Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1738/2023 30.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər “X1 Mərkəzi” MMC, "xxxx" ASC–yə qarşı (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Suraxanı Rayon İcra və Probasiya şöbəsi) hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə mülki işlərin birləşdirilməsi məsələsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 Mərkəzi” MMC-nin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən, 13 nömrəli evin, 8 nömrəli mənzilin hərracdan satılmasının nəticələri haqqında YP № 127, xx.xx.2021-ci il tarixli yekun protokolun etibarsız hesab edilərək ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Nikoyl" İKB ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən. 13 nömrəli evin 8 nömrəli mənzilinə Suraxanı rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli 2(010)-1539/2018 saylı qətnaməsinə əsasən tutma yönəldilmişdir. Qətnamədən apellyasiya şikayəti verilmişdir. Nəticədə Bakı Apellyasiya Məhkəməsinin 2( 103)-538/19 saylı icra vərəqəsi əmlakın yerləşdiyi və borclunun qeydiyyatda olduğu ünvan üzrə icrasının təmin edilməsindən ötrü Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Cavabdeh “X1 Mərkəzi” MMC-nin keçirdiyi hərrac nəticəsində mənzil digər cavadeh Cavabdeh1 ASC tərəfindən hərracdan alınmış və bu barədə Hərracın nəticələri haqqında YP № 127 saylı 16 iyun 2021-ci il tarixli protokol tərtib edilmişdir. Hərraclar keçirilərkən iddiaçıya heç bir xəbər verilməmiş, bildirişlər gəlməmişdir. Bununla da mülkiyyətçi olaraq onun konstitusion hüquqlarının pozulması ilə bərabər "İpoteka haqqında " Azərbaycan Respublikasının Qanunun tələblərinin kobud surətdə pozulmasına səbəb olumuşdur. Belə ki, iddiaçıya məxsus olan əmlak hərracda 25% güzəştlə cavabdeh "Yelo Bank” ASC-yə satılmışdır. İddiaçının hərracdan xəbəri yalnız “Yelo Bank" ASC tərəfindən onun mənzildən çıxarılması ilə bağlı Surxanı rayon Məhkəməsinə müraciət edərkən olmuşdur. Hal-hazırda Suraxanı Rayon Məhkəməsində 2(010)-541/2023 saylı işə baxılmaqdadır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı mülki iş Suraxanı Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 ASC-nin cavabdeh İddiaçı qarşı cavabdehin mənzildən çıxarılması tələbinə dair 2(010)-541/2023 saylı mülki işlə əlaqəlidir, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. İddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi mülki işin birləşdirilməsi üçün aidiyyəti üzrə göndərilməsinə etiraz etmişlər. Cavabdehin nümayəndəsi mülki işlərdə predmetin və cavabdehlərin fərqli olmasını bildirmişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə alınmış məlumatdan görünür ki, Suraxanı Rayon Məhkəməsinin icraatına cavabdeh "xxxx" ASC-nin iddiası xx.xx.2022-ci il tarixdə daxil olmuş, İddiaçı iddiası isə Yasamal Rayon Məhkəməsinin icraatına xx.xx.2023cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi cavabdehin iddiası üzrə mülki iş Yasamal Rayon Məhkəməsinin icraatına ilkin olaraq daxil edilmişdir. Odur ki, Yasamal Rayon Məhkəməsinin icraatında olan hazırkı mülki iş Suraxanı Rayon Məhkəməsinin icraatında olan mülki işə birləşdirilməsi üçün Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (43.2). Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 395-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdehlər “X1 Mərkəzi” MMC, "xxxx" ASC–yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair 2(004)-1738/2023 saylı mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatına ilkin olaraq daxil olmuş iddiaçı Cavabdeh1 ASCnin cavabdeh İddiaçı qarşı cavabdehin mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə başlanmış 2(010)-541/2023 saylı mülki işə birləşdirilməsi üçün Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-1738/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1738/2023
30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver