Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1861/2021 15.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” ASC-nin işçiləri tərəfindən yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilinə əsassız olaraq 2843 manat borc yazılmışdır. Daha sonra “xxxx” ASC-nin işçiləri enerji təchizatını dayandıraraq borc məbləğinin yarısını ödəməyə məcbur etmişlər. O da öz növbəsində işıqsız qalmamaq üçün məhkəməyə müraciət edir. Bildirir ki, onun tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Əgər sayğaca müdaxilə olunsaydı onun üzərindəki plomb qırılmış olardı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “X1 qaydaları” 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və 3 iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Yuxarıda göstərilən səbəblərə görə hesab edirəm ki, borc silinməlidir. Göstərilənlərə əsasən “xxxx” ASC tərəfindən əsassız olaraq yazılmış 2843 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə 74 A saylı evə dair xxxx ASC tərəfindən tərtib edilmiş 203760 saylı aktın ləğv edilməsi, həmin akt əsasında hesablanmış 2843 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, dekabr ayında onların yaşadığı evin sayğacında qısaqapanma nəticəsində yanğın baş vermiş və bu səbəbdən də, o dərhal cavabdehə məxsus idarəyə zəng edərək məlumat vermişdir. Bundan sonra elə həmən gün işıq idarəsinin əməkdaşları hadisə yerinə gəlmiş və sayğacın yandığının şahidi olmuşdur. Bu barədə akt tərtib edərək, sayğacın yenisi ilə əvəz ediləcəyini bildirərək yanmış sayğacı acaraq özləri ilə aparmış, işiqdan müvəqqəti istifadə etməsi üşün isə işiq elə özləri tərəfindən birbaşa qoşmuşdur. Təxminən 20 gün, bir aydan sonra yanvar ayında baş idarədən onun evinə gələrək yeni sayğac quraşdırmışlar. İdarənin əməkdaşları ona, idarəyə yaxınlaşaraq aktı götürməsini bildirmişlər. Həmin gündən bir müddət sonra isə cavabdehin əməkdaşları sözü gedən evin işığını kəsmiş və ona 2800 manat civarında borcunun olduğunu bildirmişlər. O, işıqdan sadəcə yanmış sayğacının yenisi ilə əvəz olunması müddətində sayğacdan kənar istifadə etmiş, bunu da işiq idarəsinin əməkdaşlarının məlumatı və işığı özlərinin birbaşa qoşmaları əsasında etmişdir. O dövr üçün ödəməli olduğu pulu ödəməkdən də, yayınmır. Lakin yazılmış cərimə həddən artıq şişirdilmişdir. Belə ki, onun aylıq ortalama enerji sərfiyyatına baxılsa aylıq maksimum 70 manatlıq enerji isdifadə etdikləri görünər. Qeyd olunanlar aəsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçının müraciəti əsasında ona məxsus evə baxış keçirilmiş və həmin ünvanda yerləşən işıq sayğacının qısa qapanma nəticəsində yandığı müəyyən edilmişdir. Daha sonra həmin ünvana yeni sayğac quraşdırılmış və xx.xx.2021ci il tarixdə icra vərəqəsi verilmişdir. İddiaçı bu müddət ərzində qanunsuz olaraq işığa qoşulmuş və istehlak etmişdir. Bu barədə sonuncuya bildiriş göndərilmiş və akta əsasən iddiaçının 2705.30 manat borcunun olduğu müəyyən edilmişdir. Bununla yanaşı iddiaçı əvvəlki sayğacı da, geri qaytarmamışdır və bu səbəbdən 138.04 manat cərimə hesablanmışdır. Qeyd edir ki, onlar tərəfındən cərimənin hesablanma müddəti sayğaca baxış keçirilmış əvvəlki, yəni sayğacın hadisədən oncə təhvil verilməsi və sonuncu quraşdırılması zamanı tərtib edilmiş aktar əsasında həmin müddətə hesablanır. Borcun, iddiaçının ünvanında yerləşən sayğacın, hadisədən öncəki ayda sonuncu oxunuşunun həyata keçirilərək istifadə edilmiş enerji borcuna görə verilmiş bildirişlə yeni sayğacın quraşdırılaraq təhvil verilməsi müddətinə müəyyən edilməsi məhkəmənin mülahizəsindədir. Hesab edir ki, cərimənin cavabdeh tərəfindən təhvil-təslim aktları arasındaki müddətə hesablanması qanunvericiliyin tələbləri əsasında həyata keçirilmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, 203760 nömrəli, xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə 74 A saylı evdə quraşdırılmış sayğac qısa-qapanma nəticəsində yanaraq kül olmuşdur. İş materiallarında olan **********A0000 saylı abunə haqqında məlumatlardan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə 74 A saylı evə dair X1 üçün 2843.41 manat məbləğində borc hesablanmışdır. Həmin ünvanda xx.xx.2021-ci il tarixdə yeni sayğac quraşdırılmışdır. İş materiallarında olan bildiriş xəbərdarlıqdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə 74 A saylı evə dair elektrin enerjisindən istifadəyə görə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 71.60 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq bildirişdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə 74 A saylı ev üzrə 0310.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 71.60 manat məbləğində elektrik enerjisi istifadə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə 74 A ünvanında yerləşən evdə işıq sayğacında baş vermiş qısa-qapanma nəticəsində sayğac yanaraq kül olmuşdur. Bu barədə cavabdeh qurumun nümayəndələri tərəfindən 203760 nömrəli, xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Daha sonra sözü gedən ünvanda xx.xx.2021-ci il tarixdə yeni sayğac quraşdırılmış və həmin evə xx.xx.2021-ci il tarix üçün 2843.34 manat məbləğində borc hesablanmışdır. İddiaçı əsassız hesablanmış borcun silinməsi ilə bağlı iddia əirəzəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə 74 A saylı evə dair elektrin enerjisindən istifadəyə görə hesablanmış 2843 manat borcun silinməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 8.4-cü bəndinə əsasən “Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır”. Qanunun tələbindən görünür ki, istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. “X1 Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 7.2-ci bəndində göstərilir ki, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Məhkəmə ilk növbədə iddia tələbinin Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə 74 A saylı evə dair elektrin enerjisindən istifadəyə görə 2843 manat borcun silinməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi mübahisəli ünvanda baş vermiş qısa qapanma nəticəsində həmin evdə yerləşən sayğac xx.xx.2020-ci il tarixdə çıxarılmış və xx.xx.2021-ci il tarixdə yenisi ilə əvəz edilmişdir. Həmin dövr üçün Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə 74 A saylı evə dair elektrin enerjisindən istifadəyə görə xx.xx.2021-ci il tarixdə 2843.34 manat məbləğində borc hesablanmışdır. İşin halları ilə o da müəyyən edilmişdir ki, mübahisəli ünvanda yanğından öncə sayğac mövcud olmuş və sayğaca sonuncu baxış xx.xx.2020-ci il tarixdə keçirilməklə, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə 74 A saylı evə dair elektrin enerjisindən istifadəyə görə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, yəni sayğacın yanmasından öncəki ay üçün 71.60 manat məbləğində borc hesablanaraq bildiriş verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı mübahisəli evdə iddiaçı tərəfindən əvvəlki müddətlərdə (yəni qısa qapanma baş verməmişdən öncəki ayda (aylarda)) isdifadə edilən ayliq enerji sərfiyyatının, təxmini olaraq hər ay ortalama 70 manat məbləğində istifadə edilməsi müəyən edilmişdir. İşin bu hali isdər iş materiallarına əlavə edilmiş mübahisəli ünvana dair abonent saldosu, isdərsə də, sayğacın sonuncu oxunusuna dair xx.xx.2020-ci il tarixli bildiriş ilə öz təqdiqini tapmışdır. Məhkəmə istehlakçının yaşadığı mənzilin sahəsini, istifadə etdiyi elektrik cihazlarını, əvvəlki ödənişlərini, eləcə də, iş materillarındaki sübutları nəzərə alaraq, iddiaçı tərəfindən sözü gedən ünvanda hər ay 71.50 manat məbləğində (sonuncu oxunuşa uyğun olaraq) X1 etməsini ağlabatan hesab edir. Bu səbəbdən də, məhkəmə sözü gedən ünvanda sayğac quraşdırılmadığı iki aya yaxın müddətdə X1yə görə ümumilikdə 143 manat məbləğində elektrik enerjisinin istifadə edilməsini əsas götürərək, ünvan 3 ünvanda yerləşən evə dair cavabdeh “xxxx” ASC tərəfindən əsassız olaraq hesablanmış 2700 (iki min yeddi yüz) manat (2843-143=2700) məbləğində borcun əsassız olduğu üçün silinməsini ədalətli hesab edir. Məhkəmə iddia tələbinin tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 203760 saylı aktın ləğv edilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilmməlidir. “X1 Qaydaları”nın 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Aktın əsasında enerjitəchizatı müəssisəsi qeydə alınmamış elektrik enerjisinin miqdarını müəyyən edir və məişət abonentinə əlavə ödəniş sənədi yazır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Belə ki, məhkəmə araşdırması zamanı mübahisələndirilən aktın, hesablanmış cərimənin müəyyən edilməsi barədə deyil, həmin sayğacın qısa qapanma nəticəsində yararsız hala düşməsi ilə bağlı olması və həmin halın da, məhkəmə iclasında öz təstiqini tapması müəyyən edilmişdir. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 3 ünvanda yerləşən evə dair cavabdeh “xxxx” ASC tərəfindən əsassız olaraq hesablanmış 2700 (iki min yeddi yüz) manat məbləğində borc əsassız olduğu üçün silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 3 ünvanda yerləşən evə dair cavabdeh “xxxx” ASC tərəfindən əsassız olaraq hesablanmış 2700 (iki min yeddi yüz) manat məbləğində borc əsassız olduğu üçün silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1861/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1861/2021
15.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver