Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1554/2021 30.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X8 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X8 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il tarixli, 51 saylı “Şəfa” X1 Bağçının üzvlük kitabçasının və torpaq sahəsinə adi digər sənədlərin ona məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi dəqiqləşmə barədə ərizə verərək, xx.xx.2007-ci il tarixli, 51 saylı “Şəfa” X1 Bağçının üzvlük kitabçasının, xx xxxxxxx 1990-cı il tarixli, 7 nömrəli Protokoldan Çıxarışın və TTTYS-nin “Şəfa” X1 üzvlərinin adlı siyahısında 42-ci yerin ona məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 1943-cü ildə İranın Astara şəhərində anadan olmuşdur. 1982-ci ildən Bakı şəhəri, Təcili və X6 Stansiyasında (bundan sonra “TTTYS”) həkim işləyir. xx.xx.1990-cı il tarixli, 7 nömrəli protokoldan çıxarışa əsasən, 1990-cı ildən etibarən TTTYS-nın “Şəfa” X1 üzvü olmuşdur. Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 19/340 nömrəli qərarı ilə o da daxil olmaqla TTTYS-nın 50 üzvünə kollektiv bağçılıqla bağlı pay torpaqlarının ayrılması qərara alınmışdır. Lakin, həmin pay torpağının onun sərəncamına verilməsi ilə bağlı sənədlərdə-xx.xx.1990-cı il tarixli, 7 nömrəli Protokoldan çıxarışda, TTTYS-nın “Şəfa” X1 üzvlərinin adlı siyahısında 42- ci yerdə və xx.xx.2007-ci il tarixli, 51 saylı “Şəfa” X1 üzvü kimi Bağçının üzvlük kitabçasında soyadı səhvən “Bacarani-Qasımova” əvəzinə “Bacarani” kimi qeyd edilmişdir. Bağçının üzvlük kitabçasında fotoşəkili belə mövcuddur. Həmin sənədlərdəki soyadı ilə bağlı uyğunsuzluq hal-hazırda Bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü kimi verilmiş pay torpağı sahəsini özəlləşdirməyə maneə törədir. Bununla da Azərbaycan Respublikasının Konstitusiya ilə qorunan mülkiyyət hüququ pozulur. Üzvlük kitabçasını verən inzibati orqan ləğv edilmişdir və hazırda səlahiyyətlərinin keçmiş olduğu hüquqi varisi yoxdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 nömrəli “Yerli İcra Hakimiyyəti orqanlarının nəzdində olan X5 ləğv edilməsi barədə sərəncamına əsasən, yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri, o cümlədən, Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ləğv edilmiş, bu qurumlarda toplanmış arxiv sənədləri daşınmaz əmlakın dövlət reyestri xidmətinə verilmişdir. Sərəncama müvafiq olaraq, xx.xx.2007-ci il tarixdən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X2 arxivi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə verilmiş, lakin, əvvəllər bu qurumlara məxsus olan hər hansı bir səlahiyyət verilməmişdir. Göründüyü kimi, nə Sərəncamda, nə də hər hansı digər normativ hüquqi aktda yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X5 ləğv edildikdən sonra səlahiyyətlərinin hər hansı orqana ötürülməsi barədə göstəriş yoxdur. “Bağlar idarəsi” kimi bilinən bu idarələr 2007-ci ildə ləğv edildikdən sonra onların arxivindəki bütün sənədlər DƏDRX-ə ötürülmüşdür, lakin bu sadəcə sənəd dövriyyəsi olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikasının X8 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasında təkrar iştirak etməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi 1943-cü ildə İranın Astara şəhərində anadan olmuşdur. Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 19/340 nömrəli qərarı ilə Ərizəçi da daxil olmaqla Bakı şəhəri, Təcili və X6 Stansiyasının 50 üzvünə kollektiv bağçılıqla bağlı pay torpaqlarının ayrılması qərara alınmışdır. Lakin, Bakı şəhəri, Təcili və X6 Stansiyasının “Şəfa” X1 xx.xx.1990-cı il tarixli iclasının 7 nömrəli protokolundan çıxarışda, TTTYS-nın “Şəfa” X1 üzvlərinin siyahısında ərizəçinin adının qeyd olunduğu 42-ci yerdə və xx.xx.2007-ci il tarixli, 51 saylı “Şəfa” X1 bağçının üzvlük kitabçasında ərizəçinin soyadı səhvən “Bacarani-Qasımova” əvəzinə “Bacarani” kimi qeyd edilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, ərizə təmin edilməli və xx.xx.2007-ci il tarixli, 51 saylı “Şəfa” X1 Bağçının üzvlük kitabçasının, xx xxxxxxx 1990-cı il tarixli, 7 nömrəli Protokoldan Çıxarışın və TTTYS-nın “Şəfa” X1 üzvlərinin adlı siyahısında 42-ci yerin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmə qaydasında baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının MPM-nin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 339- 341, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : Ərizə təmin edilsin. xx.xx.2007-ci il tarixli, 51 saylı “Şəfa” X1 Bağçının üzvlük kitabçasının, xx xxxxxxx 1990-cı il tarixli, 7 nömrəli Protokoldan Çıxarışın və TTTYS-nın “Şəfa” X1 üzvlərinin adlı siyahısında 42ci yerin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-1554/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1554/2021
30.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver