Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1662/2022 08.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nəzdində Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və X2 üzərində qəyyum təyin edilməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki,18.10.1941-ci ildə doğulmuş anası X8 2012-ci ildən altsheymer xəstəliyindən əziyyət çəkir. Onun yaddaşı pozulmuşdur, tez-tez yaddaşı itir, ailə üzvlərini tanımır. Psixi vəziyyətinə görə daim başqasının qulluğuna ehtiyacı vardır. Ərizəçinin anası ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. Ərizəçi də anasına baxmaq üçün əsasən həmin ünvanda yaşayır. Gündən-günə vəziyyəti daha da kəskinləşir, ona qulluq etmək dözülməz hal alır. O hərəkətlərinin mənasını dərk etmir və onları şüurlu idarə etmək iqtidarında olmur. Xəstəliyi ilə əlaqədar onları tanımır. 2021-ci ilin may ayında müayinə edilərkən onda qaraciyər serrozu xəstəliyi aşkar edilmişdir. Köməksiz vəziyyətdə olduğuna görə o daim ərizəçinin nəzarəti altında olmuşdur. Daha sonra 15.09.2022-ci il tarixdə Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası X7 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan Yasamal RPİ tərəfindən verilmiş AZE seriyalı 05005649 nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X18 Ağa qızı 18.10.1941ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Səadət sarayı (Bakı nikah evi) tərəfindən verilmiş 30.04.1994-ci il tarixli XV-ЖГ seriyalı 419804 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X1 ilə X9 30 aprel 1994-cü il tarixdə nikaha daxil olmuş və bu barədə 671 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Zeynalabdinova soyadı verilmişdir. İş materiallarında olan Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 929660 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X5 atası X10, anası X6r. İş materiallarında olan 61 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfinindən verilən 09.02.2022-cİ il tarixli arayışdan görünür ki, X8 M.Fətəli küçəsi ev 79/81 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 17.02.2022-ci il tarixli 3 saylı şəhər poliklinikasının arayışından görünür ki, 18.10.1941-ci il təvəllüdlü X8 3 saylı şəhər poliklinikasında qeydiyyatdadır. Diaqnozu “İnvolyutiv atrofiya koqnitiv funksiyaların nəzərəçarpacaq enməsi ilə”. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 Hüquqi Şəxsinin 06.05.2022-ci il tarixli 1130 saylı rəyindən görünür ki, 18 oktyabr 1941-ci il təvəllüdlü X3 baş beyin atrofik xəstəliyi nəticəsində dərin demensiya (ağıl zəifliyi) formasında xronik psixi xəstəlik müəyyən edilmişdir. X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X8 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, ərizəçinin izahatına, iş materiallarında olan sənədlərə, ekspert rəyinə əsasən məhkəmə hesab edir ki, X2 fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına kifayət qədər əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacı-qardaşların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Yasamal rayonu M.Fətəli küçəsi ev 79/81 ünvanında qeydiyyatda olan 18.10.1941-ci il tarixində Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1662/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1662/2022
08.06.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver