Məhkəmə qərarları › İş №2(004)-1595/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1595/2023

21.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1595/2023 21.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçılar İddiaçı1, X1 və İddiaçı3 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “"xxxx" MTK-ya sudan istifadəyə görə qanunsuz hesablanmış məbləğin ləğv edilməsi və mənzillərin su sayğacları ilə təmin edilməsi və s.” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, X3 və İddiaçı3 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “sudan istifadəyə görə qanunsuz hesablanmış məbləğin ləğv edilməsi və mənzillərin su sayğacları ilə təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sudan istifadəyə görə Cavabdeh ASC tərəfindən ünvan 1 ünvanlı "xxxx" MTK-ya əsassız hesablanmış 104.708,97 AZN borc məbləği ləğv edilməsi, Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi-haqqında” Qanununun 9-cu maddəsinin 3-cü və “Su təchizatı və tullantı suları haqqında” Qanununun 26-cı maddəsinin 3-cü bəndinin tələbləri nəzərə alınaraq Z.Xəlilov küçəsi, 69 ünvanında yerləşən binanın su təminatı təxirəsalınmadan bərpa olunması, Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Plam”nın 5.7ci bəndinin icrasının təmin edilməsi məqsə.dilə, habelə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 13 may 2016-cı il tarixli 6N°-İİ qərarının 6-cı bəndinin tələbinə əsasən, Z.Xəlilov küçəsi, 69 ünvanında yerləşən binanın mənzillərinə məhkəmə tərəfindən müəyyən ediləcək müddətlərdə abonent kodları verilməsi və smart-kart tipli, qabaqcadan ödənişli su sayğaclarının quraşdırılmasının Cavabdeh ASC-yə tapşırılması, iddiaçı tərəfindən cavabdehə artıq ödənilmiş 20.108 AZN "xxxx" MTK-ya qaytarılması və ya ünvan 1 ünvanlı binanın su ödənişləri qismində qabaqcadan ödəmə kimi hesablanması və binadakı mənzillərin sayğaclaşdırılması başa çatana qədər su sərfiyyatı Tarif Şurasının 2016-cı il 13 may tarixli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” 6 N-li qərarının 4-cü bəndinə əsasən sayğac quraşdırılmayan əhali istehlakçı qrupu üzrə bir nəfər üçün dövlət tərəfindən təsdiq edilmiş aylıq su istehlakı norması 5,0 kub metr olmaqla hesablanması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci və 152.1.7-ci maddələrinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə görə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia tələbinin “xahiş edirəm” hissəsindən də aydın görünür ki, iddiaçılar bir-biriylə əlaqədar olmayan tələbləri birləşdirmişlər. İddianın xahiş edirəm hissəsində qeyd olunan iddia tələbinin b bəndi- “Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi-haqqında” Qanununun 9-cu maddəsinin 3-cü və “Su təchizatı və tullantı suları haqqında” Qanununun 26-cı maddəsinin 3-cü bəndinin tələbləri nəzərə alınaraq Z.Xəlilov küçəsi, 69 ünvanında yerləşən binanın su təminatı təxirəsalınmadan bərpa olunsun” mahiyyət etibarilə müvəqqəti təminat tədbirinin məzmununa uyğundur. İddianın xahiş edirəm hissəsində qeyd olunan iddia tələbinin c bəndi- “Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Plam”nın 5.7-ci bəndinin icrasının təmin edilməsi məqsədilə, habelə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 13 may 2016-cı il tarixli 6 nömrəli qərarının 6-cı bəndinin tələbinə əsasən, Z.Xəlilov küçəsi, 69 ünvanında yerləşən binanın mənzillərinə məhkəmə tərəfindən müəyyən ediləcək müddətlərdə abonent kodları verilməsi və smart-kart tipli, qabaqcadan ödənişli su sayğaclarının quraşdırılması Cavabdeh ASC-yə tapşırılsın”-inzibati orqanın üzərinə müəyyən vəzifə qoymaq barədə iddia kimi qiymətləndirilir. Belə olduğu təqdirdə iddia tələbinə bu hissədə mahiyyyəti üzrə inzibati məhkəmədə baxılmalıdır. İddianın xahiş edirəm hissəsində qeyd olunan iddia tələbinin d və e bəndi- “iddiaçı tərəfindən Cavabdehə artıq ödənilmiş 20.108 AZN "xxxx" MTK-ya qaytarılsın və ya ünvan 1 ünvanlı binanın su ödənişləri qismində qabaqcadan ödəmə kimi hesablansın və binadakı mənzillərin sayğaclaşdırılması başa çatana qədər su sərfiyyatı Tarif Şurasının 2016-cı il 13 may tarixli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” 6 nömrəli qərarının 4-cü bəndinə əsasən sayğac quraşdırılmayan əhali istehlakçı qrupu üzrə bir nəfər üçün dövlət tərəfindən təsdiq edilmiş aylıq su istehlakı norması 5,0 kub metr olmaqla hesablansın” hissəsində tələblərin aydın olmadığı və qeyri-müəyyən olduğu qeyri-müəyyən olduğu müəyyən olunur. Bundan əlavə iddaçılar qismində İddiaçı1, X3 və İddiaçı3 qeyd olunsa da iddia ərizəsi həm də "xxxx" MTK-nın möhürü ilə təsdiq edilmiş, ilk səhisəsində "xxxx" MTK-nın ştampı vurulmuşdur. İş materiallarında olan 13926308 saylı müqavilənin surətindən görünür ki, ünvan 2 ünvanına suyun verilməsi ilə əlaqədar Cavabdeh ASC ilə "xxxx" MTK arasında müqavilə bağlanılmışdır. Belə olduğu təqdirdə Cavabdeh ASC ilə "xxxx" MTK arasındakı münasibətlər kommersiya hüquq münasibətləridir. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçılar sudan istifadəyə görə Cavabdeh ASC tərəfindən ünvan 1 ünvanlı "xxxx" MTK-ya əsassız hesablanmış 104.708,97 AZN borc məbləğinin ləğv edilməsini xahiş etmişdir. Bu isə istehlakçı hüququqlarının müdafiəsi ilə bağlı iddia tələbi deyildir. Belə olan halda, iddiaçılar tərəfindən dövlət rüsumu ödənilməli olduğu halda, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsinə dair qəbz əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir; Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, göstərilən qüsurlar aradan qaldırıldıqdan sonra onlar ümumi qaydada müvafiq məhkəməyə yenidən müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçılar İddiaçı1, X1 və İddiaçı3 cavabdeh X5 Cəmiyyətinə qarşı “sudan istifadəyə görə qanunsuz hesablanmış məbləğin ləğv edilməsi və mənzillərin su sayğacları ilə təmin edilməsi və s.” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. İddiaçılar İddiaçı1, X2 və İddiaçı3 qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar