Məhkəmə qərarları › İş №2(004)-1718/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1718/2021

10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1718/2021 10.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X1 oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələblərinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 9008 manat pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı liə cavabdeh arasında 22.09.2020- ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin bağlanmasına səbəb Bakı Apellyasiya məhkəməsində baxılan 1(103)-566/2020 saylı cinayət işi olmuşdur. Belə ki, həmin cinayət işi üzrə iddiaçı zərərçəkmiş, cavabdeh isə təqsirləndirilən şəxs olmuşdur.Cavabdeh tərəfindən ona qarşı cinayət törədilmiş və maddi zərər vurulmuşdur. Həmin maddi ziyanı cavabdeh birdəfəlik ödəyə bilmədiyindən tərəflər razılaşmışlar ki, həmin maddi ziyan ayda min manat olmaqla cavabdeh tərəfindən hissə-hissə iddiaçıya ödənilsin və ödəmə müddətinin əvvəli 22.09.2020-ci il tarix hesab edilsin. Qeyd olunan razılaşmaya əsasən tərəflər arasında 22.09.2020-ci il tarixdə yazılı formada müvafiq müqavilə bağlanmış və həmin müqaviləni tərəflər imzalamışlar. Daha sonra, Bakı Apellyasiya məhkəməsində baxılan 1(103)-566/2020 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri götürülmüş və iş üzrə apellyasiya icraatına şikayətdən imtina edildiyi üçün xitam verilmişdir. Lakin bundan sonra, yəni qeyd olunan müqavilənin imzalandığı 22.09.2020-ci il tarixdən xeyli müddət keçməsinə baxmayaraq cavabdeh müqavilənin icrası qaydasında yalnız müəyyən məbləğdə pul ödəmişdir və hazırda borcu 9008 manat təşkil edir. Halbuki, müqavilənin şərtlərinə görə cavabdeh müqavilənin imzalandığı 22.09.2020-ci il tarixdən sonra hər ay üçün 1000 manat pul ödəməli idi. Məhkəmə icllasında iddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətanmə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, təqdim olunmuş sübutlarla cavabdehin tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərini tam yerinə yetirilməsi təsdiq edildiyindən iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən tələb edilmədiyindən iddianın verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 9008 (doqquz min səkkiz) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilsin. İddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar