Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1727/2021 05.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********88060 olan “Samsung Galaxy A10” markalı telefon üçün 242 manat ödənilməmiş hissə, 73 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən “Hoffmann” markalı soyuducu və “Electrolux” markalı paltaryuyan üçün 1188 manat ödənilməmiş hissə, 257 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, “Dnepr” çarpayı, dolab, termo, tumba və matras üçün 1218 manat ödənilməmiş hissə, 174 manat dəbbə olmaqla ümumilikdə 3152 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3182 manat məbləğində pulun tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək xx.xx.2019-cu il tarixli müqavilə üzrə, İMEİ kodu **********88060 olan Samsung galaxy A10 markalı telefon üçün 242 manat ödənilməmiş hissə, 73 manat dəbbə pulu, cəmi 315 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə, “Hoffmann” markalı soyuducu üçün 938 manat ödənilməmiş hissə, 90 manat dəbbə pulu, cəmi 1028 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə, “Dnepr” yataq, ”Dnepr” yataq, dolab, 2 ədəd “Dnepr” yataq, termo, matras üçün 1218 manat ödənilməmiş hissə, 174 manat dəbbə pulu, cəmi 1392 manat, ümumilikdə isə 2735 (iki min yeddi yüz otuz beş) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2765 (iki min yeddi yüz altmış beş) manat Cavabdeh alınaraq «xxxx» MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, cavabdehlə “xxxx” MMC arasında xx.xx.2019-cu il tarixli, 01051939 saylı, xx.xx.2019-cu il tarixli, 01063686 saylı və xx.xx.2019-cu il tarixli, 01069672 saylı müqavilələr bağlanmış, müqavilə üzrə nəzərdə tutulan əşyalar cavabdehə satılmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə paltaryuyan elektrik məhsulunu geri qaytarmış və məhsul 250 manat dəyərində qiymətləndirilərək satış məbləğindən çıxılmışdır. Cavabdehin cəmi 2735 manat borcu yaranmışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, alğı-satqı zamanı mebel, soyuducu, paltaryuyan almışdır. Paltaryuyan işləmədiyindən aldığı günün ertəsi bunu satıcıya bildirmiş, mağazanın əməkdaşları gəlib aparmışdır. Mağazaya dəfələrlə bildirmişdir ki, paltaryuyanı adından çıxarsınlar. Bir neçə dəfə də ofisə gedərək bu tələbini bildirmişdir. Bundan başqa əsas borcu tam məbləğdə qəbul edir, lakin pandemiyaya görə işləri dayandığından hazırda borcunu ödəməyə imkanı yoxdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01051939 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən İMEİ kodu **********88060 olan “Samsung Galaxy A10” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01063686 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən “Hoffmann” markalı soyuducu və “Electrolux” markalı paltaryuyan Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01069672 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən “Dnepr” markalı yataq-çarpayı, yataq-dolab, yataq-termi, yataq-tumba və matras Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 01051939 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 324 manat təşkil edir və aylıq 27 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 01063686 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 1188 manat təşkil edir və aylıq 66 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 01069672 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 1398 manat təşkil edir və aylıq 58 manat olmaqla 24 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixli, 01051939 nömrəli alğı-satqı müqaviləsi əsasında yaranmış alğı-satqı qiyməti 324 manat olan əsas borcdan 242 manat ödənilməmiş hissə, 73 manat cərimə, cəmi 315 manat borcu, xx.xx.2019-cu il tarixli, 01063686 nömrəli alğısatqı müqaviləsi əsasında yaranmış alğı-satqı qiyməti 1188 manat olan əsas borcdan 1188 manat ödənilməmiş hissə, 257 manat cərimə, cəmi 1445 manat borcu, xx.xx.2019-cu il tarixli, 01069672 nömrəli alğı-satqı müqaviləsi əsasında yaranmış alğı-satqı qiyməti 1398 manat olan əsas borcdan 1218 manat ödənilməmiş hissə, 174 manat cərimə, cəmi 1392 manat borcu, ümumilikdə isə 3152 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh malın nisyə-alğı satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən, iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, hesablanmış cərimənin götürülmüş borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, xx.xx.2019-cu il tarixli, 01051939 saylı müqavilə üzrə 5 manat, xx.xx.2019-cu il tarixli, 01063686 saylı müqavilə üzrə 5 manat və xx.xx.2019-cu il tarixli, 01069672 saylı müqavilə üzrə 5 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, 01051939 saylı müqavilə üzrə 242 manat əsas borc, 5 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli, 01063686 saylı müqavilə üzrə 938 manat əsas borc, 5 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli, 01069672 saylı müqavilə üzrə 1218 manat əsas borc, 5 manat dəbbə borcu olmaqla, ümumilikdə 2413 (iki min dörd yüz on üç) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 01051939 saylı müqavilə üzrə 242 manat əsas borc, 5 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli, 01063686 saylı müqavilə üzrə 938 manat əsas borc, 5 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli, 01069672 saylı müqavilə üzrə 1218 manat əsas borc, 5 manat dəbbə borcu olmaqla, ümumilikdə 2413 (iki min dörd yüz on üç) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-1727/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1727/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver