Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1853/2021 21.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, ərizəçinin nümayəndəsi X8, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Yasamal rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının Maraqlı şəxs qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Yasamal rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə 04.02.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 29.01.1965-ci il təvəllüdlü X6 faktiki vəziyyətinin nəzərə alınaraq fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Yasamal rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X11 məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirir ki, Məlikov X3 ərizə ilə müraciət edərək ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan əmisi 29.01.1965-ci il təvəllüdlü X6 psixi xəstəlikdən əziyyət çəkdiyini bildirmişdir. Onun hər iki valideyni vəfat etdiyindən yaxın qohumu yoxdur. Buna görə də X6 qayğısına o və yoldaşı qalmalı olmuşdur. Lakin yaxın qohum sayılmadığından onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət etmək səlahiyyəti yoxdur. Yasamal rayon İcra Hakimiyyəti nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasının araşdırması nəticəsində Maraqlı şəxs qeyd etdiklərinin düzgün olması müəyyən olunmuşdur. Ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahat verərək bildirir ki, X10 onun əmisi oğludur. Eyni həyətdə yaşayırlar. O, həm də birinci qrup əlildir və özünə baxmaq iqtidarında deyil. Ona həyat yoldaşı qulluq edir. Çünki başqa yaxın qohumu yoxdur, anası Gülarə xanım 2019-cu ildə vəfat etmişdir. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR Səhiyyə Nazirliyi Məhkəmə X2 Ambulator Məhkəmə-Psixiatrik və Ekspertizasının 25.05.2021-ci il tarixli, 1098 saylı rəyinə əsasən X7 ağır dərəcəli əqli gerilik müəyyən edilir. O, öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X10 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş 19.11.2020-ci il tarixli, **********9 nömrəli arayışa əsasən X10 AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” alt sisteminə əsasən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən 01.04.2019-cu il tarixdən birinci dərəcəli əlilliyə görə 100 manat məbləğində Prezodent təqaüdü alır. İş materiallarında olan 3 saylı Bakı “ASAN” xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən 29.11.2019-cu il tarixdə verilmiş AZ-İİ 057285 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X4 22.11.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Yasamal rayon VVADQ şöbəsi tərəfindən 20.08.1997-ci il tarixdə verilmiş V-JQ 296818 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Məlikov İsmayıl Əli Pənah oğlu 12.08.1997-ci il tarixdə vəfat etmişdir. Məhkəmə qeyd edir ki, X6 valideynlərinin vəfat etdiyi və digər yaxın qohumlarının olmadığı müəyyən olunduğundan icra hakimiyyəti orqanı qanunun tələbinə görə belə bir ərizə ilə müraciət etmək hüququna malikdir. X6 psixi qüsurlu olması iş materialları ilə sübut olunur. Ona görə də məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci,319, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 29.01.1965-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-1853/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1853/2021
21.06.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver