Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1556/2025 11.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçının səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı "pul" tələbinə tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" MTK şirkətinə əlavə ödəniş edilmiş 5551 manat pulun ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı, xx.xx.2013-cü il Bakı təhərində "xxxx" MTK Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev 46C ünvanında yerləşən tikinti ilə bağlı 38/C nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, satıcı İMPERİAL-AS" MTK Əlif Hacıyev 46C küçəsində inşa etdiyi binada, hər bir m² 610 AZN olmaq şərti ilə, 71 m²-dan ibarət olan, 4-cü mərtəbədə 23 sayılı mənzili cəmi 43.310 AZN ödəmək şərti ilə, alıcıya təhvil verməli idi. Demək olar ki, bütün müqavilə şərtləri həyata kecirildikdən sonra, mənzilin özəlləşdirmə prosessində Əmlak məsələləri dövlət xidməti daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsi xx.xx.2024-cü ildə daşınmaz əmlakın reyestr nömrəsi **********79-05301-093118 qeydiyyat nömrəsi ********** əsasında mənzilin 61.9 m² olması təstiq olunmuşdur. Bu isə hər bir m² 610 AZN olmaq şərti ilə 37.759 AZN manat pul təşkil edir. Bu göstəricilər isə 9.1 m² fərq deməkdir. Azərbaycan Respublikası Konstitusiyasını rəhbər tutaraq istehlakçıların hüquqlarının müdafiyyəsi haqqında qanunu nəzərə alaraq yuxarıda göstərilən faktları, mənim İMPERİAL-AS" MTK şirkətinə əlavə ödəniş edilmiş 5.551 AZN manat pulun geri qaytarılması üçün düzgün və ədalətli qərar qəbul edilməsini xahiş edir. Onun bu barədə "xxxx" MTK şirkətinə yazılı sürətdə müraciət etməsinə baxmayaraq, heç bir müsbət nəticə verməmişdir. Bütün təsdiq edici sənədlərin surəti məhkəməyə təqdim olunub. Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, Cavabdeh iddiaçıya mənzil satmayıb, pul müqabilində onun üçün mənzil tikib və təhvil verib. İddiaçı ilə cavabdeh arasında müqavilə podrat müqaviləsidir. Həmin müqavilənin tələbinə görə cavabdeh 71 kv.m. tikinti sahəsi olan mənzili iddiaçının payçı kimi ödədiyi vəsait hesabına tikib iddiaçıya təhvil verməyi öhdəsinə götürüb. Bu səbəbdən də mübahisənin düzgün həlli üçün tərəflər arasındakı münasibətlərdə podrat müqaviləsinin xüsusiyyətləri nəzərə alınmalı, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsi əsas götürülməklə Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 4.7-ci bəndi tətbiq edilməlidir. Yəni cavabdeh iddiaçı üçün mənzilin tək iç divarlarını deyil, bütünlüklə tikinti sahəsini inşa edib. Mənzilin (tikilinin) tikinti sahəsi isə çıxıntı hissələri də daxil edilməklə mənzilin xarici haşiyəsi üzrə kursu səviyyəsində üfüqi kəsiyinin sahəsi kimi müəyyənləşdirilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Publik Hüquq Şəxsin 1 saylı Ərazi İdarəsi iddiaçının mənzilə olan hüquqlarını qeydə alıb ona dövlət reyestrindən çıxarış və texnik pasport verərkən mənzilin ümumi sahəsinin hesablanmasında azalma əmsalları tətbiq edib. Belə ki, 19 Aprel 2024-cü il tarixli texnik pasportda 'Lociya"nın 9 kv.m. sahəsi 2 dəfə azaldılaraq 4.5 kv.m. göstərilib. Halbuki 2013-cü il 1 Yanvardan qüvvədə olan Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsində mənzilin ümumi sahəsi hesablanarkən azalma əmsallarının tətbiq olunması nəzərdə tutulmayıb. Həmin Məcəllənin 59.1-ci maddəsində isə göstərilib ki, tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları həmin maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yəni müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sahəsini Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə zidd hesablaya bilməz. İddiaçı isə iddia ərizəsində “Lociya”nın 9 kv.m. sahəsinin qanunsuz olaraq 2 dəfə azaldılaraq 4.5 kv.m. göstərilməsini əsas götürüb. Cavabdehlə iddiaçı arasında ünvan 2 ünvanda 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 71 kv.m.-dən ibarəıt bir otaqlı 14 saylı mənzilin tikintisi ilə bağlı 38/C saylı müqavilə xx.xx.2013-cü il tarixdə bağlanıb. Bina müqavilə bağlandıqdan sonra 2015-ci ilədək tikilib və iddiaçı müraciət edərək mənzildə təmir işlərinə başlayıb. İddia ərizəsinə əlavə olunmuş 3 Dekabr 2016-cı il tarixli təmir müqaviləsindən də görünür ki, cavabdeh həmin tarixədək mənzili iddiaçıya təhvil vermişdi və təmir müqaviləsini bağlayaraq iddiaçı mənzilini təmir elətdirib. Mənzil təmir olunarkən də iddiaçı mənzilinin sahəsinin neçə kv.m. təşkil etməsini bilib və həmin sahəli mənzili təmir elətdirib. Təmir müqaviləsi bağlandığı andan mənzilin açarları da iddiaçıda olub. İddiaçı tikilib ona verilmiş mənzilin sahəsinin az olması, buna görə ondan artıq pul alınması, həmin pulun geri qaytarılması barədə iddianı isə Yasamal rayon Məhkəməsinə 2025-ci il Yanvar ayında verib. Yəni mənzilin tikildiyi 2015-ci il tarixdən iddianın qaldırıldığı 2025-ci il tarixədək 10 il, mənzilin iddiaçının sahiblik və istifadəsində olduğu, onun mənzildə təmirə başladığı 3 Dekabr 2016-ci il tarixdən iddianın qaldırıldığı Yanvar 2025-ci il tarixədək 8 il vaxt keçib. Yəni mənzilin tikildiyi 2015-ci il tarixdən iddianın qaldırıldığı 2025-ci il tarixədək 10 il, mənzilin iddiaçının sahiblik və istifadəsində olduğu, onun mənzildə təmirə başladığı 3 Dekabr 2016-ci il tarixdən iddianın qaldırıldığı Yanvar 2025-ci il tarixədək 8 il vaxt keçib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsi: Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilənlərə əsasən iddiaçının iddia tələbi ilə bağlı iddia müddəti keçdiyi üçün iddia müddətinin tətbiq edilərək iddiadan imtina barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının səlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, “İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında” Qanunda iddia müddəti ilə bağlı müddəti qeyd edilmişdir. Belə ki, iddia müddətinin ötürüldüyü halda da işə baxıla və iddia təmin edilə bilər. Ekspert rəyində qeyd edilən mənzilin sahəsi ilə iddia ərizəsində qeyd edilən sahə arasında təxminən 1 kv.m fərq vardır. Onların aldadılmaları da təsdiqlənib. Verilən suala cavab olaraq bildirmişdir ki, mənzildə 2020-ci ildən yaşayırlar, çıxarışı isə 2024-cü ildə əldə etmişlər. Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil məhkəməyə elektron kabinet vasitəsilə vəsatət ünvanlayaraq, daha əvvəlcədən xx.xx.2025-ci il tarixə saat 11:00-da Naxçıvan MR Ali Məhkəməsində müdafiəçi olduğu 1-1(108)-52025 saylı cinayət işinin məhkəmə iclasının keçiriləcəyini, buna görə də hazırki iş üzrə məhkəmə baxışında iştirak edə bilməyəcəyini bildirmiş, iştirak etməməyinin üzrlü hesab edilməsini, həmçinin iddia müddəti tətbiq olunmaqla iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: "xxxx" MTK (“satıcı”) ilə İddiaçı (“alıcı”) arasında bağlanmış 38\C nömrəli, xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən, “Satıcı” Bakı şəhəri, Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi, ev 46-da inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 5- C binada, 4 mərtəbədə 23 saylı mənzili “Alıcı”ya satmağı, “Alıcı” isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən, “Satıcı” binanın karkası və bütün hörgü işləri; Binanın fasadının layihədə razılaşdırılmış qaydada yerinə yetirilməsi; binanın daxilində və xaricində bütün suvaq işləri; Daxili elektrik xəttlərinin çəkilməsi; binanın fasadındakı plastik pəncərə və eyvan qapılarının ikiqat şüşə ilə qoyulması; mənzillərin ümumi qapılırının (metal-plastik)və qıfılların qoyulması; su, kanalizasiya və isitmə sistemlərində uyğun stoyakaların qoyulması və axıtmaya qarşı yoxlanılması; arakəsmələrin hörülməsi və suvanması; mənzilin qəbulu, təhvil-təslim haqqında, aktla həyata keçirilir, yanğınsöndürməyə qarşı su xəttinin və kranların quraşdırılması; bir ədəd sərnişin liftinin və bir ədəd yük liftinin alınması və quraşdırılması; Ərazinin tikinti tullantılarından təmizlənməsi; abadlıq işlərinin aparılması kimi tikinti-quraşdırma işlərini layihə sənədlərinə müvafiq olaraq qüsursuz və standartlara uyğun yüksək keyfiyyətlə yerinə yetirilmiş vəziyyətdə “Alıcı”ya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.2-ci bəndinə əsasən isə “Satıcı” öhdəlik götürür ki, inşa etdiyi binanı 40 ay müddətində təhvil verəcəkdir. Müqavilənin 2.2-ci bəndinə əsasən, “Alıcı” İddiaçı yuxarıda göstərilən yaşayış binasının 4 mərtəbəsində yerləşən, ümumi sahəsi 71.0 kv.m-dən ibarət olan, 1 otaqlı 23 saylı mənzilin sahəsinin hər kvadrat metri üçün 610 (Altı yüz on manat) olmaqla, cəmi 43.310 manat, ilkin ödəniş olaraq 18.000 (on səkkiz min) manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.2-ci bəndinə əsasən, “Alıcı” tam ödənişi ödədikdən sonra, mənzil “Alıcı”nın şəxsi mülkiyyətinə keçir. Müqavilənin 2.2.3-cü bəndinə əsasən, İşıq, qaz və su sayğaclarınin quraşdirilması, peyk antenasınin quraşdirilması, telefon çəkilişinin məbləğini “Alıcı”öz hesabına ödəyir. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Vüqar qızı tərəfindən ilkin ödəniş olaraq 36.000 (otuz altı min) manat ödənilmişdir. xx.xx.2013-cü il tarixli 37\38C nömrəli öhdəçilikdən görünür ki, İddiaçı Vüqar qızı tərəfindən ilkin ödəniş olaraq 36.000 (otuz altı min) manat ödənildikdən sonra qalan 50.620 manatı xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixənək hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MTK tərəfindən verilmiş arayışdan (müqavilə nömrəsi 38-D) görünür ki, Cavabdeh payçısı İddiaçı xx.xx.2015-ci il tarixdə kooperativə 3-C saylı binanın, 4-cü mərtəbəsində, 1 otaqlı, 23 saylı, 71.0 kv.metrlik, ümumi yaşayış sahəsinin tam dəyərini, 43.310 (qırx üç min üç yüz on) manatı ödəmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, İddiaçı kooperativin 3 saylı binası, 4-cü mərtəbə, 23 saylı mənzilin və sayğacların dəyərini tam ödəmişdir. Təmir üçün payçının evinin açarının verilməsi və təmir işlərinin aparılmasına icazə verilməsi xahiş edilmişdir. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli təmir müqaviləsinə əsasən, sakin İddiaçı aşağıdakı öhdəlikləri üzərinə götürmüşdür: 1. Təmir işləri saat 09.00-dan 18.00-a qədər aparılır, bazar və bayram günləri iş görülmür, bu haqda xahiş olunmur, (kəsici, deşici alətlərlə işi 10:00-dan aparır), 1.2. Şəxsi ve yük avtomobilini binanın girişində saxlamır, gətirdiyi tikinti materiallarını tez bir zamanda mənzilinə qaldırır və təyin olunmuş yükqaldırma haqqını ödəyir, 1.3. “Sakin” özünün ailə üzvlərinin, mənzildə işləyən işçilərin və sairələrinin təhlükəsiz-liyinə cavabdehdir, 1.4. Binanın texniki təhlükəsizliyinə xələl gətirə biləcək (fasad, rigel, kolon pilləkan qəfəsasi və s) işləri aparmır, dəymiş ziyanı 2 qat ödəyir və ya bərpa edir, 1.5. İşıq və su üçün (sayğac quraşdırılmayıbsa) razılaşdırılmış məbləğ əvvəlcədən ödənilir sanitar qovşaqdan müvəqqəti istifadə üçün unitaz qoyulur, 1.6. Elektrik şitinə, su, qaz xətlərinə, şaxta, havalandırma sisteminə və digər avadanlıqlara müdaxilə etmir.quraşdırılacaq kondisionerin yeri texniki nəzarətçi ilə razılaşdırılır, 1.7. Balkonları bağlamır, binanın fasadını korlaya biəcək işləri aparmır görünən yerdən paltar asmaq üçün ip bağlamır pəncərə çərçivələrinin sayını formasını, şüşələrin rəngini dəyişmir, tikinti qalıqlarını dəhlizə yığmır və tez bir zamanda aparır, 1.8. Dəhlizə metlaxın qoyulmasını, mənzilin giriş qapısının yerləşdiyi divarın kafellənməsini əvvəlcə qonşularla, sonra isə kooperativin rəhbərliyi ilə razılaşdırır, oğurluq və s neqativ hallara görə cavabdehlik daşıyır; 1.9. Mənzildə işləyən təmirçilərin öz aralarında, başqa şəxslərlə münasibətlərinə, oğurluq və s. neqativ hallara görə cavabdehlik daşıyır, 1.10. Təmirə girən gündən mənzilin ümumi sahəsinin hər bir kvadrat metri üçün 0.30 man olmaqla kommunal ödəniş edir, 1.11. Mənzilin içərisində edəcəyı dəyişiklikləri (otaqların sayının azaldıb çoxaldılması və başqa yükdaşımayan divarların yerinin dəyişilməsi) ofislə razılaşdırır, 1.12. Şəxsi əşyaların, mənzilin təmiri üçün materialların yük lifti, yükqaldırma avadan-lığıyla qaldırılmasını və vaxtını ofislə razılaşdırır, 1.13. Qaz xəttini hökmən Nizami r-n QİS-nin nəzarətçisinin razılığı ilə çəkir, qaz sayğacına müdaxilə etmir, cavabdehliyi özü daşıyır, 11.4. Mənzilin ümumi kanalizasiya borusuna (100 mm) qoşulan yerindən gələcəkdə borunun təmirini və s. İşləri görmək üçün "baxış pəncərəsi" qoyur, 1.15. Sayğaclar və sairə üçün müqavilədə göstərilən məbləği ən uzağı təmir başa çatanadək ödəyir, Müqavilənin 2-ci bəndinə əsasən, Cavabdeh MMC aşağıdakıları öhdəsinə götürmüşdür: 2.1. Təmir gedən müddətdə "Sakin" su və elektrik enerjisi ilə təmin olunur. ("Sakin" müvəqqəti sayğac qoyur), 2.2. "Sakini yukqaldırma qurğusu ilə təmin edir (otaq sayına görə ödəniş edilir), 2.3. Binanın mühafizəsini təmin edir (mənzildən olan oğurluq və başqa hallara cavabdeh deyil). "xxxx" MMC (“idarə edici”) ilə İddiaçı Vüqar qızı (“sahə mülkiyyətçisi”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli Xidmət müqaviləsinə əsasən, bu Müqaviləyə görə “İdarə edici” “Sahə mülkiyyətçisi”nə aşağıdakı kommunal xidmətlərin gösterilməsini təmin edir və aşağıdakı hüquqları həyata keçirir: 1. Sahə mülkiyyətçisinin təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini ondan tələb edir, 2. Binanın ümumi əmlakının saxlanması və təmiri məqsədi ilə xidmət və işlərin göstərilməsi üçün ixtisaslaşmış müəssisə və təşkilatlarla müqavilələr bağlayır, 3. Qazın, suyun, işığın fasiləsiz verilməsinə nəzarət edir, 4. Binanın, ərazinin təmizliyin və gigiyenik qaydalara əməl olunmasını təmin edir, zibilin mütəmadi daşınması işlərini həyata keçirir, 5. Liftin və su nasoslarının fasiləsiz işləməsina, texniki cəhətdən saz vəsiyyətdə olmalarına nəzarət edir, 6. Blokun, ərazinin və mərtəbələrin lazimi işıqlanmasını və təmizənməsini təmin edir, 7. Binanın damında, bloklarda və ərazidə cari təmir işlərini aparır. 8. Binada baş vermiş qəzalann aradan qaldırlması işini təşkil edir, 9. Binanın idarə edilməsi, saxlanması və kommunal xidmətlərinin göstərilməsi digər hüquqları həyata keçirir. "Sahə mülkiyyətçisi” isə binanın ümumi əmlakından istifadə edir, zəruri ehtiyac yarandıqda çoxmənzilli binaya suyun, qazın, elektrik və istilik enerjisinin verilişinin dayandırılması ilə bağlı İdarə ediciəyə yazılı müraciət edir, bu Müqavilə ilə müəyyən olunmuş hər ay üzrə ödəniş haqlarını “İdarə edici” tərəfindən təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödəyir, yaşayış (qeyriyaşayış) sahələrindən istifadə zamanı qanunvericiliklə müəyyən olunmuş sanitargigiyenik və texniki normalara əməl edir, ümumi əmlaka vurulmuş zərəri ödəyir, baxış keçirilməsi məqsədi ilə mülkiyyətində olan yaşayış sahəsinə daxil olmaq üçün idarəediciyə şərait yaradır, yaşayış və qeyri-yaşayış sahələrindən istifadə qaydalarına əməl edir, xidmət haqqını vaxtında ödəmədikdə hər geçikdirilən gün üçün 1 (faiz) dəbbə pulu ödəyir. Həmin Müqavilənin 2.8-ci bəndinə görə aylıq xidmət haqqı 0,35 manat müəyyən edilir. Həmin xidmət haqqı mövcud qiymətlər və şərait dəyişdikdə “İdarə edici” tərəfindən dəyişdirilir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********79-05301-093118 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, 2442-ci məhəllə, ev 46C, mənzil 23 (Yeni qaydalarla: AZ 1002, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 61,90 kv.m. olan mənzil xx.xx.2024-cü il tarixdə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı Vüqar qızı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun məzmunundan görünür ki, iddiaçı cavabdeh "xxxx" MTK-ya ödədiyi əlavə 5551 AZN pulun ödənilməsini xahiş etmiş, əks təqdirdə Azərbaycan Respublikasının qanunlarını əsas tutaraq məhkəmə və ya hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Cavabdeh MTK tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktubların məzmunundan müəyyən edilir ki, "xxxx" MTK ilə aralarında bağlanmış 19 Aprel 2013-cü il tarixli 37/C nömrəli müqavilə əsasında ünvan 5 ünvanda 5C yaşayış binasının faktik tikinti sahəsi 71,0 kv.m. təşkil edən bir otaqlı 23 saylı mənzili hər kvadrat metr üçün 610 manat olmaqla, cəmi 43.310 manat müqabilində tikilərək ona təhvil verilmişdir. Tikilmiş mənzilin sahəsi ilə bağlı narazılığı olduğu təqdirdə "xxxx" MTK-nın səlahiyyətli nümayəndəsinin, onun və mütəxəssisin iştirakı ilə ölçmə aparıla biləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2033 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, 1-ci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, 2442-ci məhəllədə inşa edilmiş 46C saylı evin, 23 saylı (Yeni qaydalarla: ünvan 4 mənzilin ümumi sahəsinin 62,8 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. 2-ci sual üzrə: Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, 2442-ci məhəllədə inşa edilmiş 46C saylı evin, 23 saylı (Yeni qaydalarla: ünvan 4 mənzilin ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı, şaxtalar nəzərə alınmadan sahəsinin 66,8 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. 4-cü sual üzrə: Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, 2442-ci məhəllədə inşa edilmiş 46C saylı evin, 23 saylı (Yeni qaydalarla: ünvan 4 mənzilin ümumi sahəsi bayır və ara divarlarının, arakəsmələrin, dəhliz və eyvanların sahəsi, şaxtalar, habelə yardımçı sahə nəzərə alınmaqla sahəsinin 76,9 kv.metr, həmin mənzilin ümumi sahəsi çöl divarların ortasından hesablanmaqla 71,0 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. 4-cü sual üzrə: Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, 2442-ci məhəllədə inşa edilmiş 46C saylı evin, 23 saylı (Yeni qaydalarla: ünvan 4 mənzilin faktiki sahəsi (66,8 kv.metr) ilə müqavilə şərtləri nəzərə alınmaqla müqavilədə nəzərdə tutulmuş sahəsi (71.0 kv.metr) arasında 4,2 kv.metr fərq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən, İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən, İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.2-ci mad.). 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 752.1-ci maddəsinə əsasən, Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən, Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.3-cü maddəsinə əsasən, Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 776.1-ci maddəsinə əsasən, Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. 776.2-ci maddəsinə əsasən, Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd edilmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.” “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair” 19 iyun 2025ci il. Qərarında qeyd olunmuşdur ki, “...şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqların bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üstüstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Mülki Məcəllənin 377-ci maddəsinin müddəaları öhdəliklərin icra edilməməsinə görə maraqlı şəxsin tələb irəli sürməsi üçün iddia müddətinin axımının əsaslarını və qaydalarını tənzimləyir. Mülki Məcəllənin iddia müddətinin axımının başlanması ilə bağlı ümumi qaydanın müəyyən olunduğu 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Göründüyü kimi, qanunverici əmlak və şəxsi qeyri-əmlak hüquqlarının müdafiəsi ilə bağlı tələb hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə əlaqələndirilmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 29 iyul tarixli Qərarı). Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal dedikdə isə elə hallar nəzərdə tutulur ki, şəxsin bu barədə məlumatının olmaması həyatın normal axarına uyğun gəlməməklə mümkünsüz olur. Bu istər müqavilə, istərsə də qeyri-müqavilə münasibətləri ilə bağlı hüququ pozulmuş şəxsin hüququnun müdafiəsi üçün tətbiq edilən müddətin başlanmasının ümumi qaydasıdır. Həmçinin Mülki Məcəllənin 377-ci maddəsinin digər normalarında müvafiq müqavilə öhdəliklərinin icra müddətinin şərtləri nəzərə alınmaqla, iddia müddətinin axımının başlanmasının xüsusi qaydaları öz əksini tapmışdır. Belə ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (Mülki Məcəllənin 377.2 və 377.3-cü maddələri). Öhdəliklərin icra müddəti ilə bağlı qanunvericiliyin tələblərinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin (Mülki Məcəllənin 427.1, 427.2, 427.4-cü maddələri). Qeyd olunanlara əsasən belə nəticəyə gəlinir ki, icra müddəti müəyyənləşdirilmiş müqavilə öhdəlikləri üzrə bu müddətin bitdiyi, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə isə Mülki Məcəllənin 427.2 və 427.4-cü maddələrində göstərilən müddətlərin bitdiyi gün öhdəlik icra olunmamışdırsa, həmin gün artıq kreditorun öz hüquqlarının pozulduğunu bilməli olduğu tarixdir. Həmin günün ertəsi günü isə kreditorun müqavilə üzrə hüquqlarının müdafiəsi üçün tələb hüququna münasibətdə iddia müddətinin axımı başlamış olur.” Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" MTK (“satıcı”) ilə İddiaçı (“alıcı”) arasında 38\C nömrəli, xx.xx.2013-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, əsasən, “Satıcı” Bakı şəhəri, Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi, ev 46-da inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 5-C binada, 4 mərtəbədə 23 saylı mənzili “Alıcı”ya satmağı, “Alıcı” isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MTK tərəfindən verilmiş arayışdan (müqavilə nömrəsi 38-D) görünür ki, Cavabdeh payçısı İddiaçı xx.xx.2015-ci il tarixdə kooperativə 3-C saylı binanın, 4-cü mərtəbəsində, 1 otaqlı, 23 saylı, 71.0 kv.metrlik, ümumi yaşayış sahəsinin tam dəyərini, 43.310 (qırx üç min üç yüz on) manatı ödəmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı mənzilə dair hüquqlarını dövlət qeydiyyatına aldırmış və ona Çıxarış verilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilin müqavilə ilə çıxarışda qeyd olunan sahə fərqinə görə tərəfindən cavabdehə artıq ödənilmiş pulun ona verilməsini tələb etmişdir. Cavabdeh məhkəməyə iddia tələbinin tətbiq edilməsi barədə ərizə verərək, iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından bəlli olmuşdur ki, iddiaçı mənzilin dəyərini tam ödəmiş və xx.xx.2016-cı il tarixdə mənzildə təmir işlərinə başlamışdır. Məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının pozulduğunu iddia etdiyi gün də həmin tarixdən hesablanmalıdır. Belə ki, iddiaçı mənzili faktiki olaraq təhvil aldıqdan və mənzildə təmirə başladığı andan hüquqlarının pozulduğunu bilməli idi. Göründüyü kimi, iddiaçı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə yəni, qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Habelə məhkəməyə iddia müddətinin üzrsüz səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Mülki qanunvericiliyin tələblərinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia müddəti keçdiyindən və iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddia müddətinin ötürülməsi ilə əlaqədar iddia tələbi təmin edilmədiyindən məhkəmə iddianın əsaslı olub-olmaması məsələsini araşdırmır. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələyə münasibətdə məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki (inşaat) ekspertizasının dəyəri olan 100 (bir yüz) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı "pul" tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki (inşaat) ekspertizasının dəyəri olan 100 (bir yüz) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE **********00********) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-1556/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1556/2025
11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver