6.2-ci bəndində qeyd edilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri hüquq müəyyənedici sənəd kimi tanınmışdır. Məhkəmə işin hallarını, tədiq edilmiş sübutlar əsasında o qənaətə gəlir ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 04 avqust 1993-cü il tarixli, 1496 saylı sərəncamı ilə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 02 iyun 1988-ci il 195 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri İcra Hakimiyyəti aparatının əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən xx xxxx 1961-ci il təvəllüdlü Ərizəçi Bakı şəhəri Xəzər rayonu, Xaşa-Xuna bağlar massivi ünvanında “26J” saylı torpaq sahəsi ayrılmış, buna dair Bakı şəhəri İcra Hakimiyyəti aparatının əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş orderdə Ərizəçi soyadı, səhvən “Allahyarov”, ata adı isə “Adil” kimi qeyd olunmuşdur. “Order” hüquq müəyyənedici sənəddir və həmin sənəddə olan səhvin dəyişdirilməsi mümkün olmamışdır. Belə ki, müvafiq inzibati orqan düzəliş etməkdən imtina etmişdir. Beləliklə, məhkəmə obyektiv həqiqət prinsipini rəhbər tutaraq və sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 04 avqust 1993-cü il tarixli, 1496 saylı sərəncamı ilə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 02 iyun 1988-ci il 195 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri İcra Hakimiyyəti aparatının əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş Bakı şəhəri Xəzər rayonu, Xaşa-Xuna bağlar massivi ünvanında ayrılmış “26J” saylı torpaq sahəsinə dair 139 nömrəli orderin xx xxxx 1961-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri İcra Hakimiyyəti başçısının 04 avqust 1993-cü il tarixli, 1496 saylı sərəncamı ilə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 02 iyun 1988-ci il 195 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri İcra Hakimiyyəti aparatının əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş Bakı şəhəri Xəzər rayonu, Xaşa-Xuna bağlar massivi ünvanında ayrılmış “26J” saylı torpaq sahəsinə dair 139 nömrəli orderin xx xxxx 1961-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1549/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1549/2023
15.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver