Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1660/2021 24.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçılar İddiaçı2 Abdul qızının, İddiaçı3, İddiaçı7 Abdul qızının, İddiaçı4, İddiaçı6, İddiaçıların vəkili Vəkil1, İddiaçı və İddiaçı1 nümayəndəsi, İddiaçı2 Abdul qızının, Cavabdeh5 Cəmaləddin qızının nümayəndəsi və vəkili X22, Cavabdeh1-in nümayəndəsi X23 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Abdul qızının, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 Abdul qızının və İddiaçı6 cavabdehlər Cavabdeh1-yə, Bakı şəhəri 3 saylı ASAN xidmətin notariat kontoruna, Bakı şəhəri 53 saylı notariat ofisinə, Bakı şəhəri 12 saylı notariat ofisinə, Cavabdeh5 Cəmaləddin qızına qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və sair tələblərinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 Abdul qızı, İddiaçı3, İddiaçı7, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Cavabdeh1-yə, Bakı şəhəri 3 saylı ASAN xidmətin notariat kontoruna, Bakı şəhəri 53 saylı notariat ofisinə, Bakı şəhəri 12 saylı notariat ofisinə, Cavabdeh5 Cəmaləddin qızına qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və sair tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X30 X13 qarşı qoyduğu vəsiyyətnamənin etibarsız hesab edilməsi, Cavabdeh1 ½ hissəsinin analarının mülkiyəti hesab etdikləri fərdi tikilinin sökülüb və həmin əmlak üzərinə atalarını mülkiyyətçi olaraq tanıyıb onunla müqavilə bağladığı və 53 saylı notariat ofisində həmin əqdlər təsdiq edildiyi üçün cavabdehlərdən 53 saylı notariat kontoruna və Cavabdeh1-yə münasibətdə X24 miras qalmış əmlaklardan olan Bakı şəhəri, Yasamal rayonu, Ağayev küçəs, 78 ünvanında yerləşən ümumi ərazinin 3/6 hissəsinin ½ hissəsi, eləcə də ümumi ərazinin 3/6 hissəsində inşa olunmuş tikililərin ½ hissəsi X6 mülkiyyəti hesab edilməklə mirasdan ayrılması və həmin hissəyə onların pay hüququnun tanınması, miras qoyan Əbdül Əbdülovun həm vəsiyyət, həm də qanun üzrə vərəsəsi olan oğlunun və digər mirasqoyanla nikahından olan uşaqlarının anası olaraq, eləcə də özü miras qoyanın vərəsəsi olduğu üçün və analarının da payının olduğunu iddia etdikləri əmlakı miras olaraq gördüyü üçün cavabdehlərdən X3 münasibətdə və vərəsəlik işinin açılması ilə əlaqədar 12 saylı notariat kontoruna münasibətdə X24 miras qalmış əmlakların ümumi kütləsinin müəyyən edilməsi və müəyyən olunmuş miras kütləsinə onların hər birinin pay hüququnun tanınması və hər birinin payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçıların vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək X30 X7 adına qoyduğu vəsiyyətnaməsinin etibarsız hesab edilməsi və həmin vəsiyyətnaməyə əsasən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, eləcə də həmin vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən dövlət reyestrində X7 adına aparılmış qeydlərin ləğv edilməsi, X45 ilə cavabeh “Cavabdeh1’' MMC arasında, Bakı şəhəri, 53 №- li notariat ofisində bağlanmış 01 aprel 2020-ci il tarixli “Öhdəlik müqaviləsinin” etibarsız hesab edilməsi, X6 payının, X31 adına olan ünvan 2 ünvanında yerləşmiş tikililərin ½ hissəsi həcmində müəyyən edilməsi və həmin tikililər, miras qoyan X30 vəfatından iki ay sonra, cavabdeh "Cavabdeh1” MMC tərəfindən qeyri-qanuni olaraq söküldüyü üçün hazırda mövcud olmadığından X6 payının, sökülmüş tikililərin əvəzinə Cavabdeh1 tərəfindən verilməli olan əmlakların ½ hissəsində müəyyən edilməsi və Cavabdeh1-nin və mirasqoyan X30 hesabına, müştərək qaydada, iddiaçılara verilməsinin təmin olunması, X30 vəfatı ilə əlaqədar ona münasibətdə ödənişin ondan miras qalmış əmlaklar hesabına təmin edilməsi, X24 miras qalan **-CA-***, **-CX-***, **-BS-***, **-OE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə, Yasamal rayonu, H.Cavid prospekti 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, Yasamal A.Ağayev 78 ünvanında yerləşmiş tikililərə və yerləşdikləri torpaq sahəsinə, ünvan 4 saylı mənzilə, X1 adına Yasamal rayonu, H. Cavid bina 4, 38 saylı mənzilin 1/2 payına, X1 adına Neftçala rayonu, Xəzər kəndi ünvanında 0,12 ha əmlakın ½ payına iddiaçıların hər birinin 1/13 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili Vəkil1 məhkəməyə verdiyi izahatında bildirmiuşdir ki, izahatı iddia ərizəsinin məzmununa uyğundur. X30 X7 adına qoyduğu vəsiyyətnaməsinin etibarsız hesab edilməsi və həmin vəsiyyətnaməyə əsasən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, eləcə də həmin vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən dövlət reyestrində X7 adına aparılmış qeydlərin ləğv edilməsi, X45 ilə cavabeh “Cavabdeh1’' MMC arasında, Bakı şəhəri, 53 №- li notariat ofisində bağlanmış 01 aprel 2021-ci il tarixli “Öhdəlik müqaviləsinin” etibarsız hesab edilməsi, X6 payı,X31 adına olan ünvan 2 ünvanında yerləşmiş tikililərin ½ hissəsi həcmində müəyyən edilməsi və həmin tikililər, miras qoyan X30 vəfatından iki ay sonra, cavabdeh "Cavabdeh1” MMC tərəfindən qeyri-qanuni olaraq söküldüyü üçün hazırda mövcud olmadığından X6 payının, sökülmüş tikililərin əvəzinə Cavabdeh1 tərəfindən verilməli olan əmlakların ½ hissəsində müəyyən edilməsi və Cavabdeh1-nin və mirasqoyan X30 hesabına, müştərək qaydada, iddiaçılara verilməsinin təmin olunması, X30 vəfatı ilə əlaqədar ona münasibətdə ödəniş ondan miras qalmış əmlaklar hesabına təmin edilməsi, X24 qalan **-CA-***, **-CX-***, **-BS-***, **-OE-*** nömrəli nəqliyyat vasitələrinə, Yasamal rayonu, H.Cavid prospekti 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, Yasamal A.Ağayev 78 ünvanında yerləşmiş tikililərə və yerləşdikləri torpaq sahəsinə, ünvan 4 saylı mənzilə, X1 adına Yasamal rayonu, H. Cavid bina 4 , 38 saylı mənzilin 1/2 payına, X1 adına Neftçala rayonu, Xəzər kəndi ünvanında 0,12 ha əmlakın ½ payına iddiaçıların hər birinin 1/13 payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Sədrlik edənin sualina cavab olaraq bildirmişdir ki, Ağayev 78-dəki evdə Gövhərə məxsus hissə var, birgə nikah dövründə əldə olunmuş əmlakdır. Qeydiyyatda olanların da razılığı alınmayıb. Vərəsəlik açılanda Gövhərin yox, Ruhiyyənin razılığı alınıb. Cavadehin vəkilinin sualına cavab olaraq bildirmişdir ki, Maşına münasibətdə götürülərək bizə təqdim olunmasını yazsaq da o maşını aid olduğu yerdən tələb etməyəcəyik. Mirasın bir hissəsindən imtina etməyə qanun imkan vermədiyindən bu hissədə imtina etmirlər. Əbdülova Ruhiyyənin aldığı əmlaklar faktiki olaraq birgə nikah dövründə alınsa da birgə təsərrüfatdan doğmayıb. Əbdül beh müqaviləsi əsasında aldığı pullar hesabına o əmlakları alıb. DƏDRX dən aldığı sənədlər sübüt edir, orda yazılmasa da pulun verildiyi tarixdən dərhal sonra və ağla batandır. Ruhiyyənin orda payı var, kupçalı evi var, 50 faiz Ruhiyyəyə, 50 faiz Əbdülə məxsusdur. Onlar Ruhiyyənin adına olan yox, Əbdülün payı hissəsinə tələb edirlər. Vəsiyyətnamənin etibarsız hesab edilməsi əsasları- adam ahıl yaşında olub, şahidlər iştirak etməyib. Təlimatın 63-cü maddəsi pozulub. Öhdəlik müqaviləsinin etibarsız hesab edilməsi- miras əmlak toplusunun əsasıdır. Gövhər Ağayev 78-də əmlaklar mövcüd olmasa da, miras əmlak toplusuna daxil olmasa belə əvəzləşdirmə var, həmin müqavilələrdə söküntü, beh müqaviləsi var. Həmin əmlak vərəsləlik qaydasında Əbdülün atasında keçibdir. Evləndikdən sonra artırıb 3 mərtəbəli ev ediblər, Gövhərin o artımda əməyi var. Gövhər dünyasını dəyişəndə vərəsələri mübahisə etməyiblər, həmin ünvanda yaşayıblar. 1/13 bütün əmlaklara bərabər paylar müəyyən edilməsini istəyirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı2 Abdul qızı iddia tələbini müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 məhkəməyə verdiyi izahatında iddia tələbinin müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı7 Abdul qızı məhkəməyə verdiyi izahatında iddia tələbinin müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı4 məhkəməyə verdiyi izahatında iddia tələbinin müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı6 məhkəməyə verdiyi izahatında iddia tələbinin müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 Cəmaləddin qızının nümayəndəsi və vəkili X39 bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, vəsiyyətnamənin etibarsız hesab edilməsi, şəhadətnamənin ləğvi üçün qanun 2 halı nəzərdə tutur, şəxs psixi xəstə olsun və ya öz hərəkətlərini idarə edə bilməsin. Amma Əbdülü heç kim məcbur etməyib ki, öz adını qoyduğu oğluna vəsiyyatnaməni versin. İddiaçıların hər birinin payı açıqdır. Öhdəlik müqaviləsi miras əmlak toplusuna daxil deyil. Gövhərin payından söhbət gedə bilməz, O, bunu sağlığında mübahisələndirilməliydi. Gövhər xanımın nə payı olub, nə də birgə nikah dövründə əldə olunmuş əmlak sayıla bilməz, Əmlak hal-hazırda mövcud deyildir. Vəsiyyatnamə var, 50 faiz, 45/52 Ruhiyyənin payıdır. İddiaçılar notariusdan paylarını qəbul edə bilərlər, məcburi payları açıq saxlanılmışdır. Məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1-in nümayəndəsi X40 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İzahat keçən məhkəmə iclasında verdiyim izahatı ilə eynidir. Müqavilə ləğv olunsa evlər bizə geri qaytarılacaq. 21.05.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, iddia tələbini qəbul etmir rəhmətlik X45 ilə Cavabdeh1 arasında beh müqaviləsi bağlanmışdır. Müqavilədə əmlakları götürmələri üçün bir həftə vaxt verilmişdi. Köçürülmə ilə bağlı təxminən bir il söhbət olub. Uşaqlar onlarla danışıqda iştirak etməyiblər. İddiaçı2 Abdul qızına 70 m2 əvəzinə 150 m2 mənzil veriblər. Ağayev 72 üstəlik 10 evin mebel pulun veriblər. Rəhmətlik Əbdül 110 m2 sahəsi olan mənzili kiçik oğluna, 140 m2 sahəsi olan mənzili vəsiyyətnamədəki uşağın adına rəsmiləşdirmək istəyirdi. Xədicə, Mətanət, Əsmər və Bikəyə baba evlərinə görə 4 ev və üstəlik 300 min manat pul veriblər. Sahəsi 120 m2 olan mənzili həyat yoldaşına, sahəsi 140 m2 olan mənzili kiçik oğluna, sahəsi 170 m2 olan mənzili böyük oğluna və sahəsi 120 m2 olan qeyri-yaşayış sahəsi də veriblər. Əbdülün onlarda kimə hansı mənzili verəcəyi ilə bağlı əl yazısı var. Onlar depozitə 140 min manat pul qoymayıblar. Kim onlardan 140 min manat pulu tələb etsə onlar da 700 min manat pulu tələb edəcəklər. Məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Bakı şəhəri 3 saylı ASAN xidmətin notariat kontoruna, Bakı şəhəri 53 saylı notariat ofisinə, Bakı şəhəri 12 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də onlar məhkəmə iclasına gəlməmiş,məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər İş materiallarında olan 18 avqust 2018-ci il tarixli notarius tərəfindən təsdiq edilmiş vəsiyyətnamənin surətinə əsasən müəyyən olunur ki, X45 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını ünvan 5 ünvanında qeydiyyatda olan oğlu X13 vəsiyyət etmişdir. İş materiallarında olan AZ-İİ № 083818 seriya nömrəli, 14.04.2020-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, X45 06.04.2020-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyi səbəbindən ölmüşdür. Az-İ № 734179 seriya nömrəli nikah haqqında şəhadətnamənin notariusda təsdiq olunmuş surətinə əsasən müəyyən olunur ki, X45 ilə X9 arasında 10.01.2012-ci il tarixdə nikah bağlanılmışdır və arvada Əbdülova soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ 522910 seriya nömrəli doğum haqqında şəhadətnamənin notariusda təsdiq olunmuş surətinə əsasən müəyyən olunur ki, 06.07.2010-cu il təvəllüdlü X10 atası X45, anası isə X4r. İş materiallarında olan AZ-İV 099625 seriya nömrəli doğum haqqında şəhadətnamənin notaiusda təsdiq olunmuş surətindən görünür ki, 16.03.2018-ci il təvəllüdlü X5 atası X45, anası isə Cavabdeh5dır. İş materiallarında olan AZ-İİİ 074037 seriya nömrəli doğum haqqında şəhadətnamənin notaiusda təsdiq olunmuş surətindən görünür ki, X32 atası X45, anası isə Cavabdeh5dır. İş materiallarında olan AZ-İİİ 773416 seriya nömrəli doğum haqqında şəhadətnamənin notaiusda təsdiq olunmuş surətindən görünür ki, 12.05.2016-cı il təvəllüdlü X25 atası X45, anası isə Cavabdeh5dır. İş materiallarında olan AZ-İİİ 046737 seriya nömrəli doğum haqqında şəhadətnamənin notariusda təsdiq olunmuş surətinə əsasən müəyyən olunur ki, 18.12.2012-ci il təvəllüdlü X14 atası X45, anası isə X4r. İş materiallarında olan İİİ-ЖГ 299917 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, xx.xx.1967-ci il təvəllüdlü X15 atası X45, anası isə X11r. İş materiallarında olan İİİ-ЖГ 291498 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, xx.xx.1974-ci il təvəllüdlü X26 atası X45, anası isə X11r. İş materiallarında olan İİİ-ЖГ 299934 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, xx.xx.1973-cü il təvəllüdlü X33 atası X45, anası isə X11r. İş materiallarında olan V-ЖГ 406763 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, xx.xx.1978-ci il təvəllüdlü X12 atası X45, anası isə X11r. İş materiallarında olan İİİ-ЖГ 299932 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, xx.xx.1970-cı il təvəllüdlü X16 atası X45, anası isə X11r. İş materiallarında olan X-ЖГ 295411 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, xx.xx.1984-cü il təvəllüdlü X21 atası X45, anası isə X11r. İş materiallarında olan İİİ-ЖГ 299933 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, xx.xx.1969-cu il təvəllüdlü X27 atası X45, anası isə X11r. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X67 İdarəsinin 04.05.2020-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, ** CA *** dövlət qeydiyyat nişanlı , Mitsubushi L200 minik markalı, ** CX *** dövlət qeydiyyat nişanlı Azsamand minik markalı, ** BS *** dövlət qeydiyyat nişanlı QAZ 13 minik markalı, 90OE499 dövlət qeydiyyat nişanlı, UAZ31513 minik markalı nəqliyyat vasitəsi X36 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlara əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat pr, ev 6a, 65 saylı mənzil 24.02.2020-ci il tarixdən qeydiyyata alınmaqla, Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid pr., 12 ünvanında yerləşən qeyriyaşayış binası 08.04.2020-ci il tarixdən, Neftçala rayonu, Xəzər kəndində yerləşən 0,12 ha torpaq sahəsi 05.03.2020-ci il tarixdən qeydiyyata alıınmaqla X30 xüsusi mülkiyyətindədir. İş materiallarında olan olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12.05.2021-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, Cavabdeh5 adına ünvan 7 ünvanında yerləşən 38 nömrəli mənzil 28 saylı DNK-nın 4Ə-47 reyestr nömrəli 12.02.2020-ci il tarixli alqı-satqı müaviləsinə əsasən 04.03.2020-ci il tarixdə və Neftçala rayonu, Xəzər kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi 13.12.2016-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30.01.2021-ci il tarixli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 12 ünvanında yerləşən daşınmaz əmlak üzərində X10 14/26 hissədə pay hüququ vardır,12/26 hissə açıqdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 6a, 65 saylı mənzil üzərində X2 27/52 hissə, X10 14/52 hissədə, X46, X5, X25, X14, İddiaçı6, İddiaçı2, İddiaçı1, İddiaçı5, İddiaçı7, İddiaçı4, İddiaçı3 hər birinin 1/52 hissədə payı vardır və Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 6a, 65 saylı mənzil üzərində hüquqlar 18.01.2021-ci il tarixdə qeydiyata alınmışdır. İş materiallarında olan X45 ilə “xxxx” MMC arasında bağlanmış 11.12.2019-cu il tarixli beh müqaviləsinin surətinə əsasən müəyyən olunur ki, X45 AR DƏDRX-nin Bakı şəhəri ərazi idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********04-10301 reyestr nömrəli, 22.12.2016-cı il tarixli çıxarışa əsasən ünvan 9 ünvanında yerləşən paylı mülkiyyət üzrə 3/6 hissə olan fərdi yaşayış evini “xxxx” MMC-yə 11.01.2020-ci il tarixədək satmağı, “xxxx” MMC isə göstərilən tarixə kimi həmin əmlakı almağı öhdəsinə götürmüş və beh verən gələcəkdə bağlanacaq daşınmaz əmlak alqı-satqı müqaviləsinin təminatı kimi beh alana 360.000 (üç yüz altmış min) manat pulu notariusun depozit hesabı vasitəsilə satıçıya ödəmiş və alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən qalan 140.000 (yüz qırx min) manat pul vəsaitini satıcı X37 ödəməlidir. İş materiallarında olan X45 ilə xxxx MMC arasənda bağlanılmış 01.04.2020-ci il tarixli müqaviləyə əsasən müəyyən olunur ki, əmlak mülkiyyətçisi Bakı şəhəri, Yasamal rayonu, Ağayev küçəsi, ev 78 ünvanında yerləşən paylı mülkiyyət üzrə ümumi sahəsi 129.7 kv.m olan fərdi yaşayı evinin 3/6 hissəsinin sökülməsi üçün tikinti şirkətinə vermişdir. Əmlak mülkiyyətçisi bu müqaviləyə əsasən mülkiyyətində olan fərdi yaşayış evinin özünə məxsus hissəsini sökülmək üçün Tikinti şirkətinə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş qaydada və müddətdə “Tikinti Şirkəti” tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasının “E” blokunun 16-cı mərtəbəsindəki ümumi sahəsi 170,0 kv.m olan 4 otaqlı mənzili, ümumi sahəsi 141,0 kv.m olan 3 otaqlı mənzili, ümumi sahəsi 120,0 kv.m olan qeri-yaşayış sahəsini, ümumi sahəsi 40,0 kv.m olan anbar sahəsini və 2 ədəd avtodayanacaq sahəsini və notariusun depozit vasitəsilə 90000 (doxsan min) manat məbləği qəbul etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan notariat tərəfindən təsdiq olunmuş ərizəyə əsasən müəyyən olunur ki, Cavabdeh5 Cəmaləddin qızı ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinin X37 məxsus hissəsinin satılması ilə əlaqədar əri tərəfinən behin alınmasına etiraz etmir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, 0971735№-li çıxarışa əsasən müəyyən olunur ki, ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evi X30 xüsusi mülkiyyətində olmaqla, 3/6 hissədə pay hüququ vardır. İş materiallarında olan ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında 10.12.2020-ci il tarixli şəhadətnaməyə əsasən müəyyən olunur ki, vəfat etmiş X8 qalmış arvadı Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 4, mənzil 38 qeydiyyatda olan X2 onların birgə nikah dövründə əldə etdikləri ƏMDK yanında DƏDRX tərəfindən 24.02.2020-ci il tarixdə X37 verilmiş **********29-05301-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 12 ünvanında yerləşən 88,86 kv.m olan 65 saylı mənzilə, ƏMDK yanında DƏDRX tərəfindən 05.03.2020-ci il tarixdə X37 verilmiş **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Neftçala rayonu, Xəzər kəndi ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin ½ hissəsinə mülkiyyət hüququ vardır. O cümlədən ölmüş ərin ümumi əmlakdan payı ünvan 13 ünvanında yerləşən mənzilin ½ hissəsindən , ünvan 14paq sahəsinin ½ hissəsindən ibarətdir. 10.12.2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, 3 saylı ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən 18.08.2016-cı il tarixdə təsdiq edilən və 573 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 06.04.2020-ci il tarixdə vəfat etmiş X30 vəsiyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 15 ünvanında qeydiyyatda olan oğlu X17r və o mirasdan 14/26 hissədə pay almalıdır. Şəhadətnamə əsasında verilən əmlak ƏMDK yanında DƏDRX tərəfindən 05.03.2020-ci il tarixdə X37 verilmiş **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Neftçala rayonu, Xəzər kəndi ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin ½ hissəsi, ƏMDK yanında DƏDRX tərəfindən 24.02.2020-ci il tarixdə X37 verilmiş **********29-05301-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 12 ünvanında yerləşən 88,86 kv.m olan 65 saylı mənzilin ½ hissəsindən ibarətdir. 10.12.2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, 3 saylı ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən 18.08.2016-cı il tarixdə təsdiq edilən və 573 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 06.04.2020-ci il tarixdə vəfat etmiş X30 vəsiyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 15 ünvanında qeydiyyatda olan oğlu X17r və o mirasdan 14/26 hissədə pay almalıdır. Şəhadətnamə əsasında verilən əmlak ƏMDK yanında DƏDRX tərəfindən 08.04.2020-ci il tarixdə X37 verilmiş **********53-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 12 ünvanında yerləşən ümumi sahəsi 224,2 kv.m olan qeyri -yaşayış sahəsindən ibarətdir və miras əmlakın qalan 12/26 hissəsinə məcburi pay üzrə vərəsəlik şəhadətnaməsi verilir. İş materiallarında olan qanun üzə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən 06.04.2020-ci il tarixdə vəfat etmiş X30 əmlakının 12/26 hissəsinə arvadı Cavabdeh5 Cəmaləddin qızı, övladları X46, X18, X41, X34, İddiaçı6, İddiaçı2, İddiaçı1, İddiaçı5, İddiaçı7, İddiaçı4, İddiaçı3 vərəsədir. Şəhadətnamə verilən miras əmlak: -ƏMDK yanında DƏDRX tərəfindən 08.04.2020-ci il tarixdə X37 verilmiş **********53- 06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 12 ünvanında yerləşən ümumi sahəsi 224,2 kv.m olan qeyri -yaşayış sahəsindən ibarətdir və göstərilən əmlakın 14/26 hissəsinə vəsiyətnamə üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. -ƏMDK yanında DƏDRX tərəfindən 24.02.2020-ci il tarixdə X37 verilmiş **********29- 05301-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 12 ünvanında yerləşən 88,86 kv.m olan 65 saylı mənzilin mərhuma məxsus ½ hissəsindən - ƏMDK yanında DƏDRX tərəfindən 05.03.2020-ci il tarixdə X37 verilmiş **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Neftçala rayonu, Xəzər kəndi ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin mərhuma məxsus ½ hissəsindən ibarətdir. Əmlakın ½ hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə, qalan miras əmlakın 14/26 hissəsinə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan 13.05.2020-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, X19 11.09.2001-ci il tarixdə kəskin ürək çatışmazlığından ölmüşdür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçılar vəsiyyətnamənin ləğv edilməsini və 01.04.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini məhkəmədən xahiş etsələr də bu tələblərin əsaslandırıldığı sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmə qeyd edir ki, vəsiyyətnamə birtərəfli əqd olmaqla, şəxsin iradəsini ifadə edir və vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsaslar iş materialları ilə müəyyən edilmir. Həmçinin, 01.04.2020-ci il tarixli müqaviləninin etibarsız hesab edilməsi ilə bağlı məhkəmə qeyd dir ki, müqavilənin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlaması sübuta yetirilmir və iş materialları ilə müəyyən edilmir. X6 payının, X31 adına olan ünvan 2 ünvanında yerləşmiş tikililərin ½ hissəsi həcmində müəyyən edilməsi və həmin tikililər, miras qoyan X30 vəfatından iki ay sonra, cavabdeh "Cavabdeh1” MMC tərəfindən qeyri-qanuni olaraq söküldüyü üçün hazırda mövcud olmadığından X6 payının, sökülmüş tikililərin əvəzinə Cavabdeh1 tərəfindən verilməli olan əmlakların ½ hissəsində müəyyən edilməsi və Cavabdeh1-nin və mirasqoyan X30 hesabına, müştərək qaydada, iddiaçılara verilməsinin təmin olunması, X30 vəfatı ilə əlaqədar ona münasibətdə ödənişin ondan miras qalmış əmlaklar hesabına təmin edilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, X20 11.09.2001-ci il tarixdə vəfat etmiş, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət üzrə 3/6 hissəsi 22.12.2016-cı il tarixdə X30 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. X45 ilə Cavabdeh5 10.01.2012-ci il tarixdə rəsmi nikaha daxil olduqlarından qeyd edilən yaşayış sahəsi onların nikah dövründə əldə etdikləri əmlaka daxildir. Həmin əmlakıda X6 payının olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də tam əsassızdır. Məhkəmə həmçinin qeyd edir ki, X24 miras qalan **-CA-*** dövlət qeydiyyat nişanlı Mitsubushi markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı Azsamand markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı QAZ13 markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı UAZ markalı nəqliyyat vasitələrinə, Yasamal rayonu, H.Cavid prospekti 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, Yasamal A.Ağayev 78 ünvanında yerləşmiş tikililərə və yerləşdikləri torpaq sahəsinə, ünvan 4 saylı mənzilə, X1 adına Yasamal rayonu, H. Cavid bina 4 , 38 saylı mənzilin 1/2 payına, X1 adına Neftçala rayonu, Xəzər kəndi ünvanında 0,12 ha əmlakın ½ payına iddiaçıların hər birinin 1/13 payının müəyyən edilməsi tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, bu tələb vəsiyyətnamənin etibarsızlığından doğan tələbdir, həmin tələb əsassız olduğundan qeyd edilən əmlaklara 1/13 payının müəyyən edilməsinin əsası məhkəmə tərəfindən müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ. hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1158-ci maddəsinə əsasən əgər vəsiyyət edən vərəsə üçün əşyanı yanlış qoymuşdursa, həmin əşyanın mülkiyyətçisi əşyanı ümumi qaydada tələb edə bilər. Əgər ölənin əmlakında başqa şəxsin əmlakı gizli şəkildə mövcuddursa, əmlakın bu hissəsi aşkar edilməli və müvafiq şəxsə verilməlidir. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: X30 X7 adına qoyduğu vəsiyyətnaməsinin etibarsız hesab edilməsi və həmin vəsiyyətnaməyə əsasən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, eləcə də həmin vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən dövlət reyestrində X7 adına aparılmış qeydlərin ləğv edilməsi, X45 ilə cavabeh “Cavabdeh1’' MMC arasında, Bakı şəhəri, 53 №- li notariat ofisində bağlanmış 01 aprel 2021-ci il tarixli “Öhdəlik müqaviləsinin” etibarsız hesab edilməsi, X6 payı,X31 adına olan ünvan 2 ünvanında yerləşmiş tikililərin ½ hissəsi həcmində müəyyən edilməsi və həmin tikililər, miras qoyan X30 vəfatından iki ay sonra, cavabdeh "Cavabdeh1” MMC tərəfindən qeyri-qanuni olaraq söküldüyü üçün hazırda mövcud olmadığından X6 payının, sökülmüş tikililərin əvəzinə Cavabdeh1 tərəfindən verilməli olan əmlakların ½ hissəsində müəyyən edilməsi və Cavabdeh1-nin və mirasqoyan X30 hesabına, müştərək qaydada, iddiaçılara verilməsinin təmin olunması, X30 vəfatı ilə əlaqədar ona münasibətdə ödəniş ondan miras qalmış əmlaklar hesabına təmin edilməsi, X24 qalan **-CA-***, **-CX-***, **-BS-***, **-OE- *** nömrəli nəqliyyat vasitələrinə, Yasamal rayonu, H.Cavid prospekti 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, Yasamal A.Ağayev 78 ünvanında yerləşmiş tikililərə və yerləşdikləri torpaq sahəsinə, ünvan 4 saylı mənzilə, X1 adına Yasamal rayonu, H. Cavid bina 4 , 38 saylı mənzilin 1/2 payına, X1 adına Neftçala rayonu, Xəzər kəndi ünvanında 0,12 ha əmlakın ½ payına iddiaçıların hər birinin 1/13 payının müəyyən edilməsi barədə iddiaçılar İddiaçı1, İddiaçı2 Abdul qızının, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 Abdul qızının və İddiaçı6 iddia tələbi təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-1660/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1660/2021
24.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver