Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1877/2021 29.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4, Cavabdeh1 və vəkili X2, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və pul tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və pul tutulması” tələbinə dair iddia ərizəsi ilə 05.02.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu X23 Dairəvi yol 22 nömrəli evin 2 otaqlı 101 nömrəli mənzilinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qanunsuz sahibliyindən götürülməsi, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 2019-cu ilin oktyabr ayından məhkəmə qətnaməsi icra edilən günə qədər hər ay üçün 450 manat pulun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X9 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı Cavabdeh1 ilə 23.09.2005-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan onların 02.01.2008-ci il təvəllüdlü X10 və 30.10.2009-cu il təvəllüdlü X13 adlı iki uşaqları var. İddiaçı 23.09.2017-ci il tarixli 13 nömrəli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu X23 Dairəvi yol 22 nömrəli evin 2 otaqlı 101 nömrəli mənzilini “xxxx” MTK-dan almış və ailəsi ilə birlikdə həmin mənzilə köçərək yaşamışdır. Ağdaş rayon Məhkəməsinin 04.05.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında 23.09.2005-ci il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş övladları anaları Cavabdeh1 himayəsində saxlanmışdır. Nikah pozulmamışdan bir neçə ay əvvəl tərəflər ayrı yaşamağa başlamışlar. Cavabdeh1 yaşadıqları Bakı şəhəri Yasamal rayonu X23 Dairəvi yol 22 nömrəli evin 101 nömrəli mənzilindən çıxaraq valideynlərinin yaşadığı Ağdaş rayonu Heydər Əliyev prospekti 7/16 nömrəli evə getmişdir. Cavabdeh1 2019-cu ilin oktyabr ayında əşyalarını götürmək adı ilə İddiaçı müraciət edərək, Bakı şəhəri Yasamal rayonu X23 Dairəvi yol 22 nömrəli evin 101 nömrəli mənzilinin qapısının açarlarını almışdır. Həmin vaxtdan Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu X23 Dairəvi yol 22 nömrəli evin 101 nömrəli mənzilinin qapısının açarlarını dəyişdirməklə, valideynləri Cavabdeh3 və Cavabdeh2 ilə birlikdə orada yaşayır və İddiaçı mənzilə buraxmırlar. İddiaçı 23.03.2020-ci il tarixdə DİN 102 xidmətinə zəng edərək, mənzilin qapısının kilidinin dəyişdirildiyi və mənzilə buraxılmadığı barədə polisə məlumat vermişdir. Hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu X23 Dairəvi yol 22 nömrəli evin 101 nömrəli mənzilində qanunsuz olaraq yaşayırlar. Bu səbəbdən İddiaçı öz mənzilinə girə bilmir və kirayədə yaşamağa məcbur olmuşdur. İddiaçı ayda 450 manat kirayə haqqı ödəyir. Hesab edir ki, iddiaçının mənzil üzərində mülkiyyət hüquqları pozulmuşdur. Odur ki, Bakı şəhəri Yasamal rayonu X23 Dairəvi yol 22 nömrəli evin 2 otaqlı 101 nömrəli mənzilinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qanunsuz sahibliyindən götürülməsi, cavabdehlərin həmin mənzildən çıxarılmaları və cavabdehlərdən 2019-cu ilin oktyabr ayından məhkəmə qətnaməsi icra edilən günə qədər hər ay üçün 450 manat pulun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, İddiaçı ilə 23.09.2005-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuş və Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 2 nömrəli evin 129 nömrəli mənzilinə gəlin köçmüşdür. Birgə nikahdan onların həmin mənzildə 02.01.2008-ci il təvəllüdlü X10 və 30.10.2009-cu il təvəllüdlü X13 adlı iki uşağı doğulmuşdur. Sonradan birgə nikah dövründə 23.09.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu X23 Dairəvi yol 22 nömrəli evin 2 otaqlı 101 nömrəli mənzilini “xxxx” MTKdan İddiaçı adına almışlar. 04.10.2017-ci ildə ailə üzvləri ilə birlikdə həmin mənzilə köçərək yaşamışlar. Bakı şəhəri Yasamal rayonu X23 Dairəvi yol 22 nömrəli evin 101 nömrəli mənzilini “xxxx” MTK-dan tam təmirli və içərisində mebelləri ilə birlikdə 120.000-125.000 manata əldə etmişlər. Həmin mənzildə o, iki uşağı və İddiaçı ilə birlikdə 04.08.2019-cu ilə kimi yaşamışdır. Münasibətləri pisləşdiyinə görə 04.08.2019-cu ildə uşaqları ildə birlikdə həmin mənzildən çıxaraq valideynlərinin yaşadığı Ağdaş rayonu Heydər Əliyev prospekti 7/16 nömrəli evə getmişdir. Uşaqların məktəbinin açılması ilə əlaqədar Ceyhunun razılığı ilə 13.09.2019-cu il tarixdə Bakıya qayıtmış və uşaqları ilə birlikdə özlərinə məxsus olan Bakı şəhəri Yasamal rayonu X23 Dairəvi yol 22 nömrəli evin 101 nömrəli mənzilində yaşamağa davam edirlər. X1 liseyində, X13 isə Bakı şəhəri 286 nömrəli orta məktəbdə təhsil alırlar. İddiaçı Bakı şəhəri Yasamal rayonu X23 Dairəvi yol 22 nömrəli evin 101 nömrəli mənzilinin açarları var, o, Ceyhunun həmin mənzdə yaşamasına maneə olmur. İddiaçı yaşamağa başqa yerdə evi vardır, lakin Ceyhun həmin evi kirayə verib və özü başqa yerdə kirayədə yaşayır. Birgə nikahda olduqları zaman İddiaçı adına “xxxx” MTK-dan Bakı şəhəri Yasamal rayonu X23 Dairəvi yol 22 nömrəli evin 101 nömrəli mənzilini, “xxxx” MTK-dan aldıqları Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsi 11D nömrəli evin 203 nömrəli mənzilini və Masazir qəsəbəsində yerləşən fərdi yaşayış evi olmaqla üç ev əldə etmişlər. Həmçinin 2 mağaza açmışlar. İddiaçı Memar Əcəmi və “28 May” metrostansiyasının yanında yerləşən iki ədəd “Tozlu” qadın geyim mağazasının sahibidir. Onların arasında olan razılaşmaya əsasən nikah pozulandan sonra o, uşaqları ilə birlikdə Bakı şəhəri Yasamal rayonu X23 Dairəvi yol 22 nömrəli evin 101 nömrəli mənzilində yaşamalı, İddiaçı isə digər evdə yaşamalı idilər. O, hazırda iki uşağı ilə birlikdə Bakı şəhəri Yasamal rayonu X23 Dairəvi yol 22 nömrəli evin 101 nömrəli mənzilində yaşamağa davam edir. Uşaqları həmin mənzildən məktəbə və hazırlığı gedirlər. O, işlədiyinə görə uşaqları hazırlığa İddiaçı özü aparıb-gətirir, müəllimləri də özü tutmuşdur. İki gündür uşaqları hazırlığa özü aparır. Onun valideynləri Cavabdeh3 və Cavabdeh2 özlərinə məxsus olan Ağdaş şəhəri Heydər Əliyev prospekti 7/16 nömrəli evdə yaşayırlar. Hərdən bir qonaq kimi onun yanına gəlib-gedirlər. Hazırda da atası Cavabdeh2 Ağdaş rayonundadır. Anası Cavabdeh3 isə onunla birlikdə məhkəməyə gəlmişdir. Hesab edir ki, mübahisəli mənzil iddiaçı ilə onun birgə mülkiyyətidir. Bu səbəbdən o, həmin mənzildə qanuni əsaslarla yaşayır. Ceyhun ona fiziki təzyiq göstərdiyinə və onu döydüyünə görə qorxduğuna görə 2 aydır ki, mənzilin qapısının kilidinin birini dəyişdirmişdir. Ağdaş rayon Məhkəməsinin 04.05.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə onun arasında bağlanmış nikah pozulmuş, birgə nikahından doğulmuş övladları onun himayəsində saxlanmışdır. Qətnamə qanuni qüvvəyə minməmişdir. O, birgə nikah dövründə əldə edilmiş əmlakların, o cümlədən “xxxx” MTKdan aldıqları Bakı şəhəri Yasamal rayonu X23 Dairəvi yol 22 nömrəli evin 101 nömrəli mənzilinin, “xxxx” MTK-dan aldıqları Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsi 11D nömrəli evin 203 nömrəli mənzilinin, “Toyota Prado” markalı avtomobilin İddiaçı ilə onun arasında bölünməsi və payların müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 23.03.2020-ci il tarixdə ondan polisə şikayət etmişdi. Polisin araşdırması zamanı da o, izahatında bildirmişdir ki, İddiaçı 23.03.2020-ci il tarixdə evə gəlmiş və qapını döymüşdür. Aralarında mübahisə olduğuna görə o, qapını açmamışdırö. Polis gəldikdən sonra o, qapını açmış və Ceyhunu evə buraxmışdır. Həmin vaxt da müəyyən edilmişdir ki, onun valideynləri mübahisəli evdə yaşamırlar. İddiaçı onun qardaşı X5 da şər atmışdır ki, güya Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 2 nömrəli evin 129 nömrəli mənzilinin iki aylıq kirayə haqqını 800 manat pulunu götürmüşdür. Halbu ki, X7 onun xahişi iləbir ayın kirayə haqqını 400 manatı kirayədə qalan şəxslərdən alıb gətirərək ona vermişdir. Polis evə baxış keçirmiş, protokol tərtib edib getmiş və 02.04.2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Polisin araşdırması zamanı bir daha sübuta yetirilmişdir ki, onun valideynləri Bakı şəhəri Yasamal rayonu X23 Dairəvi yol 22 nömrəli evin 101 nömrəli mənzilində yaşamırlar. Hesab edir ki, iddia tələbi tamamilə əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Bakı şəhəri Yasamal rayonu X23 Dairəvi yol 22 nömrəli evin 101 nömrəli mənzilində qızı Cavabdeh1 uşaqları Mədinə və Salehlə birlikdə yaşayırlar. O, əri Cavabdeh2 ilə birlikdə özlərinə məxsus olan Ağdaş rayonu Heydər Əliyev prospekti 7/16 nömrəli evdə yaşayırlar. Onlar qızının evinə arada bir qonaq kimi gəlib gedirlər, orada daimi olaraq yaşamırlar. Hazırda da əri Cavabdeh2 yaşadıqları Ağdaş rayonu Heydər Əliyev prospekti 7/16 nömrəli evdədir. O, bu gün məhkəməyə qızı Cavabdeh1 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu X23 Dairəvi yol 22 nömrəli evin 101 nömrəli mənzilindən gəlmişdir. Hazırda 10 gün olar ki, Bakıya gəlmişdir. O, Bakıya gələndə adətən oğlu Əyyub İsmayılovun evində və qızının evində bir neçə gün qonaq kimi qalır və yenidən öz evinə qayıdır. Onun daimi yaşayış yeri Ağdaş rayonu Heydər Əliyev prospekti 7/16 nömrəli evdir. Hesab edir ki, İddiaçı iddiası əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. X3 məhkəmə iclasında ifadəsində bildirdi ki, o, İddiaçı yaxın dostudur, Cavabdeh1 İddiaçı arvadı, Cavabdeh3 isə Cavabdeh1 anasıdır. O, öz ailəsi ilə birlikdə Sabirabad rayonunda yaşayır. İddiaçı ilə iki olar ki, “Hac” ziyarətinə gedəndə tanış olmuşdur. Ceyhun ona bildirmişdir ki, arvadı Jalə İsmayılova ayrı evdə yaşamaq istəyir, bu səbəbdən Ceyhunla Jalə ayrılmışdılar. Ceyhun telefonda qardaşına deyirdi ki, firmanın pullarını taplasın ev almaq istəyir. Ziyərətdən qayıdandan sonra Ceyhun ona bildirmişdir ki, ayrıca ev almış və ailəsi ilə birlikdə həmin mənzilə köçmüşdür. Bir müddət sonra Ceyhun ona ailəsində problem olduğunu və Jalənin anasıgilə getdiyini bildirmişdir. Daha sonra Ceyhun Jalənin qayıdıb evə gəldiyini bildirmişdir. O, covid-19 pandemiyasından əvvəl 2019-cu ilin sentyabr-oktyabr aylarında öz arvadı ilə birlikdə İddiaçı aldığı Bakı şəhəri Yasamal rayonu X23 Dairəvi yol 22 nömrəli evin 101 nömrəli mənzilinə getmiş və Jalə ilə Ceyhunu barışdırmaq istəmişdir. Həmin vaxt orada Jaləni və Jalənin valideynlərini görmüşdür. Ceyhun evdə olmamışdır. Çünki, Ceyhunla Jalənin münasibətləri həmin vaxt pis olmuşdur. O, Jalə ilə, Jalənin atası və anası ilə təxminən 2-4 saat söhbət etmiş və qayıdıb öz evinə getmişdir. Söhbət zamanı Jalə əri Ceyhunun onu döydüyünü bildirmişdir. O, pandemiya dövründə Ceyhunun evinə getməmişdir. O, həmin evdə olanda zənn etmişdir ki, Jalənin valideynləri də Bakı şəhəri Yasamal rayonu X23 Dairəvi yol 22 nömrəli evin 101 nömrəli mənzilində yaşayırlar. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə rəsmi qaydada məlumat verilmişdir. Lakin cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları kimi müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh1 23.09.2005-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan onların 02.01.2008-ci il təvəllüdlü X10 və 30.10.2009-cu il təvəllüdlü X13 adlı iki uşaqları var. “xxxx” MTK ilə İddiaçı arasında bağlanmış 23.09.2017-ci il tarixli 13 nömrəli müqaviləyə əsasən “xxxx” MTK Bakı şəhəri Yasamal rayonu X23 Dairəvi yolda inşa etdiyi 22 nömrəli evin 2 otaqlı 101 nömrəli mənzilini İddiaçı 43.123 manata satmışdır. Müqaviləyə əlavə edilmiş maliyyə arayışından müəyyən edilir ki, “xxxx” MTK-ya məxsus olan Bakı şəhəri Yasamal rayonu X23 Dairəvi yolda yerləşən 22 nömrəli kooperativ yaşayış binasının 2 otaqlı 101 nömrəli mənzilinin dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. “xxxx” MTK-ya borcu yoxdur. İddiaçı və Cavabdeh1 birgə nikahından doğulmuş övladları - 02.01.2008-ci il təvəllüdlü X10 və 30.10.2009-cu il təvəllüdlü X13 birlikdə birgə nikah dövründə 23.09.2017-ci il tarixli 13 nömrəli müqaviləyə əsasən “xxxx” MTK-dan aldıqları və pay dəyərini tam ödədikləri Bakı şəhəri Yasamal rayonu X23 Dairəvi yol 22 nömrəli evin 101 nömrəli mənzilinə 04.10.2017-ci il tarixdən köçərək yaşamışlar. Müqavilədə mənzilin dəyəri 43.123 manat göstərilsə də, Cavabdeh1 izahatında mənzin tam təmirli olduğunu və mebellə tam təcşiz edildiyini, bu səbəbdən mənzili faktiki olaraq 120.000- 125.000 manat əldə etdiklərini və mənzili birgə qazandıqları vəsait hesabına əldə etdikləri bildirmişdir. Ağdaş rayon Məhkəməsinin 04.05.2020-ci il tarixli 2(014)-58/2020 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında Ağdaş rayon VVADQ şöbəsində 23.09.2005-ci il tarixdə 167 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Tərəflərin birgə nikahından doğulmuş övladları - 02.01.2008-ci il təvəllüdlü X10 və 30.10.2009-cu il təvəllüdlü X13 anaları Cavabdeh1 himayəsində saxlanmışdır. İddiaçı 04.09.2019-cu il tarixdən başlayaraq 02.01.2008-ci il təvəllüdlü X6 və 30.10.2009-cu il təvəllüdlü X8 18 yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək ququnu əldə edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. ““Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 21.12.2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qaldırılan məsələnin düzgün həlli üçün ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Məhkəmə qeyd edir ki, 23.09.2017-ci il tarixli müqaviləyə əsasən İddiaçı adına əldə edilmiş Bakı şəhəri Yasamal rayonu X23 Dairəvi yol 22 nömrəli evin 2 otaqlı 101 nömrəli mənzili Cavabdeh1 ilə İddiaçı birgə nikah dövründə və birgə vəsait hesabına əldə etdikləri ümumi birgə mülkiyyətidir. Bu səbəbdən Cavabdeh1 və övladları 02.01.2008-ci il təvəllüdlü X10 və 30.10.2009cu il təvəllüdlü X13 birlikdə Bakı şəhəri Yasamal rayonu X23 Dairəvi yol 22 nömrəli evin 2 otaqlı 101 nömrəli mənzilində qanuni əsaslarla yaşayır, həmin mənzilin üzərində sahiblik və istifadə hüquqlarını qanuni əsaslarla həyata keçirir, mənzil Cavabdeh1 qanunsuz sahibliyində deyildir. Odur ki, iddia tələbləri - Cavabdeh1 qarşı olan hissəsində tamamilə əsassızdır və rədd edilməlidir. Cavabdeh1 valideynləri olan digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 daimi yaşayış yerləri Ağdaş şəhəri Heydər Əliyev prospekti 7/16 nömrəli fərdi yaşayış evi olsa da, onlar Bakı şəhərinə gələrkən müvəqqəti olaraq Bakı şəhəri Yasamal rayonu X23 Dairəvi yol 22 nömrəli evin 101 nömrəli mənzilində qalmaları İddiaçı iradəsinə ziddir. Bu səbəbdən iddia tələbi - cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iddiaçıya məxsus Bakı şəhəri Yasamal rayonu X23 Dairəvi yol 22 nömrəli evin 101 nömrəli mənzilindən çıxarılmalarına dair hissədə əsaslıdır. Çünki, mülkiyyətçi kimi iddiaçının mənzil üzrərində sərəncam vermək hüququ dövlət qeydiyyyatına alınmasa da, o, həmin mənzil üzərində sahiblik və istifadə hüququna malik olduğuna və mənzilin pay dəyərini tam şəkildə ödədiyinə görə, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları iddiaçıya məxsusdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən мülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının 20.03.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X21rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir”. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 “xxxx” MTK ilə İddiaçı arasında bağlanmış 23.09.2017-ci il tarixli 13 nömrəli kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə əsasən İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu X23 Dairəvi yol 22 nömrəli evin 2 otaqlı 101 nömrəli mənzilindən çıxarılmalıdır, iddia tələbi - Bakı şəhəri Yasamal rayonu X23 Dairəvi yol 22 nömrəli evin 2 otaqlı 101 nömrəli mənzilinin Cavabdeh1 qanunsuz sahibliyindən götürülməsi və Cavabdeh1 İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu X23 Dairəvi yol 22 nömrəli evin 2 otaqlı 101 nömrəli mənzilindən çıxarılması, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 2019-cu ilin oktyabr ayından məhkəmə qətnaməsi icra edilən günə qədər hər ay üçün 450 manat pulun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi hissələrində rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 “xxxx” MTK ilə İddiaçı arasında bağlanmış 23.09.2017-ci il tarixli 13 nömrəli kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə əsasən İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu X23 Dairəvi yol 22 nömrəli evin 2 otaqlı 101 nömrəli mənzilindən çıxarılsınlar. İddia tələbi - Bakı şəhəri Yasamal rayonu X23 Dairəvi yol 22 nömrəli evin 2 otaqlı 101 nömrəli mənzilinin Cavabdeh1 qanunsuz sahibliyindən götürülməsi və Cavabdeh1 İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu X23 Dairəvi yol 22 nömrəli evin 2 otaqlı 101 nömrəli mənzilindən çıxarılması, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 2019-cu ilin oktyabr ayından məhkəmə qətnaməsi icra edilən günə qədər hər ay üçün 450 manat pulun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi hissələrində rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-1877/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1877/2021
29.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver