Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1785/2023 02.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili X6, Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və payların müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə Cavabdeh2 arasında "HYUNDAİ İX-35” markaİı **-TO-*** (evvelki nişan ** FJ ***) dövlət qeydiyyat nişanlı avtomobillə bağlı xx.xx.2020-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobilə Cavabdeh1 və İddiaçı mülkiyyət hüququnun tanınması və hər birinə ½ hissədə payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə birgə nikahda olarkən onun adına xx.xx.2018-ci ildə “HYUNDAİ-İX35” markalı, **-FJ-*** nömrə nişanlı minik avtomobili almışdır. Cavabdeh həmin avtomobili onun razılığı və xəbəri olmadan xx.xx.2019-cu ildə Cavabdeh3 satmışdır. Cavabdeh3 də həmin avtomobili xx.xx.2020-ci ildə Cavabdeh2 satmışdır. Həmin avtomobil hazırda **-OT-*** nömrə nişanı ilə Cavabdeh2 istifadəsindədir. İddiaçının iddiası əsasında Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)- 4307/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə "HYUNDAİ-İX-35” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Cavabdeh1 ilə Cavabdeh3 arasında 16 aprel 2019-cu il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Həmin alqı-satqı müqaviləsi etibarsız hesab edildiyi üçün onun nəticələri də etibarsız hesab olunmalıdır. Yəni Cavabdeh3 ila Cavabdeh2 arasında mübahisəli avtomobilin alqısatqısına dair xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi də etibarsız hesab olunmalıdır. Hazırda "HYUNDAİ-İX35” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobil yeni nömrə ilə Cavabdeh2 mülkiyyətindədir. Ona görə də alqı-satqı müqaviləsi etibarsız hesab olunmaqla həmin avtomobilə İddiaçı mülkiyyət hüququ tanınmalı və həmin avtomobilə həm Cavabdeh1, həm də İddiaçı ½ hissədə payları müəyyən edilməlidir. Cavabdeh3 iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbi ilə bağlı məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, o, İddiaçı uzun müddətdir avtoservisi olduğu müddətdən bəri tanıyır, münasib qiymətə düşən əmlakları alıb sonradan satışını təşkil edir, İddiaçı 2019-cu ilin aprel ayında ona bildirmişdir ki, o, arvadı Cavabdeh1 ilə ümumi razılıq əsasında ayrılmışlar və bu məqsəd ilə Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsində yerləşən 74 nömrəli evin, 59 nömrəli mənzilini və "HYUNDAİ İX-35" markalı, 99- FJ-902 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satmaq qərarına gəlmişlər və münasib qiymətə əmlakları ona almağı təklifi etmişdir. O isə yekun qərar verib İddiaçı məlumat verəcəyini bildirmişdir. Qərara gəldikdən sonra o ilk olaraq yəni 14 aprel 2019-cı il tarixdə "HYUNDAİ İX-35" markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı iştirakı ilə və dəyərini ona ödəməklə Cavabdeh1 ilə aralarında alqı-satqı müqaviləsi bağlayaraq və bundan sonra yəni 07 may 2019-cu il tarixdə isə Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən 74 nömrəli evin 59 nömrəli mənzilini İddiaçı 120.000,00 (bir yüz iyirmi min) manat ödəməklə onlardan almışdır. Bundan əlavə İddiaçı ondan onun 1-ci qrup əlil uşağı olduğundan, avtomobilə müştəri tapana kimi nəqliyyat vasitəsinin müvəqqəti istifadəsinə dair arvadına yəni Cavabdeh1 etibarnamə verməyini xahiş etmişdir. O da İddiaçı ilə uzun müddət olan tanışlıqlarını nəzərə alaraq arvadının adına nəqliyyat vasitəsinin idarə etmək üçün etibarnamə vermişdir. Sonradan ona məlum olmuşdur ki onlar arasında hazırda Bakı şəhəri, Yasamal rayonu, Z.Xaliİov küçasində yerləşən 74 nömrəli evin 59 nömrəli mənzilə və "HYUNDAİ ix-35" markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsina dair məhkəmə mübahisələri gedir, hazırkı işlə bağlı bildirmək istəyir ki, o nəqliyyat vasitəsini onlardan hər iki əmlakı alarkən hər ikisinin iştirakı və razılığı ilə almışdır və əmlakların dəyərini də İddiaçı tam ödəmişdir. Bu səbəbdən o "HYUNDAİ İX-35" markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin vicdanlı alıcısıdır, buna görə o vicdanlı alıcı hesab edilməlidir, bundan başqa həmin nəqliyyat vasitəsi artıq tərəfindən 05 oktyabr 2020-ci il tarixdə başqa şəxsə yəni iş üzrə Cavabdeh2 satılmışdır. Bundan başqa iş üzrə İddiaçı əvvəlki məhkəmə iclasları zamanı məlum idi ki, nəqliyyat vasitəsi Cavabdeh2 satılmışdır. Lakin buna hər hansı etirazı olmamış nəqliyyat vasitəsinin Cavabdeh2 adına 2020-ci il tarixdən olmasını bilməsinə baxmayaraq alqı-satqı müqaviləsini mübahisələndirməməklə iddia müddətini ötürmüşdür. İddia tələbi üzrə iddia müddətinin keçməsini nəzərə alaraq iddiadan imtina edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, mübahisəli avtomobili o, X7 ilə birlikdə etibarnamə əsasında idarə etmişlər. Onların nikahı 09 yanvar 2019-cu il tarixdə pozulmuş, X7 isə mübahisəli avtomobili 19 aprel 2019-cu il tarixdə Cavabdeh3 satmışdır. Onlar arasında mənzil bölgüsünə dair də mübahisə olmuşduerki, o, boçanmadan sonra da, hələ həmin evdə yaşamışdır. O, həmin evdən çıxandan sonra bilmişdir ki, avtomobil satılıb, lakin Cavabdeh3 onu sürməmiş, X5 etibarnamə vermiş və avtomobili o sürmüşdür. Bildirmişdir ki, evlə bağlı mübahisə artıq həll olunub. Cavabdeh2 həmin binada yaşayır, avtomobil isə həyətdə olurdu. O, DİN-in Baş Dövlət Yol Polis İdarəsinə müraciət etdikdən sonra yalnız bilmişdir ki, avtomobil Cavabdeh2 adınadır. Qeyd olunanlara əsasən, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili X9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, mübahisəli avtomobil birgə nikah dövründə alınmışdır. Həmin avtomobilin satıldıqdan sonra hazırki nömrəsi AZ **-OM-***-dir. X7 ilə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab olunmuşdur. Nə qədər ki, o etibarsız hesab olunmuşdur, Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanılmış müqavilə də, etibarsız hesab olunmalidir. Hazırda həmin avtomobil Cavabdeh2 istifadəsindədir. Bu müqavilə də Ali Məhkəmədə qüvvədə olan qərara əsasən etibarsız hesab olunmalı və həmin maşın üzrə ½ pay müəyyən olunmalıdır. Bildirmişdir ki, alqı-satqı müqaviləsi xx.xx.2020-ci il tarixdə olub, ona görə müddət keçməyib. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddia tələbi iki hissədən ibarətdir: əsas alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi. Əqdin etibarsız hesab olunması hissəsi ilə bağlı heç bir münasibət bildirə bilmirlər, çünki onlara yönəlməyib, lakin əslində nəticə etibarı ilə onlara yönəlir, çünki hüquqlarına toxunur. Bununla bağlı məhkəməyə verilmiş ərizə ilə razıdır, Konstitusiya Məhkəməsinin Plenum qərarını nəzərə alaraq, bura kəsici müddət tətbiq olunmalıdır, heç iddia müddətinin tətbiq olunmasına zərurət yoxdur. Bildirmişdir ki, bu iş üç dəfə apellyasiya instansiya məhkəməsində olub və ikinci dəfə xx.xx.2022-ci il tarixdə işə baxılarkən orda da qeyd olunmuşdur ki, əvvəlki apellyasiya baxışında Cavabdeh3 vəkili öz izahatında bildirmişdir ki, “mübahisədə adı keçən avtomobil Cavabdeh3 tərəfindən artıq satılmış və başqa şəxsin mülkiyyətindədir”. Burada da o, konkret olaraq göstərilmişdir. Hedab edir ki, əqdə münasibətdə müddət ötürülüb, müddət ötürüldükdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət olunub. Nə qədər ki, alqı-satqı müqaviləsi etibarsız hesab edilmədiyi halda əmlakın ½ hissəsinə iddiaçının hər hansı bir hüququnun tanınmasından söhbət gedə bilməz. Bu nöqtəyi nəzərdən onlar iddia tələbini qəbul etmirlər. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının vaxtı və və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişdir. Lakin Cavabdeh3 məhkəməyə ünvanladığı iddia müddətinin tətbiqinə dair ərizədə mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə gəlməyən digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10860/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 və Cavabdeh3 Fərmasn oğluna qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə əsasında aparılmış qeydin ləğv olunması, mülkiyyət hüququnun tanınması, payların müəyyən edilməsi və mülkiyyət hüququnun qeydə alınması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə alınan ’’HYUNDAİ İX-35" markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə bağlı X7 ilə Cavabdeh3 arasında 16 aprel 2019-cu il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında aparılmış qeydiyyatın ləğv olunması, X3 və İddiaçı həmin avtomobilə mülkiyyət hüququnun tanınması, avtomobilin 1/2 hissədə Cavabdeh1, 1/2 hissədə İddiaçı paylarının müəyyən edilməsi, Cavabdeh1 və İddiaçı həmin avtomobil üzərində mülkiyyət hüququnun qeydə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2262/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, X7 ilə Cavabdeh3 arasında 16 aprel 2019-cu il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 və İddiaçı həmin avtomobilə mülkiyyət hüququ tanınaraq avtomobilin 1/2 (ikidə bir) hissədə Cavabdeh1, 1/2 (ikidə bir) hissədə İddiaçı payları müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2262/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin mübahisələndirilən hissədə yəni, “X7 ilə Cavabdeh3 arasında 16 aprel 2019-cu il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, Cavabdeh1 və İddiaçı həmin avtomobilə mülkiyyət hüququ tanınaraq avtomobilin 1/2 (ikidə bir) hissədə Cavabdeh1, 1/2 (ikidə bir) hissədə İddiaçı payların müəyyən edilməsi” hissəsində ləğv edilməsini, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı «müqavilənin etibarsızlığı” barədə iddia tələbi təmin edilməməsini xahiş etmişdir. - Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1591/2021 saylı, 17 fevral 2021 -ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2262/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə yəni, “X7 ilə Cavabdeh3 arasında 16 aprel 2019-cu il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, Cavabdeh1 və İddiaçı həmin avtomobilə mülkiyyət hüququ tanınaraq avtomobilin 1/2 (ikidə bir) hissədə Cavabdeh1, 1/2 (ikidə bir) hissədə İddiaçı payları müəyyən edilməsi” hissəsində ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı «müqavilənin etibarsızlığı” barədə iddia tələbi təmin edilməməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 sentyabr 2021ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 1591/2021 saylı, 17 fevral 2021 ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10860/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2262/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən “X7 ilə Cavabdeh3 arasında 16 aprel 2019-cu il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, X4 və İddiaçı həmin avtomobilə mülkiyyət hüququnun tanınaraq avtomobilin 1/2 (ikidə bir) hissədə X4, 1/2 (ikidə bir) hissədə İddiaçı payları müəyyən edilməsi” hissəsində ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı «müqavilənin etibarsızlığı” barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5840/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 10860/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi qismən – “HYUNDAİ İX-35" markalı, **- FJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Cavabdeh1 və Cavabdeh3 arasında 16 aprel 2019-cu il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsi, “HYUNDAİ İX-35" markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Cavabdeh1 və Cavabdeh3 arasında 16 aprel 2019-cu il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qərara alınmışdır. Kassasiya instansiyası mövqeyini onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş mübahisəsiz hallarına görə iddiada adı keçən avtomobil İddiaçı ilə Cavabdeh1 (Fətəliyevanın) birgə nikahları dövründə əldə edilmiş və həmin avtomobilin Cavabdeh1 tərəfindən digər cavabdeh E.Abdullyeva satılması zamanı iddiaçının razılığı alınmamışdır. Məhkəmə kollegiyası Mülki Məcəllənin 225.6-cı, Ailə Məcəlləsinin 33.1-ci və 33.4-cü maddələrinə istinad edərək bildirmişdir ki, qeyd edilən qanunvericilik normaları ilə ərarvadın ümumi birgə mülkiyyətində olan əmlaka dair sərəncam verməsi qaydası, rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşyaların növü və belə daşınar əmlakların alqı-satqısına daşınmaz əmlakın alqı-satqısı zaman əməl edilməli olan göstərişlərin müvafiq surətdə tətbiq edilməli olması təsbit edilib. Müvafiq qərarla apellyasiya Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 10860/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası bu hissədə mövqeyini onunla əsaslandırmışdır ki, əmlak üzərində payın müəyyən edilməsi üçün həmin əmlakın ümumi birgə mülkiyyətdə olması əsas şərtdir ki, işin müəyyən edilmiş hallarına görə də hazırda belə bir şərt mövcud deyil. Bu baxımdan, həmin hissədə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğvi və həmin iddianın təmin edilməsi üçün əsaslar yoxdur. - “Hyundai-İX 35” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünür ki, həmin avtomobil xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X3 adına, xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında X1 adına rəsmiləşdirilmiş, xx.xx.2019-cu il tarixdə X2 tərəfindən Cavabdeh1 adına nəqliyyat vasitəsinə dair etibarnamə verilmiş, xx.xx.2019-cu il tarixdə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı dəyişdirilərək **-OT-*** kimi X1 adına qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdə qeyd edilən nəqliyyat vasitəsinə dair X2 tərəfindən Cavabdeh1 adına etibarnamə verilmişdir. xx.xx.2020-ci il tarixdə Hyundai-İX 35 markalı **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına rəsmiləşdirilmiş, xx.xx.2020-ci il tarixdə nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi **-OM-*** olaraq dəyişdirilmiş, hal-hazırda həmin qeydiyyat nişanı ilə Cavabdeh2 mülkiyyətindədir. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəlləənin 182.1-ci maddəsinə əsasən Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir. (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarı). Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir.” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 10 mart 2020-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı).” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.” Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən Cavabdeh1 iddiaçı ilə birgə nikah dövründə əldə etdikləri Hyundai-İX 35 markalı 90FJ902 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini iddiaçının razılığı olmadan 16 aprel 2019-cu il tarixdə Cavabdeh3 satmasını, Cavabdeh3 tərəfindən bir neçə dəfə Cavabdeh1 nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verməsini, həmçinin tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və işin bu hallarının müvafiq məhkəmə aktları ilə müəyyən edilməsini, mübahisə predmeti olan nəqliyyat vasitəsinin sonradan Cavabdeh3 tərəfindən başqa bir şəxsə, Cavabdeh2 satılmasını, hal-hazırda həmin nəqliyyat vasitəsinin Cavabdeh2 mülkiyyətində olmasını, işin faktiki halları ilə Cavabdeh2 vicdanlı alıcı olmasının müəyyən edilməsini nəzərə alıb, qanunvericiliyin sadalanan normalarının tələblərinə və müvafiq məsələ üzrə Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Məhkəmə Cavabdeh2 vicdanlı alıcı olması barədə nəticəyə gələrkən nəzərə almışdır ki, Cavabdeh1 tərəfindən Hyundai-İX 35 markalı 90FJ902 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 16 aprel 2019-cu il tarixdə Cavabdeh3 satılarkən həm həmin tarixdə, həm də xx.xx.2019-cu il tarixdə nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi dəyişdirildikdən sonra xx.xx.2019-cu il tarixdə Cavabdeh3 tərəfindən Cavabdeh1 adına etibarnamələr verildiyi halda, Hyundai-İX 35 markalı 90FJ902 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh3 tərəfindən xx.xx.2020-ci il tarixdə Cavabdeh2 satıldıqdan və həmçinin xx.xx.2020-ci il tarixdə nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi dəyişdirildikdən sonra sonuncu tərəfindən nə Cavabdeh3, nə də ki, Cavabdeh1 etibarnamə verilməsi iş materialları ilə müəyyən edilməmişdir. İddiaçı həmin müqavilənin formal olaraq bağlanılmasını, cavabdehlərin bir-birilərini tanıdıqlarını bildirsə də, həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, yalnız formal mülahizələrə əsaslanmışdır. Hətta cavabdehlər bir-birilərini əvvəlcədən tanımış olsalar belə, onların öncədən tanış olması əqdin etibarlılığını şübhə altına salmır. Belə ki, yuxarıda qeyd edildiyi kimi nəqliyyat vasitəsi Cavabdeh2 tərəfindən əldə edilərkən, onda əqdin legitimsizliyi barədə şübhə yaranması, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbərinin olması müəyyən edilmir. Lakin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cü il tarixli alğı-satqı müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5840/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə etibarsız hesab edildiyindən, Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış Hyundai-İX 35 markalı **-FJ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alğı-satqısına dair müqavilə də özözlüyündə əhəmiyyətsiz əqdir. Belə ki, onun verilməsinə əsas olmuş əqd etibarsız hesab edilmişdir. Lakin həmin əqd hüquqi nəticələr yaratdığından və nəqliyyat vasitəsi daşınar əşya olsa da, dövlət qeydiyyatına alındığından və qanunvericiliyin tələbinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan məhkəmə Cavabdeh2 vicdanlı alıcı olması qənaətinə gəlir. Belə ki, Mülki Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması qaydalarına əsasən hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinə aiddir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Notariat hərəkətlərinin aparılması haqqında təlimata” əsasən avtonəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ya girov qoyulmasına dair müqavilələr isə onların Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir. “Notariat haqqında” AR Qanununa əsasən dövlət qeydiyyatından keçməli olan əmlakın özgəninkiləşdirilməsi və ya ipoteka qoyulması haqqında müqavilələr özgəninkiləşdirilən və ya ipoteka qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən, avtonəqliyyat vasitələri üzrə, həmçinin onların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi müayinədən keçməsi barədə sənədlər və ya sənədlər haqqında elektron informasiya sistemindən real vaxt rejimində əldə edilmiş məlumatlar əsasında təsdiq edilir. Məhkəmə bu hissədə iddia tələbini rədd edərkən, hesab edir ki, nə qədər ki, Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cü il tarixli alğı-satqı müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5840/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə etibarsız hesab edilmişdir, iddiaçıya, ona vurulmuş maddi ziyanla bağlı Cavabdeh1 qarşı pul tələbinə diar iddia qaldırmaq hüququnun olması da izah edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin Hyundai-İX 35 markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh1 və İddiaçı mülkiyyət hüququnun tanınması və hər birinə ½ hissədə payların müəyyən edilməsi hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə iddia tələbini birinci hissədə (müqavilənin etibarsızlığı hissəsində) təmin etmədiyindən digər hissənin müzakirəsini məqsədə müvafiq hesab etmir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, eyni tərəflər arasında “Hyundai-İX 35” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində yəni ½ hissədə payların müəyyən edilməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olsa da, iş materiallarından görünür ki, mübahisə eyni tərəflər arasında eyni predmet üzrə olsa da, iddianın əsası (Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı) fərqli olmuş və iddia rədd edilmişdir. Hal-hazırkı mübahisənin əsasını isə Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı təşkil edir. Bu səbəbdən də məhkəmə işi icraata qəbul etmiş və mahiyyəti üzrə baxmışdır. Məhkəmə Cavabdeh3 tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə qeyd edir ki, məhkəmə iddia tələbinin əsassız hesab edilərək rədd edilməsi qənaətinə gəldiyindən iddia müddətinin tətbiqinin müzakirə edilməsini məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və payların müəyyən edilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1785/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1785/2023
02.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver