Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1599/2023 07.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Yasamal rayon İcra Hakimiyyətinin nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Yasamal rayon İcra Hakimiyyətinin nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1954cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X9 onun anasıdır. Anası xx.xx.1954-cü ildə anadan olmuş, hal-hazırda onunla birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 65, mənzil 60-da yaşayır, X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ona onun qəyyumu sifəti ilə mövcud problemlərin həlli barədə müxtəlif instansiyalara müraciət etmək üçün lazımdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinin mənasına görə ağıl zəifİiyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasının başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan ola bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 34.2-ci maddəsinin mənasına görə fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən xx.xx.1954-cü ildə doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X5 ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, X9 onun həyat yoldaşının anası, onun isə qaynanasıdır. Qaynanası xx.xx.1954-cü ildə anadan olmuşdur. Halhazırda onunla birlikdə Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 65, mənzil 60-da yaşayır. X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi yoldaşına onun qəyyumu kimi mövcud problemlərin həlli barədə müxtəlif instansiyalara müraciət etmək üçün lazımdır. Əlavə olaraq bildirmək istəyirəm ki, X9 oğlundan başqa heç kimi yanına buraxmır. Hamıya qarşı aqressiv davranır. Lakin buna baxmayaraq, çətinliklədə olsa ona baxmağa çalışır. Ona gəlini kimi yox qızı kimi baxmağa çalışır. Qeyd edilənlərə əsasən məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırlmış) xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AZE seriyalı, 08138440 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X9 16 fevral 1954-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. - Bakı şəhəri Oktyabr rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş V-ЖГ №387440 saylı, 11 oktyabr 1991-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, 11 oktyabr 1991-ci il tarixdə X13 ilə X6 arasında nikah bağlanmış və həmin nikah 391 saylı qeyd ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə Acalov, arvada Acalova soyadı verilmişdir. - Yasamal rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ №138769 saylı, 30 iyul 2008-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X13, anası isə X8r. - Yasamal rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ №124987 saylı, 06 oktyabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X12 16 sentyabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 2557 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X1 insultdan sonra meydana gələn demensiya, davranış pozuntuları ilə müəyyən edilir. X4 hazırki psixi vəziyyəti ilə əlaqədar o, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. X7 müəyyən edilən keçirilmiş insultdan sonra meydana gələn demensiya, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, xx.xx.1954-cü il təvəllüdlü X4 psixi xəstəliyi iş materiallarında olan sənədlərlə sübut olunduğundan, X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1954-cü il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1599/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1599/2023
07.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver