Məhkəmə qərarları › İş №2(004)-1569/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1569/2023

01.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1569/2023 01.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı İsmayil qızının cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və "xxxx" ASC-yə qarşı "hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İsmayil qızı cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və "xxxx" ASC-yə qarşı "hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus və mülkiyyətçisi olduğu Bakı şəhir, Binəqədi rayonu, Binəqədi şossesi, 16 saylı evin 64 saylı yeganə mənzilinə dair qanunsuz olaraq keçirdiyi hərracın nəticələri haqqında Cavabdeh2 MMC rəhbərliyinin direktrou Vidadi Nuriyevin onu məlumatlandırmadan, özünə almaq üçün təklif etmədən və dəvət etmədən, üç dəfə ucuz qiymət hesablamaqla keçirdikləəri hərracın yekunları barədə portokolu, hərracın yekunları barədə alqı-satqı müqaviləsini etibarsız hesab edilməsi, cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edərək mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 16 saylı evin 64 saylı mənzilinə dair Cavabdeh3 ASCnin hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsi və onun mülkiyyətində olan mənzilə aid sənədləşmənin əvvəlki hüquqi vəziyyətinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 ASC ona qarşı 16 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 25453,77 ABŞ Dolları əsas, 37274,22 ABŞ dolları faiz, 3323,68 ABŞ Dolları cərimə kredit müqaviləsi xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1490,7 ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 67542,37 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 64 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun ünvan 2 ünvanında yerləşən 64 saylı mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına Cavabdeh3 ASC-yə ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 64 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra İddiaçı, X1 və X2 həmin mənzildən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nigar Nəbizadə iddiaçı Cavabdeh3 ASC-nin qanunsuz iddia tələbini icraata götürməklə, ədalətsiz olaraq əlehinə bankın mənafeyi baxımından araşdırma aparılaraq bu müddət ərzində ödənişlərinin olmasını, yalnız devolivasiyadan sonra iş yerlərinin bağlanması nəticəsində gecikmələrinin yaranmasını, bu mənzilin yeganə mülkiyyətindəki mənzil olması kimi amilləri heçə sayaraq Cavabdeh3 ASC-nin qanunsuz iddia tələbini icraata götürülərək ədalətsiz olaraq əlehinə bankın mənafeyi baxımından araşdırma aparılaraq bu müddət ərzində ödənişlərinin olması, yalnız devolivasiyadan sonra iş yerlərinin bağlanması nəticəsində gecikmələrinin yaranmasını, bu mənzilin yeganə mülkiyyətindəki mənzil olması kimi amilləri heçə sayaraq Cavabdeh3 ASC-nin bütün tələblərini qanunsuz olaraq 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmişdir. Halbuki işə baxan hakim bankın sifarişi ilə dəfələrlə ekspertiza keçirmiş, bankın şişirdərək tələbində yazdığı rəqəmlərə heç bir dəyişiklik etmədən sanki notariat rolunu oynayaraq bankın onun üzərinə yazdığı şişirdilmiş rəqəmləri qətnamə ilə təsdiqləmişdir. Həmin qətnamə üzrə 16 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 23942,92 ABŞ Dolları əsas, 37067,87 ABŞ dolları faiz, 382,06 ABŞ Dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1197,15 ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 62590 ABŞ Dolları məbləğində borcun, ödənilmiş məhkəmə xərclərinin 55,60 manat hissəsinin tutulması, tutmanın İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 64 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və mənzilin ilkin satış qiyməti 89550 manat müəyyən edilməsi, borcun ünvan 1 ünvanında yerləşən 64 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına Cavabdeh3 ASC-yə ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada tutulması, İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 64 nömrəli mənzilinə yönəldikdən və o satıldıqdan 1 ay sonra mənzil boşaldılsaın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının xərcləri 200 manat və ekspertiza mərkəzinə 200 manat ödənilməsi qət edilmişdir. Məhkəmə hakimi iddia tələbinə bu cür qanunsuz və ədalətsiz yanaşmaqla onsuz da ağır olan vəziyyətin daha acınacaqlı olmuş, həmin qətnamə ilə həm ödədiyi pullar əlindən çıxmış, həm də övladlarının, hazırda hərbi xidmətdə olan oğlunun və onun təmir etdirdiyi yeganə yaşadığı mənzildən məhrum edilmə təhlükəsi ilə üz-üzə qalmışdır. Həmin qətnamədən narazı qaldığından apellyasiya şikayəti verərək sözügedən qanunsuz və ədalətsiz qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(103)-1519/2022 saylı qətnaməsi ilə 16 dekabr 2014-cü il tarixli Cavabdeh3 ASC-nin onu borclandırdığı 37067,87 ABŞ Dolları faiz borcu, 5358,48 ABŞ dollarına endirilərək, cərimə yazılmış 382,06 ABŞ Dolları 1500 ABŞ dolları müəyyən etməklə qətnamədə dəyişikliklər etmişdir. Hazırda həmin qətnamə qanuni qüvvəsini almış və Cavabdeh1nə icra olunması üçün göndərilmişdir. Bütün bu müddət ərzində baxmayarq ki, Cavabdeh3 ASC qərəzlilik nümayiş etdirərək onu məhkəməyə vermiş, artıq faizlər və dəbbə pulları üzərinə yazmış, bütün bunlara baxmayaraq həmin məhkəmələr müddətinə o az da olsa ödənişlər edib, borcunu minimuma endirməyə çalışmışdır. Cavabdeh3 ASC-ni ünvan 1 ünvanında yerləşən 64 nömrəli mənzilini hərraca çıxaracağı, ailə üzvlərini küçəyə atacağı kimi təzyiqlər edərək, hazırda isə icra məmurları və hərrac mərkəzi adından zənglər edərək ona və ailə üzvlərinə evi boşaltmaq və evdən çıxmaq üçün müxtəlif təzyiqlər edirlər. Cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 ASC-nin rəhbərliyi və əməkdaşları onun xəbəri olmadan 2022-ci ilin dekabr ayında keçirdikləri hərracın yekunları barədə protokol və alqı-satqı barədə sənədləşmələrdə ünvan 1 ünvanında yerləşən 64 nömrəli mənzilini 57088.13 manat dəyəndirərək satıb, Cavabdeh3 ASC-nin mülkiyyətinə keçməsinə razılıqlarını ifadə edərək onun əvvəlcə ödədiyi 54000 manat, məhkəmələr müddətində ödədikləri pulları havaya sovuraraq əsassız varlanmaqla ona və ailə üzvlərinə qarşı düşmən kimi davranaraq mənzili mənimsəmək üçün bütün vasitələrdən istifadə etmişlər. Onun mülkiyyətində olan və ona məxsus ünvan 1 ünvanında yerləşən 64 nömrəli mənzilinin real satış qiyməti, təmiri də daxil olmaqla 130000 manat olsa da, hərracı keçirən hərracın təşkilatçısı Cavabdeh2 MMC rəhbərliyinin direktoru Vidadi Nuriyev cavabdehlərin sifarişi ilə keçirdiyi hərrac barədə ona ümumiyyətlə məlumat verilməmişdir. Hətta ünvan 1 ünvanında yerləşən 64 nömrəli mənzilinə dair hərracın keçiriləcəyi gün barədə belə xəbərdar edilməmişdir. Hətta məhkəmə mübahisələri davam etdiyindən gələcəkdə keçirilə biləcək hərrac gününün təxirə salınaraq ona keçiriləcəyi gün barədə məlumat verilməsini xahiş etmişdir. Bu səbəblərdən cavabdehlərin sifarişləri və birbirləri ilə əlbir olmaları səbələrindən hərracda iştirak etmək hüququndan dolyaı yolla məhrum edilmişdir. Hərrac keçirilərkən mülkiyyətindəki mənzilin müxtəlif qanunsuzluqlara yol verilməklə onu məlumatlandırmadan, mənzilin mülkiyyətçisi olaraq ona və ailə üzvlərinə təklif edilmədən mənimsənilməsi və yeganə təmirli mənzilin satış qiymətinin bazar dəyərindən ən azı 3 dəfə aşağı qiymətləndirilmişdir. Əmlak qiymətləndirərkən cavabdeh "xxxx" ASC-nin rəhbərliyinin maraqları nəzərə alınaraq həddin artıq aşağı qiymət yazılmış, Bakı şəhəri, Binəqədi şossesi, 16 saylı evin 64 saylı mənzilinin satış qiyməti Cavabdeh2 MMC rəhbərliyinin direktoru tərəfindən həddindən artıq ucuz qiymət olan 57088,13 manat kimi yazılması və evin "xxxx" ASC tərəfindən çox ucuz qiymətə satın alınması Cavabdeh2 MMC rəhbərliyinin direktoru, Cavabdeh1 və "xxxx" ASC-nin rəhbərliyi tərəfindən xəbəri olmadan əlindən alınması azmı kimi, indi də aillə üzvlərinin evdən çıxarılmasına təzyiqlər göstərilməsi ədslətsiz və qanunsuzdur. Cavabdehlərin bugünədək Bakı şəhəri, Binəqədi şossesi, 16 saylı evin 64 saylı mənzilinə görə ödədiyi pullar nəzərə alınmayıb. Ən azından cavabdeh "xxxx" ASC-nin ona şişirdilmiş faiz və dəbbə pulu yükləməsi yeganə mənzilini mənimsəmək arzusunda olmasıdır. Cavabdeh "xxxx" MMC məhkəməyə etirazla müraciət edərək iddia tələbinin təmin olunmamasını məhkəmədə xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, bеlə ki, hazrıki etiraz mülahizələrinə əlavə еdilən Bakı şhəri Вinəqədi rayon iсrа şöbəsindən "Əmlаk Нərrас Мərkəzi" ММС-уə ünvanlanmış 17/68-13 526З-16 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubundan görünür ki, Bakı şəhəri Binəqədi rауоn məhkəməsinin 2(001)-2688/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, ilkin satış dəyəri 89.550 manata olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Вinəqədi şossesi ünvanında yerləşən 16 nömrəli evin 64 saylı mənzilinin açıq hərrасdа satılması "xxxx" ММС-уə sifariş olunmuşdur. Sözügedən hərrас sifarişi üzrə ilkin hərracın kеçirilməsi 18 nоуаbr 2022-ci il, saat 11:00 təуin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, о cümlədən borclu Əliyeva Хurаmаna, eləcə də tələbkar "xxxx" ASC-yə bildirş göndərilmişdir. ilkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan "Birjanyus" internet informasiya Ehtiyatında dərc olunmuş və həmin elan eyni zamanda hərrас təşkiatçısının rəsmi internet səhifəsində da yerləşdirilmişdir. Hazırkı etiraza əlavə еdilən hərracın baş tutmamasına dair" 18 nоуаbr 2022-ci il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tаriхə təуin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 18 nоуаbr 2022-ci il tаriхinə təyin edilmiş hərrас baş tutmadığından həmin mənzil ilkin satış qiуmətindən 15% aşağı qiуmətə, yəni 76.117,5 manata olmaqla, 06 dekabr 2022-ci il tarixə, saat 11:00-ə təkrаr açıq hərrаса çıxarılmış və təkrаr hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan "Birjanyus" internet infоrmаsiуа Ehtiyatında dərс olunmuş və həmin elan həmçinin hərrас təşkilatçısının rəsmi internet səhifəsində də yerləşdirilmişdir. Eyni zamanda qeyd edir ki, sözügedən tаriхə təyin edilmiş ilkin hərrас hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Hərracın təşkilatçısı tərəfindən xx.xx.2022-ci il tarixə, saat 11:00-ə təyin edilmiş hərracın baş tutmaması barədə məlumаt "Birjanyus" internet informasiya Ehtiyatında və hərracın təşikatlçısının rəsmi internet səhifəsində də dərс olunmuşdur. Hazırkı etiraza əlavə edilən "təkrаr hərracın kеçirilməsinı dair', xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, təkrаr hərrас barədə tərəflərə müvafiq məlumat verilmişdir. Hazırkı etiraza əlavə edilən "hərracın baş tutmamasına dair'' 06 dekabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, 06 dekabr 2022-ci il tаriхinə təyin edilmiş təkrar açıq hərrас da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Тəkrаr hərracın baş tutmamasına dair məlumаt xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərrасın təşikatçısının rəsmi internet səhifəsində də yerləşdirilmişdir. Hazırkı etiraza əlavə edilən xx.xx.2022-ci il tarixli, ******* saylı "ipoteka predmetinin əldə olunmasına dair" təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti "ipoteka haqqında" Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun оlаrаq təkrаr hərracdakı satış qiymətindən 25% aşağı qiуmətə ipotekasaxlayana təklif olunmuşdur. ipoteka saxlayan "xxxx" ASC 08 dekabr 2022-ci il tarixli, KBD 13094 nömrəli məktubla ipoteka predmetini təklif еdilən 57.088,13 manat məbləğində əldə еdilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən "ixtisaslaşdırılmış Əmtəə Birjası" nəzdində "xxxx" MMC tərəfindən 1З.12.2022-сi il tarixli, 276/22 saylı "Açıq hərracın Yekunları barədə Protokol" tərtiЬ еdilərək təsdiq olunmuş və həmin рrоtоkоl növbəti tədbirlərin təmin edilməsi məqsədilə "xxxx" MMC-nin ******* saylr, xx.xx.2022-ci il tarixli məktubuna qoşma ilə sifarişçi iсrа şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İddiaçı İsmayil qızı elektron formada ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbini müdafiə edir və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-2688/2021 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı “Yelo Bank" ASC-nin xeyrinə 16 dekabr 2014-cü il tarıxli kredit müqaviləsi üzrə 23.942,92 ABŞ dolları əsas, 37.067,87 ABŞ dolları faiz, 382,06 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1197,15 ABŞ dolları məbləğində çıxmış fayda olmaqla, cəmi 62590 (altmış iki min beş yüz doxsan) ABŞ dolları məbləğ borcun məzənnə üzrə manatla tutulması, tutmanın X3 mülkiyyətində olan ünvan 5ənzil ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməsi, mənzilin açıq hərrac dan satılması və mənzilin ilkin satış qiymətinin 89550 (səksən doqquz min beş yüz əlli) manat müəyyən edilməsi, satışdan əldə olunan pul vəsaiti hesabına borc məbləğinin iddiaçı Cavabdeh3 ASC-yə ödənilməsi və həmin vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdeh İddiaçı ümumi qaydada tutulması, daşınmaz əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 (bir) ay sonra mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Daha sonra həmin qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayəti vermişdirlər. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1519/2022 saylı qətnaməsinə əsasən tərəflərin apellyasiya şikayətləri qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-2688/2021 saylı qətnaməsi cavabdeh İddiaçı “Yelo Bank" ASC-nin xeyrinə 16 dekabr 2014-cü il tarıxli kredit müqaviləsi üzrə 37.067,87 ABŞ dolları faiz, 382,06 ABŞ dolları cərimə borcunun tutulması hissəsində dəyişdirilməsi və cavabdeh İddiaçı İsmayil qızındantutulacaq faiz borcunun məbləği 5358,48 ABŞ Dolları, cərimə borcunun məbləği isə 1500 ABŞ Dolları müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-2688/2021 saylı qətnaməsi xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almış və 16 iyun 2022-ci il tarixdə icra sənədi verilmişdir. Azərbaycan Respublikası Ədliyyə nazirliyi Cavabdeh1 xx.xx.2022-ci il tarixli xx/xx- 135263-16 saylı məktubundan görünür ki, hərracın keçirilməsi haqqında sifariş Azərbaycan Respublikası Ədliyyə nazirliyi İcra Baş İdarəsinə, "xxxx" ASC, "xxxx" MMC və İddiaçı İsmayil qızına göndərilmişdir. Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzi tərəfindən hərracın baş tutmamasına dair 18 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-2688/2021 saylı icra vərəqəsinə əsasən Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xx/xx- 135263-16 saylı sifarişi üzrə tələbkar "xxxx" ASC tərəfindən yüklü edilmiş İddiaçı İsmayil qızına məxsus Bakı şəhəri, Binəqədi şossesi, 16 saylı evin 64 saylı mənzilin açıq hərracda satışının keçirilməsi üçün ilkin hərrac 18 noyabr 2022-ci il tarixə saat 11:00-ə təyin edilmişdir. Göstərilən hərracın keçirilməsinin tarixi və yeri barədə kütləvi informasiya vastəsi statusu olan “Birjanyus” internet informasiya ehtiyatında eləcə də, "xxxx" MMC-nin rəsmi internet satında elan verilməklə maraqlı tərəflərə hərracın keçirilməsinə dair bildiriş göndərilmişdir. 18 noyabr 2022-ci il, saat 11:00-a təyin edilmiş hərracda iştirak etmək üçün müraciət daxil olmamışdır. Odur ki, 18 noyabr 2022-ci il tarixə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Binəqədi rayon İcra şöbəsi tərəfindən İddiaçı İsmayil qızına və "xxxx" ASC-yə göndərilən təkrar hərracın keçirilməsinə dair bildirişdən görünür ki, təkrar hərrac 06 dekabr 2022-ci il tarixdə saat 11:00-da keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzi tərəfindən hərracın baş tutmamasına dair 06 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-2688/2021 saylı icra vərəqəsinə əsasən Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xx/xx- 135263-16 saylı sifarişi üzrə tələbkar "xxxx" ASC tərəfindən yüklü edilmiş İddiaçı İsmayil qızına məxsus Bakı şəhəri, Binəqədi şossesi, 16 saylı evin 64 saylı mənzilin açıq hərracda satışının keçirilməsi üçün təkrar hərrac 06 dekabr 2022-ci il tarixə saat 11:00-ə təyin edilmişdir. 06 dekabr 2022-ci il, saat 11:00-a təyin edilmiş hərracda iştirak etmək üçün müraciət daxil olmamışdır. Odur ki, 06 dekabr 2022-ci il tarixə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Azərbaycan Respublikası Əmlak Hərrac Mərkəzi tərəfindən "xxxx" ASC-yə verilmiş ipoteka predmetinin əldə edilməsi barədə təklifdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-2688/2021 saylı icra vərəqəsinə əsasən Binəqədi rayon İcra şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xx/xx-135263-16 nömrəli sifarişi üzrə ipoteka ilə yüklü edilmiş İddiaçı İsmayil qızına məxsus Bakı şəhəri, Binəqədi şossesi, 16 saylı evin 64 saylı mənzilin təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətə əldə edilməsi təklif edilmişdir. İpoteka predmeti olan Bakı şəhəri, Binəqədi şossesi, 16 saylı evin 64 saylı mənzilinin təkrar hərracdakı satış qiyməti olan 76117,5 manatın 25% az olmayan qiyməti 57088 manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Hərrac Mərkəzi tərəfindən "xxxx" ASC-yə verilmiş təklif İddiaçı İsmayil qızı və Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə göndərilmiş 08 dekabr 2022-ci il tarixli KBD13094 nömrəli məktubdan görünür ki, borclu İddiaçı İsmayil qızına məxsus Bakı şəhəri, Binəqədi şossesi, 16 saylı evin 64 saylı mənzilinə dair təklifi 57088.13 manat olmaqla bank tərəfindən qəbul edilməsinə razılığını bildirmişdir. Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzi tərəfindən açıq hərracın yekunları barədə 276/22 saylı 13 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-2688/2021 saylı icra vərəqəsinə əsasən Binəqədi rayon İcra şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xx/xx-135263-16 saylı sifariş üzrə borclu İddiaçı İsmayil qızına məxsus Bakı şəhəri, Binəqədi şossesi, 16 saylı evin 64 saylı mənzili təkrar hərracdakı satış dəyərinin 25%-indən az olmamaqla xx.xx.2022-ci il tarixli 2467/2022 saylı ipoteka predmetinin əldə edilməsi barədə məktubla ipoteka saxlayan "xxxx" ASC tərəfindən 57088,13 manata alınmışdır. Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzi tərəfindən Binəqədi rayon İcra şöbəsi, İddiaçı İsmayil qızı və "xxxx" ASC-yə 13 dekabr 2022-ci il tarixdə göndərilən 2518/2022 saylı məktubdan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-2688/2021 saylı icra vərəqəsinə əsasən Binəqədi rayon İcra şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xx/xx-135263- 16 saylı sifariş üzrə borclu İddiaçı İsmayil qızına məxsus Bakı şəhəri, Binəqədi şossesi, 16 saylı evin 64 saylı mənzili təkrarhərracdakı satış dəyərinin 25%-indən az olmamaqla xx.xx.2022-ci il tarixli 2467/2022 saylı ipoteka predmetinin əldə edilməsi barədə məktubla ipoteka saxlayan "xxxx" ASC-yə təklif olunmuşdur. İpoteka saxlayan "xxxx" ASC 08 dekabr 2022-ci il tarixli KBD 13094 saylı məktubla ipoteka predmetini təklif edilən 57088,13 manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən "xxxx" MMC tərəfindən 13 dekabr 2022-ci il tarixdə hərracın yekunları barədə 276/22 saylı protokol tərtib olunmuşdur. Hazırda İddiaçı İsmayil qızı hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-2688/2021 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı “Yelo Bank" ASC-nin xeyrinə 16 dekabr 2014-cü il tarıxli kredit müqaviləsi üzrə 23.942,92 ABŞ dolları əsas, 37.067,87 ABŞ dolları faiz, 382,06 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1197,15 ABŞ dolları məbləğində çıxmış fayda olmaqla, cəmi 62590 (altmış iki min beş yüz doxsan) ABŞ dolları məbləğ borcun məzənnə üzrə manatla tutulması, tutmanın X3 mülkiyyətində olan ünvan 5ənzil ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməsi, mənzilin açıq hərracdan satılması və mənzilin ilkin satış qiymətinin 89550 (səksən doqquz min beş yüz əlli) manat müəyyən edilməsi, satışdan əldə olunan pul vəsaiti hesabına borc məbləğinin iddiaçı Cavabdeh3 ASC-yə ödənilməsi və həmin vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdeh İddiaçı ümumi qaydada tutulması, daşınmaz əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 (bir) ay sonra mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Daha sonra həmin qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayəti vermişdirlər. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1519/2022 saylı qətnaməsinə əsasən tərəflərin apellyasiya şikayətləri qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-2688/2021 saylı qətnaməsi cavabdeh İddiaçı “Yelo Bank" ASC-nin xeyrinə 16 dekabr 2014-cü il tarıxli kredit müqaviləsi üzrə 37.067,87 ABŞ dolları faiz, 382,06 ABŞ dolları cərimə borcunun tutulması hissəsində dəyişdirilməsi və cavabdeh İddiaçı İsmayil qızındantutulacaq faiz borcunun məbləği 5358,48 ABŞ Dolları, cərimə borcunun məbləği isə 1500 ABŞ Dolları müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə nazirliyi Cavabdeh1 xx.xx.2022-ci il tarixli xx/xx-135263-16 saylı məktubu ilə hərracın keçirilməsi haqqında sifariş Azərbaycan Respublikası Ədliyyə nazirliyi İcra Baş İdarəsinə, "xxxx" ASC, "xxxx" MMC və İddiaçı İsmayil qızına göndərilmişdir. Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzi tərəfindən hərracın baş tutmamasına dair 18 noyabr 2022-ci il tarixli protokola əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-2688/2021 saylı icra vərəqəsinə əsasən Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xx/xx-135263-16 saylı sifarişi üzrə tələbkar "xxxx" ASC tərəfindən yüklü edilmiş İddiaçı İsmayil qızına məxsus Bakı şəhəri, Binəqədi şossesi, 16 saylı evin 64 saylı mənzilin açıq hərracda satışının keçirilməsi üçün ilkin hərrac 18 noyabr 2022-ci il tarixə saat 11:00-ə təyin edilmişdir. Göstərilən hərracın keçirilməsinin tarixi və yeri barədə kütləvi informasiya vastəsi statusu olan “Birjanyus” internet informasiya ehtiyatında eləcə də, "xxxx" MMC-nin rəsmi internet satında elan verilməklə maraqlı tərəflərə hərracın keçirilməsinə dair bildiriş göndərilmişdir. 18 noyabr 2022-ci il, saat 11:00-a təyin edilmiş hərracda iştirak etmək üçün müraciət daxil olmamışdır. Odur ki, 18 noyabr 2022-ci il tarixə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Binəqədi rayon İcra şöbəsi tərəfindən İddiaçı İsmayil qızına və "xxxx" ASC-yə göndərilən təkrar hərracın keçirilməsinə dair bildirişdən görünür ki, təkrar hərrac 06 dekabr 2022-ci il tarixdə saat 11:00-da keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzi tərəfindən hərracın baş tutmamasına dair 06 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, 06 dekabr 2022-ci il tarixə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Azərbaycan Respublikası Əmlak Hərrac Mərkəzi tərəfindən "xxxx" ASC-yə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(001)-2688/2021 saylı icra vərəqəsinə əsasən Binəqədi rayon İcra şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xx/xx-135263-16 nömrəli sifarişi üzrə ipoteka ilə yüklü edilmiş İddiaçı İsmayil qızına məxsus Bakı şəhəri, Binəqədi şossesi, 16 saylı evin 64 saylı mənzilin təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətə əldə edilməsi təklif edilmişdir. İpoteka predmeti olan Bakı şəhəri, Binəqədi şossesi, 16 saylı evin 64 saylı mənzilinin təkrar hərracdakı satış qiyməti olan 76117,5 manatın 25% az olmayan qiyməti 57088 manat təşkil edir. Həmçinin Azərbaycan Respublikası Əmlak Hərrac Mərkəzi tərəfindən "xxxx" ASC-yə verilmiş təklif İddiaçı İsmayil qızı və Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzi tərəfindən açıq hərracın yekunları barədə 276/22 saylı 13 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-2688/2021 saylı icra vərəqəsinə əsasən Binəqədi rayon İcra şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xx/xx-135263-16 saylı sifariş üzrə borclu İddiaçı İsmayil qızına məxsus Bakı şəhəri, Binəqədi şossesi, 16 saylı evin 64 saylı mənzili təkrar hərracdakı satış dəyərinin 25%-indən az olmamaqla xx.xx.2022-ci il tarixli 2467/2022 saylı ipoteka predmetinin əldə edilməsi barədə məktubla ipoteka saxlayan "xxxx" ASC tərəfindən 57088,13 manata alınmışdır. Məhkəmə iddia ərizəsi və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri, Binəqədi şossesi, 16 saylı evin 64 saylı mənzilinə dair hərracın keçirilməsinin tarixi və yeri barədə İddiaçı İsmayil qızına məlumat göndərilmiş, həmçinin kütləvi informasiya vasitəsi statusu olan “Birjanyus” internet informasiya ehtiyatında eləcə də, "xxxx" MMC-nin rəsmi internet saytında elan verilmişdir. Odur ki, iddia ərizəsində göstərilən hərrac keçirilərkən iddiaçının məlumatlandırılması və ya iddiaçının hərracın keçirilməsindən xəbərsiz olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, tədqiq olunmuş sübutlarla əksi təsdiq olunaraq, qeyd olunan hərraclarla bağlı bildirişlərin qanunla nəzərdə tutulmuş qaydada ipoteka qoyana təqdim olunması təsdiq edilmişdir. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə gedişatında hərracın yekunları barədə protokolun etibarsızlığına dəlalət edən hər hansı bir əsas aşkar edilməmişdir. Məcəllənin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı İsmayil qızının cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və "xxxx" ASC-yə qarşı "hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İsmayil qızının cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və "xxxx" ASC-yə qarşı "hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğinə dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar