Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1790/2021 30.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X7 qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, 24.05.1958-ci il təvəllüdlü əri X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 1958-ci il tarixdə anadan olmuş əri X6 ilə birlikdə ünvan 1 ünvanıda yaşayır. X6 2017-ci ilin iyul ayından iki dəfə insult keçirməklə yataq xəstəsidir, hərəkət edə, danışa bilmir və fəaliyyət qabiliyyətini tam itirmişdir. Ona görə də onun adından müəyyən prosessual hərəkətlərin aparılması üçün onun fəaliyyət qabiliyyəti tlmayan hesab edilməsi və üzərində qəyyum təyin edilməsi zərurəti yaranmışdır. Belə ki, X10 tərəfindən verilmiş 1374/17/596 saylı, 18.08.2017-ci il tarixli, 638 saylı, 18.03.2019-cu il tarixli və 2795/750 saylı, stasionar xəstənin tibb kartasından görünür ki, X6 “H hövzəsində mik insult sol yarımkürəsinin hemorrojik insıılt sağ tərəfli İllcü dərəcəli Hemorrajik insult” keçirib. X2 Vətən müharibəsində aldığı qəlpə yarasından 25.10.2020-ci il tarixdə şəhid olmuşdur. Hazırda onun şəhid olmasına görə hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikası qanununa əsasən icbari şəxsi sğortanı almaq məqsədilə müəyyən prosessual hərəkətlərin aparılması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8, 33.1-ci maddələrini, Azərbaycan Respublikası MPM-nin 305.1.3, 317.2, 320.2, 321.2-ci maddələrini nəzərə alaraq, müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 24.05.1958-ci il tarixdə Masallı rayonunda anadan olmuşdur. 08.04.1991-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Ərizəçi arasında 08.04.1991-ci il tarixdə nikah rəsmiləşdirilmişdir. Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03.11.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 hərbi əməliyyat nəticəsində aldığı baç beynin diffuz travmasından 25.10.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin ambulator məhkəmə psixiatrik ekspertizasının 669 saylı, 01.04.2021-ci il tarixli rəyindən görünür ki, X1 insultdan sonra meydana gələn demensiya xəstəliyi müəyyən olunur və o, öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Buna görə də X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, 24.05.1958-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. 24.05.1958-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-1790/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1790/2021
30.04.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver