Məhkəmə qərarları › İş №2(004)-1842/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1842/2024

24.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1842/2024 24.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh1 arasında Ford Fusion minik markalı nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və Cavabdeh1 ilə Cavabdeh2 arasında Ford Fusion minik markalı nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü ildə bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə dair və Nəqliyyat vasitəsinin İddiaçı MMC-nin sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixində BDYPİ-də alqı satqı müqaviləsi əsasında Ford FUSİON minik markalı, buraxılış ili 2015, qara metallik rəng, Ban: 3FA6P0HD2GR110383 olan nəqliyyat vasitəsini əldə etmişdir. İddiaçı təsisçisi və direktoru İran İslam Respublikasının vətəndaşı X4muşdur. Şirkəti direktoru olmuş X37 Ghazaleh şəxsi münasibətləri olmuş X17 tərəfindən aldadılmışdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-426/2023 nömrəli hökmü ilə X17 zərərçəkmiş şəxs X37 Ghazaleh barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə qeyd edilir ki, X17, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X37 Ghazalehə işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, X37 Ghazalehin kirayədə yaşadığını bilib sonuncuya məxsus 2015-ci il buraxılışlı “Ford Fusion” markalı ** PB *** dövlət qeydiyyat nişanlı qara-metallik rəngli 1499 sm3 həcmli avtomobili “lombarda” girova qoyaraq oradan götürəcəyi pulla Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal rayonu X38 6 saylı ünvanda inşa edilən X5 (“Sosial Evlər'‘dən) mənzil alacağına dair vəd etsə də, bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini və alınacaq mənzillə bağlı ilkin ödəniş etmək məcburiyyətində olduğunu bildirib əslində X37 Ghazalehə məxsus avtomobili lombarda qoyaraq xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2022-ci il tarixdə X37 Ghazalehə məxsus dəyəri 20.000 (iyirmi min) manat olan 2015-ci il buraxılışlı Ford Fusion markah ** PB *** dövlət qeydiyyat nişanlı qara-metallik rəngli 1499 sm3 həcmli avtomobili Bakı şəhəri Qaradağ rayonu Xocasən yolunda yerləşən DİN BDYPİ-nə məxsus nəqliyyat vasitələrinin dövlət qeydiyyatı və daimi uçota alınması idarəsinə aparıb orada müvafiq sənədləşmə apartdıraraq (alqı-satqı yolu ilə) X15 rəhbəri olduğu Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 115 ünvanında (Xalqlar Dostluğu metrostansiyasının üzərində -Şimal Şərq çıxışında) yerləşən Lombarda (onun təlqini əsasında) girova qoydurduqdan, eləcə də avtomobil sonuncunun qohumu Cavabdeh1 adına qeydiyyata düşdükdən sonra Oruc Əsgərovdan DİN BDYPİ-nə məxsus qeyd edilən idarənin həyətində ilkin olaraq 8900 (səkkiz min doqquz yüz) manat, xx.xx.2022-ci il tarixdə X37 Ghazalehi qeyd edilən lombarda apararaq sonuncuya avtomobilin onun tərərfındən girovdan çıxarılması və satışına etirazının olmaması ilə bağlı razılıq barədə müvafiq qeydlər yazdırmaqla təxminən 4-5 gün sonra 2022-ci ilin aprel ayının ortalarında Oruc Əsgərovun işlədiyi lombarda tək getməklə X37 Ghazalehə məxsus Ford Fusion markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobili girovdan çıxararaq həmin gün avtomobili Oruc Əsgərova sataraq sonuncudan Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 115 ünvanında (Xalqlar Dostluğu metrostansiyasının üzərində -Şimal Şərq çıxışında) yerləşən Lombardda əlavə olaraq 3800 (üç min səkkiz yüz) manat, ümumilikdə 12700 (on iki min yeddiz yüz) manat pulu alıb ələ keçirərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs X37 Ghazalehə 20.000 (iyirmi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli 3-xx-xx/2172150/2023 nömrəli məktubu ilə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli X14-satqı müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan Ford Fusion markalı, 99PB764 nömrəli qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 adına keçirilmiş və nəqliyyat vasitəsi 99FC185 nömrə ilə qeydiyyata alınmışdır. Daha sonra xx.xx.2023-cü il tarixində alqı-satqı müqaviləsi əsasında nəqliyyat vasitəsi Cavabdeh1 adından Cavabdeh2 adına keçirilmişdir. Yuxarıda qeyd edilən hallardanda görünür ki, X14-satqı müqavilələri etibarsız hesab edilməlidir. Cavabdeh2 iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, iddia ərizəsində göstərilən və eyni zamanda etiraf və təsdiq edilən işin hallarına görə açıq-aşkar müəyyən edilir ki, iddiaçının tələblərinin əsası kimi istinad edilən hallar yalnız və yalnız formal mülahizələrə və fərziyələrə əsaslandırılmışdır. Ona görə də göstərilən əsaslar Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin iddiaçının sahibliyinə qaytarılması tələbi üçün kifayətedici və mötəbər sübut kimi qəbul edilən deyil. Bununla yanaşı, iddia ərizəsində Cavabdeh2 qarşı irəli sürülmüş iddianın Faktiki əsası qeyd olunmadığı kimi, qanuni əsaslarıda da göstərilməmişdir. Xüsusi olaraq qeyd olunmalıdır ki, iddiaçı tərəfindən Abbasbəyli Turguta qarşı irəli sürülmüş iddianın ümimiyyətlə qanuni əsası yoxdur. Alqı-satqı müqaviləsi bağlanarkən o, aldadılıb, ona nəqliyyat vasitəsinin satılması barədə məlumat verilməyib. İlk növbədə qeyd olunmalıdır ki, iddia tələbi Hökümə və həmin Hökümdə göstərilənlərə əsaslandırılsa da, həmin Höküm iş materiallarına təqdim olunmamış və təqdim olunmadığına görə də, həmin Hökümə əsaslanıb hər hansı bir dəlil irəli sürülməsi formal mülahizə və fərziyədir. Lakin həmin Hökümün mövcudluqunu və hazırda qanuni qüvvədə olmasını etimal edib qəbul etsək, açıq-aşkar müəyyən edilir ki, MMC-nin təsisçisi və direktorunu aldadan, yəni dələduzluq törədən şəxs hazırkı məhkəmə işi üzrə cavabdehlər deyil, məhz X17 olmuşdur. Bu hal, hətta hüquqi şəxs olan iddiaçının təqdim etdiyi iddia Ərizəsinin ilk cümləsində də etiraf və təsdiq edilir. Hökümün mövcudluğu və hazırda qanuni qüvvədə olması etimal edilib qəbul edilərsə, X8 AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunması İşin mübahisəsiz halı kimi qəbul edilməlidir. Halbuki, iddia ərizəsində X17 tərəfindən avtomobillə bağlı törətdiyi dələduzluq əməli ilə iddiaçıya xeyli miqdarda maddi ziyan vurulması göstərilir ki, bu da onun həmin müddəa ilə deyil AR CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutlmuş əməlin törədilməsini göstərir. Odur ki, etimal edilməsi şübhə doğurmur ki, X17 tərəfindən avtomobillə bağlı törətdiyi dələduzluq əməlinə hüquqi qiymət verilərkən, iddiaçı, onun təsisçisi və direktoru olan şəxs avtomobil üzərində mülkiyyət hüququnu itirdiyini qəbul etmiş və bu səbəbdən də cinayət işi üzrə həmin avtomobilin yeni mülkiyyətçisi olan Cavabdeh1 vicdanlı alıcı olduğundan təqsirli bilinməmişdir. Xüsusi olaraq qeyd edirik ki, Cavabdeh2 iddiaçını, eləcə də onun (yəni MMC-nin) təsisçisi və direktoru olan şəxsi və sonuncuya qarşı dələduzluq törətmiş X9, eləcə Lombardın rəhbəri kimi təqdim olunan X18 ümumiyyətlə tanımamış və onlarla hər hansı bir mülki, inzibati və ya cinayət hüquq münasibətində olmamışdır. Eyni zamanda iddia ərizəsində də bunun əksini təsdiqləyən hər hansı bir subut və dəlil göstərilmir. İddia ərizəsində Cavabdeh2 cavabdeh qismində göstərilsə də, onun tərəfindən iddiaçının hansı hüququnun pozulması müəyyən edilmir və bu halla bağlı ümimiyyətlə hər hansı bir sübut bə dəlil təqdim olunmamışdır. Ümimiyyətlə, iddia ərizəsində göstərilən faktlar və dəlillər əsasında Müqavilələrin etibarsızlığı deyil, əksinə həmin Müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, iddia ərizəsində Cavabdeh1 qarşı göstərilən dəlillər, yəni iddiaçı ilə Fariz arasında alqı-satqı müqaviləsi MMC-nin təsisçisi və direktoru olan şəxsin razılığı ilə bağlanması Faktı, Farizin vicdanlı alıcı olduğunu sübut etməklə yanaşı həmin müqavilənin etibarlığını müəyyən edir. Digər tərəfdən isə, avtomobil Faizin mülkiyyətinə keçdikdən sonra və yuxarıda göstərilən cinayət işi üzrə onun təqsirli bilmədiyi, həmçinin həmin cinayət işi başlandığı və yekun məhkəmə aktı çıxarılanadək avtomobilin iddiaçıya qaytarılması ilə bağlı iddiaçı tərəfindən hər hansı bir hərəkətin edilməməsi, həmin avtomobil üzərində iddiaçının hüququ qalmadığı müəyyən edilir. Bundan başqa, iddiaçı alqı-satqı müqaviləsini imzaladığı və notariat qaydada təsdiqlənən zaman həmin müqavilədən xəbərdar olmuş və təxminən 1 il 11 aydan sonra onun etibarsızlığını mübahisələndirmişdir. Deməli bu halda da, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini də ötürmüşdür. Göstərilənlərdən başqa, qeyd olunmalıdır ki, iddiaçının, Cavabdeh2 qarşı xx.xx.2023-cü il tarixli alqı-satqı Müqaviləsinin etibarsız hesab edilməsi və avtomobili onun sahibliyinə qaytarılması tələbi irəli sürməkdə, ümumiyyətlə subyektiv, həm də obyektiv hüququ yoxdur. Cavabdeh2 iddia ərizəsində göstərilənlərdən ümimiyyətlə xəbərinin olmaması və onun vicdanlı alıcı olması, həm də aşağıdakılar əsasında da açıq-aşkar sübut olunur. Belə ki, 2022-ci ildə Turqut Türkiyədə təhsilini başa çatdırdıqdan sonra Azərbaycana qayıtmış; 06.2022-ci il tarixdən 07.2023-cü il tarixədək hərbi xidmətdə olmuş; 09.2023-cü il tarixdə Turbo. az saytının elanlarında yerləşdirilmiş və hazırda mübahisə predmetinin obyekti olan avtomobillə maraqlanmış, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 18 000 manat ödəməklə, alqı-satqı müqaviləsi əsasında həmin avtomobili almışdır. Bir sözlə, Turqut həmin müqaviləni bağlayarkən, eləcə də hazırkı məhkəmədən bildiriş daxil olanadək, avtomobillə bağlı iddia ərizəsində göstərilənlərdən xəbərdar olmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ərizə vardır. Bildirmək istəyir ki, 13 avqust 2022-ci il tarixdə X17 şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən mülki iddia verilsə də alqı-satqı müqaviləsinin etibarsızlığı mübahisələndirilməmişdir. Hazırda iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia müddətini tətbiq edilərək iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, İddiaçı xx.xx.2019-cu il tarixində alqı-satqı müqaviləsi əsasında «Ford FUSİON» minik markalı nəqliyyat vasitəsini əldə etmişdir. Müqavilə bitdikdən sonra şirkətin təsisçi direktoru İran vətəndaşı olan Ghazalehə ilə Elgün Nadirov arasında şəxsi münasibətləri olmuş və sonradan həmin xanımı aldatdığı üçün barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham olunmuş və 06 il müddətə azadlıqdan məhrum edilmişdir. Həmin şəxs bildirmişdir ki, avtomobili lombarda qoyuaraq və 20000 (iyirmi min) manat pul götürb, lombartdan götürdükləri pulla da, mənzil X7 ev alacaqlar. Bundan sonra xanımı yenidən aldadaraq xx.xx.2022-ci il tarixli X14-satqı müqaviləsinə əsasən, iddiaçının mülkiyyətində olan «Ford Fusion» markalı, **-PB-*** nömrəli qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh1 adına keçirmişdir. Bundan sonra alqı-satqı zamanı ilkin olaraq 8900 manat pul əldə olunsada həmin pul xanıma verilməmişdir. Cinayət işində bu məbləğ ümumilikdə 12700 manat müəyyən olunmuşdur. Həmin puldan Ghazalehə heç nə verilməyibdir. Həmin avtomobil uzun müddət həmin şəxslərin isdifadəsində olmuşdur. Cinayət işində mülki iddia qismən təmin olunaraq zərər hissəsində təmin olunsada avtomobil hissəsinə toxunulmayıb. Həmin hissədə ayrıca iddia qaldırılması qeyd olunmuşdur. Bundan sonra həmin avtomobil alqı-satqı yolu ilə Cavabdeh2 adına keçirilmişdir. Bu səbəbdən hesab edir ki, hər iki alqısatqı müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, Cavabdeh1 bilirdiki həmin avtomobil aldatma yolu ilə ələ keçirilmişdir. Bundan başqa iddia müddəti ilə bağlı bildirmişdir ki, tərəfə ayrıca iddia qaldırılması, məhkəmənin 2023-cü ildə çıxarılmış hökmü ilə məlum olmuşdur. Çünki hökümdə qeyd olunur ki, avtomobillə bağlı ayrıca iddia qaldırılmalıdır. Həmin tarixdən də, bu tərəfə məlum olub və bundan sonra iddia ərizəsi ilə ayrıca icraat qaydasında məhkəməyə müraciət olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, İddiaçı MMC (VÖEN **********) (bundan sonra MMC adlanacaq) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və MMC ilə Cavabdeh1 arasında Ford Fusion minik markalı nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və Cavabdeh1 ilə Cavabdeh2 arasında “Ford Fusion” minik markalı nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü ildə bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə dair və Nəqliyyat vasitəsinin iddiaçının sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə etiraz etmiş və təmin olunmamasını xahiş edir. İddia Ərizəsində göstərilən və eyni zamanda etiraf və təsdiq edilən işin hallarına görə açıq-aşkar müəyyən edilir ki, iddiaçının tələblərinin əsası kimi istinad edilən hallar yalnız və yalnız formal mülahizələrə və fərziyələrə əsaslandırılmışdır. Ona görə də göstərilən əsaslar Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin iddiaçının sahibliyinə qaytarılması tələbi üçün kifayətedici və mötəbər sübut kimi qəbul edilən deyil. Bununla yanaşı, iddia ərizəsində Cavabdeh2 qarşı irəli sürülmüş iddianın faktiki əsası qeyd olunmadığı kimi, qanuni əsaslarıda da göstərilməmişdir. Xüsusi olaraq qeyd olunmalıdır ki, iddiaçı tərəfindən Cavabdeh2 qarşı irəli sürülmüş iddianın ümimiyyətlə qanuni əsası yoxdur. Göstərilənlərlə bağlı Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, məhkəmə icraatının vəzifəsi hər hansı bir şəxsin formal mülahizə və fərziyəsinə əsaslandırılmış mənafe və maraqlarının məhkəmədə təsdiq olunmasını deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasını həyata keçirməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair" 2020-ci il 24 iyul tarixli Qərarında qeyd edilir ki, Mülki Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. İddia ərizəsində göstərilən fakt və dəlillərə qarşı etirazının əsaslarını ardıcıllıq gözlənilməklə, aşağıdakı qaydada təqdim edir. İddia belə əsaslandırılır: MMC-nin təsisçisi və direktoru olan X37 X1 tərəfindən aldadılmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-426/2023 nömrəli Hökmü (bundan sonra Hökm adlanacaq) ilə - X17 zərərçəkmiş şəxs X37 Ghazaleh barəsində AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir; Hökmdə qeyd edilir ki, 20000 manat dəyərində olan 99PB764 dövlət qeydiyyat nişanlı avtomobili Nadirov Elgün lombarda girov qoymuş; xx.xx.2022-ci il tarixdə MMC-nin təsisçisi və direktoru lombarda aparılmış, avtomobilin girovdan çıxarılması və satışına etirazının olmaması ilə bağlı razılıq barədə qeydlər yazdırılmış; Lombardın rəhbəri X24 həmin avtomobili qohumu Cavabdeh1 adına sənədləşdirilmiş (alqı-satqı yolu ilə); ümumilikdə 12700 manat pulu ələ keçirərək, 20000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir; müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan avtomobili Cavabdeh1 adına keçirmiş və 99FC185 nömrə ilə qeydiyyata alımmışdır; daha sonra xx.xx.2023cü il tarixdə alqı-satqı müqaviləsi əsasında avtomobil Cavabdeh1 adından Cavabdeh2 adına keçirilmişdir; yuxarıda qeyd edilən hallardan da görünür ki, alqı-satqı müqavilələri etibarsız hesab edilməlidir; alaı-sataı müqaviləsi bağlanarkən o, aldadılıb. Ona nəqliyyat vasitəsinin satılması barədə məlumat verilməyib. İlk növbədə qeyd olunmalıdır ki, iddia tələbi hökümə və həmin hökmdə göstərilənlərə əsaslandırılsa da, həmin Hökm iş materiallarına təqdim olunmamış və təqdim olunmadığına görə də, həmin hökmə əsaslanıb hər hansı bir dəlil irəli sürülməsi formal mülahizə və fərziyədir. Bu hal həmin Hökmün mövcudluğunu və hazırda qanuni qüvvədə olmasını etimal edib qəbul etsək, açıq-aşkar müəyyən edilir ki, MMC-nin təsisçisi və direktorunu aldadan, yəni dələduzluq törədən şəxs hazırkı məhkəmə işi üzrə cavabdehlər deyil, məhz X19 olmuşdur. Bu hal, hətta hüquqi şəxs olan iddiaçının, təqdim etdiyi iddia ərizəsinin ilk cümləsində də etiraf və təsdiq edilir. Bundan başqa, Hökm iş materiallarına təqdim edilməsə də, onun xx.xx.2023-cü il tarixdə çıxarılması qəbil edilərsə, nəzəri cəhətdən cinayət işinin başlanması tarixi, daha əvvəlki tarixlərə, yəni təxminən 2022-ci ilin son aylarına və ya ən tezi 2023-cü ilin əvvəlinə təsadif edilə bilər. Digər tərəfdən, iddiaçının etiraf və təsdiq etdiyi işin hallarından, eləcə də məhkəmə iş materiallarına təqdim etdiyi sənədlərdən və ehtimal edilən hökmdən görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlandıqdan sonra cinayət işi başlanılmışdır. Yəni, X17 avtomobillə bağlı ümumilikdə 12700 manat pulu ələ keçirərək, MMC-nin təsisçisi və direktoruna 20000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş və məhz bununla bağlı bu əmələ görə cinayət işi başlanılmışdır. Deməli, iddiaçının formal mülahizə və fərziyə əsasında hazırda mülkiyyəti hesab etdiyi avtomobili, cinayət işi başlayan zaman tələb etməməsi, belə nəticəyə gəlməyə əsas verir ki, həmin cinayət işi üzrə qeyd olunan şəxslərin (iddia ərizəsində göstərilən) hərəkətlərinə hüquqi qiymət verilmiş və avtomobilin alınmasında Cavabdeh1 vicdanlı alıcı hesab edilmişdir. Odur ki, həm ibtidai istintaq gedişantında, həm də məhkəmə araşdırılması zamanı həmin cinayət işinə Cavabdeh1 təqsirləndirilən şəxs qismində cəlb olunmaması halı, həmin şəxsin vicdanlı alıcı olduğunu sübut edir. Bununla yanaşı, iddiaçının dəlillərindən biri olan, X17 tərəfindən avtomobillə bağlı ümumilikdə 12700 manat pulu ələ keçirməklə, ona 20000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi faktı, onu sübut edir ki, iddiaçı həmin hökmü iş materiallarına bilərəkdən (qəsdən) təqdim etməmişdir. Belə ki, həmin Hökmdə, iddiaçının hazırkı dəlillərini təkzib edən, eləcə də hazırkı məhkəmə mübahisəsinin həllində iddiaçının ziyanına olan bəzi faktların üzə çıxmamasından ehtiyat edilmiş və həmin Hökm təqdim edilməmişdir. Hökmün mövcudluğu və hazırda qanuni qüvvədə olması etimal edilib qəbul edilərsə, X8 AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunması işin mübahisəsiz halı kimi qəbul edilməlidir. Halbuki, iddia ərizəsində X17 tərəfindən avtomobillə bağlı törətdiyi dələduzluq əməli ilə iddiaçıya xeyli miqdarda maddi ziyan vurulması göstərilir ki, bu da onun həmin müddəa ilə deyil AR CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsini göstərir. Odur ki, etimal edilməsi şübhə doğurmur ki, X17 tərəfindən avtomobillə bağlı törətdiyi dələduzluq əməlinə hüquqi qiymət verilərkən, iddiaçı onun təsisçisi və direktoru olan şəxs avtomobil üzərində mülkiyyət hüququnu itirdiyini qəbul etmiş və bu səbəbdən də cinayət işi üzrə həmin avtomobilin yeni mülkiyyətçisi olan Cavabdeh1 vicdanlı alıcı olduğundan təqsirli bilinməmişdir. Xüsusi olaraq qeyd etmişdir ki, Cavabdeh2 iddiaçını, eləcə də onun (yəni MMC-nin) təsisçisi və direktoru olan şəxsi və sonuncuya qarşı dələduzluq törətmiş X9, eləcə Lombardın rəhbəri kimi təqdim olunan X18 ümumiyyətlə tanımamış və onlarla hər hansı bir mülki, inzibati və ya cinayət hüquq münasibətində olmamışdır. Eyni zamanda iddia ərizəsində də bunun əksini təsdiqləyən hər hansı bir subut və dəlil göstərilmir. İddia ərizəsində Cavabdeh2 cavabdeh qismində göstərilsə də, onun tərəfindən iddiaçının hansı hüququnun pozulması müəyyən edilmir və bu halla bağlı ümimiyyətlə hər hansı bir sübut bə dəlil təqdim olunmamışdır. Ümimiyyətlə, iddia ərizəsində göstərilən faktlar və dəlillər əsasında müqavilələrin etibarsızlığı deyil, əksinə həmin Müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, iddia ərizəsində Cavabdeh1 qarşı göstərilən dəlillər, yəni iddiaçı ilə Fariz arasında alqı-satqı müqaviləsi MMC-nin təsisçisi və direktoru olan şəxsin razılığı ilə bağlanması faktı, Farizin vicdanlı alıcı olduğunu sübut etməklə yanaşı həmin müqavilənin etibarlığını müəyyən edir. Digər tərəfdən isə, avtomobil Faizin mülkiyyətinə keçdikdən sonra və yuxarıda göstərilən cinayət işi üzrə onun təqsirli bilmədiyi, həmçinin həmin cinayət işi başlandığı və yekun məhkəmə aktı çıxarılanadək avtomobilin iddiaçıya qaytarılması ilə bağlı iddiaçı tərəfindən hər hansı bir hərəkətin edilməməsi, həmin avtomobil üzərində iddiaçının hüququ qalmadığı müəyyən edilir. Bundan başqa, iddiaçı alqı-satqı müqaviləsini imzaladığı və notariat qaydada təsdiqlənən zaman həmin müqavilədən xəbərdar olmuş və təxminən 1 il 11 aydan sonra onun etibarsızlığını mübahisələndirmişdir. Deməli bu halda da, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini də ötürmüşdür. Göstərilənlərdən başqa, qeyd olunmalıdır ki, iddiaçının, Cavabdeh2 qarşı xx.xx.2023cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobili onun sahibliyinə qaytarılması tələbi irəli sürməkdə, ümumiyyətlə subyektiv, həm də obyektiv hüququ yoxdur. Cavabdeh2 iddia ərizəsində göstərilənlərdən ümimiyyətlə xəbərinin olmaması və onun vicdanlı alıcı olması, həm də aşağıdakılar əsasında da açıq-aşkar sübut olunur. Belə ki, 2022-ci ildə Turqut Türkiyədə təhsilini başa çatdırdıqdan sonra Azərbaycana qayıtmış 06.2022-ci il tarixdən 07.2023cü il tarixədək hərbi xidmətdə olmuş, 09.2023-cü il tarixdə Turba az. saytının elanlarında yerləşdirilmiş və hazırda mübahisə predmetinin obyekti olan avtomobillə maraqlanmış, xx.xx.2023cü il tarixdə Cavabdeh1 18000 manat ödəməklə, alqı-satqı müqaviləsi əsasında həmin avtomobili almışdır. Bir sözlə, Turqut həmin müqaviləni bağlayarkən, eləcə də hazırkı məhkəmədən bildiriş daxil olanadək, avtomobillə bağlı iddia ərizəsində göstərilənlərdən xəbərdar olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli Qərar: “Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə sübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir”. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir”. Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, “hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında qeyd olunur ki, “mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası DİN Baş X41 İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Ford FUSİON minik markalı, buraxılış ili 2015, qara metallik rəng, Ban: 3FA6P0HD2GR110383 olan nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə "xxxx" MMC tərəfindən alqı-satqı müqaviləsi əsasında əldə edilmiş, xx.xx.2019 - xx.xx.2020 - təsdiq edilib xx.xx.2020 tarixdə MİRZAEİNEJADOJANİ ADEL ESLAMA nəqliyyat vasitəsinə dair sərəncam hüququna dair etibarnamə verilmiş, xx.xx.2022ci il tarixdə nəqliyyat vasitəsi alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına qeydiyyata alınmış, etibarnamə ilə X20, X10, X11 istifadə hüququ verilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 alqısatqı müqaviləsi əsasında satılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-426/2023 saylı hökmündən görünür ki, X17 təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X37 Ghazalehə işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış. X37 Ghazalehin kirayədə yaşadığını bilib sonuncuya məxsus 2015-ci il buraxılışlı “Ford Fusion” markalı ** PB *** dövlət qeydiyyat nişanlı qara- metallik rəngli 1499 sm3 həcmli avtomobili “lombarda” girova qoyaraq oradan götürəcəyi pulla Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal rayonu X38 6 saylı ünvanda inşa edilən X5 (“Sosial Evləridən) mənzil alacağına dair vəd etsə də bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini və alınacaq mənzillə bağlı ilkin ödəniş etmək məcburiyyətində olduğunu bildirib əslində X37 Ghazalehə məxsus avtomobili lombarda qoyaraq xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2022-ci il tarixdə X37 Ghazalehə məxsus dəyəri 20.000 (iyirmi min) manat olan 2015-ci il buraxılışlı Ford Fusion markalı ** PB *** dövlət qeydiyyat nişanlı qara-metallik rəngli 1499 sm3 həcmli avtomobili Bakı şəhəri Qaradağ rayonu Xocasən yolunda yerləşən DİN BDYPİ-nə məxsus nəqliyyat vasitələrinin dövlət qeydiyyatı və daimi uçota alınması idarəsinə aparıb orada müvafiq sənədləşmə apartdıraraq (alqı-satqı yolu ilə) X15 rəhbəri olduğu Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 115 ünvanında (Xalqlar Dostluğu metrostansiyasının üzərində -Şimal Şərq çıxışında) yerləşən Lombarda (onun təlqini əsasında) girova qoydurduqdan, eləcə də avtomobil sonuncunun qohumu Cavabdeh1 adına qeydiyyata düşdükdən sonra Oruc Əsgərovdan DİN BDYPİ-nə məxsus qeyd edilən idarənin həyətində ilkin olaraq 8900 (səkkiz min doqquz yüz) manat, xx.xx.2022-ci il tarixdə X37 Ghazalehi qeyd edilən lombarda apararaq sonuncuya avtomobilin onun tərəfindən girovdan çıxarılması və satışına etirazının olmaması ilə bağlı razılıq barədə müvafiq qeydlər yazdırmaqla təxminən 4-5 gün sonra 2022-ci ilin aprel ayının ortalarında Oruc Əsgərovun işlədiyi lombarda tək getməklə X37 Ghazalehə məxsus Ford Fusion markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobili girovdan çıxararaq həmin gün avtomobili Oruc Əsgərova sataraq sonuncudan Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 115 ünvanında (Xalqlar Dostluğu metrostansiyasının üzərində -X43 çıxışında) yerləşən Lombardda əlavə olaraq 3800 (üç min səkkiz yüz) manat, ümumilikdə 12700 (on iki min yeddiz yüz) manat pulu alıb ələ keçirərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs X37 Ghazalehə 20.000 (iyirmi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin hökmlə müəyyən edilmiş bir sıra hallara istinad edilməsini məhkəmə zəruri hesab edir. Belə ki, hökmlə müəyyən edilmişdir ki: - Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X17 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, X37 Ghazaleh ilə 2022-ci ildə Razin qəsəbəsində tanış olmuşlar. Bundan sonra aralarında isti münasibətlər yaranmış və qeyri-rəsmi ərarvad münasibəti yaşamışlar. X25 yaşadığı evin yaxınlığındakı klinikada işlədiyini bildirmişdir. Belə ki, lazer aparatı işlətmişdir. Tanışlıqdan bir müddət sonra X37 Ghazaleh lazer aparatının xarab olduğunu və ustaya ehtiyacı olduğunu bildirmişdir. O, həmin ərəfədə usta tapa bilməmiş, ancaq bir müddət sonra X37 Ghazalehin atasının da tanıdığı bir ustanın yanına aparatı aparmaq istəmişdir. Onun məlumatı olmadan, bir neçə il əvvəl həmin usta onların işini görüb, lakin 4000 manat borcları qaldığı üçün o, ancaq həmin pul ödəniləcək təqdirdə aparatı düzəldəcəyini bildirmişdir. X27 atası İranda yaşamış və özü onunla telefon vasitəsilə əlaqə saxlayaraq lazer aparatının düzəltdirməsin-! xahiş etmişdir. Həmin ustanın sözlərini X37 Ghazalehə bildirəndə o, lazer aparatının oraya getməsinə razılaşmamışdır. Belə ki, sex “Beyrək” adlı şəxsə məxsus olmuş və orada “Eldar” adlı ustanın yanına qoymuşlar. Xanım onun yanında atasına zəng etmiş və onunla o da telefonla danışmışdır. Onu atasına işlədiyi yerdə işçi kimi təqdim etmişdir. Aparat xeyli müddət orada qalmışdır. Belə ki, X37 həmin aparatın satılmasını və onun kirayə başqa lazer aparatı alması qərarına gəlmişlər. Daha sonra o X29 “Cavad” adlı şəxsə satmışdır. Hələ aparat satılmamış, belə ki, bunun üçün müştəri axtarmışdır. Bu zaman X22 bir neçə aydır ki, qaldığı evin kirayə pulu verə bilmədiyini söyləmişdir. Belə ki, aylıq kirayə haqqı 700 manat olmuşdur. Xanım atasının pul göndərmədiyini və kirayə pulunu borc alıb verdiyini bildirmişdir. Buna görə də ona bankdan pul götürməsini təşkil etməsini xahiş etmişdir. O da ona İran vətəndaşına bankdan borc pul verilmədiyini və buna görə də avtomobilini lombarda qoymasını bildirmişdir. O isə onun öz maşınını lombarda qoymağını istəmiş, o isə sənədlərinin düzgün olmadığı üçün bunun mümkün ola bilməyəcəyini bildirmişdir. Bundan sonra onun maşını lombarda qoyulmuş və 8900 manat pulu alaraq ona vermiş və birgə evə gəlmişlər. Belə ki, Badamdarda maşını “Oruc” adlı şəxsin adına keçirmişlər. Ona əvvəlcə baş etibarnamə vermək istəmiş, lakin o, razı olmamış və avtomobil adına keçirildiyi təqdirdə pul verəcəyini bildirmişdir. Avtomobilin heç bir sənədi onun adına olmamış, sadəcə olaraq lombardda X28 səbəb soruşduqda bildirmişlər ki, evə görə pul lazımdır. Sosial ev almaq söhbəti olmamışdır. Pulu Orucdan aldıqdan sonra evə getmişlər və 2 gün sonra gəlmişlər. Bu ərəfədə onun hara gedib-gəlməsindən xəbəri olmamışdır. Belə ki, onun özünün istəyi ilə 105 manata boyunbağısını satmış, külli miqdarda qızıl olmamışdır. Mebel söhbətinə gəldikdə isə X37 lazer aparatı ustada olduğu vaxt mənzilindəki mebelin satılmasını istəmişdir. O, mebel və lazer aparatını fərqli-fərqli vaxtlarda “Cavad” adlı şəxsə satmışdır. Ümumilikdə Cavaddan 7300 manat məbləğində pul almışdır. Həmin pul onda olmuş və onu xanıma verməmişdir. Belə ki, xanımla evdə aralarında mübahisə olmuşdur. X37 İran vətəndaşı olduğu üçün atası onu nikah şəhadətnaməsi olmadığı təqdirdə Azərbaycandan çıxarmaq istəmişdir. Buna görə də xanımla aralarında böyük mübahisə baş vermiş və o evdən çıxaraq 10-15 gün gəlməmiş və Yasamal RPİ-dən ona bildirmişlər ki, barəsində şikayət var. Belə ki, şikayətin məzmunu ondan ibarət olmuşdur ki, X30 məxsus mebel, lazer aparatını satmışdır. Pul üstündə olmadığı üçün onun üstünü düzəldib Cavada qaytarmaq məqsədilə bir az polisdən yayınmışdır. Sonra polis Cavaddan əşyaları götürmüş, Cavadın pulu ödənilmiş və X27 mebel və lazer aparatı özünə qaytarılmışdır. - Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X37 Ghazaleh ifadəsində göstərmişdir ki, o, Sabunçu rayonu, Razin qəsəbəsində yerləşən “Novomed” klinikasında lazer epilyasiyası üzrə xidmət göstərmişdir. Lazer aparatı xarab olduğu üçün onu təmir elətdirmək lazım olmuşdur. Belə ki, usta ona demişdir ki, gərək onu sexə aparsın və o da onunla şərt kəsmişdir ki, bir halda ki, aparatı aparır, bu zaman onu heç kəsə verməyəcəyinə dair ona yazılı kağız versin. Daha sonra Elgün ortaya çıxmış və o, özünü ona polis müstəntiqi kimi təqdim etmiş, onu tanıdığını, izlədiyini, Lazer aparatının harada olduğunu bildirmişdir. Bundan əlavə ona ev təklif etmiş və kirayə qalmağa ehtiyac olmadığını bildirmişdir. Elgün ona alacağı evin videosunu göstərmişdir. “Beyrək” adlı ustanın yanına Elgünlə getmiş, o isə hər dəfə bir bəhanə axtarmış, belə ki, aparatı təmir etməmişdir. Elgün evə görə onun maşınını bir dostunun yanında qoymalı olduğunu bildirmişdir. Belə ki, avtomobilini Elgünün dostu “Oruc” adlı şəxsin yanına girov qoymuş, avtomobildə çantası, pul, atasının əşyaları bahalı daşlar olmuş və belə ki, onları götürməyə belə imkan verməmişlər, açarı ondan almışlar. Dedikləri sənədlərə imza etmiş, avtomobilin yerini bilməmiş, pulu almamışdır. Sonradan ona demişlər ki, maşını satıblar. Eləcə də lazer aparatı üçün də dəfələrlə getmiş, ancaq qapını açmamışlar və ona bildirmişlər ki, lazer aparatı orada deyil. Halbuki, usta ona yazılı kağız vermişdir. Lazer aparatına, gözəllik salonu üçün əşyalarına Elgünün dostu Cavad və həyat yoldaşı şərikdir. Elgünün xanımı gözəllik salonunda çalışır. Müstəntiqlə lazer aparatını götürəndə Elgünün xanımı dərhal çıxmışdır. Eyni zamanda, Oruc, Beyrək Elgünlə şərikdir. Atası onu hər bir şeylə təmin edir. Elgün ifadəsində bildirmişdir ki, onun borcu olmuşdur. Demək istəyir ki, o, Azərbaycanda ən bahalı yerdə yaşamış, məhəllədə hər kəs onu tanıyır, kirayə pulunu qabaqcadan vermişdir. Elgün hətta ona bildirmişdir ki, anası rəhmətə gedib və ona dəfn pulu üçün 2000 manat pul vermişdir. Onun lazer aparatı və mebelləri qaytarılmış, qızıl zinət əşyalarının pulu və maşınını tələb edir. - Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, 2018-ci il tarixdən Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən Lombardın müdiri vəzifəsində işləyir. 29 mart 2022-ci il tarixdə saat 16-17 radələrində əvvəllər tanımadığı, sonradan adlarını öyrəndiyi X17 və İran İslam Respublikası vətəndaşı X3 lombarddakı iş yerinə gəlmişlər. O həmin vaxt maşın qəbul etmişdir. Onlar ona yaxınlaşıb 9000 manat pul lazım olduğunu bildirmişlər. Maşın şirkət maşını olmuş ona görə sənədləşmə alınmamış, sonra razılaşmışlar ki, sabah «Meyvəliyə» gedərək yalnız orada sənədləşməni mümkün etmək olar. Səhəri günü «Meyvəliyə» getmişlər, orada X37 Ghazalehin iştirakı ilə qanuni şəkildə sənədləşdirilmiş və 8900 manat pul rəsmi şəkildə X37 Ghazalehyə təqdim olunmuşdur. X36 Ojani Ghazaleh ilə Elgün ikisi birlikdə girov qoymuş, lakin, pul xanıma təqdim olunmuşdur. - İstintaq zamanı Bakcell MMC tərəfindən danışıq, sms və antena şəbəkəsinə dair məlumatlar köçürülərək təqdim edilmiş 1 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, X17 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə xx.xx.2022 tarixdə saat 15:50-dən xx.xx.2022 tarixədə saat 16:08-dək olan müddətdə X15 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə 34 dəfə qarşılıqlı zəng edərək danışıq aparmışlar. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X41 İdarəsi tərəfindən təqdim edilmiş sənədlərin surətindən görünür ki, X37 Ghazaleh xx.xx.2022-ci il tarixdə DİN BDYPİ-nə ərizə ilə müraciət edərək təsis etdiyi Qəzal Prinsess” MMC-nin adında olan Ford Fusion markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilinin alqı-satqı yolu ilə sənədləşdirilməsini xahiş etmiş, həmin tarixli X14-satqı müqaviləsinə əsasən avtomobili Cavabdeh1 adına qeydiyyata alınmış, tərtib edilmiş ərizəyə və alqı-satqı müqaviləsinə İddiaçı MMC-nin möhürünü vurmaqla həmin sənədlərin doğruluğunu imzası ilə təsdiq etmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X41 İdarəsi tərəfindən təqdim edilmiş məktubdan görünür ki, Ford Fusion markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobil Qəzal Princess MMC-nin qeydiyyatında olmaqla X37 Adel Eslam tərəfindən xx.xx.2022-ci il tarixdə alqısatqı müqaviləsi əsasında Cavabdeh1 adına qeydiyyata salınmaqla avtomobilə ** FC *** dövlət qeydiyyat nişanı alınmış, sonuncu tərəfindən xx.xx.2022-xx.xx.2027-dək olan müddətdə X20 etibarnamə verilmişdir. xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, X17 həmin tarixdən başlayaraq 5 ay 24 gün müddətinə özünə məxsus bütün əmlakdan istifadəyə dair X37 Ghazalehə etibarnamə (hüquq) vermişdir. İş materiallarından görünür ki, X17 13 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, zərər çəkmiş şəxs X37 Ghazalehə vurulmuş 200.118 (iki yüz min yüz on səkkiz) manat olan maddi ziyandan 166.538 manat dəyərində maddi ziyan olan əşyaları istintaq orqanı tərəfindən götürülərək özünə qaytarılmışdır. Sözügedən hökmdən görünür ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X37 Ghazaleh mülki iddia verərək X6 cinayət nəticəsində vurulmuş ziyana ğörə 8500 (səkkiz min beş yüz) manat tutularaq, ona ödənilməsini və ona məxsus olmuş "xxxx" MMC-nin 2015-ci il buruxılışlı, qara metallik rəngli, "Ford Fusion" markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomaşının satılmasına dair 30 mart 2022-ci il tarixdə Azərbaycan Respublikusi DİN BDYPİ-də rəsmiləşdirilmiş alqı-satqı müqaviləni, həmin müqavilə əsasında aparılmış dövlət qeydiyyatı və rəsmi reyestrdən Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsini və Cavabdeh1 adına qeydiyyata alınmış ** FC *** dövlət qeydiyyat nişanlı avtomaşının onun adına qeydiyyata alınaraq texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası DİN BDYPİ-nin üzərinə qoyulmasını, həmin avtomaşının cavabdeh X12 alınaraq ona qaytarılmasını xahiş etmişdir. Həmin hökmlə zərər çəkmiş şəxs X37 Ghazaleh tərəfindən verilmiş müki iddianın qismən təmin edilməsi, 8500 (səkkiz min beş yüz) manatın X6 alınaraq zərərçəkmiş şəxs X37 Ghazalehə ödənilməsi, mülki iddianın qalan hissədə, Cavabdeh1 adına qeydiyyata alınmış ** FC *** dövlət qeydiyyat nişanlı "Ford Fusion" markalı avtomaşının onun adına qeydiyyata alınaraq texniki pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikası DİN BDYPİ-nin üzərinə qoyulması, həmin avtomaşının cavabdeh X12 alınaraq zərərçəkmiş şəxsə qaytarılması hissəsində baxılmamış saxlanılması, zərər çəkmiş şəxs X37 Ghazalehə, X13 qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun izah edilməsi, iş üzrə maddi sübut olan X37 Ghazalehin təqdim etdiyi 02 ədəd DVD, 166 Yük daşıma Xidmətindən təqdim edilən 01 ədəd CD, Bakcell, Azercell və Azerfon MMC-dən təqdim edilən 03 ədəd CD disklər, eləcə də lombarda və DİN BDYPİ tərəfindən tərtib edilmiş girov, alqı-satqı müqaviləsinin surətlərinin cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-1706/2023 saylı qərarı ilə təqsirləndirilən şəxs X17, zərərçəkmiş şəxs X37 Ghazaleh və onun nümayəndəsi X31 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin X8 CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair 20 iyun 2023-cü il tarixli, 1(101)-426/2023 saylı hökmünün verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia istina tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə görə isə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, X37 X1 ilə birlikdə lombarda gedərək hazırda mübahisə predmeti olan Ford FUSİON minik markalı, buraxılış ili 2015, qara metallik rəng, Ban: 3FA6P0HD2GR110383 olan nəqliyyat vasitəsinı lombarda qoymuşlar, 8900 manat pul götürümüşlər. X37 Ghazaleh xx.xx.2022-ci il tarixdə DİN BDYPİ-nə ərizə ilə müraciət edərək təsis etdiyi İddiaçı MMC-nin adında olan Ford Fusion markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilinin alqı-satqı yolu ilə sənədləşdirilməsini xahiş etmiş, həmin tarixli X14-satqı müqaviləsinə əsasən avtomobil Cavabdeh1 adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə X2 Nejad Ojani Ghazalehi qeyd edilən lombarda apararaq sonuncuya avtomobilin onun tərəfindən girovdan çıxarılması və satışına etirazının olmaması ilə bağlı razılıq barədə müvafiq qeydlər yazdırmış, həmin gün avtomobili Oruc Əsgərova sataraq ondan əlavə olaraq 3800 (üç min səkkiz yüz) manat pul almışdır. Daha sonra həmin avtomobil xx.xx.2023-cü il tarixdə alqı satqı müqaviləsi əsasında Cavabdeh2 adına qeydiyyatdan keçirilmişdir. Məhkəmə ilkin olaraq iddia tələbinin İddiaçı MMC ilə Cavabdeh1 arasında Ford Fusion minik markalı nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə müddətin keçməsi əsası ilə rədd edilməlidir.. İddiaçı əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən cavabdehə qarşı iddia qaldırmamışdır. X17 barəsində cinayət işi başlanıldıqda, xx.xx.2022-ci il tarixdə barəsində qətimkan tədbiri seçildikdən sonra da, ona qarşı iddia qaldırılmamışdır. Hətta birinci instansiya məhkəməsinin hökmü ilə həmin hökm üzrə zərərçəkmiş və mülki iddiaçı tərəfindən verilmiş iddia həmin hissədə baxılmamış saxlanıldıqdan sonra da iddiaçı cavabdeh X13 qarşı iddia qaldırmamış, beləliklə iddia müddətini ötürmüşdür. Beləliklə, həmin cinayət işi başlandığı və yekun məhkəmə aktı çıxarılanadək avtomobilin iddiaçıya qaytarılması ilə bağlı iddiaçı tərəfindən hər hansı bir hərəkət edilməmiş, iddiaçı alqı-satqı müqaviləsini imzaladığı və notariat qaydada təsdiqlənən zaman həmin müqavilədən xəbərdar olmuş və daha sonra da, hüquqlarının pozulduğunu bildiyi vaxtdan 2 ilə yaxın bir müddət keçdikdən sonra alqı-satqı müqaviləsini mübahisələndirmişdir. Deməli bu halda da, xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini də ötürmüşdür. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya qarşı dələduzluq edilməsi işin halları (hökmlə) ilə öz təsdiqini tapsa da, iddiaçı hazırda X14-satqı müqaviləsini mübahisələndirdiyindən məhkəmə hazırkı münasibətlərə delikt kimi deyil, əqdin etibarsızlığı əsası ilə yanaşır. Belə ki, mülki qanunvericiliyin tələblərin əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). İadıçəkilən hökmlə şəxsə zərər vurulması müəyyən edilsə də, hazırkı halda mübahisə predmeti əqdlərin etibarsızlığıdır. Lakin bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçıya X13 qarşı maddi ziyanın ödənilməsi tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən, fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin maddənin 2-ci bəndinə əsasən Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə iddia tələbinin Cavabdeh1 ilə Cavabdeh2 arasında Ford Fusion minik markalı nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsi ilə bağlı qeyd edir ki, işin hallarından göründüyü kimi Cavabdeh2 nəqliyyat vasitəsini əldə edərkən avtomobillə bağlı iddia ərizəsində göstərilənlərdən xəbərdar olmamışdır. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 nəqliyyat vicdanlı alıcı olmaqla nəqliyyat vasitəsini əldə etmişdir. Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Məhkəmə iddia tələbinin nəqliyyat vasitəsinin İddiaçı MMC-nin sahibliyinə qaytarılması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi digər hissədə rədd edildiyindən, bu hissədə də, əlavə müzakirəyə zərurət olmadan əsassız hesab edilərək rədd edilməlidir. Beləliklə məhkəmə qeyd olunanlara və işin hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbib əsassız olduğundan rədd edilməli və iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar