Məhkəmə qərarları › İş №2(004)-163/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-163/2023

03.04.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-163/2023 03.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinə qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinə qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Mülki iş üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə, saat 12:00-a təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) iddiaçılar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 ilk gündən istər məhkəmə hazırlıq iclaslarında, istərsə də hazırki baxış iclasında iştirak etməyərək iddianı müdafiə etmədiklərindən iddia tələbinin onlara aid hissədə iddia ərizəsinin baxılmamış saxlanılmasını, işə İddiaçı1 iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəmənin nə hazırlıq iclaslarına, nə də baxış iclasına gəlmədiklərindən, cavabdeh isə işin onlara aid hissədə mahiyyəti üzrə həll olunmasını tələb etdiyinə görə iddia ərizəsi iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 münasibətdə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iş baxılmamış saxlanılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinə qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair 2(004)-163/2023 nömrəli mülki iş üzrə iddia ərizəsi iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 münasibətdə baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar