Məhkəmə qərarları › İş №2(004)-164/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-164/2021

26.01.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-164/2021 26.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X4, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X1 və X3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X1, X3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri Yasamal rayonu H.Sultanov küçəsi 9 saylı binanın həyətində yerləşən sahəsi 23,8 kv.m olan qaraja dair onunla Cavabdeh arasında Bakı şəhəri 44 saylı notariat kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı xx.xx.2021-ci il tarixə saat 11:30-a təyin olunmuşdur. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdi ki, xx.xx.2020-ci il tarixdə onun adından Bakı şəhəri Yasamal rayon Məhkəməsinə verilmiş iddia ərizəsini o, tərtib etməmiş, iddia ərizəsindəki imza ona məxsus deyildir, iddia ərizəsinin verilməsindən məlumatı yoxdur. Həmin ərizəni müdafiə etmir. O, düz formada iddia ərizəsi tərtib etdirərək, ayrıca məhkəməyə müraciət edəcəkdir. Bu səbəbdən iş materiallarına əlavə olunmuş sənədlərin ona qaytarılmasını xahiş edir. Bu barədə məhkəməyə xx.xx.2021-ci il tarixli ərizə təqdim edir. Məhkəmə hesab edir ki, iddia ərizəsindəki imza İddiaçı məxsus olmadığına, iddia ərizəsi İddiaçı tərəfindən tərtib edilmədiyinə görə və iddiaçı düzgün formada iddia ərizəsi tərtib etdirərək, yenidən məhkəməyə müraciət edəcəyi barədə yazılı ərizə təqdim etdiyinə görə Azərbaycan Respublikası MPM-in 259.0.3-cü maddəsinin tələbinə uyğun olaraq hazırkı mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.3, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X1 və X3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi, iddia ərizəsini səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığına görə baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar