Məhkəmə qərarları › İş №2(004)-1759/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1759/2025

10.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1759/2025 10.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdeh1, Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MTK və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ryestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MTK və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ryestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, сavabdeh Cavabdeh1 ilə Bakı şəhəri Yasamal rayonu, X26, Xarici Dairəvi 2 ünvanında yerləşən, 10 mərtəbəli yaşayış binasının 2-ci blok , 1-ci mərtəbədə olan, 65 kv.m sahəsi olan 21 saylı mənzilə dair bağlanılmış xx.xx.2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən qeydiyyata alınmış xx.xx.2024-cü il tarixli dövlət reyestrindən çıxarışın etibarsız hesab olunmaqla ləğv edilməsi, Əqdin bağlandığı andan Bakı şəhəri, Yasamal rayonu X26, Xarici Dairəvi 2 ünvanında yerləşən, 10 mərtəbəli şayış binasının 3-cü blok, 1-ci mərtəbədə olan, 65 kv.m sahəsi olan 47 saylı mənzilə dair iddiaçının sahiblik və istifadə hüququnun tanınması və mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, X26, Xarici Dairəvi 2 ünvanında yerləşən, 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 1-ci mərtəbədə olan, 65 kv.m sahəsi olan 21 saylı mənzil xx.xx.2020-ci il tarixli müqavilə əsasında ona (iddiaçıya) mənzil xx.xx.2000 qanuni istifadə və sahiblikdədir. Ötən 18 il ərzində, yəni 2024-cü ilin sentyabr ayınadək mənzillə bağlı nə MTK tərəfindən, nə də digər şəxslər tərəfindən hər hansı müdaxilə və ya mübahisə olmamışdır. Həmçinin cavabdeh olan Cavabdeh1 MTK-nın göstərişi ilə mənzilin qapısını janunsuz olaraq sındıraraq onun (iddiaçının) toxunulmazlığı hüququnu pozmuş və mənzilə qanunsuz daxil olmuşdur. Bununla bağlı Yasamal Rayon Polis İdarəsinə şikayət edilmişdir. Eyni zamanda həmin mənzillə bağlı Cavabdeh1 oğlu polis orqanına şikayıt etmiş nəticə etibarı ilə şikayət rədd edilmişdir. Bütün bu hadisələrin gedişatında onlara məlum olmuşdur ki, Cavabdeh1 ğlu xx.xx.2024-cü il tarixində vəziyyətdən sui-istifadə edərək sonradan tərtib olunmuş saxta müqavilə əsasında özündə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən mülkiyyət hüququna dair çıxarış əldə etmişdir. Qeydə almanın hüquqi əsası kimi xx.xx.2007-ci il tarixli müqaviləyə istinad edilmişdir. Hesab edir ki, Cavabdeh1 ilə Bakı şəhəri, Yasamal rayonu, X26, Xarici Dairəvi 2 ünvanında yerləşən, 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 1-ci mərtəbədə olan, 65 kv.m sahəsi olan 21 saylı mənzilə dair bağlanılmış xx.xx.2007-ci il tarixli müqavilə etibarsız hesab edilməli və həmin müqavilə əsasında Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən qeydiyyata alınmış xx.xx.2024-cü il tarixli dövlət reyestrindən çıxarış etibarsız hesab olunmaqla ləğv edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanmasına dəlalət edə bilər. Cavabdeh "xxxx" MTK məhkəməyə iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq, İddiaçı iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, birinci növbədə iddia anlaşılan deyil. Belə ki, iddia ərizəsində iddiaçı mənzilin 2000 il tarixindən onun istifadəsində olduğunu, sonradan ona 2020-ci il tarixli müqavilə ilə verildiyini və 18 il ərzində mənzilə heç kimin iddiasının olmadığını qeyd edir. Göründüyü kimi iddia ümumilikdə anlaşılan deyil. Bundan əlavə , iddiaçının belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. İlk növbədə qeyd etmək lazımdır ki, mənzilin iddiaçının istifadəsində olması və həmin mənzilə dair digər şəxslərin iddiasının olmamasına dair iddiaçının qeyd etdikləri həqiqəti əks etdirmir. Sözügedən mənzilin yerləşdiyi çoxmərtəbəli binanın Cavabdeh2 MTK tərəfindən tikintisi başa çatdırılmışdır. İddiaçının həmin binada mənzil satmaq kimi səlahiyyəti olmamışdır. Müxtəlif tarixlərdə şəxslərə saxta sənədlər əsasında həmin binada mənzillər satmış və eyin mənzillərə dair müxtəlif şəxslərin adına maliyyə arayışları tərtib etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, İddiaçı tərəfindən iddiaçılara əvvəllər öz adından imzalanmış maliyyə arayışını təqdim etmiş, sonradan oğlu dünyasını dəyişdikdən sonra özü tərəfindən verilmiş maliyyə arayışını gizlətmiş və oğlu tərəfindən imzalanmış maliyyə arayışını təqdim etmişdir. Belə ki, mənzili ona satan şəxsin belə bir hüququ olmadığı halda saxta sənədlər əsasında mənzili satmaqla şəxslərə qarşı dələduzluq cinayətini törətmişdir ki, hesab edirik ki, məhkəmə MPM-nin 265.4-cü maddəsinin tələblərinə uyğun olaraq bu barədə xüsusi qərardad çıxarmaqla cinayət işinin başlanılması üçün qanunla nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etməlidir. Bundan əlavə, qeyd etmək istərdik ki, Bakı şəhəri, Yasamal rayonu, X26, Xarici Dairəvi 2 ünvanında yerləşən, 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 1-ci mərtəbədə olan, 65 kv.m sahəsi olan 21 saylı mənzilə dair İddiaçı müqavilə bağlamaq səlahiyyəti olmamışdır. İddiaçı həmin mənzilin ona Rövşən Rüstəmov tərəfindən satıldığını əsas götürərək belə bir müqavilə bağlamışdır. Lakin, bildirmək istəyirlər ki, şəxsə MTK tərəfindən belə bir səlahiyyət verilməmişdir. İddiaçı belə bir müqavilə bağlayan zaman oğlu X21 Rüstəmov ilə bağlamış olduğu müqaviləni əsas götürmüşdür. Şəxsin iddia etdiyi və dələduzluq yolu ilə satışını həyata keçirdiyi mənzil binanın tikintisini həyata keçirmiş Cavabdeh2 MTK tərəfindən nə ona, nədə ki onun oğluna təhvil verilməmişdir. Həmin müqaviləyə münasibətdə isə bildirmək istəyirlər ki, o, R.Rüstəmovun vərəsəsi Venera Rüstəmovaya qarşı mənzillərin təhvil verilməsi ilə bağlı iddia qaldırmış, lakin həmin iddia Yasamal Rayon Məhkəməsinin e-2(004)-1506/2024 saylı (sədrlik edən Ayşən Sultanova-Məmmədova), Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5762/2024 saylı (sədrlik edən Namiq Cəfərov) qətnamələri ilə təmin edilməmişdir. Bundan əlavə Venera Rüstəmova isə Şakir Hüseynovla imzalanmış olduğu istinad edilən akt əsasında Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1868/2024 saylı (sədrlik edən Raqib Qurbanov) müvafiq qərarı ilə mənzilləri təhvil almışdır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X26, Xarici Dairəvi 2 ünvanında yerləşən, 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 1-ci mərtəbədə olan, 65 kv.m sahəsi olan mənzil ona məxsusdur. Həmin mənzili 07 may 2007-ci il tarixli müqavilə əsasında "xxxx" MTK-dan əldə etmişdir və onun adına xüsusi mülkiyyət hüququ əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən qeydiyyata alınmaqla xx.xx.2024-cü tarixli çıxarış verilmişdir. Odur ki, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən digər cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat vermiş, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını, həmçinin iddiaçının əməllərində cinayət işinin olubolmamasının araşdırılması üçün xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: “Qarabağ” Sudan İstifadə edənlər Asossiasiyasının direktoru X14 (icraçı) ilə İddiaçı (payçı) arasında bağlanmış xx.xx.2006-cı il tarixli payçı müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X26 xarici dairəsində ünvanda inşa olunan 10 mərtəbəli yaşayış binasında blok 2 mərtəbə 1, 65 kv.metr sahəsi olan 1 otaqlı 21 saylı mənzil izolə olunmuş 1 otaqdan barət olub bir pay kimi payçıya verilir. İcraçı tikintinin xarici tərtibatı və daxili arakəsmələr, dəmir seyf qapının qoyulması, mənzillərə elektrik enerjisi, qaz, su, kanalizasiya xəttlərinin çəkilməsi, divarların suvaq edilməsi, pəncərələrin qoyulması və şüşələnməsi kimi işləri görür. Payçı isə müqavilədə göstərilmiş 50.700 manat məbləğində pulu vaxtında və tamamilə ödəməyi öz üzərinə götürür. “Qarabağ” Sudan İstifadə edənlər Asossiasiyası tərəfindən verilmiş maliyyə arayışından görünür ki, İddiaçı həqiqətən Bakı şəhəri, Yasamal rayonu, X26 xarici dairəsində ünvanda inşa olunan 10 mərtəbəli yaşayış binasında blok 2 mərtəbə 1, 65 kv.metr sahəsi olan 1 otaqlı 21 saylı mənzilin dəyərini tam ödəmişdir. “Qarabağ” Sudan İstifadə edənlər Asossiasiyasının direktoru X14 (icraçı) ilə X10 (payçı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 013 saylı payçı müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X26 xarici dairəsində ünvanda inşa olunan 10 mərtəbəli yaşayış binasında blok 2 mərtəbə 1, 65 kv.metr sahəsi olan 1 otaqlı 21 saylı mənzil izolə olunmuş 1 otaqdan barət olub bir pay kimi payçıya verilir. İcraçı tikintinin xarici tərtibatı və daxili arakəsmələr, dəmir seyf qapının qoyulması, mənzillərə elektrik enerjisi, qaz, su, kanalizasiya xəttlərinin çəkilməsi, divarların suvaq edilməsi, pəncərələrin qoyulması və şüşələnməsi kimi işləri görür. Payçı isə müqavilədə göstərilmiş 65.000 manat məbləğində pulu vaxtında və tamamilə ödəməyi öz üzərinə götürür. “Qarabağ” Sudan İstifadə edənlər Asossiasiyası tərəfindən verilmiş maliyyə arayışından görünür ki, X10 həqiqətən Bakı şəhəri, Yasamal rayonu, X26, Xarici dairəvi ünvanda inşa olunan 10 mərtəbəli yaşayış binasında blok 2 mərtəbə 1, 65 kv.metr sahəsi olan 1 otaqlı 21 saylı mənzilin dəyərini tam ödəmişdir. X10 ilə X11 arasında Abşeron rayon 2 saylı Notariat ofisində bağlanmış 10 may 2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X10 Bakı şəhəri, Yasamal rayonu, X26, Xarici dairəvi ünvanda “Qarabağ” SİA tərəfindən inşa edilmiş 10 mərtəbəli yaşayış binasında 2-ci blok, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 65 kv.metr olan 1 (bir) otaqlı 21 saylı mənzili 64.000 manat məbləğinə alıcı X1, “Alıcı” isə həmin mənzili qeyd olunan məbləğdə almağı öhdəsinə götürmüşdür. X15 (icraçı) ilə Cavabdeh1 (payçı) arasında bağlanmış 07 may 2007-ci il tarixli yaşayış binasından pay barədə müqavilədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X26, 2-ci dairəvi küçəsi ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasında blok 2, mərtəbə 1, 65 kv.metr sahəsi olan 1 otaqlı 35 saylı mənzil izolə olunmuş 1 otaqdan barət olub bir pay kimi payçıya verilir. İcraçı tikintinin xarici tərtibatı və daxili arakəsmələr, giriş dəmir seyf qapının qoyulması, pəncərələrin qoyulması və şüşələnməsi kimi işləri görür. Payçı isə müqavilədə göstərilmiş 23.595 manat məbləğində pulu vaxtında və tamamilə ödəməyi öz üzərinə götürür. AR DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrin çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, mənzil 47 (yeni qaydalarla: AZ 1070, Bakı şəhəri, Yasamal rayonu, Dairəvi küçəsi, giriş 50, M1, m1) tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. 17 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, ibtidai araşdırma zamanı izahatı alınmış vətəndaş Cavabdeh1 izahatında xx.xx.2007-ci il tarixində müqavilə əsasında, ünvan 8 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 65 kv.m olan mənzili Şakir MTK-dan müqavilə əsasında əldə etməsini, lakin 1 ay bundan öncə, sözügedən mənzildə digər bir şəxsin yaşamasını aşkar etməsini bildirmiş, sözügedən mənzilin üzərində hüquqlarının bərpa edilməsini xahiş etmişdir. İzahatı alınmış, sözügedən mənzildə hal hazırda yaşayan şəxsə evi satmış, İddiaçı, izahatında sözügedən müqavilənin onunla Şakir MTK arasında 2005-ci ildə bağlanmasını, əvvəllər həmin binaya 2 milyon manat pul ödəməklə şərik olmasını, sözügedən binadan 20 mənzilin ona MTK tərəfindən müqavilə əsasında verilməsini, həmin mənzilləri müxtəlif vaxtlarda satmasını, Şakir MTK-nın təsisçisinin rəhmətə getməsindən sonra oğlu Tural adlı şəxsin qanunsuz əməllərə yol verməsini, buna görə də dəfələrlə məsuliyyətə cəlb edilməsini, həmin mənzil üzərində hüququnun məhkəmə tərəfindən təmin edilməsini, sözügedən mənzildə yaşayan ailənin dəfələrlə mənzilə kommunal ödənişlər etməsini bildirmişdir. Vətəndaşın təhqiqat orqanına təqdim etdiyi sənədlərin fotoşəkilləri çıxarılaraq toplanmış materiala əlavə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1868/2014 saylı, 11 mart 2014-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçılar azyaşlı X4 və X2 qanuni nümayəndəsi X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-871/2013 saylı mülki iş üzrə qəbul etdiyi 08 aprel 2013-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçılar X12 və X2 cavabdeh X7 (üçüncü şəxs X13) qarşı mənzillərin təhvil verilməsi tələblərinə dair iddianın təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, X28 küçəsi 2 ünvanda yerləşən 10 mərtəbəli binadakı 2, 5, 7, 6a, 16, 19, 21, 22, 24a, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73, 75 saylı mənzillər cavabdeh tərəfindən iddiaçılara təhvil verilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1506/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X8, X9 və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi Dairəsinə qarşı (X17 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və qeyri-yaşayış sahələrinin təhvil verilməsi" tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5762/2024 saylı, xx.xx.2024-cü tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-1506/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. (30 dekabr 2016-cı il tarixli dəyişikliyə qədərki redaksiya) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1868/2014 saylı, 11 mart 2014-cü il tarixli qətnaməsi ilə iddiaçılar azyaşlı X4 və X2 qanuni nümayəndəsi X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-871/2013 saylı mülki iş üzrə qəbul etdiyi 08 aprel 2013-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçılar X12 və X2 cavabdeh X7 (üçüncü şəxs X13) qarşı mənzillərin təhvil verilməsi tələblərinə dair iddianın təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, X28 küçəsi 2 ünvanda yerləşən 10 mərtəbəli binadakı 2, 5, 7, 6a, 16, 19, 21, 22, 24a, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73, 75 saylı mənzillər cavabdeh tərəfindən iddiaçılara təhvil verilməsi qət edilmişdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının tələb etdiyi Bakı şəhəri, Yasamal rayonu, X28 küçəsi 2 ünvanda yerləşən 10 mərtəbəli binadakı 21 saylı mənzilin X12 və X3 təhvil verilməsi qət edilmiş, mübahisəli mənzilə dair iddiaçının subyektiv hüququnun olmaması müəyyən edildiyindən bu hal məhkəmə tərəfindən mübahisələndirilmir. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tələbin əsaslandırıldığı və istinad etdiyi faktlara dair sübutlar ərizəyə əlavə edilməmiş, əksinə həmin iddia tələbi ilə əlaqəli olmayan başqa sübutlara istinad etmişdir. Belə ki, iddiaçı iddia tələbində Bakı şəhəri Yasamal rayonu, X26, Xarici Dairəvi 2 ünvanında yerləşən, 10 mərtəbəli yaşayış binasının 2-ci blok , 1ci mərtəbədə olan, 65 kv.m sahəsi olan 21 saylı mənzilə dair bağlanılmış xx.xx.2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən qeydiyyata alınmış xx.xx.2024-cü il tarixli dövlət reyestrindən çıxarışın etibarsız hesab olunmaqla ləğv edilməsini xahiş etmişdir. Lakin iş materiallarından görünür ki, 21 saylı mənzilin cavabdehə verilməsinə dair hər hansı müqavilə, yaxud həmin mənzilin cavabdehin adına daşınmaz əmlakın reyestrində qeydiyyata alınmasına dair hər hansı sübut mövcud deyildir. Məhkəmə qeyd edir ki, müqavilənin etibarsızlığı və çıxarışın ləğvi üçün hüquqi əsaslar, həmçinin iddiaçının mənafeyini və qanuni maraqlarını pozan hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bundan başqa cavabdeh "xxxx" MTK-nın vəsatətinə münasibətdə məhkəmə hesab edir ki, iş üzrə xüsusi qərardadın çıxarılmasına əsas yoxdur. Belə ki, MPM-nin 265.4-cü maddəyə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə araşdırması zamanı proses iştirakçılarının əməllərində cinayətin əlamətləri aşkar edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MTK və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ryestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi " tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MTK və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ryestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi " tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar