Məhkəmə qərarları › İş №2(004)-1663/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1663/2022

19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1663/2022 19.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 18 dekabr 2019-cu il tarixli MAS-1740 saylı “Daxili lizinq” müqaviləsini ləğv edilməsi, Cavabdeh 18 dekabr 2019-cu il tarixli MAS-1740 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 noyabr 2021-ci il tarixə 528,70 manat gecikdirilmiş əsas borc, 233,30 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 309,24 manat dəbbə pulu olmaqla, cəmi 1071,24 manat borcun və 5960 manat dəymiş zərərin, ümumilikdə 7031,24 manat pulun, həmçinin 90,72 manat manat məbləğində dövlət rüsumunun iddiaçı Azərmaş” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, İddiaçı MMC ilə bağlanmış 18 dekabr 2019-cu il tarixli MAS-1740 saylı “Daxili lizinq” müqaviləsini ləğv edilməsi, Cavabdeh 18 dekabr 2019-cu il tarixli MAS- 1740 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 noyabr 2021-ci il tarixə 71,24 manat gecikdirilmiş əsas borcun, 5960 manat dəymiş zərərin və 90,72 manat manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X13 arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli MAS-1740 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X1 ilə 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən X13 illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383,77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatı əsas məbləğ təşkil edir. 24 avqust 2020-ci il tarixdə X13, X7 və İddiaçı MMC arasında MAS1740 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 18 dekabr 2019-cu il tarixli MAS-1740 saylı “Daxili lizinq” müqaviləsi üzrə X7 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 03 sentyabr 2020-ci il tarixdə X7, X8 və İddiaçı MMC arasında MAS-1740 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 18 dekabr 2019-cu il tarixli MAS1740 saylı “Daxili lizinq” müqaviləsi üzrə X8 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 17 may 2021-ci il tarixdə X8, X14 və İddiaçı MMC arasında MAS- 1740 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 18 dekabr 2019-cu il tarixli MAS-1740 saylı “Daxili lizinq” müqaviləsi üzrə X14 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 27 may 2021-ci il tarixdə X14, Cavabdeh və “Azərmaş" MMC arasında MAS-1740 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 18 dekabr 2019-cu il tarixli MAS-1740 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil 30 noyabr 2021-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 5960 manat məbləğində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 21 sentyabr 2021-ci il tarixdə 1980 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 18 dekabr 2019-cu il tarixli MAS-1740 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 noyabr 2021-ci il tarixə 528,70 manat gecikdirilmiş əsas, 233,30 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 309,24 manat dəbbə pulu, ümumilikdə 1071,24 manat gecikmə borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir.(Cavabdeh şəxsən 18 iyul 2022-ci il tarixdə saat 16:48-də (012) 434 08 73 ev telefonu nömrəsinə zəng etməklə mülki iş üzrə xx.xx.2022-ci il tarixə saat 12:00-a təyin edilmiş məhkəmə baxış iclasında iştirak etməsi barədə məlumat verilmişdir.) Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AD № 677132 saylı xx.xx.2019-cu il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. İş materiallarında olan «Lizinq verən» qismində İddiaçı MMC ilə «Lizinq alan» qismində X13 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MAS-1740 saylı Daxili lizinq müqaviləsinə və həmin müqaviləyə əlavələrə əsasən Lizinq verən lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220049 ban nömrəli, qara rəngli avtomobili lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi, lizinq alan isə həmin avtomobil üçün illik 17% həcmində mükafat məbləği hesablanmaqla 48 ay müddətə hər ay 383,77 manat, sonuncu ay isə 384,07 manat olmaqla ümumilikdə 13300 manat məbləğində pulu lizinq verənin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu i il tarixli təhvil təslim aktına əsasən, İddiaçı MMC “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220049 ban nömrəli, qara rəngli avtomobili X11 təhvil vermişdir. İş materiallarında olan «lizinq verən» qismində İddiaçı MMC, “öhdəlikləri ötürən” qismində X13 və “öhdəlikləri qəbul edən” qismində X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MAS-1740 saylı Öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, müvafiq müqavilə əsasında İddiaçı MMC-nin “öhdəlikləri ötürən” arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MAS-1740 saylı Daxili lizinq müqaviləsi üzrə “öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”-ə ötürmüş, “öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri “öhdəlikləri ötürən” -ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etmiş və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil təslim aktına əsasən, X6 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **- PD-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 təhvil vermişdir. İş materiallarında olan «lizinq verən» qismində İddiaçı MMC, “öhdəlikləri ötürən” qismində X7 və “öhdəlikləri qəbul edən” qismində X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MAS-1740 saylı Öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, müvafiq müqavilə əsasında İddiaçı MMC-nin “öhdəlikləri ötürən” arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MAS-1740 saylı Daxili lizinq müqaviləsi üzrə “öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”-ə ötürmüş, “öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri “öhdəlikləri ötürən” -ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etmiş və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil təslim aktına əsasən, X2 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **- PD-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 təhvil vermişdir. İş materiallarında olan «lizinq verən» qismində İddiaçı MMC, “öhdəlikləri ötürən” qismində X8 və “öhdəlikləri qəbul edən” qismində X14 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-1740 saylı Öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, müvafiq müqavilə əsasında İddiaçı MMC-nin “öhdəlikləri ötürən” arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MAS-1740 saylı Daxili lizinq müqaviləsi üzrə “öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”-ə ötürmüş, “öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri “öhdəlikləri ötürən” -ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etmiş və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil təslim aktına əsasən, X3 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **- PD-*** dövlət qeydiyyat nişanlı avtomobil X12 təhvil vermişdir. İş materiallarında olan «lizinq verən» qismində İddiaçı MMC, “öhdəlikləri ötürən” qismində X14 və “öhdəlikləri qəbul edən” qismində Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-1740 saylı Öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, müvafiq müqavilə əsasında İddiaçı MMC-nin “öhdəlikləri ötürən” arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MAS-1740 saylı Daxili lizinq müqaviləsi üzrə “öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”-ə ötürmüş, “öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri “öhdəlikləri ötürən” -ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etmiş və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil təslim aktına əsasən, X9 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **- PD-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil vermişdir. İş materiallarında olan Yasamal rayon DYPŞ-nin xx.xx.2021-ci il tarixli TP452394 nömrəli İnzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə, saat 00:54-də Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 küçəsində “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 335.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 180 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön bamper, ön kapot, ön sağ fənər, ön sağ qanad, ön alın şüşəsi, ön sağ qapı, və s. hissələri zədələnmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi zərər 5960 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlandırılmış xx.xx.2021-ci il tarixli pretenziya məktubuna əsasən cavabdeh iddiaçı qarşısında olan borcu və müqavilənin ləğvi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 2058 nömrəli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli, MAS-1740 saylı “Daxili lizinq” müqaviləsi üzrə İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixə əsas borc üzrə 528,70 manat, mükafat borcu üzrə 233,30 manat, cərimə borcu üzrə 309,24 manat olmaqla, ümumilkdə 1071,24 manat məbləğində borcu yaranmışdır. Məhkəmə prosesi dövründə xx.xx.2022-ci il tarixində 1000 manat məbləğində ödəniş etmişdir. Bununla da Cavabdeh müqavilə üzrə gecikdirilmiş əsas borcu 71,24 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2022-ci il tarixli, 9/2689 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, nəzəri hesablama yolu ilə, İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5193 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövrülüklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.2-ci maddəsinə əsasən, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. Göstərilən Məcəllənin 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir (maddə 424.2). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, xx.xx.2019-cu il tarixli, MAS-1740 saylı Daxili lizinq müqaviləsinə və xx.xx.2021-ci il tarixli, MAS-1740 saylı Öhdəliklərin ötürülməsi barədə müqaviləyə əsasən “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin istifadəsinə və sahibliyinə verilmiş, Cavabdeh isə müqavilə üzrə öhdəliyi lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. “Daxili lizinq" müqaviləsi və “ödəniş cədvəli"nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Habelə iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 2058 nömrəli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci ildə 1000 manat ödəniş etmiş və xx.xx.2019-cu il tarixli, MAS-1740 saylı Daxili lizinq müqaviləsi üzrə Cavabdeh gecikdirilmiş əsas borcu 71,24 manat təşkil edir. Həmçinin cavabdehin sahibliyində və istifadəsində olan müddətdə avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2022-ci il tarixli, 9/2689 nömrəli ekspert rəyinə əsasən “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 5193 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunvericiliyin tələbindən habelə tərəflər arasında bağlanmış lizinq nüqaviləsinin şərtlərindən göründüyü kimi lizinq obyektinin qəbul protokolu imzalandığı andan lizinq obyektinin təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir və lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, zliinq alan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq verənə ödəməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, mübahisə predmeti olan lizinq obyektinə ziyan dəydiyindən və buna görə məsuliyyəti Cavabdeh daşıdığından, həmçinin cavabdeh müqavilə üzrə öhdəliyi vaxtında yerinə yetirmədiyindən, iddia tələbi qismən təmin olunmalı, 1xx.xx.2019-cu il tarixli, MAS-1740 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməli və Cavabdeh 71,24 manat əsas borc, ekspert rəyinə əsasən 5193 manat dəymiş ziyan iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli, MAS-1740 saylı daxili lizinq müqaviləsi ləğv edilməli və Cavabdeh 71,24 manat gecikdirilmiş əsas borc və 5193 manat maddi zərər olmaqla, cəmi 5264,24 manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 90,72 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC –yə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 100 (bir yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli, MAS- 1740 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 71,24 (yetmiş bir manat iyirmi dörd qəpik) manat gecikdirilmiş əsas borc və 5193 (beş min yüz doxsan üç) manat maddi zərər olmaqla, cəmi 5264,24 (beş min iki yüz altmış dörd manat iyirmi dörd qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 90,72 (doxsan manat yetmiş iki qəpik) manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 100 (bir yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X10 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar