Məhkəmə qərarları › İş №2(004)-1690/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1690/2025

15.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1690/2025 15.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçı X11 nümayəndəsi və vəkili Vəkil1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X17, X6 və X9, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı X11 X28, X12 və X22 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər 19 saylı Notariat Kontoruna və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X43 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı "X44 X27nin və onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X25 19 saylı Notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh X23 qarşı "X44 X27nin və onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi, payın müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X7 miras qalmış Bakı şəhər, Yasamal rayonu, Yeni Yasamal, 2-ci Massiv, ev 3, mənzil 38, sahəsi 73.3 kv.m olan mənzilə dair xx.xx.2022-ci il tarixli X44 X27nin ləğv edilməsinə və ünvan 1, sahəsi 73.3 kv.m olan miras əmlakdan onun payının müəyyən edilərək ayrılması, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun atası X18 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Atası vəfat etdikdən sonra o, Bakı şəhəri 52 saylı Notariat ofisindən X44 X27 verilməsinə dair ərizəni bacısı X23 vermişdir. Bacısı isə notariusu aldadaraq tək vərəsə olduğunu bildirmişdir. Buna baxmayaraq Bakı şəhər 19 saylı Notariat bürosunun xüsusi notariusu tərəfindən ona məlumat vermədən vərəsəlik işinin açılması barədə qərar çıxarmış, onun miras əmlakda olan payımı ayırmadan X34 cavabdehin xeyrinə vərəsəliyin qəbul edilməsi ünvan 1 ünvana dair X17 tam xeyrinə qərar vermişdir. Notariat haqqında qanunun tələbinə görə vərəsələrin dairəsini müəyyən etmək vəzifəsi müraciət edilən Notariat hərəkətlərini aparan vəzifəli şəxsin üzərinə düşür. Bunun üçün Azərbaycan Respublikasının müvafiq orqanlarına sorğu göndərmək, araşdırma aparmaq məhz Notariat hərəkətini aparan şəxs tərəfindən icra edilir. X2 miras qalmış əmlakı qanunsuz olaraq onun ərizəsini nəzərə almadan vərəsəliyin açılması işi və qanun üzrə vərəsə kimi tanınma və vərəsəlik qəbul edilməsi qanunsuz sayılmalıdır. Vərəsələrə məlumat vermədiyi üçün Bakı şəhər 19 saylı Notariat ofisi xüsusi notariusu tərəfindən açılmış vərəsəlik işinin ləğv edilməsini tələb edir. Bakı şəhər 19 saylı Notariat ofisinin qanunsuz olaraq ona məlumat verməyərək vərəsələrin dairəsini tam müəyyən etmədən bir tərəfli mövqe tutaraq ona düşən miras əmlakdan məhrum edib. Daha sonra İddiaçı X11 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdiriməsi barədə ərizə verərək, hazırkı mülki iş üzrə Bakı şəhəri 19 saylı Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDK və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cavabdeh, X17 isə cavabdehlər tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi qəbul edilməsi barədə qərardad qəbul edilməsini, hazırkı mülki üş üzrə iddia tələbinin X23 verilmiş 14 yanvar 2022-ci il tarixli X44 X27nin və eləcə də həmin Şəhadətnamə əsasında onun adına verilmiş 19 yanvar 2022-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********81-05301-093026) etibarsız hesab edilməsi şəklində müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə X12 və X13 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddiaçının xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etdiyini və qanunla müəyyən edilmiş iddia müddətini itirdiyini bildirmiş və iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X11 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının atası X18 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Dəfn mərasimi iddiaçı tərəfindən təşkil olunub. Atası vəfat etdikdən sonra iddiaçı 3 ay müddət keçmədən Bakı şəhəri 52 saylı Notariat ofisinə müraciət edir. Əvvəl həmin mənzildə X28 və X22 yaşayırdı. İddiaçı 20 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri 52 saylı notariat ofisinə müraciət edərək bildirmişdir ki, ünvan 2-də yaşamış atası X18 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Atasının ondan başqa vərəsələri X28, X12, X14r. Atasından miras qalmış əmlak ünvan 2 ünvanında yerləşən mənzildən ibarətdir. Qeyd edilən şəxslərdən başqa digər birinci növbə vərəsələr, təmsilçilik hüququ üzrə vərəsələr, miras qoyanın himayəsində olmuş və özlərini müstəqil saxlaya bilməyən, əmək qabiliyyəti olmayan şəxslər yoxdur. Qeyd olunanları nəzərə alaraq, X44 X27 verilməsini xahiş etmişdir. İddiaçı X25 həmin sənədi vərəsəlik işinin açılması məqsədilə miras əmlakın yerləşdiyi ərazidə fəaliyyət göstərən Bakı şəhəri 19 saylı notariat ofisinə təqdim etmək üçün bacısı X23 təqdim etmişdir. X47 həmin mənzildə qeydiyyatda idi və orada yaşayırdı. X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 42 saylı notariat ofisinə, X12 isə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisinə ərizə ilə müraciət edərək xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 qalmış mirasın onlara çatan hissəsindən bacıları X17 xeyrinə imtina etdiklərini bildirmişlər. Bundan sonra X28 tək vərəsə kimi, yəni hazırkı iş üzrə iddiaçı X19 nəzərə almadan X44 X27nin verilməsi xahişi ilə Bakı şəhəri 19 saylı notariat ofisinə müraciət etmiş (20 sentyabr 2021-ci il tatixdə) və bu barədə bacısı Sevil Kamilovaya hər hansı bir məlumat verməmişdir. Müraciətlər eyni gündə fərqli notariuslara edilib. X28 təqdim etdiyi ərizədə özündən başqa vərəsənin olmadığını göstərərək sənədləri saxtalaşdırıb. Əlavə olaraq, notariusların vahid sistemi var və hansı notariusa müraciət edilməsinin fərqi yoxdur. Buna baxmayaraq, Bakı şəhər 19 saylı Notariat bürosunun xüsusi notariusu tərəfindən iddiaçıya məlumat vermədən vərəsəlik işinin açılması barədə qərar çıxarmış, iddiaçının miras əmlakda olan payını ayırmadan X34 cavabdehin xeyrinə vərəsəliyin qəbul edilməsi ünvan 1 ünvana dair X17 tam xeyrinə qərar vermişdir. Daha sonra X28 14 yanvar 2022-ci il tarixdə öz adına X44 X27, 19 yanvar 2022-ci il tarixdə isə həmin Şəhadətnamə əsasında öz adına həmin mənzilə Hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********81-05301-093026) almışdır. Beləliklə, iddiaçının atası X7 miras qalmış əmlakı qanunsuz olaraq iddiaçının ərizəsini nəzərə almadan vərəsəliyin açılması işi və qanun üzrə vərəsə kimi tanınma və vərəsəlik qəbul edilməsi qanunsuz sayılmalıdır. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariata müraciət edilməli idi. Mirasın qəbul olunması qaydasına görə əvvəl faktiki, sonra isə rəsmi qaydada qəbul edilməlidir. Belə ki, ölüm haqqında şəhadətnamə, mirasla bağlı sənədləri, doğum haqqlnda şəhadətnamə, ərizə və digər sənədlər əmlakın yerləşdiyi yerin notariusuna təqdim edilməlidir və bunun üçün həmin dövrdə müddət 6 ay idi. Mirasın rəsmi şəkildə qəbul edilməsi göstərilməli idi. Həmçinin, X28 ərizənin təqdim edilməsi barədə məlumatlı deyildi. Həmin ərizənin Kamilova Saraya verilməsinin əhəmiyyəti yoxdur, mirası və onun qəbulunu, vərəsə olmağı təsdiq edən sənədlər notariat orqanına təqdim olunmalı idi. Ərizə qeydiyyata alındıqdan sonra 6 ay müddət gözlənilir və daha sonra vərəsə kimi cəlb olunur. Bu əməliyyatlar isə keçirilməyib. Sara xanım dəfələrlə iddiaçıya müraciət olunduğunu və onun iki evinin olduğuna görə mirasdan imtina etdiyini bildirdi. Digər bacılar da atalarına Sara xanım tərəfindən qulluq edildiyini, həmçinin onun dəfn mərasiminin keçirdiyi üçün evin Sara xanıma verilməsini məqsədəuyğun hesab ediblər. Sevil Kamilovaya telefonla zəng edilərək, məlumat verilib, lakin notariusa gəlməyib. Əgər onun mirası qəbul etmək fikri var idisə notariusa müraciət edərək, şəhadətnamə istəməli, əmlakı faktiki qəbul edib idarə etməli idi. Lakin iddiaçı 4 il müddətində müraciət etməyib və pay da istəməyib. İddiaçı tərəfindən göstərilən hallar mirasın qəbulu kimi qiymətləndirilə bilməz, qanunvericilikdə mirasın qəbulunun qaydası qeyd olunub. xx.xx.2022-ci il tarixdə vərəsəlik açılıb və iddiaçı xx.xx.2025-ci ildə müraciət edib. Vərəsəlik şəhadətnaməsi veriləndən 3 il sonra müraciət olunub. Qeyd olunanlara əsasən, iddia müddətinin tətbiq edilərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X28 iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir. İzahatında bildirmişdir ki, notarius onu dəvət etdiyi üçün 19 saylı notariusa getmişdir. Notariusda olanda Sevil Kamilova ilə yanaşı digər bacılarının da adını qeyd etməmişdir. Atasının ildönümündə də Sevil əmlakı istəmədiyini demişdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 izahatında bildirmişdir ki, bacısı Sevilin miras əmlakdan imtina etmələri barədə təklifinə görə onlar da miras əmlakdan imtina etmişlər və bu barədə notariusda ərizə yazmışlar. Halhazırda da həmin əmlakdan ona düşən paydan bacıları Sara Kamilovanın xeyrinə imtina edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22 izahatında bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 3 ünvanda yerləşən 38 nömrəli mənzildə Sara və ataları ilə birlikdə yaşamışdır. Atası vəfat edəndən sonra miras əmlakdan ona düşən paydan bacısı Saranın xeyrinə imtina etmişdir. Hal-hazırda da həmin əmlakdan ona düşən paydan bacıları Sara Kamilovanın xeyrinə imtina edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış abdehlər 19 saylı Notariat Kontoru və "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X43 1 Saylı Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onlarım iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı 008816 nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsində istifadədə olan 0.17658 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 9 mərtəbəli binada, 73.3 kv.m ümumi, 1 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 38 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 499 nömrəli reyestr kitabının 46020 nömrəli vərəqində qeydiyyata alınmışdır. Laçın rayon Zaqs Bürosu tərəfindən verilmiş İ-ИЕ seriyalı 207260 nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, X18 ilə X37 18 iyul 1955-ci ildə nikaha daxil olmuşlar. Bu barədə 7 nömrəli akt qeydi tərtib edilmişdir. Laçın rayon Qarıqışlaq İcra Nümayəndəliyi tərəfindən verilmiş AZ-İV seriyalı, 340462 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X28 xx.xx.1960-cı il tarixdə Laçın rayonunun Hacılar kəndində doğulmuşdur. X5, anası X31r. İİ-ИЕ seriyalı, 117066 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.1961-ci il tarixdə Laçın rayonunun Hacılar kəndində doğulmuşdur. X5, anası X31r. “X21” AQİS-dən xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, X22 xx.xx.1967-ci il tarixdə Laçın rayonunun Hacılar kəndində doğulmuşdur. X5, anası X31r. 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 201392 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2021-ci il tarixdə sol mədəcik çatışmazlığından ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 614 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Yasamal Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ seriyalı 138470 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X38 xx.xx.2001-ci il tarixdə xroniki ürək-damar çatışmazlığından vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1131 nömrə ilə qeyd edilmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya Bakı şəhəri 52 saylı Notariat ofisinin xx.xx.2025-ci il tarixli, 926 saylı məktubu ilə cavab olaraq bildirilmişdir ki, Sorğu ilə əlaqədar “Elektron notariat” Avtomatlaşdırılmış informasiya sistemində araşdırma aparılarkən müəyyən edilmişdi ki, X8 ölümü ilə bağlı xx.xx.2021 -ci il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində vərəsəlik işi açılmış və xx.xx.2022-ci il tarixdə X32ma X44 X27 verilmişdir. X25 ilə bağlı isə bildirirlər ki, 52 saylı notariat ofisində xx.xx.2021 -ci il tarxdə 8843 nömrəli reyestrlə qeydə alınmış notariat ofisinə ünvanlanmış ərizədə imzası təsdiq edilmişdir. Lakin, həmin ərizə 52 saylı notariat ofisində vərəsəlik işinin açılması üçün təqdim edilməmiş və X18 ilə bağlı notariat ofisində vərəsəlik işi açılmamışdır. Həmin məktuba əlavə edilmiş “Elektron notariat” X1 çıxarışdan görünür ki, Kamilova Sevil qızı xx.xx.2021-ci il tarixdə aşağıdakı məzmunda ərizə ilə 52 saylı notariat ofisinə müraciət etmişdir: “Bildirirəm ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 , ev 3, mənzil 38-də yaşamış atam - X18 xx.xx.2021 -ci il tarixdə vəfat etmişdir. Atamın məndən başqa vərəsələri aşağıdakı şəxslərdir; 1 .qızı - X28, 2.qızı - X12, 3.qızı - X22, Atamdan miras qalmış əmlak ünvan 3 ünvanında yerləşən mənzildən ibarətdir. Nəzərinizə çatdırıram ki, qeyd edilən şəxslərdən başqa digər birinci növbə vərəsələr, təmsilçilik hüququ üzrə vərəsələr, miras qoyanın himayəsində olmuş və özlərini müstəqil saxlaya bilməyən, əmək qabiliyyəti olmayan şəxslər yoxdur. Qeyd olunanları nəzərə alaraq X44 X27 verilməsini xahiş edirəm” Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Bakı şəhəri 19 saylı Notariat ofisinin xx.xx.2025-ci il tarixli, 686 saylı məktubu ilə xx.xx.2022-ci il tarixdə 2V-10 reyestr nömrəsi ilə təsdiq edilmiş X44 X27nin və açılmış vərəsəlik işinin surəti məhkəmə təqdim olunmuşdur. Vərəsəlik işində olan: xx.xx.2021-ci il tarixli, notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, X22, xx.xx.2021-ci il tarixdə ölmüş atası X8 ölümündən sonra irs qalmış yaşayış, qeyriyaşayış və torpaq sahələri, habelə digər əmlak hüquqları üzrə mirasın ona çatası hissəsindən bacısı X17 xeyrinə imtina etmişdir. xx.xx.2021-ci il tarixli, notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, X12, xx.xx.2021-ci il tarixdə ölmüş atası X8 ölümündən sonra irs qalmış yaşayış, qeyriyaşayış və torpaq sahələri, habelə digər əmlak hüquqları üzrə mirasın ona çatası hissəsindən bacısı X17 xeyrinə imtina etmişdir. xx.xx.2021-ci il tarixli, notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, X28 notariat ofisinə müraciət edərək, xx.xx.2021-ci il tarixdə ölmüş atası X8 irs qalmış əmlakı qəbul etmiş, göstərilən əmlaka dair X44 şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Ondan başqa kimlərin vərəsə olmasını qeyd etməmişdir. xx.xx.2022-ci il tarixli X44 X27nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş atası X8 vərəsəsi – ünvan 4 ünvanında qeydiyyatda olan qızı – X28 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə əsasında verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2007 tarixdə X10 verilmiş **********81-05301-093026 Reyestr Nömrəli, ********* Qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 73.3 kv/m, yaşayış sahəsi 55.1 kv/m, 4 otaqlı olan mənzildən ibarətdir. Bakı şəhəri 19 saylı Notariat ofisinin xüsusi notariusu X26 Notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X10 məxsus olan miras əmlaka dair xx.xx.2022-ci il tarixdə X23 X44 X27 verilmişdir. Sonradan xx.xx.2025-ci il tarixdə X25 notariat ofisinə müraciət edərək bacısı X23 verilmiş vərəsəlik X27yə onun da adının salınmasını xahiş etmişdir. X25 mirasın qəbulu müddətini ötürdüyünə görə bu mümkünsüzdür. Qeyd olunanları nəzərə alıb “Notariat Haqqında" Azərbaycan Respublikası qanununun 40-cı maddəsinin 1-ci bəndini rəhbər tutaraq, X20 vərəsəlik X27nin verilməsindən imtina edilməsi qərara alınmış, Bu qərardan "Notariat haqqında" Azərbaycan Respublikası qanununun 41ci maddəsinə əsasən notariat ofisinin yerləşdiyi rayon məhkəməsinə şikayət verilə biləcəyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən, məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər 1133.1 və 1133.2-ci maddələrinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. X44 (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1 və 1134.2-ci maddələrinə əsasən, X44 zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) X44 zamanı birinci növbəli vərəsələr hesab olunurlar. 1261-ci maddəsinə əsasən, Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 1301.1-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. 1321.1-ci maddəsinə əsasən Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1322-ci maddəsinə əsasən, Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 1325-ci maddəsinə əsasən Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il tarixli qərarına əsasən “. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər”. Notariat haqqında Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinə əsasən, notarius X44 X27 verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik X27yə daxil edilə bilərlər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, miras qoyan X18 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı X25 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X28, X12 və X22 mərhum X8 qanun üzrə birinci növbəli vərəsələridir. İddiaçı X25 xx.xx.2021-ci il tarixdə 52 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, X44 haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin müraciəti əsasında vərəsəlik işi açılmamışdır. Eyni vaxtda, yəni xx.xx.2021-ci il tarixdə X28 Bakı şəhəri 19 saylı Notariat Ofisinə ərizə ilə müraciət edərək miras qalmış əmlaka X44 X27 verilməsini xahiş etmişdir. X22 xx.xx.2021-ci il tarixdə ərizə ilə notariat ofisinə müraciət edərək xx.xx.2021-ci il tarixdə ölmüş atası X8 ölümündən sonra irs qalmış yaşayış, qeyri-yaşayış və torpaq sahələri, habelə digər əmlak hüquqları üzrə mirasın ona çatası hissəsindən bacısı X17 xeyrinə imtina etmişdir. X12 xx.xx.2021-ci il tarixdə ərizə notariat ofisinə müraciət edərək xx.xx.2021-ci il tarixdə ölmüş atası X8 ölümündən sonra irs qalmış yaşayış, qeyri-yaşayış və torpaq sahələri, habelə digər əmlak hüquqları üzrə mirasın ona çatası hissəsindən bacısı X17 xeyrinə imtina etmişdir. X23 xx.xx.2022-ci il tarixdə miras əmlaka X44 X27 verilmişdir. Daha sonra iddiaçı 19 saylı notariat ofisinə müraciət etmiş və 19 saylı Notariat ofisinin xx.xx.2025-ci il tarixli qərarı ilə Notariat hərəkətinin aparmaqdan imtina edilmişdir. Əsas qismində mirasın qəbulu müddətinin ötürüldüyü göstərilmişdir. Nəticə etibarilə, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına və bu qərara uyğun formalaşmış məhkəmə təcrübəsinə görə miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasdan imtina, şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. 52.Beləliklə mülki qanunvericilik miras açıldığı andan, mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç (əlavə iki) ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək, iddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmədən notariat ofisinə müraciət edildiyini, lakin müraciəti ilə əlaqədar vərəsəlik işinin açılmadığını, eyni vaxtda digər notariat ofisində açılmış vərəsəlik işindən kənarda qaldığını və digər bacıların mərhumun ölümündən sonra X44 X27nin X17 adına tərtib olunmasına nail olduqlarını, hal-hazırda vərəsələrdən iki bacının (Gükxar Kamilova və Zərqələm Kamilova) onlara düşən miras paydan digər bacıları Sara Kamilovanın xeyrinə imtina etdiklərini nəzərə alaraq, məhkəmə hesab edir ki, X44 X27 etibarsız hesab edilməli, onun əsasında verilmiş çıxarış ləğv edilməli və vərəsələrin miras əmlakda payı müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri 19 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş, reyestrdə 2V-10 nömrə ilə qeyd edilmiş 14 yanvar 2022-ci il tarixli X44 X27 etibarsız hesab edilməli, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadarstrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən X17 adına verilmiş verilmiş ********** qeydiyyat nömrəli, 19 yanvar 2022-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış (reyestr nömrəsi **********81- 05301-093026) ləğv edilməli, X4 məxsus olmuş ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 73,30 kv.m, yaşayış sahəsi 55.1 kv.m. olan 4 otaqlı mənzilin 3/4 hissəsinə X17, 1/4 hissəsinə X11 miras payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri 19 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş, reyestrdə 2V-10 nömrə ilə qeyd edilmiş 14 yanvar 2022-ci il tarixli X44 X27 etibarsız hesab edilsin. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadarstrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən X17 adına verilmiş verilmiş ********** qeydiyyat nömrəli, 19 yanvar 2022-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış (reyestr nömrəsi **********81- 05301-093026) ləğv edilsin. X4 məxsus olmuş ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 73,30 kv.m, yaşayış sahəsi 55.1 kv.m. olan 4 otaqlı mənzilin 3/4 hissəsinə X17, 1/4 hissəsinə X11 miras payı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar