Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1861/2025 01.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik orqanı maraqlı şəxs qismində cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü oğlu X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu xx.xx.2007-ci ildə anadan olmuş X7 anadan gəlmə ağır kəmağıllıq, kobud davranış pozuntuları, psixi pozuntusu ilə əziyyət çəkir. (F72.1, F80.0, F90.1 və İQ-27). O, uşaqlıqdan bu xəstəliyə düçar olmuşdur. Həkim Psixiatr Komissiyasının rəyinə əsasən ağır kəmağıllıq kobud davranış pozuntuları ilə ciddi nitq qüsüru qoyulmuşdur. Ona əlillik verilmişdir. Dəfələrlə aparılan müalicələr heç bir nəticə verməmişdir. Hal-hazırda gündən-günə onun əsəbiliyi artmış, psixi pozuntuları ilə müşayiət olunan səhhəti ağırlaşmış, nitq qabiliyyəti kəskin zəifləmişdir. Daim başqasının köməyinə ehtiyacı vardır. Hərəkətlərinin mənasını dərk etmir və onları şüurlu idarə etmək iqtidarında olmur. Oğlunun xəstəliyi ilə əlaqədar köməksiz vəziyyətdə olduğuna görə onun daimi nəzarət altında olmaqla ilkin tibbi yardım olunmasına ehtiyacı vardır. Oğlu onunla eyni ünvanda ünvan 1laraq oğlunun sənədləşdirmə işlərində də onu təmsil etmək lazım gəlir. Pensiya kartının, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı sənədləşdirmə işlərində problem yaradır. Çünki onun adından heç bir etibarnaməm də yoxdur. Çünki, onun faktiki olaraq fəaliyyət qabiliyyəti yoxdur. Bunun üçün ona oğlunun məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz hesab olunaraq üzərində qəyyum təyin olunmağım tövsiyə edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik orqanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə onun nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan: Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş АZ-İV seriyalı 333326 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X6, anası Ərizəçi qeyd olunmuşdur. Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 078483 nömrəli Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X6 və Ərizəçi nikahına xx.xx.2008-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 175 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə “Novruzbəyov”, qadına “Allahverdiyeva” soyadı verilmişdir. 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli, 639 nömrəli həkim psixiatr komissiyasının rəyindən görünür ki, X5 ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozğunluğu diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X5 anadangəlmə irsi xəstəlik feniektomiya(xüsusi pəhriz) fiziki və psixi inkişaf, nitq pozğunluğu ilə diaqnozu qoyulmuşdur. Əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 1169 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, X4 X10 gerilik (F72) aşkar olunur. Bunu anamnestik məlumatlar - körpəlikdən kobud nevroloji əlamətlərin qeyd edilməsi, psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, SN2 nömrəli X2 müayinədə olması, xəstəliyi ilə əlaqədar sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər ünsiyyətə daxil ola bilməməsi, ona ünvanlanan sualların əksəriyyətini başa düşməməsi, maraq dairəsinin məhdudluğu, emosional iradi sferasının enməsi, yaddaş və intellektinin aşağı olması, bilik ehtiyatının kasadlığı, öz vəziyyətinə qarşı tənqidinin olmaması, və sair sübut edir. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Mülki işi materiallarını və ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: xx.xx.2007-ci il təvəllüdlü X4 X10 gerilik aşkar olunur. xx.xx.2007-ci il təvəllüdlü X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X7 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, X7 Ərizəçi oğlu olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X3 X10 Gerilik (F72) xəstəliyi nəticəsində yaranan öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X7 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilməli, xx.xx.2007-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2007-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-1861/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1861/2025
01.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver