Məhkəmə qərarları › İş №2(004)-1803/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1803/2024

29.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1803/2024 29.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh2, X1 və Cavabdeh3 qarşı “kompensasiya ödənilməklə özbaşına tikililərin boşaldılaraq sökülməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh2, X1 və Cavabdeh3 qarşı “kompensasiya ödənilməklə özbaşına tikililərin boşaldılaraq sökülməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 168.000 (yüz altmış səkkiz min) manat ödənilməklə, Bakı şəhəi Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə ona məxsus ev və qeyri-yaşayış üçün nəzərdə tutulmuş özbaşına tikililərin; Cavabdeh4 6000 (altı min) manat ödənilməklə, həmin ərazidə ona məxsus ev üçün nəzərdə tutulmuş özbaşına tikilinin; Cavabdeh5 Bürcəli oğluna 70.500 (yetmiş min beş yüz) manat ödənilməklə, həmin ərazidə ona məxsus ev və qeyri-yaşayış üçün nəzərdə tutulmuş özbaşına tikililərin; Cavabdeh6 12.500 (on iki min beş yüz) manat ödənilməklə, həmin ərazidə ona məxsus ev və qeyri-yaşayış üçün nəzərdə tutulmuş özbaşına tikililərin; Cavabdeh7 34.000 (otuz dörd min) manat ödənilməklə, həmin ərazidə ona məxsus ev üçün nəzərdə tutulmuş özbaşına tikilinin; Cavabdeh8 12.100 (on iki min yüz) manat ödənilməklə, həmin ərazidə ona məxsus ev üçün nəzərdə tutulmuş özbaşına tikilinin; Cavabdeh9 30.000 (otuz min) manat ödənilməklə, həmin ərazidə ona məxsus ev üçün nəzərdə tutulmuş özbaşına tikilinin; Cavabdeh2 20.000 (iyirmi min) manat ödənilməklə, həmin ərazidə ona məxsus ev üçün nəzərdə tutulmuş özbaşına tikilinin; Cavabdeh10 8000 (səkkiz min) manat ödənilməklə, həmin ərazidə ona məxsus ev üçün nəzərdə tutulmuş özbaşına tikilinin və Cavabdeh3 24.000 (iyirmi dörd min) manat ödənilməklə, həmin ərazidə ona məxsus ev və qeyri-yaşayış sahəsi üçün nəzərdə tutulmuş özbaşına tikililərin boşaldılaraq sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddiaçı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirmişdir. Odur ki, iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində ayrı ünvanlarda yaşayan bir neçə cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Kompensasiya ödənilməklə boşaldılması və sökülməsi tələbi qoyulmuş özbaşına tikililər, ayrı ünvanlarda yerləşməklə, hər biri başqa cavabdehə məxsusdur. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 151, 152, 152.1.7, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh2, X1 və Cavabdeh3 qarşı “kompensasiya ödənilməklə özbaşına tikililərin boşaldılaraq sökülməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar