Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1639/2021 26.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, İddiaçı cavabdeh X1 Kompleksi MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh X1 Kompleksi MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Kompleksi MMC-dən məntəqənin təhvil götürdüyü xam pambıq məhsulundan borclu qalan 500 (beş yüz) manat pulun və məhkəmə xərclərinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli “2019-cu il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair” müqavilənin 8.1 bəndinə əsasən bu müqavilənin icrası ilə əlaqədar yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Mübahisə olduqda iddialı tərəf qarşı tərəfə mübahisənin mahiyyəti və həlli yolları barədə özünün yazılı təklifini göndərir. Yazılı təklif alan tərəf 10 təqvim günü müddətində danışıqlar apararaq mübahisənin qarşılıqlı razılıq əsasında həllinə çalışır. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən müqavilə ilə müəyyən olunmuş müddət ərzində qarşılıqlı razılıqla həll edilməyən mübahisələrə Azərbaycan Respublikasının aidiyyəti məhkəmələrində baxılacaqdır. Göründüyü kimi tərələr arasında bağlanmış müqaviləyə əsasən yarana biləcək bütün mübahisəli məsələlər danışıqlar yolu ilə həll olunması nəzərdə tutulmuş, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət etməmiş və pretenziya qaydasına riayət edilməsinə dair hər hansı bir sübutu iş materiallarına əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268 -ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh X1 Kompleksi MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1639/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1639/2021
26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver