Məhkəmə qərarları › İş №2(004)-1824/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1824/2024

23.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1824/2024 23.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə və üçüncü şəxs X5 qarşı “borc tələbinin qanunsuz hesab edilməsi və sayğacın abonentinin adının dəyişdirilməsi öhdəliyinin qoyulması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə və üçüncü şəxs X5 qarşı “borc tələbinin qanunsuz hesab edilməsi və sayğacın abonentinin adının dəyişdirilməsi öhdəliyinin qoyulması”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 3vanında yerləşən fərdi yaşayış evinə dair sayğaca hesablanılmış borcun ondan tələb edilməsinin qanunsuz hesab edilməsi, sayğacın abonenti kimi onun - İddiaçı adına dəyişdirilməsi öhdəliyinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yasamal Rayonu Enerji Təchizatı və Satışı İdarəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, ünvan 3vanında yerləşən yaşayış evini xx.xx.2022-ci il tarixində İP 1163 saylı notarial qaydada tərtib olunmuş alqı-satqı və ipoteka müqaviləsinə əsasən satın almışdır. Satın aldıqdan sonra müəyyən olunmuşdur ki, məcburi köçkün X3 fərdi yaşayış yeri onun istifadəsində olduğu dövrdə 954 manat qalıq borcu yaranmışdır. Həmin borc 2002-2006-cı illərə aiddir və məcburi köçkün X3 tərəfindən yaranmışdır. Alqı-satqı etdikdən sonra sayğacın onun adına dəyişdirilməsi üçün cavabeh orqana müraciət etmişdir. Cavabdeh orqan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yasamal Rayon İdarəsi tərəfindən müraciətinə cavab olaraq 09h/x-2495 saylı, xx.xx.2023-cü il tarixli məktubla bildirildi ki, "xxxx" ASC-nin Yasamal Rayonu Enerji Təchizatı və Satışı İdarəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş Y/Ə-4386 saylı ərizədə siz yuxarıda qeyd edilən ünvanın elektrik enerjisi sərfıyyatına görə «2002- 2006- cı illər Barmek» dövründə abonent məcburi köçkün X6 tərəfindən yaranan dondurulmuş borcun (954.79 AZN) olduğunu və bu səbəbdən yeni soyadınızın qeyd edilməsinin (ad dəyişmə) mümkün olmadığını, dondurulmuş borcun silinməsində köməklik etməyimizi bildirmisiniz. Əməkdaşlarımız tərəfindən sizin ərizəniz araşdırıldı. Məlumat veririk ki, kompüter bazasında **********20060 saylı abunə kodu (Aidə Əbilova) üzrə bildiriş vərəqinin geniş təhlili nəticəsində məlum olmuşdur ki, 2002-2006-cı illər "xxxx" MMC dövrünə elektrik enerjisi 354.79 manat borc təşkil edir. Borcun ödənilməsi təmin edilir abonent tərəfindən bu kimi hallarda (alqı-satqı, ad dəyişikliyi və borcun olmamasına dair arayış aldıqda). Məlumat veririk ki, (ad dəyişikliyi) edilməsi üçün müvafiq sənədləri (çıxarış vərəqəsi (kupça) və şəxsiyyət vəsiqəsinin surəti) ASAN Kommunal Xidmət Mərkəzlərinə təqdim edilə bilər”. Daha sonra tərəfindən müvafiq ərizələr ilə cavabdehlərə yenidən müraciət edildi və alqı-satqı müqaviləsi ilə birlikdə müvafiq sənədlər cavabehə təqdim edildi. Lakin müraciəti əsasında ərizəsi təmin edilməmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixdə, 13-13/2-2-2/01-4-H-10684-5/2023 saylı məktubla bildirildi ki; “Yasamal rayonu, Yeni Yasamal 1, ev 12, mənzil 60 ünvanında yerləşən mənzilin istehlak edilmiş elektrik enerjisinin sərfinə görə yaranmış borcun araşdırılması ilə bağlı müraciətə (xx.xx.2023-cü il tarixli, 13-13/1 -H-10684-5/2023 nömrəli) "xxxx" ASC-də baxılmışdır. Bununla əlaqədar olaraq bildirmişdir ki, 2002-2006-cı il dövrə aid ("xxxx" MMC) 954,79 manat borcun 773,79 manatı tərəflərindən ödənildikdən sonra, hesabınızda qalan 181 manat Azərbaycan Respublikasının Qaçqınlar və X4 üzrə Dövlət Komitəsi tərəfindən ödənilən müavinətlə əvəzlənəcək”. Hal-hazırda hesab edir ki, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, ünvan 3vanda yerləşən mənzilə dair verilmiş sayğacın ad dəyişikliyindən imtinanın qanunsuz olması və yaradılmış əngəllərin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsi üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, köhnə tarixlərə dair hesablanılmış borcun ondan tələb edilməsi və hazırda hüquqlarının pozulması əsassız və qanunsuzdur. Cavabdehlər tərəfindən sayğac onun adına dəyişdirilməli, yığılmış borca görə də sərfıyyatı yaradan şəxsə qarşı müvafiq iddia ərizəsi ilə özləri məhkəməyə müraciət edə və ya digər hüquqlarından yararlana bilərlər. İşə məhkəmədə baxılan zaman iddiaçı iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" ASC tərəfindən ünvan 3vanında yerləşən fərdi yaşayış evinə dair sayğaca hesablanmış borcun ondan tələb edilməsinin qanunsuz hesab edilməsi, ünvan 1 ünvanında olan abonent kodunun onun adına keçirilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı ərizə ilə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yasamal Rayonu Enerji Təchizatı və Satışı İdarəsinin cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. Məhkəmə protokol ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yasamal Rayonu Enerji Təchizatı və Satışı İdarəsini cavabdehlər siyahısından çıxarmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı ilə "xxxx" ASC arasında müqavilə bağlanmayıb. Bu səbəbdən hesab edir ki, iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Qeyd olunan borc dondurulmuş borcdur və 2004-cü illəri əhatə edir. Borcla bağlı məlumat yalnız abonent kodu addan ada keçirilərkən bilinir. Həmin borc əvvəlki mülkiyyətçinin vaxtında olan borcdur. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, həmin borc onun vaxtında yaransada bu barədə ona heç bir məlumat verilməyib. O, bildirişdə və sms formasında nə yazılıbsa vaxtında ödəniş etmişdir. Lakin həmin borcla bağlı ona heç bir xəbərdarlıq olunmayıb və buna dair ona heç bir bildiriş verilməyib. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Beləki, işmaterillarında olan: - X7 ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İP 1163 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən X7 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 12 saylı evin 60 nömrəli mənzilini İddiaçı satmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 12 saylı evin 60 nömrəli mənzili İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış və sonuncuya çıxarış verilmişdir. - İddiaçı "xxxx" ASC-yə və "xxxx" ASC-nin Yasamal Rayonu Enerji Təchizatı və Satışı İdarəsinə ünvanladığı ərizələrinə əsasən ünvan 3vanında yerləşən yaşayış evini xx.xx.2022-ci il tarixində İP 1163 saylı notarial qaydada tərtib olunmuş alqı-satqı və ipoteka müqaviləsinə əsasən satın almışdır. Satın aldıqdan sonra müəyyən olunmuşdur ki, məcburi köçkün X3 fərdi yaşayış yeri onun istifadəsində olduğu dövrdə 954 manat qalıq borcu yaranmışdır. Həmin borc 2002-2006cı illərə aiddir və məcburi köçkün X3 tərəfindən yaranmışdır. Hal-hazırda mənzili notarial qaydada tətrib olunmuş alqı-satqı və ipoteka müqaviləsi əsasına aldığı üçün hesab edir ki, həmin borc ondan tələb edilməməli, kommunal xidmətlərə dair istifadəsinə yaranmış əngəllər aradan qaldırılmalı, həmin mənzilə dair onun adına, yəni İddiaçı adına abonent kodunun (**********20060) açılması və X1 edə bilməyi üçün müvafiq sayğacla təmin edilməyi barədə müvafiq köməklik göstərilməsini xahiş etmişdir. - "xxxx" ASC-nin Yasamal Rayonu Enerji Təchizatı və Satışı İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, “kompüter bazasında **********20060 saylı abunə kodu (Aidə Əbilova) üzrə bildiriş vərəqinin geniş təhlili nəticəsində məlum olmuşdur ki, 2002-2006-cı illər "xxxx" MMC dövrünə elektrik enerjisi 354.79 manat borc təşkil edir. Borcun ödənilməsi təmin edilir abonent tərəfindən bu kimi hallarda (alqı-satqı, ad dəyişikliyi və borcun olmamasına dair arayış aldıqda). Məlumat veririk ki, (ad dəyişikliyi) edilməsi üçün müvafiq sənədləri (çıxarış vərəqəsi (kupça) və şəxsiyyət vəsiqəsinin surəti) ASAN Kommunal Xidmət Mərkəzlərinə təqdim edilə bilər”. - "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, “2002-2006-cı il dövrə aid ("xxxx" MMC) 954,79 manat borcun 773,79 manatı tərəflərindən ödənildikdən sonra, hesabınızda qalan 181 manat Azərbaycan Respublikasının Qaçqınlar və X4 üzrə Dövlət Komitəsi tərəfindən ödənilən müavinətlə əvəzlənəcək”. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 12, mənzil 60 İddiaçı tam mülkiyyətindədir. Mənzilin əvvəlki mülkiyyətçi X3 2002- 2006-cı illərə aid həmin mənzilə dair 954 manat qalıq borcu yaranmışdır. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə borcun ondan tələb edilməməsi ilə bağlı və sayğacın onun adına dəyişdirilməsi ilə bağlı müraciət etmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yasamal Rayon İdarəsi tərəfindən müraciətinə cavab olaraq 09h/x-2495 saylı, xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, “kompüter bazasında **********20060 saylı abunə kodu (Aidə Əbilova) üzrə bildiriş vərəqinin geniş təhlili nəticəsində məlum olmuşdur ki, 2002-2006-cı illər "xxxx" MMC dövrünə elektrik enerjisi 354.79 manat borc təşkil edir. Borcun ödənilməsi təmin edilir abonent tərəfindən bu kimi hallarda (alqı-satqı, ad dəyişikliyi və borcun olmamasına dair arayış aldıqda). Məlumat veririk ki, (ad dəyişikliyi) edilməsi üçün müvafiq sənədləri (çıxarış vərəqəsi (kupça) və şəxsiyyət vəsiqəsinin surəti) ASAN Kommunal Xidmət Mərkəzlərinə təqdim edilə bilər”. Cavabdeh orqan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, “2002-2006cı il dövrə aid ("xxxx" MMC) 954,79 manat borcun 773,79 manatı tərəflərindən ödənildikdən sonra, hesabınızda qalan 181 manat Azərbaycan Respublikasının Qaçqınlar və X4 üzrə Dövlət Komitəsi tərəfindən ödənilən müavinətlə əvəzlənəcək”. İddiaçı borc tələbinin ondan tələb edilməsinin qanunsuz hesab edilməsi və sayğacın abonentinin adının dəyişdirilməsi öhdəliyinin qoyulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ünvan 3vanında yerləşən fərdi yaşayış evinə dair sayğaca hesablanmış borcun ondan tələb edilməsinin qanunsuz hesab edilməsi, ünvan 1 ünvanında olan abonent kodunun onun adına keçirilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 8.4-cü bəndinə əsasən “Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır”. Qanunun tələbindən görünür ki, istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. “X1 Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 7.2-ci bəndində göstərilir ki, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərəpilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 2002-2006-cı il dövrlər üçün ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair sayğac üzrə **********20060 abonent koduna hesablanmış borcun İddiaçıtələb edilməsi əsassız hesab edilməklə, həmin ünvan üzrə abonent kodunun İddiaçı adına keçirilməsi öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2002-2006-cı il dövrlər üçün ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair sayğac üzrə **********20060 abonent koduna hesablanmış borcun İddiaçıtələb edilməsi əsassız hesab edilməklə, həmin ünvan üzrə abonent kodunun İddiaçıadına keçirilməsi öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində BakıŞəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar