Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1720/2025 20.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “miras əmlakdan payın müəyyən olunması, çıxarışların verilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: vərəsəlik şəhadətnaməsinin ləğvi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “miras əmlakdan payın müəyyən olunması, çıxarışların verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı “miras əmlakdan payın müəyyən olunması, çıxarışların verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum babası X5 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Nərimanov küçəsi, 171 saylı fərdi yaşayış evinə dair buraxılmış müddətin bərpa edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunmaqla miras əmlakdan payının müəyyən edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Nərimanov küçəsi, 171 saylı fərdi yaşayış evinə müəyyən edilmiş vərəsəlik payına uyğu olaraq adına müvafiq “çıxarış”ların verilməsinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1898-ci il təvəllüdlü X8 onun babasıdır. Bu fakt Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə öz təsdiqini tapmışdır X12 xx.xx.1927-ci ildə doğulmuşdur. Atası xx.xx.1993-cü ildə ölmüşdür. X3 isə 1969-cu ildə ölmüşdür. Bakı şəhəri, Yasamal rayonu, Nərimanov küçəsi, 171 saylı fərdi yaşayış evi Bakı şəhəri 5 nömrəli dövlət notariat kontorunun 1 “B”-61 reyestr nömrəli xx.xx.1998-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Hacıbaba İsa oğlunun adından bütöv mülk olaraq X2 adına qeydiyyatdan keçmişdir. Onun adından isə Cavabdeh adına rəsmiləşdirilmişdir. Onun vərəsə olan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Nərimanov küçəsi, 171 saylı fərdi yaşayış evindən pay almaq hüququ vardır. Lakin o bu hüququndan cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhrum olmuşdur.
İİ.Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdehə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
5. Məhkəmə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.
İİİ. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, N.rimanov küçəsi, ev 171 nömrəli fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Nərimanov küçəsi, 171 saylı fərdi yaşayış evi Bakı şəhəri 5 nömrəli DNK-nın 1 “B”-61 reyestr nömrəli xx.xx.1998-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Hacıbaba İsa oğlunun adından bütöv mülk olaraq X2 adına qeydiyyatdan keçmişdir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1844/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən xx.xx.1970-ci il təvəllüdlü İddiaçı 1898-ci il təvəllüdlü X6 nəvəsi olması faktı müəyyən edilmişdir.
10. xx.xx.1998-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, xx.xx.1994-cü ildə vəfat etmiş Hacıbaba İsa oğlunun payı, yəni bütün mülk oğlu X4 vərəsəlik yolu ilə verilməlidir.
11. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışa əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh paylı mülkiyyət üzrə (2 otaq – ½ hissədən qalan hissə və 15 kv.m.) mülkiyyətindədir.
12. Qanun üzrə vəsəlik hüququ haqqında xx.xx.2018-ci il tarixli şəhadətnaməyə əsasən müəyyən olunur ki, xx.xx.2005-ci il tarixdə ölmüş X1 vərəsələri övladları X7 və Cavabdehdur. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində olan mərhumə məxsus paydan ibarətdir.
13. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd olunmalıdır.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
15. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
16. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
17. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.
18. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.
19. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
20. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
21. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
22. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
23. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir.
24. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh miras əmlak olaraq qalmış Bakı şəhəri, Yasamal rayonu, Nərimanov küçəsi, 171 saylı fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Hazırda iddiaçı həmin miras əmlaka faktiki sahiblik etməklə bağlı miras əmlakı qəbul etdiyini bildirərək Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab olunmasını tələb edir.
25. Yuxarıda sadalanan qanunvericilik normalarından görünür ki, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət ərzində mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyrirəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir.
26. Lakin iddiaçı mirası əmlakı qəbul etməsi iş materialları və işin halları ilə müəyyən olunmur. Çünki iddiaçı Mülki Məcəllənin 1246-cı maddəsində göstərilən müddətdə mirasın qəbul edilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etməmiş, həmçinin mirasın faktiki surətdə qəbul edilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Belə ki, işin hallarından görünür ki, iddiaçı mirası qəbul etmək üçün vaxtında təşəbbüs göstərməmiş, bu yöndə heç bir aktiv hərəkət etməmiş, buna görə də onların mirası qəbul etməsi qənaətinə gəlmək mümkün olmadığından Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün əsas yoxdur.
27. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı tərəf məhkəmə iclasında qeyd etmişdir ki, Cavabdeh adına vərəsəlik şəhadətnaməsinin verilməsindən məlumatlı olmuş, lakin indiyədək həmin halı mübahisələndirməməsi ilə bağlı əsaslı izah verə bilməmiş, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.
28. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
29. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.
V Nəticə:
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil