Məhkəmə qərarları › İş №2(004)-1719/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1719/2021

29.07.2021 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1719/2021 29.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X5 qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “daşınar əşyaların sahibsiz hesab edilməsi və mülkiyyətə verilməsi barədə” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “daşınar əşyaların sahibsiz hesab edilməsi və mülkiyyətə verilməsi barədə” ərizə ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, 5800 ABŞ dollarının sahibsiz elan edilməklə Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İran İslam Respublikasının vətəndaşı X1 23.10.2003-cü il tarixdə külli miqdarda 28.483,800 manat dəyərində 5800 ABŞ dollarını Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə, gömrük nəzarətindən gizli keçirməsi faktına görə 27.10.2003-cü il tarixdə barəsində Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin başlanmasına səbəb və əsas 23.10.2003-cü il tarixdə L.Qüvvətəlinin 28.483,800 manat dəyərində 5800 ABŞ dollarını Astara Gömrükxanasının ərazisindən İran İslam Respublikasına bəyan etmədən, Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə, gömrük nəzarətindən gizli keçirərkən aşkar edilib götürülməsi olmuşdur. Aşkarlanmış fakt əsasında 14.11.2003-cü il tarixdə L.Qüvvətəli Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin, istintaqdan gizləndiyinə görə Yasamal rayon məhkəməsinin 28.11,2003-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışa verilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İstintaq İdarəsinin 03.11.2003-cü il tarixli qərarı ilə cinayətin predmeti olan 5800 ABŞ dolları iş üzrə maddi sübut qismində tanınmış və 15.11.2003-cü il tarixli protokolla saxlanılması üçün Dövlət Gömrük Komitəsinin xəzinəsinə təhvil verilmişdir. İstintaq orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş bütün istintaq və prosessual hərəkətlər yerinə yetirildikdən sonra 28.11.2003-cü il tarixli qərarla L.Quvvətəli Azərbaycan Respublikası CM-nin 206.1 -ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin o istintaqdan gizləndiyinə görə ona ittiham elan etmək mümkün olmamışdır. Bu səbəbdən də istintaq orqanı tərəfindən cinayət işi üzrə icraat dayandırılmışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 01.05.2020-ci il tarixli Azərbaycan Respublikası qanununun qüvvəyə minməsi ilə əlaqədar istintaq orqanı tərəfindən 17.06.2020-ci il tarixdə cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında qərar qəbul edilmişdir. L.Qüvvətəlinin qeyd edilən əməlində Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin tərkib əlamətləri olmadığından barəsindəki cinayət təqibinə və Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə başlanılmış cinayət işinin icraatına xitam verilmişdir. Onun əməlində Azərbaycan Respublikası İXM-nin 480 və 482-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərinin olduğu nəzərə alınaraq, toplanmış materiallardan zəruri sənədlərin surəti çıxarılaraq baxılması üçün aidiyyəti üzrə idarənin Təhqiqat şöbəsinə verilməsi və aşkar edilərək götürülmüş 5800 ABŞ dollarının inzibati məsuliyyət məsələsi barədə müvafiq qərar qəbul edilənədək hazırda olduğu yerdə Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılmasının nəzərə alınması barədə qərar qəbul edilmişdir. Bundan sonra Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən 23.10.2020-ci il tarixdə L.Qüvvətəlinin barəsində başlanılmış 10000-0041/20 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, hüquqpozma predmeti kimi götürülmüş 5800 ABŞ dollarının Dövlət Gömrük Komitəsinin xəzinəsinə təhvil verilməsinin nəzərə alınması və qərarın surəti bu qərarın 2-ci bəndində nəzərdə tutulan malların dövlət nəfinə keçirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi üçün Hüquqi Təminat İdarəsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, cinayətin predmeti olduğundan istintaq orqanı -.ərəfindən 03.11.2011 ci il tarixli qərarla maddi sübut qismində tanınmış 23.10.2003-cü il tarixdə L.Qüvvətəlidən aşkar edilərək götürülmüş 5800 ABŞ dolları daşınar əşyanın mülkiyyətçisi yoxdur və həmin əşyalara 28.11.2003-cü il tarixdən Dövlət 3omrük Komitəsi tərəfindən sahiblik edilməyə başlanmışdır. Ötən illər ərzində əşyanın sahibliyə verilməsi ilə əlaqədar Dövlət Gömrük Komitəsinə müraciət olunmamışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X4 ərizəni müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.4, 307.1, 309.1, 323- 326-cı maddələrini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, İran İslam Respublikasının vətəndaşı X1 23.10.2003-cü il tarixdə külli miqdarda 28.483,800 manat dəyərində 5800 ABŞ dollarını Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə, gömrük nəzarətindən gizli keçirməsi faktına görə 27.10.2003-cü il tarixdə barəsində Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin başlanmasına səbəb və əsas 23.10.2003-cü il tarixdə L.Qüvvətəlinin 28.483,800 manat dəyərində 5800 ABŞ dollarını Astara Gömrükxanasının ərazisindən İran İslam Respublikasından bəyan etmədən, Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə, gömrük nəzarətindən gizli keçirərkən aşkar edilib götürülməsi olmuşdur. Aşkarlanmış fakt əsasında 14.11.2003-cü il tarixdə L.Qüvvətəli Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin, istintaqdan gizləndiyinə görə Yasamal rayon məhkəməsinin 28.11,2003-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışa verilmişdir. İstintaq İdarəsinin 03.11.2003-cü il tarixli qərarı ilə cinayətin predmeti olan 5800 ABŞ dolları iş üzrə maddi sübut qismində tanınmış və 15.11.2003-cü il tarixli protokolla saxlanılması üçün Dövlət Gömrük Komitəsinin xəzinəsinə təhvil verilmişdir. İstintaq orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş bütün istintaq və prosessual hərəkətlər yerinə yetirildikdən sonra 28.11.2003-cü il tarixli qərarla L.Quvvətəli Azərbaycan Respublikası CM-nin 206.1 -ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin o istintaqdan gizləndiyinə görə ona ittiham elan etmək mümkün olmamışdır. Bu səbəbdən də istintaq orqanı tərəfindən cinayət işi üzrə icraat dayandırılmışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 01.05.2020-ci il tarixli Azərbaycan Respublikası qanununun qüvvəyə minməsi ilə əlaqədar istintaq orqanı tərəfindən 17.06.2020-ci il tarixdə cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında qərar qəbul edilmişdir. L.Qüvvətəlinin qeyd edilən əməlində Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin tərkib əlamətləri olmadığından barəsindəki cinayət təqibinə və Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə başlanılmış cinayət işinin icraatına xitam verilmişdir. Onun əməlində Azərbaycan Respublikası İXM-nin 480 və 482-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərinin olduğu nəzərə alınaraq, toplanmış materiallardan zəruri sənədlərin surəti çıxarılaraq baxılması üçün aidiyyəti üzrə idarənin Təhqiqat şöbəsinə verilməsi və aşkar edilərək götürülmüş 5800 ABŞ dollarının inzibati məsuliyyət məsələsi barədə müvafiq qərar qəbul edilənədək hazırda olduğu yerdə Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılmasının nəzərə alınması barədə qərar qəbul edilmişdir. Bundan sonra Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən 23.10.2020ci il tarixdə L.Qüvvətəlinin barəsində başlanılmış 10000-0041/20 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, hüquqpozma predmeti kimi götürülmüş 5800 ABŞ dollarının Dövlət Gömrük Komitəsinin xəzinəsinə təhvil verilməsinin nəzərə alınması və qərarın surəti bu qərarın 2-ci bəndində nəzərdə tutulan malların dövlət nəfinə keçirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi üçün Hüquqi Təminat İdarəsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası MM-nin 184.2-ci maddəsinə əsasən əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. Həmin Məcəllənin 185.1-ci maddəsinə əsasən mülkiyyət hüququndan imtina etmək məqsədi ilə mülkiyyətçinin atdığı və ya digər şəkildə əl çəkdiyi daşınar əşyanı (atılmış əmlakı) başqa şəxslər öz mülkiyyətinə yönəldə bilər. Azərbaycan Respublikası MPM-nin 305.1.4-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlərə baxır. Həmin Məcəllənin 323.1-ci maddəsinə əsasən daşınar əşyaların sahibsiz hesab edilməsi haqqında ərizə məhkəməyə bu əşyaya sahiblik etməyə başlamış şəxsin yaşadığı və ya olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 326.1-ci maddəsinə əsasən məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır. Beləliklə, məhkəmənin işin faktiki hallarına əsasən gəldiyi qənaətə görə, iş materiallarının məcmusu ərizənin əsaslılığını təsdiq etmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olub qismən təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İstintaq İdarəsinin 03.11.2003-cü il tarixli qərarı ilə cinayətin işi üzrə maddi sübut qismində tanınmış və 15.11.2003-cü il tarixli protokolla saxlanılması üçün Dövlət Gömrük Komitəsinin xəzinəsinə təhvil verilmiş 5800 ABŞ dolları sahibsiz hesab edilməli, həmin vəsaiti kimin mülkiyyətinə verilməsi Azərbaycan Respublikası qanununa uyğun olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İstintaq İdarəsinin 03.11.2003-cü il tarixli qərarı ilə cinayətin işi üzrə maddi sübut qismində tanınmış və 15.11.2003-cü il tarixli protokolla saxlanılması üçün Dövlət Gömrük Komitəsinin xəzinəsinə təhvil verilmiş 5800 (beş min səkkiz yüz) ABŞ dolları sahibsiz hesab edilsin. Sahibsiz hesab edilmiş 5800 (beş min səkkiz yüz) ABŞ dollarının kimin mülkiyyətinə verilməsi Azərbaycan Respublikası qanununa uyğun olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar