Məhkəmə qərarları › İş №2(004)-1653/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1653/2021

04.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1653/2021 04.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Ağalı Tural Qara oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Ərizəçi maraqlı şəxs Bakı Şəhərı Maraqlı şəxs cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Bakı Şəhərı Maraqlı şəxs cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “X7”ndə xx.xx.2018-ci il tarixində qız uşağının doğulması barədə həmin tibb müəssisəsi tərəfindən verilən xx.xx.2018-ci il tarixli doğum haqqında tibbi şəhadətnamənin ona - xx.xx.1989-cu il təvəllüdlü Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1989-cu ildə Əfqanıstan İslam Respublikasının Qəzni vilayətinin Qəzni şəhərində anadan olmuşdur. xx.xx.2005-ci il tarixində X4 ilə rəsmi nikaha daxil olmuşdur. Əfqanıstanda müharibə şəraiti ilə əlaqədar məcburiyyət qarşısında qalaraq, yaşadığı ölkəni tərk edib Azərbaycan Respublikasına gəlmiş və qaçqın kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədir. xx.xx.2018-ci il tarixində Sajida adlı qızı dünyaya gəlmişdir (BMT QAK tərəfindən verilmiş X2 surəti əlavə olunur). Uşağının doğulması ilə bağlı xx.xx.2018-ci il tarixli Doğum haqqında tibbi şəhadətnamə verilmişdir. Uşağının doğulmasını dövlət qeydiyyatına alınması və doğum haqqında şəhadətnamənin verilməsi üçün maraqlı şəxs - Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Lakin, Bakı Şəhəri Maraqlı şəxs xx.xx.2020ci il tarixli məktubu ilə uşağın doğumunun dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Məktuba əsasən, təqdim edilmiş doğum haqqında №103 formalı tibbi şəhadətnamədə ananın doğum tarixinin xx.xx.1987-ci il qeyd edilməsinə baxmayaraq şəxsiyyəti təsdiq edən AFG P0245724T saylı sənəddə doğum tarixi xx.xx.1989-cu il yazılmışdır. Ziddiyyətin aradan qaldırılması və eyni şəxs olması faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Müəyyən olunmuşdur ki, tibbi şəhadətnamədə onun soyadı - Rezaee əvəzinə Rezai, adı - Masoumeh əvəzinə Masume, doğum tarixi isə xx.xx.1989-ci il əvəzinə xx.xx.1987-ci il kimi qeyd edilmişdir. Hazırda uşağının 3 yaşı olacaq, lakin bu günə kimi, uşağının sənədi yoxdur. Tibb müəssisəsindən ona verilmiş sənəddə soyadı, adı və doğum tarixi şəxsiyyətini təsdiq edən sənəddə göstərilən fərqli yazıldığından o, həmin sənədin ona məxsus olmasını sübut edə bilmir və buna görə də uşağının doğum faktını dövlət qeydiyyatına aldıra bilmir. Doğum haqqında tibbi şəhadətnaməni vermiş tibbi müəssisəyə səhvlərin aradan qaldırılması və yeni doğum haqqında tibbi şəhadətnamənin verilməsi üçün müraciəti nəticəsiz qalmışdır. Belə ki, X5 127B saylı xx.xx.2020-ci il tarixli məktubu ilə yeni doğum haqqında şəhadətnamənin verilməsi imtina edilmişdir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ziddiyyət məhkəmə qaydasında aradan qaldırılmalı, doğum haqqında №103 formalı tibbi şəhadətnamədə göstərilən şəxsin o olması faktı müəyyən edilməli və azyaşlı uşağının hüquqları bərpa edilərək onun doğum faktı dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1989-cu il tarixdə Əfqanıstanda anadan olmuşdur. X7 tərəfindən verilmiş Doğum haqqında Tibbi şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.2018-ci il tarixdə qız uşağı dünyaya gətirmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31,10.2003-cü il tarixli qərarı ilə təstiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasına əsasən doğumun qeydə alınması üçün, doğum faktını, vaxtını və yerini təstiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi №103 formalı sənəd təqdim olunmalıdır. Təqdim edilmiş doğum haqqında №103 formalı tibbi şəhadətnamədə ananın doğum tarixinin xx.xx.1987-ci il qeyd edilməsinə baxmayaraq, şəxsiyyəti təstiq edən AFG P02457241 saylı sənəddə doğum tarixi xx.xx.1989-cu il yazılmışdır. Maraqlı şəxs tərəfindən Ərizəçi ziddiyətin aradan qaldırılması və eyni şəxs olması faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciyət etməyinizi tövsiyə edilmişdir. X7 tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, xx.xx.1987-ci il tarixində Əfqanıstan İslam Respublikasında anadan olmuş Masume Rezai xx.xx.2018-ci il tarixində Sumqayıt şəhər X6 “41 həftə hamiləlik. Doğuşun birinci dövrü. İri döl” diaqnozu ilə daxil olmuş və xx.xx.2018-ci il tarixində cinsi qadın, çəkisi 4250 qr, boyu 53 sm olan uşaq dünyaya gətirmişdir. Xəstə klinikaya daxil olarkən şəxsiyyətini təsdiq edən sənədi təqdim etmiş və klinika tərəfindən xanıma verilmiş sənədlərdə yazılmış ad, soyad, ata adı və doğum tarixi onlara təqdim edilən sənəddə olduğu kimi (Masume Rezai, xx.xx.1987) qeyd edilmişdir. Ona bu məsələ ilə bağlı Asan xidmət, məhkəmə orqanları və şəxsiyyəti təyin edə biləcək digər instansiyalara müraciət etməsi tövsiyyə edilmişdir. Nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.2005-ci il tarixdə X3 Alizadehlə nikaha daxil olmuşdur. İş materiallarında X1 tərəfindən məhkəməyə ünvanlanmış arayışdan görünür ki, Əfqanıstan vətəndaşı, xx xxxx 1989-cu il təvəllüdlü Ərizəçi həqiqətən xx xxxxxx 2007-ci il tarixdən BMT QAK-da qeydiyyatdadır. O, xx xxxxxx 2007-ci il tarixdə BMT QAK-ın Azərbaycandakı ofisinə müraciət etdikdə şifahi şəkildə verdiyi məlumat əsasında Masume adı, Rezai soyadı, xx xxxxxx 1987-ci il təvəllüdü ilə qeydiyyata alınmışdır. xx xxxxxx 2018ci il tarixində qız uşağı doğduğu zaman həmin uşağa verilmiş doğum haqqında tibbi şəhadətnamədə ananın adı ona BMT QAK tərəfindən verilmiş Himayə Sənədinə əsasən Masume, soyadı Rezai, təvəllüdü isə xx.xx.1987-ci il tarixi göstərilmişdir. xx xxxxxx 2020-ci il tarixdə o, adı Ərizəçi, təvəllüdü xx.xx.1989 kimi göstərilən Əfqanıstan pasportu almışdır. Buna müvafiq olaraq onun adı Himayə Sənədində dəyişdirilərək Masume Rezai adı Ərizəçi adı ilə, xx.xx.1987 təvəllüdü isə xx.xx.1989 təvəllüdü ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın – yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, “X7”ndə xx.xx.2018-ci il tarixində qız uşağının doğulması barədə həmin tibb müəssisəsi tərəfindən verilən xx.xx.2018-ci il tarixli doğum haqqında tibbi şəhadətnamədə “Ərizəçi”in adı “Rezai Masume” kimi göstərilmişdir. Ərizəçi bununla bağlı Real Tibb müəssisəsinə və Maraqlı şəxsnə müraciət etmiş, lakin iş materillarında olan imtina məktublarına əsasən ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarındakı sənədlərdən göründüyü kimi, ərizəçinin X7 tərəfindən verilmiş tibbi arayışda göstərilən adı və ya soyadı və təvəllüdü onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, soyadı və təvəllüdü ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və uşağına doğum haqqında şəhadətnamənin verilməsinə dair Maraqlı şəxsnə müraciət etsə də ona təqdim edilmiş doğum haqqında №103 formalı tibbi şəhadətnamədə ananın doğum tarixinin xx.xx.1987-ci il qeyd edilməsinə baxmayaraq, şəxsiyyəti təstiq edən AFG P02457241 saylı sənəddə doğum tarixi xx.xx.1989-cu il yazılmışdır. Maraqlı şəxs tərəfindən Ərizəçi ziddiyətin aradan qaldırılması və eyni şəxs olması faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, “X7”ndə xx.xx.2018-ci il tarixdə qız uşağının doğulması barədə həmin tibb müəssisəsi tərəfindən verilən xx.xx.2018-ci il tarixli doğum haqqında tibbi şəhadətnamənin ərizəçiyə - xx.xx.1989-cu il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. “X7”ndə xx.xx.2018-ci il tarixdə qız uşağının doğulması barədə həmin tibb müəssisəsi tərəfindən verilən xx.xx.2018-ci il tarixli doğum haqqında tibbi şəhadətnamənin ərizəçiyə - xx.xx.1989-cu il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar