Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1828/2021 16.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər “X1 Mərkəzi” MMC-yə, Cavabdeh2nə və Cavabdeh3 qarşı “hərracın satış protokolunun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “X1 Mərkəzi” MMC-yə, Cavabdeh2nə və Cavabdeh3 qarşı “hərracın satış protokolunun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, “X1 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli Y-055 nömrəli satış protokolunun və “X1 Mərkəzi” MMC-nin direktoru Ə.N.Ələsgərovla alıcı Cavabdeh3 arasında bağlanmış, İddiaçı məxsus Abşeron rayonu Fatmayi kəndi G.Əsədov küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan 13 saylı fərdi yaşayış evini 58.320 manata alıcı Cavabdeh3 satılması barədə hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş emişdir. Daha sonra, İddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı mübahisəyə dair məhkəmədə mahiyyəti üzrə baxılıb həll edilənədək, iddianın təmini tədbiri kimi Abşeron rayonu Fatmayi kəndi G.Əsədov küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan 13 saylı fərdi yaşayış evi ilə bağlı hər hansı hərəkətin edilməsi, o cümlədən satılması, icarəyə verilməsi, bağışlanması və digər hərəkətlərin həyata keçirilməsinin Cavabdeh3 qadağan edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-1828/2021 nömrəli qərardadı ilə İddiaçı iddianın təmini tədbiri barədə ərizəsi rədd edilmişdir. İşin məhkəmə baxışı iclası xx.xx.2021-ci il tarixə saat 15:20-ə təyin olunmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin tərəflər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 185.4, 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 185.4, 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər “X1 Mərkəzi” MMC-yə, Cavabdeh2nə və Cavabdeh3 qarşı “hərracın satış protokolunun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-1828/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1828/2021
16.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver