Məhkəmə qərarları › İş №2(004)-1582/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1582/2021

02.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1582/2021 02.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı oğlunun iştirak ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020ci il tarixli aktı üzrə dəymiş ziyan kimi yazılmış 464.40 manat pul borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh istifadəsində və sahibliyində olan ünvan 1 V ünvanında yerləşən mənzilinə dair qazdan istifadə edilməsi bardə sayğac quraşdırılmış, daim normal vəziyyətdə işləmiş və ödənişlər sərfiyyata uyğun vaxtında ödənilmişdir.Mənzilə quraşdırılmış sayğac xx.xx.2020ci il tarixində oğurlanmışdır. xx.xx.2020-ci il tarixdə qaz sayğacının tapıldığını və bu barədə Yasamal Rayon Məhkəməsinə çağırmışlar. Sayğacını oğurlayan şəxsdən sayğacını alıb verdilər. Cavabdehin əməkdaşları isə ona yeni sayğac quraşdırdılar və oğurlanmış qaz sayğacını aparmışlar. Bir müddət kəçəndən sonra 2020-ci ilin dekabr ayında qaz kartına pul köçürəndə görmüşdür ki, yüklənən pul məbləğində müəyyən miqdarda pul silindi. Bu zaman o, ASAN xidmət mərkəzinə yaxınlaşmış və maraqlananda akt tərtib edildiyini və bu səbəbdən borc yazıldığını bildirdilər. Həmin aktı və zərərin bərpasına dair tələbnamə verdilər xx.xx.2020-ci il tarixli aktı oxuyanda görmüşdür ki, qaz sayğacının klapanının işləmədiyini yazmışdılar. O, bunun əsassız olduğunu və sayğacın məhkəmədən götürülən kimi onların əməkdaşlarının apardığını və vurulmuş ziyanla bağlı ona yazılmış borcun silinməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh isə cavab yazaraq dəymiş ziyan kimi 464.40 manat pul məbləğinin hissə-hissə ödənilməsini bildirmişdir. Həmin borc əsassız olaraq hesablanaraq yazılmışdır. Beləki, sayğac oğru tərəfindən zədələndirilməsi araşdırılmadan və ya zədənin olub-olmamasını onun iştirakı ilə müəyyən edib hər hansı protokol tərtib edilməmişdir. Bütün bunlara baxmayaraq hazırda cavabdeh ondan 464.40 manat borc olmaqla əsassız pul tələb edir və kartında həmin borcu hissəhissə silməklə davam edir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən xx.xx.2019-cu il tarixli Cavabdeh İB Qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-01575 saylı aktından görünür ki, Metrologiya Departamentinin, Sayğacların müayinəsi laboratoriyasına aparılmış Fransa istehsalı G4 markalı smart-kart tipli qaz sayğacı xx.xx.2019-cu il tarixində Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. xx.xx.2019-cu il tarixdə tərtib edilmiş Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktından görünür ki, Cavabdeh İB-nin 29/1710-01575 nömrəli aktına əsasən abonent kodu: 1302AQ**********6 nömrəli sayğacın neapanı işlək deyil. ` xx.xx.2021-ci il tarixli müraciətə baxılması barədə məktubdan görünür ki, smart itron tipli G-4 markalı 1302AQ**********6 nömrəli qaz sayğacının yeni smart tipli G-4 markalı **********7 nömrəli qaz sayğacı ilə əvəzlənərək xx.xx.2019-cu il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edildiyi və yoxlamaya göndərildiyi məlum olmşdur. Cavabdeh İB-nin Metrologiya Departamentinin, Sayğacların müayinəsi laboratoriyasının xx.xx.2019-cu il tarixli MSK 29/1710-01575 saylı aktında “Sayğacın kpalanı işlək deyil, yivli birləşmələri korroziyaya uğrayıb, sayğacın yaddaş arxivi oxundu.” Qeyd edilmişdir.Həmin akta əsasən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli akt tərtib olunaraq 464.40 manat dəymiş ziyan hesablanaraq istehlakçı hesabınıza daxil edilmiş və etdiyini ödənişlərdən hissə-hissə tutulması üçün smart payment kartınıza yönləndirilmişdir. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, hesablanmış borcun qanuni əsaslarla yazılmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər yazılı sübut təqdim edilməmiş, həmçinin abunə hesabında borcun yazılmasına əsas olan sənəd göstərilməmişdir. Odur ki, iddiaçının abonent hesabına 464.40 manat borcun yazılması əsassız və qanunsuz olmuşdur. Çünki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Habelə, həmin Qaydaların 4.7-ci maddəsinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmçinin, Azərbaycan Respublikası MPM-in 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi təbii qaza görə haqq tələb edilə bilməz. İstifadə etmədiyi təbii qaza görə cavabdehin qanunsuz hesabladığı borc məbləği istehlakçı kimi iddiaçının abunə kodundan silinməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəhayət, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməklə, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 V ünvanında yerləşən mənzilə (abonent kodu: **********0080) cavabdeh tərəfindən hesablanmış 464,40 (dörd yüz altmış dörd manat 40 qəpik) manat borc silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus ünvan 1 V ünvanında yerləşən mənzilə (abonent kodu: **********0080) Cavabdeh tərəfindən hesablanmış 464,40 (dörd yüz altmış dörd manat 40 qəpik) manat borc silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar