Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-187/2024 01.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı Ağamali oğlunun, Cavabdeh1 iştirakı ilə, İddiaçı Ağamali oğlunun AR FHN Tikintidə Təhlükəsizliyə Dövlət Nəzarət Agentliyini, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətini, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsini, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüququ şəxsin 1 saylı Bakı Ərazi idarəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi cəlb olunmaqla cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı «əqdin etibarsızlığı» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ağamali oğlu AR FHN Tikintidə Təhlükəsizliyə Dövlət Nəzarət Agentliyini, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətini, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsini, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüququ şəxsin 1 saylı Bakı Ərazi idarəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi cəlb olunmaqla cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı «əqdin etibarsızlığı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə, saat 15:30-a təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Ağamali oğlu ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ərizə təqdim edərək, mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin və digər cavabdehin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsini geri götürdüyündən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə məhkəmə iddia ərizəsini baxılmamış saxlamalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının işin baxılması üçün ödədiyi dövlət rüsumu özünə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Ağamali oğlunun AR FHN Tikintidə Təhlükəsizliyə Dövlət Nəzarət Agentliyini, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətini, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsini, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüququ şəxsin 1 saylı Bakı Ərazi idarəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi cəlb olunmaqla cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı «əqdin etibarsızlığı» tələbinə dair 2(004)-2197/2024 saylı mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2023-cü il tarixli (Qəbz nömrəsi:**********) qəbzi üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı Ağamali oğluna qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-187/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-187/2024
01.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver