Məhkəmə qərarları › İş №2(004)-1721/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1721/2021

07.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1721/2021 07.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədirliyi, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Tariyel oğlu, Cavabdeh2, Cavabdeh4, X6 Xidmət Mərkəzinin Notariat Ofisi və X2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 Tariyel oğlu, Cavabdeh2, Cavabdeh4, X6 Xidmət Mərkəzinin Notariat Ofisi və X2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin 73.344 ədəd səhminin bağışlanmasına dair xx xxxxxxxx 2013-cü il tarixli 3M-1/346 reyestr nömrəli bağışlama müqaviləsinin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-yə məxsus 73.344 ədəd səhm cavabdeh X3 tərəfindən iddiaçı ilə birgə nikah dövründə əldə edilmişdir. xx xxxx 1998-ci il tarixdə qeydiyyata alınmış "xxxx" ASC-yə məxsus səhmlərin təxminən 70%-ni təşkil edən 51.340 ədədi cavabdeh Urfat İbrahimov tərəfindən özəlləşdirilmiş, 30%-lik hissəsi olan 22.004 ədədi isə iddiaçı trəfindən açıq hərracdan alınmışdır. İddiaçı 2012-ci ilin dekabr ayında səhhətində yaranan problemlərlə əlaqədar Azərbaycan Respublikasını tərk etmiş və müalicə olunmaq üçün xarici ölkəyə getmişdir. Həmin tarixdən bu günədək İddiaçı səhhətində olan problemlər səbəbindən ölkəyə geri qayıtmamışdır. Sonradan məlum olmuşdur ki, xx xxxxxxxx 2013-cü il tarixdə yuxarıda qeyd edilən səhmlər müxtəlif yollarla özgəninkiləşdirilmiş və Cavabdeh2 əlində cəmlənmişdir. Əqdlərin özgəninkiləşdirilməsi və məhz hansı yollarla başqa şəxsin əlinə keçməsi barədə iddiaçı yalnız bir neçə ay əvvəl məlumat almışdır. Belə ki, müqavilə əsasında İddiaçı hüquqlarının müdafiəsini və onu təmsil etmək səlahiyyətini vəkilə həvalə etmiş, bu zaman məlum olmuşdur ki, yuxarıda göstərilən səhmlərin özgəninkiləşdirilməsi ilə əlaqədar cavabdeh X3 tərəfindən əqdin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Həmin mülki iş materialları ilə tanış olan zaman ona məlum olmuşdur ki, "xxxx" ASC-yə məxsus 73.344 ədəd səhm xx xxxxxxxx 2013-cü il tarixli "Qiymətli kağızların bağışlama müqaviləsi" əsasında Cavabdeh4 tərəfindən, digər Cavabdeh2 bağışlanmışdır. Həmin bağışlama müqaviləsi cavabdeh X1 Bakı İstintaq təcridxanasında Cavabdeh1 verdiyi etibarnamə əsasında sonuncunun Cavabdeh4 adına ötürdüyü xx xxxxxx 2012-ci il tarixli 7E-9/14888 reyestr nömrəli etibarnamə əsasında rəsmiləşdirilmişdir. Maraqlıdır ki, bağışlama müqaviləsi rəsmiləşdirilərkən birgə nikah dövründə əldə edilən səhmlərin özgəninkiləşdirilməsinə etiraz edilməməsi barədə iddiaçının adından ərizə də hazırlanmış və xx.xx.2012-ci il tarixli 7E-10/14940 reyestr nömrəli ərizə ilə guya iddiaçının səhmlərin özgəninkiləşdirilməsinə etiraz etməməsi ilə bağlı notarial ərizə də hazırlanmışdır. Əgər surəti hazırki iddia ərizəsinə əlavə edilən həmin ərizəyə nəzər salsaq görərik ki, ərizə xx.xx.2012-ci il tarixdə notarial təsdiq edilsə də ərizəni iddiaçı şəxsən deyil, etibarnamə üzrə nümayəndə Cavabdeh4 vasitəsi ilə imzalamışdır. Bu etibarnamə üzrə nümayəndə isə cavabdeh Şəki şəhəri, Calğalıbulaq küçəsi, ev 1-də qeydiyyatda olan Cavabdeh4dur. Lakin, həmin ərizəni imzalamaq səlahiyyətini təsdiq edən etibarnamədən görünür ki, etibarnamə ərizədən 32 gün sonra verilmişdir. Ərizə təsdiq edilən zaman Cavabdeh4 imza səlahiyyəti olmamışdır. Bundan əlavə, hazırda Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatında olan 2(103)- 1976/2021 saylı iş masteriallarından görünür ki, yuxarıda qeyd edilən xx xxxxxx 2012-ci il tarixli 7E- /14888 reyestr nömrəli və xx xxxxxx 2012-ci il tarixli 7E-9/14887 reyestr nömrəli etibarnamələr naməlum şəraitdə dəyişdirilmiş, Şəki şəhəri 1 saylı DNK-nun notariusu İsrail Məmmədovun imzası ilə təsdiqlənməsi açıq-aydın görünür. Hətta həmin etibarnamələrin hansı tarixlərdə, yəni, 05 noyabrdamı ya 06 noyabrda mı verildiyi də mübahisəlidir. Ancaq həmin etibarnamələrin təsdiq edilmiş tarixlərinə baxmayaraq əl üsulu ilə rəqəmlərin üstündə 06 tarix yazılmışdır, bu saxtakarlıq açıq-aydn görünür. İddiaçı isə Cavabdeh4 heç bir etibarnamə verməmişdir. Bundan əlavə, bağlanan müqavilənin alqı-satqı müqaviləsi deyil, bağışlama müqaviləsi olması, bağışlama ilə varlanan şəxs Cavabdeh2 iddiaçı ilə heç bir qohumluq əlaqələrinin olmaması, həmin müqaviləyə şübhələri artırır və əqdin yalan əqd olmasına əsaslı şübhələri artırır. Bu səbəbdən də iddiaçı həmin əqdin məhkəmə qaydasında etibarsız hesab edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, işə onların iştirakı olmadan baxılmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 eyni məzmunlu iddiasının Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8717/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə rədd edildiyini, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-1745/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə Apelyasiya Məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanıldığını, İddiaçı apelyasiya şikayətinin də icraata qəbul olunmadan geri qaytarıldığını bildirərək iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsi ilə etibarsız əqdlər üzrə müddətlər müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin maddənin məzmunundan göründüyü kimi, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, bağışlama müqaviləsinin etibarsızlığı barədə tələbə baxılarkən Mülki Məcəllənin 354.2-ci maddəsində təsbit edilmiş kəsici müddətlərlə bağlı imperativ göstəriş nəzərə alınmalıdır. İddiaçı tərəfindən 2013-cü il tarixdə bağlanmış müqavilə 2017-ci ildə mübahisələndirilməklə faktiki olaraq həmin əqdin mübahisələndirilməsinə imkan verən müddət ötürülmüşdür. Müqavilənin etibarsız olması ehtimalında, MM-in 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddətin keçməsi iddiaçının həmin əqdin etibarsız hesab edilməsi barədə tələbinin təmin olunmasını istisna edir. İddiaçı tərəfindən 2013-cü il tarixdə bağlanmış müqavilə 2017-ci ildə mübahisələndirilməklə faktiki olaraq həmin əqdin mübahisələndirilməsinə imkan verən müddət ötürülmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar