Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1713/2021 21.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X23 qızının katibliyi, İddiaçının nümayəndəsi X4 və vəkili X12, Cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Gömrük Komı̇ təsı̇ nin Tı̇ bbi Xı̇ dmət İ̇darəsinin Mərkəzi Hospitalının nümayəndəsi X9, Cavabdeh2 iştirakları ilə, İddiaçı Əlı̇ yeva Tahı̇ rə Əli qızının cavabdehlər Azərbaycan Respublı̇ kası Dövlət Gömrük Komı̇ təsı̇ nin Tı̇ bbi Xı̇ dmət İ̇darəsinin Mərkəzi Hospitalına və Cavabdeh2 qarşı "pul tələbinə dair" mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əlı̇ yeva Tahı̇ rə Əli qızı cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Gömrük Komı̇ təsı̇ nin Tı̇ bbi Xı̇ dmət İ̇darəsinin Mərkəzi Hospitalına qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişatında iddiaçı Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsini rəhbər tutaraq, Cavabdeh2 cavabdeh qismində cəlb olunmasını, cavabdehlərdən müştərək qaydada 6000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə axşam saat 21 radələrində anası X7 qəfildən yaşadığı evdə halı pisləşdiyindən və boğulma baş verdiyindən X18 aparmışdır. Xəstəxanada anasını reanimasiya otağına yerləşdirmişlər və ilkin olaraq 4000 manat depozitə pul qoymuşdur. xx.xx.2018-ci il tarixdə səhər tezdən anasının müalicə həkimi kardiloq-cərrah Cavabdeh2 olduğunu bilmiş, həkimlə görüşdükdə anasını müayinə etdiklərini və sağlamlığının stabil olduğunu bildirmişdir. İlkin olaraq böyrəyinin kreatin analizini götürdüklərini və onun cavabından asılı olaraq anju müayinəsinin lazım olub-olmamasını biləcəklərini demişdir. Bir qədər sonra həkimlə söhbət zamanı anasının kreatin göstəricisinin normal olduğunu, ona görə də anju müayinəsi olmalı olduğunu və ürəkdə olan problemin konkret nə olmasını öyrənmək lazım olduğunu bildirmişdir. anju müayinəsindən sonra həkim anasının ürəyinin bir damarında qaraltı olduğunu, əsas narahatçılığın ürək əzələsində olduğunu və ürəyə stend qoyulsa daha yaxşı olacağını bildirmişdir. Stend qoyulacağı halda fəsadların nə olacağını soruşduqda ona heç bir mənfi təsirinin olmayacağını, əksinə qan dövranının yaxşı olacağını, beyinə qanın yaxşı gedəcəyini bildirmiş və ona “xəstə yox, pul maraqlandırırsa müalicələri dayandıraq” demişdir. Buna görə də stendin qoyulmasına şifahi olaraq razılıq vermişdir. Həkim stend üçün əlavə 2250 manat depozitə pul qoymağı tələb etmişdir. xx.xx.2018-ci il tarixdə anasına Samir həkim tərəfindən bir ədəd stend qoyulmuş və xəstəxananın reanimasiya həkimi Tural adlı şəxs də əməliyyatda iştirak etmişdir. Stend qoyulduqdan sonra anasına çoxlu miqdarda qan durulducu sistemlər vurulmuş, dərman həbləri verilmişdir. Həmin günün səhəri isə anası palataya keçirilmiş, palatada olan zaman onda mədə qanaxması baş vermiş, bu səbəbdən halı pisləşmişdir. Bundan sonra həkimlərlə bununla bağlı müzakirə apararkən anasının mədəsini müayinə etmək və zond uddurmaq lazım olduğunu demişlər. Zond udulması müayinəsinə görə 2000 manat əlavə pul ödədikdən sonra müayinə zamanı anasının mədəsində şiş olmadığını, sadəcə yara olduğunu və qan durulducu dərmanlardan yaranın üzərinin açıldığını bildirmiş və başqa müalicələr tətbiq edəcəklərini demişlər. Bununla bağlı Tural həkimə şikayət etdikdə ki, xəstə gündən günə pisləşir, Tural həkim anasının infeksiyasının olduğunu və böyrəklərinin də fəaliyyətinin dayandığını, bunun üçün də 3 gün ardıcıl dializ olmalı olduğunu bildirmişdir. Çarəsiz qalaraq dializlə razılaşmış və xx.xx.2018-ci il tarixdə anası dializ aparatı ilə dializ olunmuşdur. xx.xx.2018-ci il tarixdə anasını ziyarət etdikdə onun vəziyyətinin kritik ağır olduğunu görmüşdür. Həkimlər də bunu təsdiq etmiş və xəstəxanın baş həkiminin qəbulunda olarkən dializin yenə lazım olduğunu, hər bir tədbirin protokola uyğun aparıldığını bildirmişlər. xx.xx.2018-ci il tarixdə anasının vəziyyətinin pis olduğunu görəndə yenə həkimlər anasının dializ olacağını və bunun üçün əlavə 2000 manat ödəməli olacağını bildirdikdə buna kəskin etiraz edərək anasını xx.xx.2018-ci il tarixdə X11 çıxarıb Akademik M.A.Topçubaşov adına X3 Gömrük hospitalının təcili tibbi yardımı vasitəsi ilə aparmışdır. Həmin xəstəxanada anası reanimasiyaya yerləşdirilmiş və həkimlər konsilium etdikdən sonra ona anasının vəziyyətinin çox kritik olduğunu, həyati göstəricilərinin olmadığını və hər hansı tibbi müdaxilənin nəticəsiz olacağını, bir qədər gözləməli olacağını demiş, təxminən 2 saat anası Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində qaldıqdan sonra həkimlər artıq onun öldüyünü bildirmişlər. Bundan sonra anasının meyitini xəstəxanadan götürüb dəfn etmişdir. Daha sonra anasının ölməsi ilə bağlı X17 həkimlərindən şikayət etmişdir. Anası X1 implant edilməmişdən qabaq o, mədə xəstəliyinin olub-olmaması ilə bağlı müayinədən keçirilməmiş, onun xəstəxanaya yatış səbəbi ciddi ürək problemləri olmuşdur. Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzi tərəfindən verilmiş ******* nömrəli ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, X13 xx.xx.2018-ci il tarixdə Elmi- Cərrahiyə Mərkəzinə “mədə-bağırsaq qanaxması və kəskin böyrək çatmamazlığı diaqnozu ilə daxil olmuş, həmin gün kəskin mədə-bağırsaq qanaxması səbəbindən ölmüşdür. Anasının ölməsinə səbəb həkimlərin səriştəsizliyi, səhlənkarlığı, yoxlama aparmadan, mədə bağırsağı müayinə etmədən, düzgün diaqnoz qoymadan anasına çoxlu miqdarda qan durulaşdırıcı sistemlərin vurulması və qan durulaşdırıcı dərmanların verilməsi olmuşdur. X16 invazifkardioloq işləyən Cavabdeh2 bildirmişdir ki, mədə qanaxmasının yaranmasına səbəb xəstədə mədə xorasının olması və ona müalicə fonunda qan durulaşdırıcı dərmanların verilməsi olmuşdur. Xəstə reanimasiyada olan zaman ürək çatışmazlığı və qan axma nəticəsində hipotenziv olduğuna görə böyrək və qaraciyərdə işemik dəyişiklilər baş vermiş qaraciyər və böyrək yetməzliyi yaranmışdır. Yəni həkim Cavabdeh2 etifaf etmişdir ki, anasının firək damarlarında olan daralmanın aradan götürülməsi üçün stend qoyulmalıdır və təbii ki ürəkdamar əməliyyatlarında mütləq şəkildə qan durulaşdıncı vasitələrindən istifadə olunması bir qaydadır. Bu arada sual olunur ki, həkim Cavabdeh2 bilmirdi ki, qan durulaşdıncı vasitələrindən hansı hallarda istifadə edilməsi (mədə-bağırsağda olan xoralar, yazva kolit qastrit və s.) yolverilməzdir və aspirin preparatının yaşı 70-i ötmüş xəstələrə təyin etməkdən önçə mütləq şəkildə müfaviq müayinələr aparılmalı idi, çünki qanaxma və ardınca ağır fəsadlara gətirib çıxarması təhlükəsi var idi, necə ki anasında bu hal baş verdi. Məhz anasında bu halın baş verməsində həkim Cavabdeh2 səhlənkarlığı ondan ibarətdir ki, onda qanaxma baş verəndən sonra yox, stend qoyulmadan öncə qastroskapiya müayinəsi keçirməli, sonra qan durulaşdıncı vasitələrdən istifadə edilib-edilməməsinə qərar verməli idi. O isə bunun tərsinə, siftə qan durulaşdırıcı vasitələrdən istifadə edir, qanaxmanı yaradır, daha sonra yaratdığı qanaxmanın səbəbini tapmaq üçün qastroskapiya müayinəsi keçirərək qanaxmanın səbəbi olan 12 barmaq bağırsaqda aktiv xoranın olmasını müəyyən edir ki, bu da artıq gec olur. X17 həkimi X22 bildirmişdir ki, anasının ürək damarlarına stend qoyandan sonra ona aspirin 150 mqr., pantasit 100 mqr., gündə iki dəfə, xartil 2.5 mqr., gündə 1 dəfə veraşbiron, gündə 1 dəfə və s. dərmanlar verməklə müalicə aparılmışdır. Bu dərmanlardan aspirin ilə veraşbironun əks göstəriciləri və yan təsirləri kimi mədə-bağırsaq mikozasının eroziv və ülseratif leyzonlarının kəskinləşməsi, qaraciyər və və/ya böyrəklərin pozulmuş işləməsi, yüksək qanaxma riski, mədə-bağırsaq traktının orqanlarında qanaxmanın açıq və ya gizli təzahürü, qaraciyər fermentlərinin artan fəaliyyəti, kəskin böyrək çatışmazlığının inkişafı və s. Xartil dərmanının instruksiyasında isə göstərilmişdir ki, yaşlı xəstələrə ürək çatışmazlığına görə Xartil dərmanı təyin edəndə xüsusən diqqətli olmalı, xəstədə bu dərmana necə reaksiya verməsinə uyğun müfaviq doza təyin edilməlidir. Belə ki, ürək çatışmazlığı nəticəsində arterial təzyiqin düşməsinə görə bu dərmanın qəbulu insan həyatına təhlükə yaradacaq dərəcədə böyrək çatışmazlığına gətirib çıxara bilir. Həkim anasının ürək damarına stend qoymaqdan əvvəl ətraflı müayinə aparılandan sonra onun səhhətinə, durumuna uyğun və əməliyyatndan sonra əks fəsadlar törədə bilməyən dərmanlardan istifadəsinə qərar verilməli idi, lakin xəstəyə qan durulaşdırıcı vasitələrinin və dərman preparatlannın düzgün təyin olunması, dozası, və təyin etmədən öncə həmin dərmanlara necə reaksiya verməsini həkim tərəfindən müəyyən edilməməsi məsələlərindən yan keçmişdir. Anasına təyin olunmuş dərmanlara necə reaksiya verilməsinə dair iş materiallarında nə rəy nə araşdırma vardır, eyni zamanda əməliyyatdan əvvəl anestezoloq həkimin də imzası ilə təsdiq edilmiş rəyi mütləq şəkildə lazım olduğu halda iş materiallarında belə bir rəyin də olmaması ona dəlalət edir ki, Cavabdeh2 işinə səhlənkar yanaşmış, bu da ailəsi üçün faciə ilə nəticələnmiş, anasını itirmişdir.Cavabdehlər xx.xx.2018-ci il tarixli Tibbi xidmət müqaviləsinin 2.1.3-cü bəndinin tələblərini pozaraq anasının həyatının qarşılaşacağı yüksək riskləri barədə onu lazımi şəkildə məlumatlanırmamışdır. Belə ki, həkim anasının ürəyinə stend qoyulsa daha yaxşı olacağını bildirməklə yanaşı yaşlı xəstəyə çoxlu miqdarda qan durulducu sistemin vurulması və dərmanların verilməsi nəticəsində daxili xora, yara və s. olarsa qanaxma baş verə bilər və bunun üçün zond udduraraq mədə-başırsaqlarda da müayinə aparılması yaxşı olar desəydi təbii ki, o, razı olardı. Amma həkim bu risk barədə ona bir kəlmə də olsun deməmiş, qanaxma baş verəndən sonra onu fakt qarşısında qoymuşdur. Yəni anasının ürəyində əməliyyat apararaq stend qoyulmasına görə qarşılıqlı razılığa əsasən 2474 manatı ödəmişdir. Daxili qanaxma təhlükəsi barədə məlumatlandırılmamışdır. Əgər məlumatlandırılsaydı, anasında mədə-bağırsağ müayinəsinə razılıq verib ona görə də ödəniş edərdi. Eyni zamanda cavabdeh müqavilənin 2.2.6-cı bəndində geyd olunan “xəstə”, hazır ki müqavilə ilə nəzərdə tutulmayan yanaşı xidmətlər göstərilməsi, fəsad çıxması, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə hallarında göstəriləcək xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği müqavilənin 3.1-ci bəndində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürür” qeyd olunmuş və cavabdehlər bu bəndə istinadən ondan əlavə vəsait almışdır. Lakin bu yanaşı xidmətlər və fəsad çıxmasının səbəbkarı cavabdehdir. Belə olan halda cavabdehlər səriştəsizlik, məsuliyyətsizlik və səhlənkarlığına görə ona ödəmiş olduğu vəsaiti geri qaytarmalıdır. X17 xx.xx.2018-ci il tarixli fakturasına əsasən tərəfindən 6000 manat məbləğində pul ödənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 və vəkili X20 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Gömrük Komı̇ təsı̇ nin Tı̇ bbi Xı̇ dmət İ̇darəsinin Mərkəzi Hospitalının nümayəndəsi X19 iddia tələbini qəbul etməyərək onun təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, ali təhsilli olmaqla 2005-ci il tarixdə Azərbaycan Tibb Universitetini müalicəprofılaktika fakültəsini bitirmiş, 2009-cu il tarixdə Türkiyyə Respublikası Samsun şəhərı 19 mayıs Universitetində Kardiologiya bölməsində 6 aylıq kurs keçmiş, 2007-ci tarixdə Müdafiə Nazirliyinin hərbi hissəsində tibb məntəqə rəisi işləmiş, 2009-cu ildən 2011-ci ilə qədər “Evromed” tibb klinikasında kardioloq işləmiş, 2011-ci ildən X16 invazif-kardioloq kimi işləyir. X14 xx.xx.2018-ci il tarixdə təcili tibbi yardım vasitəsi ilə X18 müraciət etmişdir. Xəstə təcili tibbi yardım şöbəsinə gətirilərək ilkin müayinələr aparılmışdır. Xəstə gələrkən tənginəfəslik, boğulma, məcburi oturaq vəziyyətdə olmuş, ilkin müayinədən sonra reanimasiya şöbəsinə keçirilmişdir. Xəstə kardioqrama və Exo-kardioqrama müayinələri olunmuş, kardioqramda sol hiss dəstəsinin tam blokadası, Exo-kardioqramada sol mədəciyin sistolk disfunksiyası (EF 25faiz) aşkarlanmış, xəstəyə lazımi müayinə və medika-mentoz müayinələr başlanılmışdır. Xəstədən həmçinin ürəyin zədələnmə markeri- troponin 1 stat götürülmüş, miqdarı 0.175, yəni normadan yüksək olduğu üçün xx.xx.2018-ci il tarixdə həmin analiz yenidən təkrarlanmışdır, nəticə isə 1.58 olmuşdur. Xəstənin yaxınlarına məlumat verilməklə və onların razılığı ilə ürəyin damarlarının angioqrafıya müayinəsi icra olunmuş və angioqrafiyanın nəticəsində sağ tac (85 faiz) və dolanan tac arteriyasında (100 faiz) ciddi darlıq aşkar edilmişdir. Xəstənin yaxınlarına məlumat verilməklə xəstənin sağ tac arteriyasında olan darlığa 1 ədəd dərman örüklü stend implant olunmuş və digər damarın ölçüsü 2 mm-dən kiçik bərabər olduğu üçün, stend də 2.25 mm və daha böyük olduğu üçün damara stend qoyulmamışdır. Xəstənin sağ tac arteriyasında olan darlığa 1 dərman örüklü stend implant edilməsi lazım olmuş, belə ki, 70 faizdən çox olan darlıqlara stend implantasiyası ümumdünya səhiyyə təşkilatının tövsiyələrinə əsasən vacibdir. Xəstə əmliyyatdan sonra təkrar reanimasiya şöbəsinə yatırılaraq lazımi müayinə və müalicələr davam etdirilmiş və xəstəyə antikoaqulyat terapiya davam etdirilmiş, qan durulducu pereparatlar verilmişdir. xx.xx.2018-ci il tarixdə xəstə reanimasiyadan stasionara köçürülərək lazımi müayinə və müalicələr davam etdirilmişdir. xx.xx.2018-ci il tarixdə axşam saatlarında xəstədə qusuntu kütləsində qan laxtaları izlənilmiş və buna görə cərrahın konsultasiyası istənilmişdir. Xəstəxananın həkim-cərrahı Namiq Novruzov tərəfindən xəstədə qan qusma epizodu olması qeyd edilmiş, müalicə həkimi ilə razılaşdırılaraq hemostatik terapiya təyin edilmişdir. Dinamiki laborator analiz təqibində xəstənin hemoqlobin memotakrit göstəricilərində ciddi enmə izlənilməmiş və konservativ müalicə qərarı alınmışdir. Xəstənin yaxınlarına bu barədə şifahi məlumat verilmiş, xx.xx.2018-ci il idə xəstədə təkrar qanamadan şübhələnərək reanimasiya şöbəsinə yerləşdirilmiş, xəstə yaxınlarına məlumat verərək qastroskapiya planlanmış, qida borusunda- mədədə qan izləri qeyd edilməmiş, 12 barmaq bağırsaqda, medial divarda 1.5 sm diametrində üzəri eksudasiyalı və bir kənarında hematin izi olan xora defekti qeyd edilmiş, xəstəyə 12 barmaq bağırsağın aktiv xorası qanama Forest 2A diaqnozu qulmuşdur. Qanama davam etmədiyi üçün endoskapik terapeftik müayinələr icra olunmamış, xəstəyə konservativ müalicənin davam etdirilməsi məsləhət görülmüşdür. Mədə qanaxmasının yaranmasına səbəb xəstədə mədə xorasının olması, ona müalicə fonunda qan durulaşdırıcı dərmanların verilməsi olmuşdur, reanimasiyada olduğu müddətdə xəstənin müalicə həkimi əvvəl də olduğu kimi reanimatoloq Tural Sadıqov olmuşdur. Bu müddətdə o, xəstəni kardioloji yöndən təqib etmiş və lazımi müayinə və lazımi medikamentoz müalicələrə nəzarət etmişdir. Reanimasiyada olan zaman ürək çatışmazlığı və qan axma nəticəsində hipotenziv olduğu üçün böyrək və qaraciyərdə işemik dəyişikliklər baş verdiyi üçün qaraciyər və böyrək yetməzliyi yaranmışdır. Buna görə də müvafiq ixtisasçılar dəvət olunaraq xəstənin yaxınlarına məlumat verilməklə dializ seansı alması məsləhət görülmüşdür. xx.xx.2018-ci il tarixdə xəstə 1 dəfə dializ seansı almış və xx.xx.2018-ci il tarixdə xəstədə qaraciyər və böyrək çatışmazlığı olduğuna xəstənin laxtalanma zəmində pozulma olduğu üçün təkrar mədə bağırsaq qanaması başlamış və ona 1 elektosit kütləsi köçürülmüşdür. Bundan sonra, xəstənin yaxın qohumlarının səyi ilə xəstə xx.xx.2018-ci il tarixdə başqa xəstəxanaya köçürülmüşdür. Həmin vaxt lazım olan dializ edilməmiş, xəstə yaxınlarının istəyi ilə o, başqa xəstəxanaya aparılmışdır. X1 implant edilməmişdən qabaq o, mədə xəstəliyinin olub-olmaması ilə bağlı müayinədən keçirilməmişdir. Belə ki, xəstənin xəstəxanaya yatış səbəbi ciddi ürək problemləri olmuşdur. Bu halda da xəstəyə digər orqanların, xüsusilə endoskopik müayinənin aparılmasına göstəriş yoxdur. Hətta bu əks göstərişdir. Qan durulducu məhlulları stend implant edilməmişdən qabaq da almışdır. Stend implant edilməsindən sonra xəstəyə əlavə qan durulducu məhlullar təyin olunmamışdır. Qeyd edilən səbəblərdən iddia tələbinin əsassız olduğuna görə ttəmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublı̇ kası Dövlət Gömrük Komı̇ təsı̇ nin Tı̇ bbi Xı̇ dmət İ̇darəsinin Mərkəzi Hospitalı ilə Əlı̇ yeva Tahı̇ rə Əli qızı arasında bağlanmışxx.xx.2018-ci il tarixli Tibbi xidmət müqaviləsinin surətindən görünür ki, hospital tibbi heyətin nəzərdə tutduqları tibbi xidmətlərin göstərilməsi üçün lazımi şəraiti və məkanı təmin etməyir, xəstə və ya xəstə yaxını isə göstərilən xidmətə görə fakturada müəyyənləşdirilən məbləği ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan X17 xx.xx.2018-ci il tarixli fakturasının surətindən görünür ki, iddiaçı Əlı̇ yeva Tahı̇ rə Əli qızı tərəfindən anasının müayinə və müalicəsi üçün cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Gömrük Komı̇ təsı̇ nin Tı̇ bbi Xı̇ dmət İ̇darəsinin Mərkəzi Hospitalının hesabına 6000 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon prokurorluğunun müstəntiqi T.Sadıqovun cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, X4 anası, 1942-ci il təvəllüdlü X5 xx.xx.2018-ci il tarixdə X17 həkimlərinin səhlənkarlığı nəticəsində ölməsi ilə bağlı şikayəti əsasında aparılmış araşdırma zamanı şahid izahatları alınmış, müvafiq sorğular verilmiş, material azrə komisyon məhkəmətibb ekspertizası (həkim işinə dair) və təkrar komisyon məhkəmə-tibb ekspertizası (həkim işinə dair) təyin edilmişdir. Təyin edilmiş komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli 51/KEŞ saylı rəyinə əsasən:
1. Validə Əkbərova xx.xx.2018-ci il tarixdə hospitala çox ağır vəziyyətdə döş qəfəsində olan göynədici ağrılarla müraciət etmişdir. Aparılmış klinik laborator və instrumental müayinələrdən sonra ona “Durğunluq, ürəkçatmamazlığı. miokardın kəskin subendokardial infarktı” diaqnozu düzgün təyin edilmişdir.
2. Validə Əkbərovanın müaricət etdiyi müalicə müəssisəsi şəraitində ona təyin edilmiş diaqnoza uyğun olaraq müvafiq müayinələr aparılmış və adekvat müalicə taktikası seçilmişdir. 3-4.21. Validə Əkbərovaya aparılmış koronar angioqrafiya müayinəsi zamanı onda sağ tac arteriyada ciddi darlıq müəyyən edilmiş və bununla əlaqədar (DES) stent implantasiya edilmişdir. Stentin implantasiyasının aparılmasına tibbi göstəriş olmuş, əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. 5-6-7. Validə Əkbərovaya aparılmış müayinə və müalicələr ona təyin edilmiş diaqnoza və keçirilmiş əməliyyatın həcminə uyğun olmuşdur. Lakin dinamik müşahidə zamanı xx.xx.2018-ci il tarixdə vəziyyəti ağırlaşmış, bu ağırlaşma 12 barmaq bağırsaq yarasının aktivləşməsi və qusma zamanı qan laxtalarının xaric edilməsi ilə özünü büruzə vermiş, lazımı təyinat verilərək baş vermiş aktiv qanaxma dayandırılmışdır. xx.xx.2018-ci il tarixdə təkrar mədə-bağırsaq qanaxmasına şübhə yarandığından xəstə ezofaqoqastroduadenoskopiya müayinəsindən keçirilmiş, müayinə zamanı onda “12-barmaq bağırsağın aktiv xorası, qanama forrestinin ELA” olduğu müəyyən edilmiş və qanaxma əleyhinə müvafiq tibbi yardımlar göstərilmişdir. Validə Əkbərovaya aparılmış müayinələr və göstərilmiş tibbi yardımlar ona təyin edilmiş diaqnoza uyğun olmuşdur. 10.17.18.19. Validə Əkbərovanın üzərində aparılmış stentləşdirmə əməliyyatından sonra ona göstərilmiş tibbi yardıma əməliyyatın həcmini və vəziyyətinin ağırlığına düzğun olmuşdur.
12. Validə Əkbərovada daha sonra müəyyən edilmiş “qaraciyər və böyrək btməzliyi” orqanizmin müqavimət və kompensator funksiyalarının pozulması nəticəsində meydana çıxa bilərdi və aparılmış müalicələrin buna səbəb olması inkar olunur.
13. Validə Əkbərovada müəyyənedilmiş xroniki böyrək çatmamazlığı səbəbindən ona “dializ seansı“ aparılmasına düzgün qərar verilmiş və icra edilmişdir. 15.20.24. Validə Əkbərovaya hospitalda aparılmış müayinə və müalicələr Səhiyyə sistemində mövcud təlimat qaydalarına uyğun olmuşdur. Təyin edilmiş təkrar komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli 120/MEŞ saylı rəyi ilə də X8 X16 xx.xx.2018-ci il tarixdə “Durğunluq ürək çatmamazlığı. Dəqiqləşdirilməmiş mədə-bağırsaq qanaxması. Miokardın kəskin subendokardial infarktı. Dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığı” diaqnozu düzgün qoyulduğu, stasionar şəraitdə müayinənin qoyulmuş diaqnoz həcmində aparılması, aparılmış əməliyyatların müəyyən edilmiş diaqnoza uyğun olması, xəstəyə qoyulmuş ürəyin sağ tac arteriyasının stend -plantasiyası əməliyyatının düzgün təyin edilməsi və bu halın tibbi göstəricilərə uyğun olması, xəstəliyin ağırlaşmasında həlledici səbəblərdən birinin kardioloji xəstəliyin və ağır gedişə malik xarakterli olması, həmçinin stend implantasiya edilməsindən əvvəl xəstəyə diaqnoza müvafiq təyin edilmiş antikoaqulyant terapiya, durulducu məhlulların yeridilməsi səbəb ola bilməsi, bu halın həkim səhvi kimi qiymətləndirilmədiyi, xəstəyə ürəyin sağ tac arteriyasının stend implantasiyası əməliyyatından sonra müvafiq tibbi yardımların vaxtında göstərildiyi, aparılmış müayinələr və tibbi yardımlar zamanı normativ-hüquqi aktların tələblərinin pozulmasına yol verilmədiyi qənaətinə gəlinmişdir. Aparılan araşdırma zamanı 1942-ci il təvəllüdlü X5 xx.xx.2018-ci il tarixdə X11 aparıldıqdan sonra Akademik M.A.Topçubaşov adına Elmi- tərrahiyə Mərkəzində baş vermiş ölümündə hər iki xəstəxananın həkimlərinin əməllərində cinayət tərkibinin olmaması müəyyən edilmiş, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və X6 qərardan ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə şikayət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-14.2.9-cu maddələrində mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məcəllənin 1097.2-ci madddəsinə əsasən mülki hüquq pozuntusunu (delikti) törətmiş şəxs zərərin onun təqsiri üzündən vurulmadığını sübuta yetirərsə, zərərin əvəzini ödəməkdən azad edilir. Mülki Məcəllənin 1112-ci maddəsinin tələblərinə görə tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Eləcə də, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Əlı̇ yeva Tahı̇ rə Əli qızı dəymiş maddi ziyanın həkim Cavabdeh2 tələb olunmasında haqlı olmamışdır. Belə ki, X2 müvafiq tibbi xidmətin göstərilməsi ilə bağlı müqavilə onunla Azərbaycan Respublı̇ kası Dövlət Gömrük Komı̇ təsı̇ nin Tı̇ bbi Xı̇ dmət İ̇darəsinin Mərkəzi Hospitalı arrasında bağlanmış və tibbi xidmətlərin göstərilməsi üçün pul vəsaiti Hospitalın hesabına ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. MPM-nin 54-cü maddəsinə görə isə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, işi xitam etmədən ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə işə baxır. Beləliklə, məhkəmə araşdırmaları zamanı toplanılmış sübutlarını məcmusu ilə iddiaçı Əlı̇ yeva Tahı̇ rə Əli qızının anası 1942-ci il təvəllüdlü X5 “Durğunluq ürək çatmamazlığı. Dəqiqləşdirilməmiş mədə-bağırsaq qanaxması. Miokardın kəskin subendokardial infarktı. Dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığı” diaqnozu ilə X16 müqyinə və müalicə olunması, daha sonra xəstə yaxınları tərəfindən Akademik M.A.Topçubaşov adına Elmi- Cərrahiyə Mərkəzinə aparılması və orada ölməsi və cavabdeh tibb müəssisəsi olan X16 təyin edilmiş müalicələrlə xəstənin ölümü arasında səbəbli əlaqənin olmasının istisna edildiyi məhkəmə baxışı zamanı müəyyən olunmuşdur. Bununla da, məhkəmə araşdırmaları zamanı iddiaçının hüquqlarının məhz iş üzrə cavabdehlər Azərbaycan Respublı̇ kası Dövlət Gömrük Komı̇ təsı̇ nin Tı̇ bbi Xı̇ dmət İ̇darəsinin Mərkəzi Hospitalı və həkim Cavabdeh2 tərəfindən pozulması təsdiq edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə
QƏT E T D İ:
İddiaçı Əlı̇ yeva Tahı̇ rə Əli qızının cavabdehlər Azərbaycan Respublı̇ kası Dövlət Gömrük Komı̇ təsı̇ nin Tı̇ bbi Xı̇ dmət İ̇darəsinin Mərkəzi Hospitalına və Cavabdeh2 "pul tələbinə dair" iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən:Ayaz Məmmədov