Məhkəmə qərarları › İş №2(004)-1697/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1697/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1697/2023 19.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14 aprel 2021-ci il tarixli MAS-3575 saylı "Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektinin məhv olma anına, 21 iyul 2022-ci il tarixə 9967,01 manat əsas, 375,70 manat gecikdirilmiş mükafat, ümumilikdə 10342,71 manat borc və ödənilmiş 121,03 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərmarş" MMC ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2021-cı il tarixli MAS-3575 saylı "Daxili lizinq" müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışlı. “Khazar SD" markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME321395 ban nömrəli, ağ rəngli avtomobil 16700 manat məbləğinə "xxxx" MMC-nın mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. ‘Daxili lizinq müqaviləsi'nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 23% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 426.28 manat, ümumilikdə isə 23862 manat məbləğində pulu Azərmaş" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 23862 manatın 16700 manatı əsas məbləğ təşkil edir. “Azərmaş" MMC-nın mülkiyyətində olan Cavabdeh müvəqqəti istifadəsinə venlmış “Khazar SD' markalı. **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil 21 iyul 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində tam yararsız vəziyyətə düşmüşdür. 'Daxili Lizinq’ müqaviləsinin 5.4-cü bəndinə əsasən, lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cərmeni isə məhv olma anına ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etmək və lizinq verənin mülkiyyətinə rəsmiləşdirməyi dərhal həyata keçirməlidir. Cavabdeh 'Daxili lizinq' müqaviləsi üzrə lizinq obyektinin məhv olma anına 21 iyul 2022-ci il tarixə borcu əsas məbləğ üzrə 9967.01 manat və mükafat məbləği uzrə 375,70 manat, ümumilikdə 10342,71 manat təşkil edir. 'Daxili lizinq müqaviləsi" və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin qismən təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli MAS-3575 saylı lizinq verən Azərmaş Alyans MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış X2 əsasən müəyyən olunur ki, lizinq verən lizinq alanın sifarış etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı (bundan sonra Lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli MAS-3575 saylı X2 1 nömrəli əlavəyə əsasən müəyyən olunur ki, əldə olunan əmlak “KHAZAR SD” markalı minik maşındır, dəyəri 16,700 manat təşkil edir. İş materiallarında olan 14 aprel 2021-ci il tarixli təhvil-təslim aktına əsasən müəyyən olunur ki, “KHAZAR SD” markalı minik maşınını Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli MAS-3575 saylı X2 3 saylı Əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh illik 23% hesablanmaqla 48 ay müddətinə hər ay 426,28 manat olmaqla, ümumilikdə 16700 manat məbləğində pulu Azərmaş Alyans MMCyə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan AE seriyalı 017668 nömrəli nəqliyyat vasitəsinin şəhadətnaməsinin surətinə əsasən müəyyən olunur ki, “KHAZAR SD” minik markalı, **- PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Azərmaş Alyans MMC-dir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 504 nömrəli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-3575 saylı “Daxili Lizinq” müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 9967,01 manat əsas, 375,70 manat mükafat borcu olmaqla, cəmi 10342,71 manat borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, Azərmaş Alyans MMC tərəfindən Cavabdeh müqavilənin ləğvi tələbinə dair xəbərdar edilmişdir. İş materiallarında olan Cavabdeh “Azərmaş" MMC-yə göndərdiyi ərizədən görünür ki, “KHAZAR SD” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin şirkətin duracağa gətirilməsi və satılmasına etiraz etmədiyini bildirmişdir. “Azərmaş" MMC-nin 11 aprel 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 500 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən Lizinq verənin lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; . lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: Həmin Məcəllənin 748-11-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; lizinq verənin mükafatının məbləği; lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; lizinq verənin əlavə xidmətlərinin haqqı daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə, həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi flə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh tərəfədindən 500 manat ödənildiyindən iddia tələbinin əsas borc hissəsində qismən təmin edilməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və qismən təmin edilməli, Cavabdeh 14 aprel 2021-ci il tarixli MAS- 3575 saylı "Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektinin məhv olma anına, 21 iyul 2022-ci il tarixə 9467,01 manat əsas, 375,70 manat gecikdirilmiş mükafat, ümumilikdə 9842,71 manat borc və ödənilmiş 121,03 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 14 aprel 2021-ci il tarixli MAS-3575 saylı "Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektinin məhv olma anına, 21 iyul 2022-ci il tarixə 9467,01 manat əsas, 375,70 manat gecikdirilmiş mükafat, ümumilikdə 10342,71 manat borc və ödənilmiş 121,03 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar